www.azadliqciragi.org
26
Həqiqətən, Amerika elə məhsuldar və zəngindir ki, hətta Britaniyanın vergiləri və ticarət
məhdudiyyətləri (hələ) onu dağıda bilməyib.
Təəssüf ki, Amerikanı yalnız ölkə daxilində ticarət aparmağa vadar edən siyasət, Britaniya kapi-
talını və biznesini daha məhsuldar istifadə olunmaqdan yayındırır – öz inkiĢafını Amerika ilə birlikdə
sıxıb saxlayır və kapital yığımını ləngidir və beləliklə, hər iki halda, gələcək gəlirlərin daha aĢağı
olmasına gətirib çıxarır. Britaniya – o deyir, Amerikanı “müĢtərilərin xalqı” etməyə çalıĢırdı, amma
əvəzində siyasət onları fermerlərdən siyasətçilərə çevirdi və o zamandan ki, belə çox Britaniya sə-
nayesi Atlantik ticarəti üzərində mərkəzləĢib, siyasi risk böyükdür. Yalnız ticarət və siyasi
liberallaĢma təhlükəni azalda bilər, lakin Britaniyanın sərmayəsi elə deformasiyaya uğrayıb ki, lazımi
islahatlar aparmaq itkili olardı.
Ġstehsalçının üstün olmaq istədiyi yerdə, merkantilistlərin düĢüncəsinə görə, Britaniyanın
Amerika üzərində ticarət məhdudiyyətləri artıq baĢqa bir misaldır. Ancaq: “Ġstehlak bütün
istehsal prosesinin yeganə nəticəsi və məqsədidir; və istehsalçının marağı ona yönəlməlidir ki,
istehlakçının ona zəruri ehtiyacı nə dərəcədədir.”
Liberal alternativ
Smit fransız fiziokratlarını bu baxıĢlarına görə tənqid edir: bütün dəyər kənd təsərrüfatı və
torpaqdan alınır - Ģəhər tacirləri və “sənətkarları” yalnız bu sərvəti yenidən qruplaĢdırırlar, ancaq
özləri heç nə istehsal etmirlər. O hesab edir ki, Ģəhər adamları həqiqətən məhsuldardırlar. Onlar
sadəcə kapitalı istehlak etmirlər: həm də, onu dəyiĢirlər. Onlar məhsuldardırlar, qeyri-məhsuldar
iĢçi deyillər.
Bununla belə, o düĢünür ki, fiziokratların iqtisadi fəlsəfəsi ən yaxĢılardan biridir. Onlar pul
müqabilində yanlıĢ məhsul yaratmırlar və gözəl görürlər ki, ticarət azadlığı o məhsulu
maksimuma çatdırmağın ən yaxĢı yoludur.
Smit qərar verir ki, bazar iqtisadiyyatı yaĢamaq üçün kifayət qədər güclüdür, hətta bu azadlıq
əla səviyyədən aĢağı olsa belə. Ancaq azad iqtisadi sistemin ləzzəti odur ki, o, avtomatik olaraq
iĢləyir. Smitin sözlərinə görə, “əsl azadlığın açıq və sadə sistemi özü öz ahəngini yaradır”.
Adamlar öz maraqlarının arxasınca getmək üçün sərbəst buraxılırlar və bunun vasitəsilə, biz
gördüyümüz kimi, onlar bilməyərəkdən hər kəsin marağına yardım edirlər. Heç bir mərkəzi
göstəriĢ tələb olunmur:
“Soveren (Ġngiltərədə monarxiya və cinayət hüququnun xərcləri (qızıl pul)) tamamilə
rüsumdan azad olunub; amma bu hansısa dəyərli insan zəkası və ya bilgisi hesabına deyil, Ģəxsi
adamlara məxsus sənaye sahəsinin idarə olunmasından gələn rüsum və onu cəmiyyətin
maraqlarına uyğun ən sərfəli iĢlər istiqamətinə yönəltməklə baĢ verib.”
Smitin fikrincə, uğurlu hesab olunur ki, hər bir sistem öz resurslarını xüsusi istiqamətə aparmağa
çalıĢdığı vaxtdan “əslində, böyük məqsədin dağıdıcısıdır, hansı ki, bu, “yardım göstərmək” anlamında
baĢa düĢülür.”
Dövlətin rolu
Smit V Kitabda dövlətin xüsusi rolunu araĢdırır. O, hökumət və bürokratik aparatın tənqidçisidir və
azad ticarətə siyasi müdaxilənin tərəfdarı deyil. O inanır ki, onun təsvir etdiyi bazar iqtisadiyyatı yalnız
onun qaydaları müĢahidə olunduğu – mülkiyyətin təhlükəsiz olduğu və müqavilələrə əməl olunduğu
zaman iĢləyə və öz faydalarını verə bilər. Ədalətin və qanun normasının qorunub saxlanması buna görə
də vacibdir.
Bu, müdafiədir. Əgər bizim mülkiyyətimiz xarici hökumət tərəfindən oğurlana bilirsə, biz ondan
çox da yaxĢı deyilik ki, öz qonĢularımız əmlakımızı oğurlayır.
Amma Smit bundan da uzağa gedir və iddia edir ki, ictimai işlərin təmin olunmasında və
təhsilin inkişaf etdirilməsində də hökumətin rolu var.
www.azadliqciragi.org
27
Müdafiə
Smit güman edir ki, ovçuluq zamanında, hər kəs özünü müdafiə etməliydi. Ancaq ovçuların o
zamanda yaĢadıqlarına, kiçik əmlak sahibi olmasına və ya olmamasına baxmayaraq, hər hansı
mərkəzi hakimiyyətə tələbatı vardı. Bununla belə, kənd təsərrüfatı dövründə, adamlar dəyərli
mülkiyyət toplamağa baĢlayır (məsələn, məhsul və mal-qara) və onun qorunması əsas məsələyə
çevrilir. Əmək bölgüsü prinsipinə əsasən, ixtisaslı ordu yaradıldı. Onlar çox mülkiyyətlə çox
qazanırlar, amma “biletsiz sərniĢinlər”in qalmasındansa, hər kəsi ianə verməyə vadar edirlər. Belə-
liklə, müdafiə hökumətin funksiyasına çevrilir.
Ədalət
Eyni tarixi arqument ədalət prinsipinə də tətbiq olunur. Adamlar mübadilə, ticarət cəmiyyətinə
keçdikcə, onların mülkiyyəti ilə heç nəyi olmayan qonĢularından müdafiə olunması üçün mülki
dövlət yaranır:
“Zənginlərin varlanması dəfələrlə ehtiyacdan və ya həsəddən hərəkətə gəlmiĢ yoxsulun
qəzəbini oyadır ki, zənginin əmlakını ələ keçirsin. O mülkiyyəti uzun illər çalıĢdıqları iĢdən və
ya bəlkə neçə davamlı nəsillərdən əldə etmiĢ həmin qiymətli əmlak sahibləri, yalnız mülki Ģəhər
idarəsinin himayəsi altında bütün gecəni təhlükəsiz yata bilər.”
Əgər hər kəs azad hakimin hökmünü qəbul edirsə, bu Ģübhəsiz olaraq faydalıdır. Ancaq
zəngin və güclünün özlərinə qanuni sığınacaq yaratmaq səyləri güc, zəka, ehtiyatlılıq, kamillik,
sərvət və status kimi Ģəxsi keyfiyyətlərin mövcudluğuna hörmət etmək kimi təbii insan
meylindən irəli gəlir.
Mülki dövlət, baĢqa sözlə, kommersiya cəmiyyətində meydana çıxan münaqiĢə və
bərabərsizliyin nəticəsidir. Bu, təbii qanunauyğun bir nəticədir, ümumilikdə sərfəlidir, amma o
demək deyil ki, əladır.
Mülki dövlət, mülkiyyətin qorunması üçün yaranandan bəri, gerçəkdən kasıblara qarĢı
zənginlərin və ya heç nəyi olmayanlara qarĢı müəyyən qədər əmlakı olanların müdafiə olunması
məqsədilə təsis olunub.
Bu gözlənilməz deyil ki, qeyri-təkmil əsaslarla yaradılmıĢ hökumətin strukturu da təkmil
deyil. Hakimiyyət vergiyə böyük resurslar yaratmağa imkan açır. Amma onun öz mülkiyyətini
səmərəli idarə etmək meyli ayrı-ayrı fərdlərdən daha azdır. Beləliklə:
“Nə zaman ki, dövlət torpaqları özəl mülkiyyətə çevrildi, onlar bir neçə ildə yaxĢılaĢmıĢ və
becərilmiĢ torpaqlara çevrildilər. Bu torpağa görə gömrük rüsumu və aksizlərdən götürülən
qazanc da labüd olaraq adamların gəlir və istehlakını artırdı.”
Bu istəksizlik belə düzəldilməlidir: “Kommunal xidmətlər, onun icra olunmasına görə haqq
ödənilməyincə və bu, onların icra olunmasına göstərilən zəhmətə uyğunlaĢdırılmayınca, heç
zaman yüksək səviyyədə yerinə yetirilmir.”
İctimai işlər və institutlar
Smitə görə hökumətin üçüncü vəzifəsi “müəyyən ictimai iĢlərin yaradılması və qorunub
saxlanmasıdır ki, bu məsələ heç bir zaman hər hansı fərdin və ya kiçik fərdi qrupların marağında
ola bilməz.”
Bunlar təhsil və biznesə yardım edən infrastruktur layihələridir ki, insanlara ictimai və
iqtisadi qayda-qanunun yaradıcı bir hissəsi olmağa kömək edir.