A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə16/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   12   13   14   15   16   17   18   19   ...   116

47 
 
quruluşunda  nə  dərəcə  əhəmiyyətli  mövqe  tutduğunu  göstərmək  üçün  təkcə  onu 
qeyd etmək kifayətdir ki, bu kitabələrin ümumi uzunluğu 500 m-ə çatır. 
Möminə xatın türbəsinin üzərindəki ornament bəzəyi sənətkarın tükənməz 
fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir. Sənətkar 
təkrara  yol  verməmişdir.  Lakin  onun  məharəti  orasındadır  ki,  müxtəlifliklə  bərabər 
bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini 
saxlaya bilmişdir. 
Səthlərin  həndəsi  ornamentinin  əsasını  çoxuclu  ulduz  və  ondan  gedən 
süvari  xətlər  təşkil  edir.  Burada  5,  6,  8  uclu  ulduzlara  və  6,8  bucaqlı  quruluşlara 
təsadüf edirik. 
Türbənin ancaq qərb səthi başqa şəkildə həll edilmişdir. Burada səth iki yerə 
bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində, 
başqa  səthlərdə  olduğu  kimi,  ornamental  bəzək  verilmişdir.  Memarın  adını  və 
abidənin inşaat tarixini göstərən kitabələr türbənin qərb səthində, portaldan yuxarıda 
göstərilmişdir.  Möminə  xatın  türbəsinin  yuxarı  hissəsindəki  qurşaq  bütün  səthləri 
əlaqələndirir və  orada  yerləşdirilmiş kufi xəttin  firuzəyi  kaşı yerli üzərində olması 
bu kitabə qurşağını binanın əhəmiyyətli bir kompozisiya elementinə çevirir. 
Möminə  xatın  türbəsinin  daxilində  yeganə  bəzək  ünsürü  türbənin 
günbəzinin iç tərəfində yerləşdirilmiş dörd böyük qönçədir. Dairəvi şəkildə olan bu 
qönçələrin  içərisində  nəbati  naxışlı  rəsmlər  və  son  zamanlar  aydınlaşdırılmış 
yazılar  ornament  şəklində  yerləşdirilmişdir.  Burada  Allah,  Ömər,  Osman,  Əli 
sözlərinin  yazılmış  olduğunu  ehtimal  etməyə  imkan  verir.  Görünür  ki,  memar  öz 
adını da bu dini şəxsiyyətlərin adı ilə birləşdirmişdir. Onu da  xüsusilə qeyd etmək 
lazımdır  ki,  birinci  xəlifə  Əbubəkrin  adının  memarın  atasının  adı  ilə  eyni  olması 
sənətkarı belə mürəkkəb kompozisiya yaratmağa sövq etmişdir. 
Məlumdur ki, XII əsrdən çox sonra da Əcəminin Naxçıvandakı abidələri 
müxtəlif  sənətkarlara  nəinki  ölkə  daxilində  və  hətta  Azərbaycanın  sərhədlərindən 
uzaqlarda  da  bir  nümunə  olaraq  qalırdı.  Əcəmi  Əbubəkrin  əsərlərinin  Yaxın  Şərq 


48 
 
ölkələrindəki  təsir  qüvvəsini  göstərməyə  məşhur  alman  şərqşünası  Ernist  Ditsin 
"Türk  sənəti  tarixi"  əsərində  irəli  sürdüyü  mülahizə  çox  yaxşı  misal  ola  bilər.  O, 
məşhur  türk  memarı  Sinanın  yaradıcılığından  bəhs  edərkən  deyir  ki,  Sinanın 
İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri nəticəsində 
əmələ gəlmişdir. Sinanın  Naxçıvan abidələri ilə necə  tanış olduğunu izah edərkən 
Dits  qeyd  edirdi  ki,  Sinan  ordu  mühəndisi  sifəti  ilə  XVI  əsrdə  yeniçərilərin 
səfərlərində iştirak etmiş və Naxçıvanda olmuşdur. 
Türk tədqiqatçıları da bunu qəbul edirlər. Memar Vədat Dalokay "Toplumçu 
Sinan" adlı məqaləsində Sinanın İstanbuldakı Xosrov Paşa türbəsindən bəhs edərkən 
"Atabəylərdən qalma günbəzlərdən bir nəfəs gəlir"  - deyə  yazır. Əlbəttə, Əcəminin 
banisi  olduğu  Naxçıvan  memarlıq  məktəbi  Naxçıvanın  ətrafında  olan  və  bu 
məktəbin təsir dairəsinə daxil olan sahədə özünü daha çox göstərir. Bu  təsir bəzən 
birbaşa eyni formaların və kompozisiya üsullarının tətbiqi şəklində, bəzən isə bu və 
ya başqa memarlıq üsulunun dəyişdirilmiş şəkildə işlədilməsi halında təzahür edir. 
Gülüstan  türbəsi.  Əcəminin  yaratdığı  abidələrin  təsirinin  izləndiyi 
tikililərdən biri Naxçıvan MR-in ərazisində, Culfanın yaxınlığında, Gülüstan deyilən 
yerdəki abidədir. 
Bu  abidə  yerləşdiyi  sahənin  adı  ilə  məşhurlaşaraq  memarlıq  tariximizə 
Gülüstan türbəsi adı ilə daxil olmuşdur. Gülüstan türbəsinin özünə xas görünüşü və 
quruluşu  vardır.  Gülüstan  türbəsi  də  bu  tip  Azərbaycan  türbələri  kimi  aşağı  sərdabə 
hissəsindən  və  yuxarı  quruluşdan  ibarətdir.  Hər  iki  hissə  planda  dairəvidir. 
Səciyyəvi olan cəhət  orasındadır ki, türbənin hər iki hissəsi yerin səthindən yuxarıda 
yerləşir.  Burada  sərdabə  yerin  altında  deyildir.  Türbənin  aşağı  sərdabə  hissəsi  və 


49 
 
yuxarı  yerləşməsi  tamamilə  sadə  olub.  Heç  bir  bəzək  üslubuna  malik  deyildir. 
Gülüstan  türbəsinin  daxili  quruluşunda,  xüsusən  xarici  kompozisiyasında  və  onun 
həcminin  işlənməsində  biz  bürcvari  türbələr  haqqında  yuxarıda  izah  etdiyimiz 
səciyyəvi  cəhətlərin  ən  bariz  nümunəsini  görürük.  Burada  memar  aşkar  şəkildə 
türbənin  daxili  yerləşgələrinə  heç  bir  diqqət  verməmiş,  lakin  böyük  həcmli 
monumentin ağır olmaması üçün içərisini boşluq şəklində həll etmişdir. 
Türbənin  xarici  hissəsi  -  12  guşəli  gövdəsi  kəsik  künclü  kvadrat  həcm 
üzərində yerləşir. Memar türbənin gövdəsinin oturacaqla birləşən hissəsini, səthləri 
və  eləcə  də gövdənin günbəzə keçən hissəsini səthləri plastik oymalarla  bəzəmişdir. 
Beləliklə, türbənin xarici görünüşü bir heykəltəraşlıq abidəsi səciyyəsi daşıyır ki, bu 
da  yuxarıda  göstərdiyimiz  kimi  bürcvari  türbələr  üçün  səciyyəvi  bir  haldır. 
Gülüstan  türbəsini  Naxçıvan  türbələri  ilə  yaxınlaşdıran  cəhət  bütün  xarici  səthlərin 
həndəsi  ornamentlə  örtülməsidir.  Kərpicdən  tikilmiş  Möminə  xatın  türbəsindəki 
həndəsi ornamentlər kərpicdən quraşdırıldığı halda, türbənin səthləri daşdan oyulmuş 
həndəsi  ornamentlə  örtülmüşdür.  Sənətkar  Gülüstan  türbəsində  3  ornament 
kompozisiyası yaratmış və 3 kompozisiyanı türbənin 12 səthində elə səpələmişdir ki, 
tamaşaçı həmişə üç müxtəlif ornament kompozisiyasını qavrayır. 
Marağada  qırmızı  günbəz.  Bu  dövrdə  xatirə  türbələrinin  yerləşdiyi  əhəmiyyətli 
mərkəzlərdən  biri  də  Marağa  şəhəridir.  Oradakı  Naxçıvan  memarlıq  məktəbinə 
daxil olan tarixi türbələr içərisində ilk diqqəti cəlb edən Qırmızı günbəzdir. Üzərində 
1148  tarixi  yazılan  bu  türbə  kubik  gövdədən və bunun üzərində yüksələn 8 bucaq 
boyundan  ibarət  şəkildə  bizim  zəmanəmizə  qədər  qalmışdır.  Kərpicdən  diqqətlə 
hörülmüş  və  ornament  bəzəyi  ilə  kərpiclərdən  quraşdırılmış  bu  türbə  dövrümüzə 
qədər qalmış ilk türbələrdən biridir. Kərpic tikinti Naxçıvan memarlıq məktəbinə xas 
olan bir şəkildə daşdan hörülmüş kürsülük üzərində yüksəlir. Türbənin örtük hissəsi 
qalmamışdırsa  da  onun  səkkizbucaqlı  piramida  şəklində  olduğu  şübhəsizdir. 
Beləliklə, türbənin ümumi kompozisiyasında həm kubik, həm də bürcvari türbələrin 
xüsusiyyətləri vardır. Türbənin baş  fasadı şimal səthində  yerləşmişdir. Burada  giriş 
qapısı  dərin olmayan bir portal baştağla gözə çarpdırılmışdır. Fasad səthinin memarlıq 
həllində  diqqəti  cəlb  edən  cəhət  baştağın  gözəl  rəsm  edilmiş  tağ  quruluşu,  onun 
kənarlarını  təşkil  edən  haşiyələr  və  kərpiclərdən  düzülmüş  həndəsi  ornamentdir. 
Baş  fasadın  tərtibatında  kufi  xətlə  yerinə  yetirilmiş  kitabələr  də  əhəmiyyətli  rol 
oynayır. 
Türbənin  şərq  səthi  üzərindəki  tağlardan  yuxarıdakı  kitabədə  türbənin 
müəllifinin adı yazılmışdır. Özünü Bəkir Məhəmməd adlandıran memarın kitabədən 
məlum olduğu kimi ata və babası da memarlıqla məşğul olan sənətkarlar olmuşlar. 
Marağada 
Göy 
günbəz. 
Memarlıq 
bölgülərinin 
xüsusiyyəti, 
kompozisiyasının  bitkinliyi  etibarilə  Marağa  türbələri  içərisində  ən  çox  diqqəti  cəlb 
edən, yerli camaat arasında Göy günbəz adı ilə tanınmış türbədir. Üzərindəki kitabədən 
hicri  593  (miladi  1196)-cü  ildə  tikildiyi  məlum  olan  bu  abidə  ümumi  quruluşu  və 
səthlərinin həcmi cəhətdən özünün Möminə xatın türbəsində olan yaxınlığı göstərir. 
Bu  abidədə  Möminə  xatın  türbəsində  büllurlaşmış  üslubun  özünü  göstərməsi  heç  də 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə