www.azadliqciragi.org
41
Smit hökumət və dövlət siyasəti haqqında
Smitin “Hüquq sistemi haqqında mühazirələri” yenə də yalnız tələbələrinin qeydlərində
qalıb. O bildirir ki, hüquq sistemi, “hökumət və qanunun ümumi prinsiplər nəzəriyyəsi” və ya
“mülki hökumətlərin istiqamətləndirməli olduğu qaydalar”dır. Bir daha, mühazirələr sosial
psixologiyada məĢğələ, insanın qarĢılıqlı təsir əsasında hüquq və hökumət institutlarının əsasının
qurulmasına necə səbəb olmasının izlənməsi cəhdi kimi görünə bilər.
BaĢlanğıc bölmə “Ədalət” adlandırılıb, ancaq müxtəlif səpkili geniĢ məsələləri əhatə edir.
Hökumətin mənĢəyi və inkiĢafı, konstitusiyalar, yerli hüquq, köləlik, mülkiyyət hüququ,
məhkəmələr və cinayət məhkəməsi məsələləri daxil olmaqla. BaĢqa bir əsas bölmə, siyasət
haqqında daha çox Smitin qiymətlər, pul, ticarət və əmək bölgüsü ilə bağlı fikirlərini əhatə edir
ki, bu, on il keçməmiĢ onun “Xalqların sərvəti” əsərində əksini tapacaqdı
.
Ədalət, dövlət və hüquq
Bir daha, Smit təkamül baxıĢını götürür. Ovçuluq sistemi
köçəri çobanlar dövrünə, sonra
sabit kənd təsərrüfatı və biznes dövrünə yol verdikcə, bu iqtisadi quruluĢları möhkəmləndirmək
üçün müxtəlif dövlət və hüquqi sistemlər tələb olunurdu. (Bir əsr sonra Karl Marks razılaĢacaq:
istehsal münasibətləri ictimai münasibətləri formalaĢdırır.)
Dövlət, Smit “Xalqların sərvəti”ndə dəqiq Ģərh etdiyi kimi, mülkiyyətin qorunması məqsədi
əsasında yaranmıĢdır, hansı ki, çoban və fermerlər dövründə çox mühüm əhəmiyyətə malik oldu.
Bu quruluĢun açıq üstünlüyü bizim təbii insan meylinin hakimiyyətə hörməti əsasında
möhkəmləndirildi, o deyir. Amma bu, bazar iqtisadiyyatı idi ki, demokratiyanın meydana
gəlməsinə səbəb oldu. Ġlkin vaxtlar, bütün hakimiyyət yerli rəhbərdə idi. Ġqtisadi mübadilədə,
istehsalçılar əvəzində diqqəti daha çox öz müĢtəriləri olan saysız-hesabsız sadə insanlara yönəlt-
dilər. Beləliklə, tipik dövlətin toxumları səpildi.
Əmək və mübadilə
BaĢqa bölmələr göstərir ki, Smit “Xalqların sərvəti”ni hətta 1760-cı illərin ortalarında davam
etdirirdi. “Bu, əmək bölgüsüdür ki, ölkənin sərvətini artırır”, o deyir. Burada da sancaq
fabrikinin və yun paltonun istehsalı misalı var ki, münlərlə fərdin əməkdaĢlığını əhatə edir və
cəmiyyət vasitəsilə əmək fəaliyyətini geniĢləndirir. Və biz belə deyirik: ”Sən qəhvəçiyə və ya
qəssaba pivə və mal əti üçün müraciət edərkən, bunlara özlüyündə nə qədər ehtiyac duyduğunu
izah etmirsən, müəyyən qiymət müqabilində sənə o məhsuldan nə qədər düĢdüyünü soruĢursan”.
”Sən qəti olaraq onun insanpərvərliyinin deyil, özünəvurğunluğunun obyektisən. (Bəlkə də bunu
qeyd edən tələbə Smitin əsl sözlərinin Ģeiriyyətini sadəcə tuta bilməyib.)
Uyğun olaraq, biz görürük ki, Smit o merkantilist baxıĢlarına hücum edir ki, o baxıĢa görə
sərvət puldur və onun qorunması üçün ixrac məhdudlaĢdırılmalıdır. “Bu haylı-küylü yaĢayıĢla,”
– o qeyd edir, “bir zəngin bədxərc kapitalı israf edə bilər-hansı ki, bu istehsalı və inkiĢafı
sarsıdır, hətta baxmayaraq ki, dövriyyədən pul itmir”. Sərvət və pul, həqiqətən də, eyni Ģey deyil.
“Xalqların sərvəti”ndə baĢlanğıc götürən mühazirələr iqtisadi ideyaları “Əxlaqi düĢüncələr
nəzəriyyəsi”ndə inkiĢaf etdirir. O təkid edir ki, bizim maddi inkiĢafımızın hərəkətverici qüvvəsi
bizim ehtiyaclarımız deyil, bizim istəklərimizdir və belə deyir:
”Ġnsanın tələbatı elədir ki, heç nə
onu qane etmir. Biz yedizdirildikdən, qeyindirildikdən və evlə təmin olunduqdan sonra da
iqtisadi inkiĢaf dayanmaz.” Bizim təkmilləĢmə axtarıĢımız heç vaxt bitmir və nə istehsalda, nə
sənayedə, nə də elmdə və sənətlərdə inkiĢaf ondan ayrılmır.
www.azadliqciragi.org
42
Bacarıqsız hökumət
Əgər istehsal, mübadilə və kapital yığımı maddi tərəqqiyə gedən yoldursa, bunu əngəlləyən
nədir? Smit deyir ki, tez-tez təsadüf olunan fakta görə, bu, bacarıqsız hökumətdir. Kapital yığımı
vaxt aparır. Əgər insanlar düĢünürsə ki, hökumət onları oğurluqdan qoruya bilməz və azad ticarət
etməyə buraxmaz, onların çalıĢqan və qənaətcil olmağa meyli az olacaq.
“Hüquq sistemi haqqında mühazirələr” heç zaman nəĢr üçün nəzərdə tutulmamıĢdı və Smitin
hökumətin bacarıqsızlığı və müdaxiləsinə hücumu “Xalqların sərvətinə” nisbətən burada bir az
yumĢaqdır. Ancaq onun çox yaxın məqsədləri var: insanları iĢ dəyiĢikliklərindən qoruyan
müqavilə qanununda qüsurlar, torpağa sahiblik və onun ilk statusu haqqında köhnə qanun,
hökumət subsidiyaları, istehsalçılara verilən monopoliyalar, imtiyazlar və uzun təlimlər, köləlik
və baĢqa qaydalar və s.
Ağır vergilər baĢqa bir yolkəsicilikdir. Mühazirələrdə o artıq vergilərin səmərəliliyi haqqında
düĢünməyə baĢlayıb: torpaq vergilərini əmtəə vergilərinə qədər artırmaq olar, çünki onları
toplamaq asandır. Və burada, o düĢünür ki, dövlət və səlahiyyətli torpaq sahiblərindən daha çox
mərkəzi planlaĢdırma var. Adamlar yuxarıdan yönəldilməyən bazarlara və ticarət azadlığına
ehtiyac duyurlar.
Belə müdaxilələr labüd olaraq ictimai rifahı aĢağı salır. Adamlar könüllü mübadilələrə
gedirlər, çünki hər iki tərəf bundan faydalanacağına inanır. Bu insan sərvətinin mənbəyidir. “Nə
zaman iki nəfər öz arasında ticarət edir” o düĢünür ki, “bu, Ģübhəsiz olaraq hər ikisinin
qazancıdır. ” Və o, merkantilistlərə deyir: ”Vəziyyət iki xalq arasında da tam eynidir.”
Azadlıq və inkişaf
Onun siyasət ”reseptlər”i eyni dərəcədə sağlamdır:
“Yuxarıdakı fikirlərdən görünür ki, Britaniya bütün mənalarda azad liman olmalıydı ki, orada
xarici ticarət üçün hər hansı maneə olmasın. Əgər hökumətin xərclərini baĢqa üsulla ödəmək
mümkün olsaydı, bütün borclar, gömrük rüsumları və aksizlər ləğv edilməliydi ki, belə sərbəst
ticarət və azad mübadilə bütün xalqlara və hər Ģeyə Ģamil edilməliydi.”
Və eyni düĢüncəylə, “mübadilə azadlığı” bütün millətlərin daxilində də hər Ģeyə Ģamil
edilməliydi.
Smit kimi dövrünün bəzi alimləri də güman edirdilər ki, inkiĢaf qarĢısıalınmazdır. Hər halda,
onların dünyası həqiqətən inkiĢaf etməkdəydi. Smit çox da nikbin deyildi. ĠnkiĢaf qayda və
təhlükəsizlik, azadlıq və ədalət çərçivəsi tələb edir. Əks təqdirdə, adamlar əməksevər olmaq
səbəblərini itirirlər. Bütün bunların qorunub saxlanmasında dövlətin Ģəksiz rolu var. Amma bu
da sərvət yaranması prosesinin yolunu kəsməməlidir, çünki o mənafelər hakimiyyətə onu təhrif
etmək üçün verilməyib. Bu yolu sərbəst buraxmaqla, insanların daha yaxĢı Ģəraitə olan təbii
arzusu inkiĢafın ən güclü hərəkətverici qüvvəsidir.