Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

www.azadliqciragi.org 

18 


Əgər  ac  Ģərabçı  həmiĢə  susuz  çörəkçi  axtarsaydı,  həyat  cansıxıcı  olardı.  Buna  görə  də  biz 

ümumi olaraq vasitə kimi pul  iĢlədirik – bizim  izafi  məhsulumuzu pula  mübadilə edirik, sonra 

pulu təzədən istədiyimiz baĢqa məhsullara dəyiĢirik. 

 

Dəyər indeksi 

 

Pul  vasitəsilə  mübadilə  edilib-edilməməsinə  baxmayaraq,  mübadilə  olunan  müxtəlif 



məhsullarda qiymət normasını nə  təyin edir? 

Smit üçün tapmaca idi ki, mahiyyətcə faydasız (almaz kimi) olan bir Ģeyin yüksək “mübadilə 

dəyəri” var, həyati (su kimi) önəmi olan Ģeyin isə demək olar ki, heç bir dəyəri yoxdur. Bu gün 

biz  bunu  “ən  son  fayda  nəzəriyyəsi”  ilə  həll  edə  bilərik:  almaz  nadir  tapılan  olduğuna  görə, 

ondan  əlavə  biri  böyük  hədiyyədir;  amma su çox olduğuna görə, bir dolu  fincan belə  həqiqətən 

ehtiyacımız üçün çox azdır. Və yaxud da biz tələb və təklif analizlərinə əsaslana bilərik.  

Təəssüf  ki,  ilk  vasitə  hələ  mövcud  deyildi,  “Xalqların  sərvəti”ndə  bu  məqamda  Smit  hələ 

ikincini də təkmilləĢdirməmiĢdi. Beləliklə, o hələ məhsula xüsusi dəyər verən Ģeyin nə olduğunu 

müəyyən etmək üçün mübarizə aparır. 

Bu,  ibtidai  cəmiyyətlərdə ona təbii görünürdü ki,  dəyər  ilkin olaraq  məmulatların  hasilatına 

sərf  olunan  əməyi  əks  etdirməlidir.  Ġstənilən  halda,  biz  satacağımız  məhsulun  yaranmasına 

“zəhmət  və  əziyyət”i  məhz  ona  görə  sərf  edirik  ki,  öz  aldığımız  məhsulların  yaranmasına  sərf 

olunan  səyimizə  qənaət  edək.  Hər  hansı  bir  Ģey  alan  tərəflərdən  hansı  birindəsə  belə  məsələ 

yoxdur ki,  onlar özləri o məhsulu az səy sərf etməklə yarada bilərlər, mübadilənin ideal norması 

bərabər zəhməti əks etdirməlidir. 

Buna  görə  də,  ovçular  arasında  “əgər  qunduzun  ovlanmasına  sərf  olunan  zəhmət  maralın 

ovlanmasına nisbətən  ikiqat  zəhmət bahasına  baĢa gəlirsə, bir qunduz təbii olaraq  iki  marala və 

ya onun dəyərinə mübadilə olunmalıdır”. Əlbəttə, Smit fərqindədir ki, bütün iĢlər bərabər zəhmət 

bahasına baĢa gəlmir. Bir istehsal prosesi ağır əmək, daha çox bacarıq və ya uzunmüddətli təlim 

və  təcrübə  tələb  edirsə,  digəri  fərqli  ola  bilər.  Amma  bu  amillər  “bazarda  qiymətləĢmə  və 

sövdələĢmə” zamanı nəzərə alınacaq.  

“Xalqların  sərvəti”nin  bu hissəsi  dəyərin  “əmək nəzəriyyəsi” kimi çox tənqid olunmuĢdur. 

Amma  bu  nəzəriyyə  də,  öz  növbəsində  Karl  Marksa  imkan  verdi  iddia  etsin  ki,  iĢçilərin  əməyi 

müntəzəm  olaraq  kapitalist  sahibkarlar  tərəfindən  oğurlanır.  Beləliklə,  o,  Ģübhəsiz  dünya  üçün 

yaxĢı heç nə vermədi. 

Amma  hələ  Smit  bizi  real  olaraq  dəyərin  “əmək  nəzəriyyəsi”nə  aparmır.  O  gerçəkdən  baĢa 

düĢməyə  çalıĢır  ki,  məhsulun  ümumi  dəyəri  üçün  bu  gün  əsas  iqtisadi  ölçü  kimi  nəyi  baĢa 

düĢmək lazımdır.  

Ovçuluq  cəmiyyətində,  bu  dəyərlər,  demək  olar  ki,  bütünlükdə  əməkdir.  Amma  biz  inkiĢaf 

baxımından bundan irəli getmiĢik; və Smit istehsalın

 

daha müasir iqtisadi sistemdə iĢləyən torpaq və 



kapital kimi digər faktorlarını  müəyyən etməyə çalıĢır. Həmin  ideya bu gün iqtisadiyyatda yenidən 

əsaslı konsepsiyaya çevrilib. Və sonra Smit tələb və təklif anlayıĢlarını irəli sürür – həm də onların 

yalnız qiymətə təsirlərini nəzərdən keçirməklə deyil, bütünlükdə istehsal və paylanma sistemini necə 

hərəkətə gətirdiyini aydınlaĢdırmaqla. Bu, baĢlanğıc məsələdir və onu o müxtəlif fəsillərə götürür ki, 

onlara  birlikdə baxmağa  ehtiyac var  və göstərir ki,  dəyərin yeganə mənbəyi olan əməkdən kənarda 

cəmiyyət necə təkamül edərdi. 

 

Torpaq, kapital və əmək 

 

Hər  hansı  növ  müasir  istehsal  prosesində  sizə  iĢi  görmək  üçün  insanlar,  o  iĢi  icra  etmək  üçün 



avadanlıqlar, alət və maĢınlar və torpaq lazımdır. Beləliklə, ümumi qiymətlər istehsalın üç başlıca amili 

arasında  bölünə  bilər  – Smit  bəyan  edir. Ovçuluq  iqtisadiyyatından  fərqli  olaraq,  bu  amillər  istehsal 

olunan məhsuldan gələn qazancda öz paylarını əldə etmək ixtiyarına sahib olan müxtəlif qrup insanlar 



www.azadliqciragi.org 

19 


tərəfindən  mənimsənilir.  Burada,  iĢçilərin  əməyi,  əlbəttə  ki,  əmək  haqqında  ifadə  olunur.  Kapital  da 

(Smit buna səhm deyir) iĢ sahibləri tərəfindən qoyulur ki, bu da mənfəətdə əksini tapır. 

Nəhayət, burada torpağın istifadəsi yer sahibinə ödənilən icarə haqqında əks olunur.   

Beləliklə, torpaq, kapital və əmək birlikdə – iĢçiləri, iĢ sahiblərini və torpaq sahiblərini qarĢılıqlı asılı 

edərək – istehsala Ģərait  yaradır. Amma onların qarĢılıqlı asılılığı  istehsaldan da o yana gedir,  əlavə  is-

tehsal mübadilə üçün nəzərdə tutulduğuna görə, onlar həlledici olaraq həmin məhsulların qiymətləndiril-

məsinə  və  yayılmasına  da  cəlb  olunurlar.  Smit  tədricən  bizə  onu  anlatmağa  çalıĢır  ki,  bir  millətin 

məhsulunun istehsalı, qiymətləndirilməsi və yayılması qətiyyən təcrid olunmuĢ vəziyyətdə deyil, hər biri 

ayrı olan hissələr hamısı birlikdə, fəaliyyətdə olan iqtisadi sistemin qarĢılıqlı əlaqəsi olan hissələri kimi 

eyni vaxtda həyata keçirilir. Bu da böyük nəzəri kəĢf idi. 



 

Bazarlar istehsalı necə idarə edir 

 

Smit  daha  sonra  izah  edir  ki,  bu  sistem  istehsalı  necə  hərəkətə  gətirir  və  istiqamətləndirir. 



Məhsulların  mübadilə  olunduğu  “bazar  qiyməti”,  onların  ümumi  istehsal  qiymətindən  (bunu  o, 

“təbii qiymət” adlandırır) yüksək və ya aĢağı ola bilər. Bu, məhsula olan tələbdən (və ya ən azı, 

almaq  üçün  pulu  olan  müĢtərilərin  “real”  tələbindən)  və  onun  bazara  hansı  miqdarda 

çıxarılmasından  asılıdır.  Əgər  bazar  qiyməti  satıcıların  istehsal  qiymətlərindən  yüksəkdirsə, 

qazanc gətirir, yox əgər aĢağıdırsa, itki yaradır. 

Bazar qiyməti heç vaxt uzun müddətə istehsal qiymətlərindən aĢağı qala bilməz: yoxsa satıcılar da-

vamlı olaraq itirməkdənsə, bazardan uzaqlaĢardılar. Amma nə bazar, nə də istehsal qiyməti uzun müddətə 

çox yüksək səviyyədə qala da bilməz. O, rəqibləri xəbərdar edir ki, qazanc yaranmalıdır, təchizat artmalı 

və  bazar  qiyməti  yenidən  aĢağı  qiymətə  təklif olunmalıdır.  Beləliklə,  sənayenin  məqsədi  bazara  həqiqi 

tarazlıq gətirməkdir.  

Əlbəttə,  rəqabətdə  nöqsanlar  ola  bilər.  Qaydalar  bazara  giriĢi  məhdudlaĢdıra  bilər.  Monopolist 

bazarı  bağlı  saxlamaqla,  qiymətləri  qalxmağa  məcbur  edə  bilər.  Və  ya  informasiya  çatıĢmazlığı  ola 

bilər:  məsələn,  rəqiblər  ondan  xəbər  tutana  qədər  ucuz  hasilat  prosesinin  “ixtiraçısı”  illərlə  böyük 

qazanc götürə bilər. Beləliklə, təbii qiymətlə bazar qiyməti fərqlənə bilər. 



 

Əmək haqqı iqtisadi artımdan asılıdır 

 

Bu nöqsanlar əmək bazarında da mövcuddur. Torpaq, kapital və əmək qarĢılıqlı Ģəkildə asılı 



ola  bilər,  amma  iĢçilər,  iĢ  sahibləri  və  yer  sahibləri  arasında  mübarizə  qeyri-bərabərdir.  ĠĢ 

sahibləri  iĢçilər  arasında  sövdələĢmələri  qadağan  edən  qanunları  təĢviq  edir,  baxmayaraq  ki,  iĢ 

sahibləri  arasında  sövdələĢmə  “daimi  və  dəyiĢməzdir”-Smit  deyir.  Amma  iĢ  sahibləri  yadda 

saxlamalıdırlar  ki,  əmək  haqlarını  aĢağı  səviyyədə  saxlamaq  yanlıĢ

 

iqtisadiyyatdır:



 

daha  yaxĢı 

ödəniĢlər və Ģərtlər məhsuldarlığı artıra  və beləliklə, yüksək qazanc gətirə bilər.    

O düĢünür ki, iĢçilərin ən yaxĢı dostları milli gəliri və kapital artımını yüksəldir, çünki onlar 

əməkçilərin  əmək  haqlarını  artırır.  Torpaq  sahibi  daha  çox  qazancla  iĢə  daha  çox  xidmətçi 

götürəcək. Toxucu və yaxud çəkməçi əlavə kapital ilə iĢə köməkçilər cəlb edəcək. BaĢqa sözlə, 

nə  zaman  ki,  iĢə  tələbat  artır  və  yalnız  onda  milli  sərvət  çoxalır.  “Əməyin  liberal  dəyəri” 

bütünlükdə iqtisadi artımdan asılıdır. 

Amma  əmək  haqlarının  real  ölçüsü  onların  alıcılıq  qabiliyyətindədir:  və  Smit  qeyd  edir  ki, 

vergilər Ģamların, dərinin, spirtli içkilərin və onun zamanındakı baĢqa zinət mallarının qiymətini 

qaldırdığı halda, ərzaq və digər mühüm mallar ucuzlaĢırdı. Buna görə bazar sisteminə minnətdar 

olmaq gərəkdir.  

Bu, xüsusi olaraq yoxsula kömək edirdi və heç də pis Ģey deyildi, ona görə ki: “Çox böyük 

bir hissəsi  yoxsul  və zavallı olan  hər hansı  bir cəmiyyət  mütləq  mənada sağlam  və  xoĢbəxt ola 

bilməz”.  

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə