1
A Z Ə R B A Y C A N DİLİ VƏ T A R İ X İ
2
Rasim Əfəndi
AZƏRBAYCAN
İ N C Ə S Ə N Ə T İ
ŞƏRQ-QƏRB
BAKI 2007
3
Bu kitab "Rasim Əfəndi. Azərbaycan incəsənəti (Bakı, Çaşıoğlu, 2001)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
ISBN 978-9952-34-116-4
709.4754-dc22
Azərbaycan incəsənəti
Rasim Əfəndi. Azərbaycan incəsənəti
Bakı, "Şərq-Qərb", 2007, 160 səh. + 112 səh. (illüst.)
Kitabda qədim, orta əsrlərdə və sonrakı dövrlərdə Azərbaycanda
yaradılmış görkəmli memarlıq abidələri, təsviri və dekorativ-tətbiqi sənət
nümunələri araşdırılır, incəsənətimizin zəngin ənənələri hərtərəfli şərh edilir.
© "Şərq-Qərb", 2007
4
ÖN SÖZ
"Azərbaycan incəsənəti" kitabı minilliklər boyu formalaşmış bədii
mədəniyyətimizin zəngin tarixinə həsr olunmuşdur. Kitabda ən qədim dövrlərdən
başlayaraq XX yüzilliyin axırına qədər Azərbaycan incəsənətinin keçdiyi inkişaf
yolları izlənir, Şərq incəsənəti tarixində milli incəsənətimizin mövqeyi müəyyən
edilir.
Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir.
Qobustanın qaya təsvirləri, Qafqaz Albaniyasının bədii keramika və metal
məmulatı, bədii şüşə və oyma sənəti, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz
miniatür sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar, kaşı
sənəti, zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları - bütün bunlar bədii
irsimizin çox zəngin olduğunu sübut edir. Kitabda qədim, orta əsrlərdə və sonrakı
dövrlərdə yaradılmış memarlıq abidələri, təsviri və dekorativ-tətbiqi sənət
nümunələri araşdırılır, incəsənətimizin zəngin ənənələri hərtərəfli izlənir.
XX yüzillikdə Azərbaycanın ictimai və iqtisadi həyatında baş vermiş
mütərəqqi dəyişikliklər nəticəsində xalqın mədəni inkişafında və bədii
yaradıcılığında ortaya çıxmış yeni təkamüllər, xüsusilə təsviri sənətin realist
üslubda inkişafı ilə əlaqədar problemləri geniş şərh edilir.
Kitab rəssam, sənətşünas, ali və orta ixtisas məktəblərinin tələbələri,
həmçinin Azərbaycan incəsənətinin tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
5
6
QƏDİM DÖVRDƏ İNCƏSƏNƏT
Azərbaycan dünyanın ən qədim və zəngin tarixə malik olan guşələrindən
biridir.
Füzuli bölgəsi yaxınlığındakı ilk insan məskəni sayılan Azıx mağarası,
Naxçıvandakı Kültəpə, Qazaxdakı Baba-Dərviş abidələri, Bakı şəhəri yaxınlığındakı
Qobustan qaya təsvirləri və s. Azərbaycanın ərazisində yurd salmış insanların hələ
uzaq keçmişlərdə coşqun həyat və yaradıcılıq prosesi keçirdiyini göstərir. Azərbaycan
xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin
zənginliyi də böyük təsir göstərmişdir. Onun incəsənəti təbiəti kimi rəngarəng, dolğun
və zəngindir. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən sənət növləri
xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı, bəzəyi və memarlığına
qədər böyük sahəni əhatə edir.
Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə desək,
milli siması, mənliyi sənət növlərində özünü parlaq şəkildə büruzə verəcəkdi.
Əbəs deyildir ki, indi dünyanın ən zəngin muzeylərində Azərbaycan bədii
sənətinin bir çox gözəl nümunələri ilə rastlaşmaq olur.
Parisin Luvr, Londonun Viktoriya və Albert, Nyu-Yorkun Metropoliten,
Sankt-Peterburqun Dövlət Ermitajında, İstanbulun Topqapı, Türk və islam əsərləri
muzeyində və başqa yerlərdə beş yüz, min il və ondan da əvvəl Azərbaycan
torpağında yaradılmış sənət nümunələri saxlanılır.
Sənət nümunələrimizin Amerika, Avropa, Asiya və Afrika qitələrindəki
ölkələrin məşhur muzeylərində belə layiqli yer tutması onun dünya əhəmiyyəti kəsb
etdiyini bildirir.
Azərbaycanda ən qədim sənət nümunələrinə biz daş və qayalar üzərində
rast gəlirik. Bu da səbəbsiz deyil, çünki daş insanların məişətində ən qədim və təbii
nemətlərdən biri sayılır. İbtidai insanlar daş aiətlər vasitəsilə özlərinə yemək əldə
etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidai insanların ilk yaşayış məskənləri
də (mağaralar və s.) daşdan tikilmişdir. Qadınların ilk bəzəyi, ilk qələm və lövhə də
daşdan hazırlanmışdır. İnsanların estetik zövqünün inkişaf etdirilməsində daş böyük
rol oynamışdır.
Əbəs deyildir ki, alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar
üzərində rast gəlirlər.
Elə buna görə də xalqımız uzaq keçmişlərdən tutmuş bu günədək daşı
həmişə müqəddəs saymışdır.
Alimlərimizin fikrincə, Azərbaycan ərazisində ilahiləşdirilmiş təbii
obyektlərdən ən qədimi daş olmuşdur.
Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişdə ölkəmizdə daşdan insan,
heyvan fiqurları düzəltmək, onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir.
Keçmişin yadigarı sayılan daş abidələrimiz bu gün bizi daha çox bədii və
estetik xüsusiyyətləri ilə maraqlandırır.
Daş abidələrimiz xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti,
Dostları ilə paylaş: |