Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

www.azadliqciragi.org 

26 


Həqiqətən,  Amerika  elə  məhsuldar  və  zəngindir  ki,  hətta  Britaniyanın  vergiləri  və  ticarət 

məhdudiyyətləri (hələ) onu dağıda bilməyib.  

Təəssüf ki, Amerikanı  yalnız ölkə daxilində ticarət aparmağa vadar edən siyasət, Britaniya kapi-

talını və biznesini daha məhsuldar istifadə olunmaqdan yayındırır – öz inkiĢafını Amerika ilə birlikdə 

sıxıb  saxlayır  və  kapital  yığımını  ləngidir  və  beləliklə,  hər  iki  halda,  gələcək  gəlirlərin  daha  aĢağı 

olmasına gətirib çıxarır. Britaniya – o deyir, Amerikanı “müĢtərilərin xalqı” etməyə çalıĢırdı, amma 

əvəzində siyasət onları fermerlərdən siyasətçilərə çevirdi və o zamandan ki, belə çox Britaniya sə-

nayesi  Atlantik  ticarəti  üzərində  mərkəzləĢib,  siyasi  risk  böyükdür.  Yalnız  ticarət  və  siyasi 

liberallaĢma təhlükəni azalda bilər, lakin Britaniyanın sərmayəsi elə deformasiyaya uğrayıb ki, lazımi 

islahatlar aparmaq itkili olardı.  

Ġstehsalçının  üstün  olmaq  istədiyi  yerdə,  merkantilistlərin  düĢüncəsinə  görə,  Britaniyanın 

Amerika  üzərində  ticarət  məhdudiyyətləri  artıq  baĢqa  bir  misaldır.  Ancaq:  “Ġstehlak  bütün 

istehsal prosesinin  yeganə  nəticəsi  və  məqsədidir;  və  istehsalçının  marağı ona  yönəlməlidir ki, 

istehlakçının ona zəruri ehtiyacı nə dərəcədədir.” 

 

Liberal alternativ 

 

Smit  fransız  fiziokratlarını  bu  baxıĢlarına  görə tənqid  edir:  bütün  dəyər  kənd  təsərrüfatı  və 



torpaqdan alınır - Ģəhər tacirləri və “sənətkarları” yalnız bu sərvəti yenidən qruplaĢdırırlar, ancaq 

özləri heç nə istehsal etmirlər. O hesab edir ki, Ģəhər adamları həqiqətən məhsuldardırlar. Onlar 

sadəcə kapitalı istehlak etmirlər: həm də, onu dəyiĢirlər. Onlar məhsuldardırlar, qeyri-məhsuldar 

iĢçi deyillər.  

Bununla  belə, o düĢünür ki,  fiziokratların  iqtisadi  fəlsəfəsi  ən  yaxĢılardan  biridir. Onlar  pul 

müqabilində  yanlıĢ  məhsul  yaratmırlar    və  gözəl  görürlər  ki,  ticarət  azadlığı  o  məhsulu 

maksimuma çatdırmağın ən yaxĢı yoludur.   

Smit qərar verir ki, bazar iqtisadiyyatı yaĢamaq üçün kifayət qədər güclüdür, hətta bu azadlıq 

əla səviyyədən aĢağı olsa belə. Ancaq azad iqtisadi sistemin ləzzəti odur ki, o, avtomatik olaraq 

iĢləyir.  Smitin  sözlərinə  görə,  “əsl  azadlığın  açıq  və  sadə  sistemi  özü  öz  ahəngini  yaradır”. 

Adamlar  öz  maraqlarının  arxasınca  getmək  üçün  sərbəst  buraxılırlar  və  bunun  vasitəsilə,  biz 

gördüyümüz  kimi,  onlar  bilməyərəkdən  hər  kəsin  marağına  yardım  edirlər.  Heç  bir  mərkəzi 

göstəriĢ tələb olunmur:

 

“Soveren  (Ġngiltərədə  monarxiya  və  cinayət  hüququnun  xərcləri  (qızıl  pul))  tamamilə 



rüsumdan azad olunub; amma bu hansısa dəyərli insan zəkası və ya bilgisi  hesabına deyil, Ģəxsi 

adamlara  məxsus  sənaye  sahəsinin  idarə  olunmasından  gələn  rüsum    və  onu  cəmiyyətin 

maraqlarına uyğun ən sərfəli iĢlər istiqamətinə yönəltməklə baĢ verib.”  

Smitin fikrincə, uğurlu hesab olunur ki, hər bir sistem öz resurslarını xüsusi  istiqamətə aparmağa 

çalıĢdığı vaxtdan “əslində, böyük məqsədin dağıdıcısıdır, hansı ki, bu, “yardım göstərmək” anlamında 

baĢa düĢülür.”  

 

Dövlətin rolu 

 

Smit V Kitabda dövlətin xüsusi rolunu araĢdırır. O, hökumət və bürokratik aparatın tənqidçisidir və 



azad ticarətə siyasi müdaxilənin tərəfdarı deyil. O inanır ki, onun təsvir etdiyi bazar iqtisadiyyatı yalnız 

onun qaydaları  müĢahidə  olunduğu  – mülkiyyətin təhlükəsiz olduğu və  müqavilələrə  əməl olunduğu 

zaman iĢləyə və öz faydalarını verə bilər. Ədalətin və qanun normasının qorunub saxlanması buna görə 

də vacibdir. 

Bu, müdafiədir. Əgər bizim mülkiyyətimiz xarici hökumət tərəfindən oğurlana bilirsə, biz ondan 

çox da yaxĢı deyilik ki, öz qonĢularımız əmlakımızı oğurlayır. 

Amma  Smit  bundan  da  uzağa  gedir  və  iddia  edir  ki,  ictimai  işlərin  təmin  olunmasında  və 

təhsilin inkişaf etdirilməsində də hökumətin rolu var. 

 



www.azadliqciragi.org 

27 


Müdafiə 

 

Smit güman edir ki, ovçuluq zamanında, hər kəs özünü müdafiə etməliydi. Ancaq ovçuların o 



zamanda  yaĢadıqlarına,  kiçik  əmlak  sahibi  olmasına  və  ya  olmamasına  baxmayaraq,  hər  hansı 

mərkəzi  hakimiyyətə  tələbatı  vardı.  Bununla  belə,  kənd  təsərrüfatı  dövründə,  adamlar  dəyərli 

mülkiyyət  toplamağa  baĢlayır  (məsələn,  məhsul  və  mal-qara)  və  onun  qorunması  əsas  məsələyə 

çevrilir.  Əmək  bölgüsü  prinsipinə  əsasən,  ixtisaslı  ordu  yaradıldı.  Onlar  çox  mülkiyyətlə  çox 

qazanırlar, amma “biletsiz sərniĢinlər”in qalmasındansa, hər kəsi ianə verməyə vadar edirlər.  Belə-

liklə, müdafiə hökumətin funksiyasına çevrilir. 

 

Ədalət 

 

Eyni tarixi arqument  ədalət  prinsipinə də  tətbiq olunur.  Adamlar  mübadilə,  ticarət  cəmiyyətinə 



keçdikcə,  onların  mülkiyyəti  ilə  heç  nəyi  olmayan  qonĢularından  müdafiə  olunması  üçün  mülki 

dövlət yaranır: 

“Zənginlərin  varlanması  dəfələrlə    ehtiyacdan  və  ya  həsəddən  hərəkətə  gəlmiĢ  yoxsulun 

qəzəbini  oyadır ki,  zənginin  əmlakını  ələ  keçirsin. O mülkiyyəti uzun  illər çalıĢdıqları  iĢdən  və 

ya bəlkə neçə davamlı nəsillərdən əldə etmiĢ həmin qiymətli əmlak sahibləri, yalnız mülki Ģəhər 

idarəsinin himayəsi altında bütün gecəni təhlükəsiz yata bilər.”

 

Əgər  hər  kəs  azad  hakimin  hökmünü  qəbul  edirsə,  bu  Ģübhəsiz  olaraq  faydalıdır.  Ancaq 



zəngin  və güclünün özlərinə  qanuni sığınacaq  yaratmaq səyləri  güc, zəka, ehtiyatlılıq, kamillik, 

sərvət  və  status  kimi  Ģəxsi  keyfiyyətlərin  mövcudluğuna  hörmət  etmək  kimi  təbii  insan 

meylindən irəli gəlir.  

Mülki  dövlət,  baĢqa  sözlə,  kommersiya  cəmiyyətində  meydana  çıxan  münaqiĢə  və 

bərabərsizliyin  nəticəsidir.  Bu,  təbii  qanunauyğun  bir  nəticədir,  ümumilikdə  sərfəlidir,  amma    o 

demək deyil ki, əladır. 

Mülki  dövlət,  mülkiyyətin  qorunması  üçün  yaranandan  bəri,  gerçəkdən  kasıblara  qarĢı 

zənginlərin  və  ya  heç  nəyi  olmayanlara  qarĢı  müəyyən  qədər  əmlakı  olanların  müdafiə  olunması 

məqsədilə təsis olunub.  

Bu  gözlənilməz  deyil  ki,  qeyri-təkmil  əsaslarla  yaradılmıĢ  hökumətin  strukturu  da  təkmil 

deyil.  Hakimiyyət  vergiyə  böyük  resurslar  yaratmağa  imkan  açır.  Amma  onun  öz  mülkiyyətini 

səmərəli idarə etmək meyli ayrı-ayrı fərdlərdən daha azdır. Beləliklə: 

“Nə zaman ki, dövlət torpaqları özəl mülkiyyətə çevrildi, onlar bir neçə ildə yaxĢılaĢmıĢ  və 

becərilmiĢ  torpaqlara  çevrildilər.  Bu  torpağa  görə  gömrük  rüsumu  və  aksizlərdən  götürülən 

qazanc da labüd olaraq adamların gəlir və istehlakını artırdı.” 

Bu  istəksizlik  belə  düzəldilməlidir:  “Kommunal  xidmətlər, onun  icra olunmasına görə  haqq 

ödənilməyincə  və  bu,  onların  icra  olunmasına  göstərilən  zəhmətə  uyğunlaĢdırılmayınca,  heç 

zaman yüksək səviyyədə yerinə yetirilmir.” 

 

İctimai işlər və institutlar 

 

Smitə  görə  hökumətin  üçüncü  vəzifəsi  “müəyyən  ictimai  iĢlərin  yaradılması  və  qorunub 

saxlanmasıdır ki, bu məsələ heç bir zaman hər hansı fərdin və ya kiçik fərdi qrupların  marağında 

ola bilməz.” 

Bunlar  təhsil  və  biznesə  yardım  edən  infrastruktur  layihələridir  ki,  insanlara  ictimai  və 

iqtisadi qayda-qanunun yaradıcı bir hissəsi olmağa kömək edir. 



 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə