Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   14   15   16   17   18   19   20   21   22

www.azadliqciragi.org 

35 


Özünütənqid və vicdan 

 

Smit deyir ki, əslində, təbiət bizə cəzanın qarĢısını almaq üçün üçün daha nəsə verib ki, bu da 



özünütənqiddir.  Biz  yalnız  baĢqa  adamların  hərəkətlərinin  deyil,  özümüzü  vəkil  və  məhkəmə 

arasında ayırmaqla, öz hərəkətlərimizin də bitərəf seyirciləriyik. Və bu daxili məhkəmə daha çox 

baĢqalarının açıq tərifindən asılıdır. Biz də tərifə layiq olmaq istəyirik və nə vaxt hiss edirik ki, 

baĢqa adamların bizim haqqımızda fikirləri səmimidir, yalnız o zaman məmnun qalırıq.    

“Bu vicdan qığılcımının”, - o, fikrinə davam edir, “güclü  sosial  funksiyası  var.” O, bizi öz 

taleyimizin əsiri olmaqdan və baĢqalarının taleyindən çox uzaq məsafədə dayanmaqdan qoruyur. 

Bir  məĢhur  misalda o bildirir ki, böyük bir zəlzələ  bütün Çini  məhv etsəydi, Avropada yaĢayan 

bir Ģəxs  müəyyən qədər kədərlənərdi  Ancaq bu  bəzi Ģəxslərin  uğursuzluğu  ilə  müqayisədə  bir 

Ģey  olmazdı: 

“Əgər o, gündüz kiçik barmağını itirsəydi, gecəni yata bilməzdi. Amma bunlar baĢ vermədiyi hal-

da, o, yüz milyonlarla insanın məhv olmasına baxmayaraq, daha dərin rahatlıq içində xoruldayacaq və 

o nəhəng çoxsaylı obyektlərin dağıdılması ona  maraqsız görünəcək, nəinki  onun  əhəmiyyətsiz  Ģəxsi 

uğursuzluğu.”  

Buna  baxmayaraq,  əslində,  bütün  fərdlər  eyni  dərəcədə  önəmlidir.  Vicdan  bunu  bizə 

xatırladan  təbiətin  yoludur.  Kiçik  bir  barmağımızı  qorumaq  üçün  yüz  milyonlarla  insanın 

həyatını qurban etmək olardımı? Əlbəttə, yox! Bizim vicdanımız heç zaman buna yol verməzdi.  

Vicdan  bizə  perspektiv  verir.  O,  bizim  özümüzə  qapılmamızı  yoxlayır  və  bizi  yalnız  öz  Ģəxsi 

mənafeyimiz  naminə    baĢqalarına  ziyan  vurmaqdan  çəkindirir.  Bu,  bizə  öz  əsas  nəfsimiz 

üzərində hakim olmaq iradəsi verir. 

  

Əxlaq qaydaları 

 

Bizim təbii instinktdən qaynaqlanan bu proses, qaydaları yaradır və davam etdirir. Biz adamların 



pis davranıĢını görən zaman daxili mühakiməmiz qətiyyət verir ki, eyni Ģeyi etməyək: nə zaman ki, 

baĢqaları  yaxĢı davranıĢ göstərir,  biz onlardan  nümunə götürməyə can atırıq.  Bunu da Smit  deyir. 

Sonsuz sayda  fəaliyyətlərlə  bağlı belə  mühakimələrin yürüdülməsi prosesində biz tədricən davranıĢ 

qaydalarını yaradırıq. Bu, o deməkdir ki, biz daha hər yeni Ģəraiti təzədən fikirləĢməli deyilik: indi 

bizə  bələdçilik  edən  əxlaqi  standartlarımız  var.    Onlar  “borc  hissini”  doğurur  ki,  o  da  bizə,  həmin 

anda  necə  duyğulana  biləcəyimizdən  asılı  olmayaraq,  ədalət  prinsiplərinə,  vicdan  və  ədəb-ərkana 

sadiq qalmağımıza kömək edir. 

Bu daimilik  ictimai qayda-qanun üçün  faydalıdır.  Vicdanımızı  izləməklə,  biz  ən  sonda  inamla, 

amma  düĢünməyərəkdən  bəĢəriyyətin  xoĢbəxtliyinə  yardım  edirik.  Ġnsan  qanunları  cəza  və 

mükafatları ilə birlikdə eyni nəticələrə hesablanır. Amma onlar heç zaman təbiətən yaradılan vicdan 

və əxlaq qaydaları kimi sistemli, birbaĢa və ya effektiv  ola bilməzlər.     

Smit  qəbul  edir  ki,  əxlaq  qaydaları  zaman  və  məkana  görə  dəyiĢkən  olmalıdır.  Fərqli 

mədəniyyətlərin  gözəlliyə  dair  fərqli  ideyaları  var,  onların  nəyi  daha  yaxĢı  bildiklərindən  asılı 

olaraq,  “gözəllik  qaydaları”  haqqında  da  fərqli  ideyaları  var.  Məsələn,  müxtəlif    nikah 

ənənələrinə, seksual rəftar normaları və qonaqpərvərliyə və ya ədəb-ərkana dair fərqli standartlar 

mövcuddur. O vurğulayır ki, dəb və ənənənin belə müxtəliflikləri qaçılmaz sonluqdur. Təbiətin 

fundamental prinsipləri davamlı getməsə, cəmiyyət öz yaĢamını davam etdirə bilməz.  

 

Sərvətə münasibət 

 

Bizim  əxlaqi  mühakiməmizə  təsir  göstərə  bilən  və  bunu  heç  də  hər  Ģeydə  yaxĢılığa  doğru 



etməyən  baĢqa  amil    sərvətdir.  Smitin  bu  mövzu  haqqındakı  geniĢ  düĢüncələri  onu  maddi 

ehtiyacın tərəfdarı kimi təsəvvür edən sadədil tənqidçilərə (Karl Marksın davamçıları) Ģok kimi 

gəlməlidir. 



www.azadliqciragi.org 

36 


O təkidlə bildirir ki, pul ilə ödənən maddi ehtiyaclar doğrudan da tamamilə əhəmiyyətsizdir. 

QəĢəng zərif  bir palto havadan qorunmaq üçün kobud bir paltodan davamlı deyil. Və  ya zəngin 

adam hər hansı baĢqa birindən artıq  yeyə  bilməz və kiçik bir daxmada əməkçi,  bəlkə də, böyük 

bir yerdə padĢahdan daha rahat yatır. Sərvət bizi qorxudan, kədər və ölümdən xilas edə bilməz.  

Biz  hələ  də  inanırıq  ki,  xoĢbəxtliyi  pulla  almaq  olar  və  zənginlər  və  məĢhurlar  hökmən 

xoĢbəxtdirlər.  Əslində, biz onların yaxĢı taleyinin həyəcanını hiss etməklə məmnunluq duyuruq 

və  onların  yaĢamları  və  məĢğuliyyətləri  bizim  marağımızı  özünə  əsir  edir.  Ġctimaiyyətin  diqqət 

mərkəzində olmaq, əlbəttə, çox məmnunedicidir. Belə ki, zəngin üçün sərvət mənbəyi onun əldə 

edə biləcəyi əhəmiyyətsiz rahatlıqlar deyil, onun yaratdığı yaltaqlıqdır

.

  



Lakin  bu,  əbəsdir,  ona  görə  ki,  xalqın  mənafeyi  daha  çox  sərvətə  sahiblikdən  və  ya  statusdan 

asılıdır,  nəinki, o sərvətə sahiblik  edənlərin  məziyyətindən. Hətta  insanlar  heç  nə  qazanmasa  belə, 

varlının  “nöqsan  və  səfehliyini”  seyr  etməyi  üstün    sayır  və  onlara  layiq  olduğundan  da  artıq 

yaltaqlanır. Nəticədə, onlar öz sərvət  və  statusları  ilə  o fikirə gəlirlər ki,  həqiqətən  bütün  bu saxta 

tərifə layiqdirlər, hətta onlar əslində bunların heç birinə layiq olmayanda belə. 

  

Özünü təkmilləşdirmə 

 

Hər  halda,  sərvətə  canatma  baĢqa  mənfəətlər  gətirir.  Adamlar  zənginlərin  böyük 



malikanələrini və ya gözəl faytonlarını görən zaman, rahat və yüngül olduğunu düĢündükləri bu 

həyata  paxıllıq  edirlər.  Paradoksal  olaraq,  Smit  deyir  ki,  onlar  da  eyni  həyata  nail  olmaq  üçün 

özlərini  narahat  və  ağır  iĢlərdə  oda-közə  vururlar.  Beləliklə,  sərvətin  güman  edilən  ləzzətləri, 

əslində  yanlıĢ  olmasına  baxmayaraq,  bizi  fiziki  cəhətdən  böyük  güc  toplamağa  təhrik  edir  və 

intellektual və bədii bacarıqlarımızda da nəhəng təkmilləĢmələrə doğru aparır: 

“Bu, bir səhradır ki, qızılgüllər açır və bəĢər fəaliyyətini davamlı inkiĢafda saxlayır. Bu  odur ki, 

insanlığı əvvəlcə torpağı becərməyə, evlər tikməyə, Ģəhərlər və dövlətlər qurmağa, bütün elmləri və 

sənətləri kəĢf etməyə və təkmilləĢdirməyə təhrik etdi. Hansı ki, bu sənətlər insan həyatını zərifləĢdirir 

və bəzəyir; hansı ki, onlar bütövlükdə dünyanın tam simasını dəyiĢdi, təbiətin kələ-kötür meĢələrini 

yararlı və məhsuldar tarlalara çevirdi, yolsuz-izsiz və faydasız okeanları yeni təminat mənbəyinə və 

yer üzünün müxtəlif millətləri üçün yüksək əlaqə yoluna çevirdi.”  

Bununla belə, zəngin yoxsuldan az istehlak edir. Onlar yalnız daha çox  qiymətli, yararlı və ya 

nəfis  olan  Ģeyləri  yığır.  Və  bütün  bunlara  tələbatı  olanlara  və  ya  onların  bütün  zərif  bəzək-

düzəklərini  hazırlayan  sənaye  sahiblərinə  iĢ  verərək,  sərvətin  bütün  cəmiyyətə  yayılmasına  nail 

olur.  Həqiqətən  də,  onlar  “görünməz  əl  tərəfindən  həyati  ehtiyacların  paylanmasına  yaxın  olanı 

edirlər ki, onu etməklə, yer üzü öz sakinləri arasında bərabər hissələrə bölünmüĢ olardı”. 

 

Ləyaqət 

 

Əxlaqın təbiətini  və  mənĢəyini tutuĢdurmaqla, Smit “Əxlaqi duyğular nəzəriyyəsi”ni  həqiqi 



mükəmməl insan xarakterini müəyyənləĢdirərək, tamamlayır. Belə insan, o deyir, sayıqlıq, ədalət 

və  xeyirxahlıq  keyfiyyətlərinin  təcəssümü  olardı.  Dördüncüsü,  təmkin  də  əhəmiyyətlidir,  o 

həmiĢə yaxĢılığa aparan qüvvə olmasa belə. 

Sayıqlıq  fərdin  diqqəti  altında  istiqamətləndirilir.  O,  fərdin  ifratçılığını  yüngülləĢdirir  ki,  bu, 

cəmiyyət  üçün  də  önəmlidir.  Həmin  özəllik  xüsusi  olaraq  cəzbedici  olmasa  da,  hörmətəlayiqdir. 



Ədalət  bizim  baĢqalarına  vura  biləcəyimiz  zərəri  məhdudlaĢdırmağa  yönəlib.  Bu  ictimai  həyatın 

davamlı inkiĢafı üçün əhəmiyyətlidir. Xeyirxahlıq bizi baĢqalarının xoĢbəxtliyinə yardım göstərməyə 

cəlb  etməklə,  ictimai  həyatı  inkiĢaf  etdirir.  Bu  hər  kəsdən  tələb  oluna  bilməsə  də,  həmiĢə 

qiymətləndirilməlidir.  Və  təmkin  bizim  çılğınlığımızı  yüngülləĢdirir.  (Qorxu  bizim  qəzəbimizin 

qarĢısını ala bilər, amma biz təhlükəsiz olan kimi, eyni qəzəb yenidən peyda olur. Amma nə zaman 

biz baĢqalarına münasibətdə qəzəbimizi təmkin vasitəsilə yüngülləĢdiririk, bu, gerçək bir azalmadır.)  

Bizim  daha  çox özümüz,  sonra  ailəmiz,  daha  sonra  dostlarımız  və  kənar  adamlar  haqqında 

maraqlanmağımız  kimi  təbii  meylimiz  var.  Biz  öz  ölkəmizə  baĢqalarından  daha  artıq  qayğı  ilə 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə