həmçinin onun nəticəsində baş vermişdi ki, axırıncılar hələ öz
qonşuları ilə - axeylərlə, perreblərlə və maqnetlərlə sərhəd boyu
müharibəiər aparırdılar. 4. Bütün bunlardan başqa tabeçilikdə
olanlara nəzarət etmək, görünür ki, məsələnin çətinliyini təşkil
edir: onlarla necə rəftar etmək lazımdır? Əgər onlar başlı-başına
buraxılsa, həyasızlıq göstərməyə başlayacaqlar və özləri üçün
öz ağaları kimi bərabər hüquqlu olmağı tələb edəcəklər, əg ər
onlar əsarət altında saxlanılsa, ağalarına qarşı bəd əməllərdə
bulunacaqlar və onları görməyə gözləri olmayacaq. Beləliklə,
aydındır ki, ilotlarla işi bu yerə gətirib çıxaranlar, onlarla ən yaxşı
pəftar üsülunu tapa bilməyiblər. 5. Qadınların həddindən artıq
sərbəst vəziyyəti [lakedemon] dövlət quruluşunun əsas məq-
sədindən doğan nöqteyi-nəzərə
görə zə rə rlid ir və
ümumiyyətlə,
dövlətin xoşbəxtliyinə (eydaimonian) xidmət etmir. Axı necə ki,
kişi və qadın ailənin bir hissəsidir, eləcə də dövləti mütləq iki
hissəyə - kişi və qadın əhalisinə bölünmüş kimi zənn etm ək
lazımdır. O dövlət quruluşunda, hansında ki, qadının vəziyyəti ilə
əlaqədar işlər pisdir, dövlətin yarısı istər-istəməz qanuna zidd
vəziyyətə düşür. Bu isə Lakedemonda baş vermişdir: qanun-
verici dövlətin bütövlükdə möhkəm olması arzusunda bulundu-
ğundan kişi əhalisinə qarşı öz məqsədinə tamamilə nail olmuş-
du, lakin bunu qadın əhalisinə qarşı etməyə laqeydlik göstər-
mişdir: Lakedemonda qadınlar cah-cəiala meyl salıb sözün əsl
mənasında, kefləri istədikləri kimi həyat sürürlər. 6. Bu cür dövlət
quruluşunda, xüsusən də əgər qadınlar kişilərə rəhbərlik edir-
lərsə,
var-dövlət böyük əhəmiyyət daşımalıdır, bu da keltləri
istisna etməklə döyüşkən tayfaların çoxunun arasında və ola
bilər ki, bir çox başqalarında - kişi ilə əlaqədə olmaq açıq-aşkar
üstünlük təşkil edənlərdə müşahidə olunur. Deyəsən, birinci
mifoloq Aresini22 Afroditaya23 yaraşdırmaqda düzgün hərəkət
edib: yuxarıda xatırlanan bütün tayfalar, görünür ki, ya kişilərlə,
66
ya da qadınlarla sevgi əlaqəsində bulunmağa böyük həvəs
göstərirlər. 7. Lakedemonlularda da həmin bu şey olmuşdu və
onların hegemonluğu zamanı, onlarda çox şey qadınların
ixtiyarında olmuşdu24. Doğrudan da fərq nədədir: qadınlar
rəhbərlik edirlər, yoxsa vəzifəli şəxslər qadınlar tərəfındən idarə
edilir? Nəticə eynidir. Ədəbsizlik gündəlik həyatda heç bir şeyə
xeyir gətirmir, bu, görəsən təkcə müharibədə gərəkdirmi, lakin
lakedemon qadınları burda da çox ziyan verdilər; bu özünü
fivansların basqını zamanı açıq-aydın göstərdi: burda başqa
dövlətlərdə olduğu kimi qadınlar heç bir xeyir vermədilər, ancaq
düşmənlərdən çox, onlar çaxnaşma yaratdılar. 8. İlk əw əl
lakedemon qadınlarının sərbəst həyat tərzi keçirmələrinin,
görünür
ki,
səbəbi vardı, belə ki,
kişilər onda arqoslarla, sonrasa
arkadlılar və messenslərlə müharibə apardıqlarından uzun
zaman vətəndən kənarda hərbi yürüşlərdə olurdular25. Haçan ki,
dinc dövrlər başlandı, qanunvericinin fikrincə, keçirdikləri əskəri
yaşayışın hesabına kişilərin hazırlığı yaxşı oldu (bu yaşayışın
çoxlu yaxşı cəhətləri vardır). Likurq idarəçilikdə bulunan zaman
öz qanunlarını qadınlar üçün də intişar etdirmək istədi, onlar
müqavimət göstərməyə başladılar, belə ki, o, geri çəkilməyə
məcbur oldu. 9. Beləliklə, baş verənlərin səbəbi yuxarıda
göstərilən nöqsanlardır. Amma biz kimin döğru, kimin günahkar
olduğunu deyil, nəyin düzgün,
nəyinsə yanlış olduğunu
araşdırırıq. Qadınların qeyri-normal vəziyyəti təkcə dövlət
quruluşunun özünə yaraşmayan bir cəhət deyil, əvvəl deyildiyi
kimi, həm də müəyyən dərəcədə tamahkarlığa səbəb olur. 10.
Belə fikirlərdən sonra bəziləri çox güman, tənə ilə mülkiyyətin
qeyri-bərabər
bölüşdürülməsini
göstərməyə
başlayacaqlar:
məlum olacaq ki, vətəndaşlarıin bir qismi mülkiyyətə çox böyük
dərəcədə yiyələnib, digərləri - tamailə az. Buna görə də iş o
yerə çatmışdır ki, torpaq mülkiyyəti bir para adamların əlində
67
cəmlənmişdir.
Buna dair olan
qanunlar eyni
zam anda
qüsurludur: qanunverici düzgün hərəkət edərək əldə olan
mülkiyyətin alqı və satqısını pis birşey kimi damğalamışdı, am m a
o, bu mülkiyyəti bağışlamaq və bunu miras kimi vəsiyyət etm ək
istəyənə hüquq vermişdi, bəs axı bu halda nəticə istər-istəməz
satqıdakı kimi alınır. 11. Qadınlar bütün torpağın təxminən beşdə
ikisinə yiyələniblər, cünki xeyli sayda varis qız vardır26, həm də
qıza böyük cehiz verirlər. Qızlara heç bir cehiz verilməməsinin,
yaxud cüzi, ya orta halda cehiz verilməsinin qanuna salınması
yaxşı olardı...27 Hal-hazırda ata könüllü surətdə varis qızını kimə
istəsə ərə verə bilər. Əgər o, vəsiyyətnamə qoymadan vəfat
etsə, onda ondan sonra qalan varis də [cehizi] kimə istəsə verə
bilər. Belə çıxır ki, dövlət min beş yüz atlını və otuz min ağır silah
gəzdirən əskəri yedirtməyə qadir olsa da, onlardan heç mini
yığılmayıb. 12. Faktların özü bunu göstərir ki, Lakedemonda
bütün bu qaydalar nə cür pis təşkil edilmişdi: hər halda dövlət
düşmən zərbəsinə tab gətirmədi və məhz adam azlığına görə
məhv oldu28. Deyirlər, ilk çarların vaxtında vətəndaş olmayanlara
da vətəndaşlıq hüququ verirdilər, belə ki, o zaman uzunmüddətli
müharibələrin aparılmasına baxmayaraq adam azlığı olmurdu və
spartiatlarda vaxtilə on minə yaxın adam olub: bu, belədirmi ya
yox, amma yaxşısı odur ki, dövlətdə mülkiyyətin bərabər
bölünməsi nəticəsində adam çox olsun.
13.
Uşaq doğumuna aid olan qanunlar, həmçinin adam
azlığının qarşısını almaq məqsədi güdür, qanunverici spartiat-
ların daha çox olmasına cəhd göstərərək, vətəndaşlarda müm-
kün qədər çox uşaq döğumuna həvəs oyadır. Onlarda hətta
qanun vardır ki, üç oğül atası hərbi xidmətdən azad edilir, dörd
oğul atası isə bütün mükəlləfiyyətlərdən. Bununla belə aydındır
ki, hətta əhalinin artımı zamanı torpaq mülkiyyəti bölgüsünə dair
mövcud olan qayda istər-istəməz kasıbların sayını artıracaqdır.
68
14.
Eforatla da iş pisdir. Bu hökümət orqanı onlarda idarə
etmənin mühüm sahələrinə nəzarət edir; bu da bütün vətəndaş
əhalisi içərisindən tamamlanır, belə ki, hökumətin tərkibinə ta-
mamilə kasıb adamlar düşür ki, təmin olunmadıqlarına görə
onları asanlıqla pulla ələ almaq olur və əvvəlki vaxtlarda bu cur
ələ almalar tez-tez baş verirdi, həm də bu yaxınlarda bunlar
andros işində də olmuşdu, onda ki, eforatlardan bəziləri pulla
yoldan çıxarılmışdılar, bütün dövləti, bu hər halda onlardan nə
qədər asılı idisə, məhv etmişdilər29. Eforatların səlahiyyəti müs-
təbid səlahiyyəti kimi böyük olduğundan, hələ çarların özləri də
demaqoqluğa əl atmağa məcbur olurdular ki, bundan da həm-
çinin dövlət quruluşuna ziyan dəyirdi: apistokratiyadan demok-
ratiya əmələ gəlirdi. 15. Əlbəttə, bu dövlət orqanı dövlət qurulu-
şunu möhkəmlədir, çünki xalqın yüksək dövlət adamlarına yolu
olduğundan dinc durur; belə vəziyyət təsadüf nəticəsində yara-
narkən bu, faydalı olur, axı uzun müddət mövcud olmağı nəzər-
də tutan dövlət quruluşunun məqsədi ona xidmət etməlidir ki,
dövləti təşkil edən bütün hissələr, mövcud qaydaların saxlan-
masında istədiyini tapsın30. Çarlar bunu onlara göstərilən hör-
mətə görə, yüksək cəmiyyətin adamları (kaloi k’agathoi) -
herontlara görə (bu vəzifəyə seçilmək bir növ yaxşılığa görə
mükafatdır), xalq - eforata görə və ona görə ki, hamıdan komp-
lektləşdirilir. 16. Amma bu vəzifəyə bütün vətəndaşlar içərisin-
dən seçib, təyin etmək lazım idi, həm də indiki dövrdə edildiyi
kimi həddindən artıq uşaqsayağı yox. Üstəlik, eforatlar vacib
məhkəmə işlərinə dair qərar çıxarırlar, bununla belə məlumdur
ki, onların özləri təsadüfi adamlardır; buna görə düzgün olardı
ki, onlar öz hökmlərini şəxsi mülahizələrinə görə yox, qanuna
istinad etməklə çıxarsınlar. Eforatların özlərinin həyat tərzi döv-
lətin ümumi ab-havasıyla düz gəlmir: onlar həddindən artıq sər-
bəst yaşaya bilərlər, halbuki başqalarına qarşı daha çox gərək-
69
Dostları ilə paylaş: |