184
aşağıdakı şəkildə reallaşır: Məhsul birjasında real məhsul – gələcəkdə
və Fyuçers kontraktının imzalanacağı an mövcud olan an qiymətlərlə
göndəriləcək məhsul satmağı öhdəsinə götürən satıcı Fyuçers
kontraktlarını alır və kontrakda analoji məhsulun müəyyən miqdarının
bəlli müddətə göndəriləcəyi göstərilir. Real məhsulun alıcı isə Fyuçers
kontraktının bağlanması anından mövcud olan qiymət üzrə ödənişi
həyata keçirməyi öhdəsinə götürür və bu Fyuçers kontraktını satır.
Nümunə: hesab edək ki, 1 fevralda cari ilin 1 sentyabrına qədər
məhsul partiyasının göndərilməsini nəzərdə tutan Fyuçers
kontraktı imzalanıb. 1 fevralda mövcud olan orta bazar
qiymətlərinin nəzərə alınması ilə kontraktda məhsul vahidinin
qiyməti 1000 rubla razılaşdırılıb. Ancaq 1 sentyabra bu məhsulun
orta bazar qiyməti 900 rubla qədər – kontrakt qiymətindən 100
rubl aşağıya qədər azalır. Fyuçers bazarında da qiymətlər
həmçinin azalır, ancaq məhsul vahidinə qiymət 940 rubla düşür.
Satıcı – hecer məhsulu vahidi 900 rubla satmağa məcburdur.
Ancaq, o, fyuçers müqaviləsini 940 rubl qiymətlə alır. Beləliklə,
onun itkisi – tam aradan qaldırılması mümkün olmayan itkisi
məhsul vahidinə 100 manat deyil, 40 manat təşkil edir. Bu
məhsulun faktik göndərilmə anına mövcud olan orta bazar
qiymətindən 60 rubl baha satılmasına bərabərdir.
Beləliklə, Fyuçers kontraktların hecerlənməsi hesabına qiymətlər
tərəddüdünü tam aradan qaldırmaq mümkün olmasa da, bu
tərəddüdlərin miqdarının əhəmiyyətli dərəcədə azaldılması həyata
keçirilir.
Fyuçers bağlaşmalarının müxtəlif növlərindən biri opsionlar
satışıdır. Opsion satışında alqı-satqı obyekti real məhsul deyil, bu və
başqa miqdarda Fyuçers bağlaşmaları alqısı hüququdur (məsələn, bir
Fyuçers bağlaşmasını). Ancaq alqı-satqı hüququ razılaşdırılmış qiymətə
əsaslanmır.
Nümunə: cari ilin mayında N daşınmaz əmlak agentliyinə mənzil
almaq niyyəti ilə müraciət edib. Ancaq onda mənzil alqısı üçün
dekabrdan tez olmayaraq və yalnız ilin sonunda bu pula malik
olacaq. Bu müddət ərzində mənzil qiymətləri dəyişə bilər. Bu
şəraitdə alqı-satqı aktına başlamaq üçün alıcı və satıcı opsion
adlanan kontrakt bağlayırlar. Bu kontrakda alıcı mənzilin faktiki
alqısı zamanı razılaşdırılmış qiymət və opsion üçün müəyyən
məbləğ ödəməyi öhdəsinə götürür. Opsionu satan mənzil sahibi
185
mənzili alıcıya satmaq öhdəliyini öz üzərinə götürür. Opsion alıcı
pulu olan zaman bu mənzili əldə etmək hüququ qazanır, ancaq o,
bu alqıdan imtina edə də bilər. Əgər o, mənzili əldə edirsə, onda
mənzil üçün öncədən razılaşdırılmış qiyməti və opsion üçün
öncədən razılaşdırılmış məbləği ödəyir.əgər o, mənzilin
alınmasından imtina edirsə, yenə də opsion üçün razılaşdırılmış
məbləği ödəməyə borcludur. Bu məbləğ satıcıya alıcı tərəfindən
bəyənilən mənzili “saxlamağa” görə mənzilin bazar qiymətlərinin
tərəddüdünə (mümkün yüksəlmə də daxil olmaqla) baxmayaq,
“saxlamağa” görə ödənilən mükafatdır.
Qeyd etmək lazımdır ki, Fyuçers müqavilələrinin alqı və satqı
praktikası təkcə qiymətlər tərəddüdünün hamarlanamsına deyil, həm də
xammal və ehtiyat hissələri təchizatında fasilələrin aradan
götürülməsinə gətirir. Fyuçers bazarları bağlaşmaların imzalanması
anında konkret alıcı və satıcılar bilinmədən, həmçinin həmin an üçün ən
yaxşı qiymət üzrə ödəmə və pul almadan alqı-satqı aktlarını həyata
keçirməyə imkan verir.
Indiki zamanda alqı-satqı əməliyyatlarının əsas hissəsi Fyuçers
bazarlarında baş verir. Fyuçers kontraktlarının deyil, real məhsulların
ticarəti isə əsasən lokal əhəmiyyətə malik bazarlarda baş verir. Belə
bazarlar üçün istehsalının satışın və istehlakın aşağı təmərküzləşməsi
xarakterikdir. Bəzən real məhsulların ticarəti üzrə iri birjalar inkişaf
etməkdə olan ölkələrdə yaradılır və bu ölkələrdə məhz bu məhsul
müəyyənedici rol oynayır. Belə bir növə ndoneziyada fəaliyyət
göstərən kauçuk və kofe ticarəti üzə məhsul birjası nümunə hesab edilə
bilər. Fyuçers bazarlarının üstünlükləri 5.21-ci şəkildə əks etdirilir.
Ошибка
!
186
Şə
kil 5.21
Fyuçers bazarlarının
müsbə
t xüsusiyyə
tlə
ri
Birja ticarəti və qiymətin əmələ gəlməsinin inkişafının qeyri-
bərabərliyi (Fyuçers kontraktları və opsion müqavilələri ilə əhəmiyyətli
dərəcədə kompensasiya olunsa da) bazar iştirakçılarının formalaşmış
konyuktura və bu konyukturanın dəyişmə meylləri barədə yaxşı
məlumatlı olmasını tələb edir. Birjalarda müvafiq informasiya aparatı
yaradıla bilər (Şəkil 5.22).
Şə
kil 5.22
Birja aparatının informasiya bölmə
lə
ri
Iqtisadi tə
hlil bölmə
sində
bazar konyukturasının dəyişmələri
izlənilir, konyuktura icmalları və proqnozları hazırlanır, bazar
konyukturasına təsir edə bilən texniki, iqtisadi və digər faktorların təhlili
həyata keçirilir. Müştərilərin müraciəti zamanı bu mərkəz onlara bu və
başqa iqtisadi məsələlər, o cümlədən qiymətin əmələ gəlməsi barədə
məsləhət verə bilir.
Fyuçers bazarlarının üstünlükləri
Likvidlik
Çeviklik
Sürətlilik
Konfиdеsиallıq
Etibarlılıq
Informasiya xidmətləri
Iqtisadi təhlil mərkəzi
Arbitrajlı müqavilə-hüquq
bölməsi
Nəqliyyat və nəqliyyat tarifləri
bölməsi