Mir Cəlal gəncliyinin qaynar dövrünü (illərini) Gəncə
şəhərində yaşamışdır. Bakıdan sonra ikinci ədəbi-ictimai
mühitlə zəngin yer idi. S.Vurğun, C.Xəndan, M.Rzaqulu
zadə, H.Araslı, Ə.Cəmil və başqa ədəbi şəxsiyyyətlər də
burada ilk əsərlərini qələmə almışlar. Mir Cəlalın tədqiqat
çılarından biri olan ədəbiyyatşünas Yaqub İsmayılov yazır
ki, Gəncənin öz simasını gündən-günə dəyişməsi, ictimai
həyatda böyük yeniliklərin baş verməsi, azadlığa çıxmış
xalqın coşqun ruh yüksəkliyi, tərəqqi və quruculuq işlərinin
genişlənməsi həssas qəlbli Mir Cəlala da dərin təsir etmiş,
istedadının parlayıb inkişaf tapmasında və müəyyən isti
qamət almasında müsbət rol oynamışdır7 8
. Həqiqətdir bu.
Müqtədir Mehdi Hüseyn Mir Cəlalın yaradıcılığına hör
mətlə yanaşmışdır. Ədəbiyyatımızın dönməz və güzəştsiz
təəssübkeşi bəzən sərtlikdə ifrata da varmış, lakin həqi
qətdən uzaqlaşmamışdır. "Azərbaycan Sovet ədəbiyyatı
nın yaradıcılıq problemləri" (1948) silsilə məqalələrində
Mehdi Hüseyn sənətşünas və ədbiyyatşünas Cəfər Cəfə
rovun M.Cəlalın "Dirilən adam" romanı haqqında fikirləri
nə münasibətini belə bildirmişdir: O (tənqidçi nəzərdə tu
tulur. - A.E.), Mir Cəlalın "Dirilən adam" romanını "əhvalat"
adlandırmaqla da bədii əsərdə məhz sadəliyə və təbiiliyə
qarşı çıxırdı. O, müharibə zamanı öz əsərlərində Koroğlu
və Babək adlarını təkrar edən yazıçılarımıza da bunun
üçün hücum çəkirdi0.
Mehdi Hüseyn "Azərbaycan romanı haqqında" (1954)
analitik məqaləsində də bu gün üçün maraq doğura bilən
mülahizələr söyləmiş, otuzuncu illər Azərbaycan romanla
rında ictimai mühitin geniş təsvirini göstərmişdir. "Azərbay
7. İsmayılov Yaqub. Mir Cəlalın yaradıcılığı, B. 1975, səh. 7.
8. Mehdi Hüseyn, Əsərləri, X c. B . 1979, səh 32.
---------------------------------
2 6
___________________________
can Sovet romanı sərt polemik bir üslubda yaranırıdı" de
yən Mehdi Hüseyn: "Mir Cəlalın "Bir gəncin manifesti"
əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən
yüksək mərhələOsi idi. Bu əsərdə müəllifin əsas müvəffə
qiyyəti, şübhəsiz, Azərbaycanda inqilab ərəfəsində və in
qilabın ilk günlərində xalqımızın həyatında baş vermiş bö
yük hadisələri və böyük təbdülatı poetik bir dillə təsvir et
məsidir"9.
Bir qədər geniş dayanaq, bu, zənnimcə, romanın poe
tikasında bədii cizgilərə aydınlıq gətirər.
Nəsrə sinfilik və partiyalılıq mövqeyindən yanaşmanı
gizlətməyə ehtiyac yoxdur və yox idi. Mehdi Hüseynə qə
dər "bədii pafos" anlayışı poeziyaya şamildi və yaraşırdı.
Nəsrdə, onun təsvir, ifadə vasitələrində bədii həyacanı,
asta səsi, daxili sevinci və sıxıntını üzə çıxaran pafosu
görmürdü tənqidçilər. Böyük yazıçı bədii pafosun nəsrdə
həyat gerçəkliyini sənət həqiqətinə çevirməsində rolunu
qiymətləndirdi; "yazıçının özündən çox qəhrəmanlarının,
onların mübarizəsinin poeziyasını verdiyini" deyirdi.
M.Hüseyn romanda vətənpərvərlik duyğularını xüsusi qüv
vətlə təsvir etdiyini, sadə və sıravi adamların qəlbində və
tən məhəbbətinin nə dərəcədə kök saldığını məxsus li
rizmlə açdığını, emosionallığı təqdir edir. Və bu kon
tekstdən yazıçının əsərlərinin bədii-estetik keyfiyyətlərini
görür: "Mir Cəlalın əsərlərindəki emosionallıq "Bir gəncin
manifesti"ndə daha da güclənmişdir.
Əgər o, "Dirilən
adam" romanında hadisələrlə bir o qədər də üzvi əlaqəsi
olmayan poetik ricətlərə əl atırdısa, "Manifest"də bədii su
rətlərin bilavasitə özünü göstərməyə, onların bu və ya baş
qa hadisəyə münasibətini şərh etməyə daha çox diqqət
yetirir. Bu nöqteyi-nəzərdən öz əliylə toxuduğu "Yusif və
Züleyxa" xalçasını satmağa gətirdiyi səhnəni xatırlamaq
kifayətdir".
9. Mehdi Hüseyn. Əsərləri, IX c. Bakı. 1979. səh 241.
______________________
27
------------------------------------
Mir Cəlalda komik, gülməli situasiyanın dramatik təs
viri bədii başlığa, bütövlüyə gətirir. Ümumiyyətlə, yazıçıda
dramatik vəziyyətlərin (situasiyaların) işlənməsi güclüdür
və bu cəhət "Dirilən adam", "Açıq kitab", "Yolumuz haya
nadır" romanlarında da qabarıqdır. Bu, xüsusilə, ondan
irəli gəlir ki, Mir Cəlal mövzu seçimində özünə qarşı tələb
kar idi, həyat hadisələrinə bədii-intellektual nəzərlə yana
şırdı, fağırlıq və iddiallıq əksikliyini düzgün fərqləndirirdi.
Ona görə də Mir Cəlal nəsrinin xarakteri müsbətə doğru
dəyişirdi və çox vəziyyətlərdə lirik intonasiya kəsb edirdi.
"Ədəb söhbəti" hekayəsini oxuyub düşünək. Uşaqlar
üçün nəzərdə tutulan bu lirik təhkiyəli əsərdə gələcək hü
quqşünas olacaq uşağın qonaq yanında özünü ədəbsiz-əl
ləri ciblərində - aparması təsvir olunur. Ata nəsihəti yerin
də:
"Kamil başını aşağı salıb getmək istəyəndə atası mane oldu.
- Dayan, getmə! Sənə min dəfə demişəm adam yanın
da əlini cibinə qoyma. Böyük bilmirsən, kiçik bilmirsən,
əlini cibinə qoyub, söhbətə başlayırsan. Bunu tərkit, yaxşı
deyil!
- Bəs bu ciblər nə üçündür?
- Ciblərin yeri var, məqsədi var, bir şey qoymaq, so
yuqdan qorunmaq
Kamil atasının sözündən utandı".
Bu sadə süjetli, amma düşünmək iqtidarına cavab ve
rən hekayədə yazıçı xalq pedaqogikasına bələdliyini və bu
üsulun yerini başa düşməyi göstərmişdir. Lakin adət halı
nı almış vərdişin hökmü...Mir Cəlalın pedaqoqluğuna dəla
lət edir.
Bu və yaxud digər əsərlərində gördüyümüz nədir?
Əzab çəkən, yaxud laübali, neytral, yaxud vecsiz insanla
rın portretləri, yaxud iç aləmləri, hansı ki xarakterik səviy
----------------------------------
2 8
----------------------------------
yəlidir. "Qəbul imtahanı", "Mən zaminəm", "Heykəl uca
landa", "Plovdan sonra", "Vicdan mühakiməsi", "Nazik
mətləb" və sair hekayələrində də gündəlik həyatın işığı və
kölgəsi, rastlaşdığımız adamların fəziləti və fəsadı, fərdin
öz yerini görməsi və unutması kimi həyati, əxlaqi məsələ
lərin inikası. Bu kimi hekayələrdə bəzən obrazın birbaşa
mühakiməsi olmasa da, qəti inam yaranır oxucuda, özü
şəraiti başa düşəcəkdir. Adi həqiqətlərdən, hadisələr və
situasiyalardan gözlənilməz nəticələr çıxarmaq yox, daha
realist qənaətlərə gəlməyə inam göstərir. Vəziyyət drama-
tikləşir, baxmayaraq yumorludur, satiralıdır. Müəllif üçün
gizli, oxucular üçün aşkar mətləb dərin psixoloji təhlildən
sonra məlum olur. Və "burada ənənəvi sadəlik və qeyri-tə-
biilik, şəraitin adiliyi, həyatın dərin məzmun xırdalıqlarına
yenə həmən maraq üstünlük təşkil edir, amma bu, indii ko
mik surətdə nəzərə çatdırmaq deyil, xarakterlərin və həya
ti situasiyaların dərin psixoloji təhlili nəticəsində qazanılır.
V.Q.Belinski yazırdı ki, komediyanın gülməli olması hadi
sələrin yüksək mənalı gerçəklik qanunları ilə aramısz su
rətdə ziddiyyətlərdən yaranır.
Mir Cəlalda lirik ahəng, dərinləşəndə təhkiyə üstündür,
qəmlidir, həzindir və bu cür də olmalıdır, məsələ hadisələ
rin məzmununda dayanan vəziyyətdən gedir. Lakin birdən
gözlənilməz məqamlar baş verir. Daha lirik qəmlilik, hə
zinlik ciddi situasiya alır, "xırda adamlar" - diqqətdən ya
yınan insanlar ictimailəşir, fəallaşır, hətta məişət psixolo
giyasından uzaqlaşırlar. "Badamın ləzzəti" (1937) hekayə
sinin qəhrəmanı Badam arvaddır, sadə olmaqla bərabər
avamdır. İclasda -filəndə iştirak etməmişdir. O. tədricən
makro mühitin təsiriylə dəyişir, seçki iclasında iştirakçı
olur, ürək sözünü deyir; maraqlıdır ki, yazıçı Badamı icti-
mailəşdirsə də danışanda səmimi, yumorlu vəziyyət alır,
_________________________
29
----------------------------------
Dostları ilə paylaş: |