Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

www.azadliqciragi.org 

22 


Pul 

 

Pul, Smitə görə vacib dəyər deyil.  Bu yalnız mübadilə vasitəsidir. Real sərvət pulda deyil, pulla 



alınan məhsuldadır. Buna görə, qızıl və gümüĢün alıcılıq qabiliyyəti qeyri-sabit olur. Və bu gün bir 

qeneya (21 Ģillinqə bərabər pul vahidi) alan adam, həmin pulu sabah xərcləyə bilər, beləliklə, ikinci 

üçün də gəlir təmin etmiĢ olar. Və həmin Ģəxs də növbəti gün o qeneyanı xərcləyərək, üçüncüyə gəlir 

verə bilər. Beləliklə, dövriyyədə olan pul məbləği xalqların ümumi gəliri kimi  eyni dərəcədə Ģəffaf 

deyil. Merkantilistlər ikisini qarıĢdırmaqla yanlıĢlığa yol verirlər. 

Amma pulun  öz təsirləri var. Necə ki, o yerindədir,  faydasız bir vasitədir – “ölü vəsait”dir – 

amma səmərəli bank əməliyyatları onu daha güclü iĢlədə bilər. Bugünkü qanuni pullar (harda ki, 

hökumətlər  sadəcə  bildiriĢ  verir  ki,  veksellərini  qanuni  tender  əsasında  çap  edəcəklər)  Smitin 

vaxtında  mövcud  deyildi,  amma  banklar  öz  qızıl  ehtiyatlarına  arxalanaraq  veksellərini 

buraxırdılar.  O  düĢünürdü,  nağd  pulun  hərəkətini  saxlamağı  asanlaĢdırırdı,  baxmayaraq,  o, 

bankların öz veksellərini artıq buraxmasında riski  də görürdü  və bununla  bağlı  bir çox Ģotland 

bankının  dağıldığı 1772-ci ildən sonrakı bank əməliyyatları böhranlarından yazırdı. 

O düĢünürdü ki, rəqabət təhlükəsi bankları qənaətcil saxlamalıdır, amma hələ onu bank əməliy-

yatlarının tənzimlənməsi üçün bir vasitə kimi görürdü (Smit bütün iqtisadi tənzimləmələrin əleyhinə 

deyildi:  yalnız  onların  əleyhinə  idi  ki,  o,  xüsusi  maraqları  ümumi  rifahdan  yüksək  tutmaqla 

hazırlanırdı).  

 

İstehlak və sərmayə 

 

Smit ümumi və xalis gəlir arasında – ümumi gəlirdən onun əldə edilməsi xərcini çıxmaqla, 



baĢqa bir  yenilik  fərqi edir.  “Xalqların  sərvəti”  əsərinin  əmək  və əmanətlərlə  bağlı  əsas  hissəsi 

olan  3-cü  fəsildə  analizlər  davam  edir,  baxmayaraq  ki,  onun  terminologiyası  müasir  oxuculara 

çətinlik yarada bilər. Smit əməyi məhsuldar və qeyri-məhsuldar olmaqla fərqləndirir. Məhsuldar 

əmək dedikdə, o düĢünür ki, iĢ öz xərclərinin hüdudunu ötüb keçir və yenidən sərmayə qoymaq 

üçün əlavə məhsul istehsal edir – istehsalla məĢğul olan  heyətin əməyi kimi. Qeyri-məhsuldar 



əmək isə, o düĢünür ki, dərhal bitən iĢdir-həkimlərin və ya musiqiçilərin, hüquqĢünasların və ya 

kukla oyunçularının, dövlət rəsmiləri və ya təlxəklərin iĢi kimi – hansı ki, yenidən yatırıla bilən 

gəlir  yaratmırlar.  O,  beləliklə  bugünkü  iqtisadiyyatın  əsası  olan  istehsal  və  xidmət  sektorları 

arasında fərqliliyi göstərir.  

Bu birbaĢa xidmətləri istifadə etməklə, hər halda, biz özümüzü kapitalın qorunması və saxlanması 

üçün izafi məhsuldan məhrum edirik, hansı ki, gələcək gəlirimiz ondan asılıdır. Ġndi biz daha çox isteh-

lak ediriksə, daha çox gələcək artım və gəlirin ziddinə gedirik. 

Həqiqətən, biz o qədər istehlak edə bilərik ki, istehsal qabiliyyətimizi geniĢləndirmək üçün heç nə 

qalmaz; bir az da artıq olsa, heç onu saxlaya da bilmərik. Smit deyir ki, bu məbləğlər “öz gəlirləri da-

xilində  xərclərini  məhdudlaĢdırmaqla”  deyil,  “bekarların  əmək  haqlarını  onların  vəsaitləri  ilə” 

ödəyərək“ kapitalı “israfçı” kimi tükədir,  hansı ki, onun əcdadı sənayenin qorunub saxlanması üçün nə 

qədər qənaətcillik göstərib.”  

Kapital  həm  də  düzgün  sərmayə  qərarlarının  olmaması  səbəbindən  dağıla  bilər  (Smit  bunu 

“bacarıqsız  idarəçilik”  adlandırır).  Smitə  görə,  bu  merkantilistləri  xatırladır,  bir  xalqın  qızıl  və 

gümüĢ  əmanətlərini  azaltmır, amma Ģübhəsiz onun  istehsal qabiliyyətini azaldır. Və əgər orada 

qanun  norması  yoxdursa,  kapital  oğurlana  bilər  ki,  bu  da  insanların  kapital  toplamaq  istəyini 

azaldır. 

Amma  “ağıllı  millətlər heç zaman  Ģəxslərin timsalında  yoxsullaĢmır, baxmayaraq ki, bəzən 

onlar  israfçı və bacarıqsızdırlar.” Sadə adamlar bilirlər ki, onlar özlərinin yaxĢılığı üçün qənaət 

etməli  və  sərmayə  yatırmalıdırlar.  Lakin  hökumətlər  kapitalın  qorunub  saxlanmasının 

mühümlüyünə  az  diqqət  verirlər:  onların  rolu  istehsala  sərmayə  yatırmaq  yox,  cari  xidmətlərə  

pul  xərcləməkdir. Smitin  müĢahidələrinə görə, hökumətlərin  az qala  bütün gəlirləri, qeyri-məh-

suldar iĢçi qüvvəsinin saxlanmasında bu yolla istifadə olunmuĢdur. Beləliklə: 



www.azadliqciragi.org 

23 


“...Kralların  və  nazirlərin  Ģəxsi adamlarının  iqtisadiyyatın keĢikçiləri olmasını  iddia etməsi, 

iĢə heç bir dəxli olmayan məsələ və fərziyyədir. Onlar özləri cəmiyyətdə hər zaman və hər hansı 

istisnasız ən böyük israfçılardır. Əgər onların öz ağılsız israfçılığı dövləti dağıtmırsa, onlar heç 

zaman məqsədlərinə yetməyəcəklər.” 

“Hökumət  israfçılığı”  vergi  ödəyicilərini  məcbur  edə  bilər  ki,  “öz  kapitallarını  qoruyub 

saxlasınlar”, o vaxta qədər ki, nəticədə “fərdlərin bütün qənaətcilliyi və yaxĢı idarəçiliyi istehsal 

itkisini və tənəzzülünü kompensasiya etmək imkanında olmur”. Amma bazar iqtisadiyyatı güclü 

möhkəm  sistem  kimi  qalır.  Böyük  dövlət  xalqları  geri  istiqamətləndirə  bilər,  amma  bu,  nadir 

hallarda onları dayandıra bilər: 

“Hər kəsin daha yaxĢı Ģəraiti üçün göstərdiyi düz, daimi və fasiləsiz səy dövlətin həm israf-

çılığının,  həm  də  hökumətin  böyük  səhvlərinin  əksinə,  çox  vaxt    təkmilləĢməyə  doğru  təbii 

inkiĢafı qoruyub saxlamaq üçün kifayət qədər güclüdür.”  



 

Kapital üzərində əlavə düşüncələr 

 

Smit  müĢahidə  edir  ki,  kapital  müxtəlif  yollarla  sərf  oluna  bilər.  Bəzi  aktivlər  (balıqçılıq 



sənayesi kimi) dərhal  istehlak üçün tədarük edilir; baĢqaları (maĢın avadanlığı kimi) xammal və 

ya hazır malların istehsal və ya daĢınmasına sərf olunur. Və adətən əhəmiyyət verilməyən, amma 

eyni  səviyyədə  mühüm  və  səmərəli  olan  kiçik  hissələrə  ayrılmıĢ  mallar,  istehlak  məqsədilə 

nəzərdə tutulmuĢ vahidlər üçün pərakəndə satıĢ yolu ilə istifadə  olunur – beləliklə, biz ət istəyən 

zaman  bütünlükdə  öküzü  almağa  ehtiyac  duymuruq.  (Bu,  Smiti  hər  hansı  bir  yerdə  pərakəndə 

satıĢ ticarətçilərinin sayını məhdudlaĢdıran rəsmi tədbirlərin gülünc tərəfinə yönəldir – məsələn, 

pivəxanaların  lisenziyalaĢdırılması  kimi.  “Bu,  pivəxanaların  çoxluğuna  görə  deyil,  –  o  deyir,  – 

ümumi  sərxoĢluğa  meyllilik  səbəbləri  ilə  bağlıdır.  Ancaq  bu  meyl  çoxsaylı  pivəxanalar  üçün 

lazımi  qədər  iĢçi  qüvvəsi  verir.”  Pərakəndə  satıĢ  ticarətçiləri,  baĢqaları  kimi,  tələbə  uyğun 

hərəkət edirlər). 

Lakin,  2-ci  Kitabın  əsas  mesajı  odur  ki,  bizim  məhsulun  qənaət  olunmuĢ  hissəsi  məhsulun 

hamısını istehlak etməkdənsə, bizə öz məhsuldar kapitalımızı artırmaq imkanı verir; hansı ki, öz 

növbəsində,  gələcəkdə öz məhsulumuzu artırmaq imkanı qazandırır. Bu sərvətin  – bizim  bank 

xəzinələrindəki  metalların  miqdarı  ilə  əlaqəsiz  (merkantilistləri  nəzərdə  tutur)-  geniĢlənən 

dairəsidir. 

Kapital  yığımı  vasitəsilə,  daha  çox  mütəxəssisə  və  əməyə  qənaət  edən  proseslər  inkiĢaf 

etdirilə  bilər.  Nəticədə,  əmək  bölgüsü  dərinləĢəcək  ki,  bu  da  öz  növbəsində  daha  çox  iĢ  tələb 

edəcək. Kapital geniĢləndikcə, əmək haqları da artacaq. (Smit, təbii ki, Sənaye Ġnqilabının özünü 

tam gücü ilə göstərməsindən əvvəl yazırdı və o vaxt iqtisadiyyatın əsasını əl əməyi təĢkil edirdi. 

Onun gerçəkdən əməyi əvəz edən maĢınlar təsəvvür etdiyi hiss olunmur). 

BaĢqa sözlə, bazar iqtisadiyyatı milli sərvətin inkiĢaf etdirilməsində misilsizdir və bu sərvət 

lap  aĢağılardakı  ən  yoxsul  iĢçilərə  qədər  yayılır.  Həqiqətən  də,  bu  sistemi  qəbul  edən  zəngin 

ölkələrdəki  yoxsul,  onu  qəbul  etməyən  kasıb  ölkənin  zənginindən  daha  yaxĢı  yaĢayır.  Bu, 

qloballaĢan  bir  mesajdır:  hansı  ölkələr  ki,  öz  müstəqilliyini  saxlamağa  və  ya  baĢqalarına 

münasibətdə ticarət sədlərini qaldırmağa çalıĢmırsa, öz yaxĢılığından qaçmıĢ olur.  

 

İqtisadi institutların tarixi 



 

3-cü  Kitab  bəzən  tarixi  fərziyyələr,  bəzən  də  zəngin  tarixi  faktlar  vasitəsilə  iqtisadi 

münasibətlərin  inkiĢafına  nəzər  salır.  Smit  kənd  təsərrüfatından  sənayeyədək  olan  inkiĢafı 

izləməkdən  baĢlayır.  O  təsdiq  edir  ki,  Ģəhərlərin  artması,  Ģəhər  və  kəndlərin  qarĢılıqlı  asılılığı 

bütünlüklə  təbiidir.  Sənətkarların  onlar  üçün  ərzaq  istehsal  edən  fermerlərə  ehtiyacı  var, 

fermerlərə də  onlar üçün avadanlıq  hazırlayan  sənətkarlar  və  bazarları onların  malları  ilə təmin 

edən Ģəhərlər lazımdır: həqiqətən də, Ģəhər nə qədər geniĢlənərsə, bazar da o qədər böyüyər. Bu o 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə