Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

www.azadliqciragi.org 

28 


İctimai işlər 

 

Firavanlıq biznesin və biznes də yollar, körpülər və limanlar kimi infrastrukturun olmasını tələb 



edir.  Bunlardan  bəziləri,  Smit  düĢünür,  öz  xərcini  ödəyə  bilməz  və  vergi  fondu  hesabına  tikilməsi 

tələb  olunur.  Amma  xərclərin  ən  azı  bir  hissəsi,  bütünlükdə  əhalidən  gələn  vergilərdənsə,  o 

infrastrukturdan  istifadə  edənlərin  rüsumlarından  ödənə  bilərdi.  Eyni  zamanda,  əsas  mənfəət  yerli 

xarakter daĢıyır və xərc rüsumlardan ödənə bilməz, ən yaxĢısı yerli vergidir. Məsələn, London vergi 

ödəyiciləri asfalt döĢəmənin salınmasını və küçə iĢıqlarının qoyulması xərcini ödəməlidirlər. 

Smit həmçinin “barbar” ölkələrlə ticarət baĢlamaq üçün, adamları həvəsləndirmək məqsədilə 

ictimai  güzəĢtlərə  ehtiyac  olduğunu  görür.  Amma  bu  kömək  ümumi  vergi  ödəyicilərinin 

subsidiyalarındansa,  müvəqqəti  yerli  monopoliyalar  (patentlər  və  ya  müəllif  hüquqları  kimi) 

formasında edilməlidir. 

 “Xalqların sərvəti” bu məqsədə yaxınlaĢdığı vaxtdan, hökümət üçün əhalinin “kapitalının istiqa-

mətləndirilməsi” üzrə uzadılmıĢ məhkəmə hökmünə çevrilib, bu dövlət xərc təklifləri ən yaxĢı imkan 

kimi görünür. Biznes əlbəttə ki, infrastruktur tələb edir, ancaq ona görə ki, onun ədalət normalarına 

ehtiyacı var. Aydın deyil, bununla belə, niyə yollar, körpülər və limanlar kommersiya əsasında inĢa 

olunmamalı və bu xərc bütünlükdə onları istifadə edənlərin xərcləri hesabına ödənilməməlidir. Hətta 

asfalt döĢəmə və küçə fənərləri də yerli bizneslər hesabına quraĢdırıla və maliyyələĢdirilə bilərdi ki, 

nəticədə  ticarət  qazanmıĢ  olardı.  Və  əgər  yeni  ticarət  marĢrutları  açmağa  dəyərsə,  onda  hökumətin 

cəlb olunmasına nə ehtiyac var? 

Bəlkə də, biz ona əsaslanaraq ki, bu gün yeni ticarət müəssisələrini maliyyələĢdirmək və mühüm 

infrastruktur  yaratmaq  üçün  bahalı  maliyyə  vasitələrimiz  var,  Smitə  bəraət  qazandıra  bilərik.  Bizim 

yollar, körpülər və baĢqa vasitələrdən istifadə edənlərdən ödəniĢ toplamaq üçün də ən yaxĢı texnologi-

yalarımız  var.  Amma  18-ci  əsrdə  dövlət  maliyyələĢməsi  və  təĢəbbüsü  hər  kəsin  mühüm  olduğuna 

razılaĢdığı müəyyən məsələləri həll etməyin yeganə yolu hesab olunurdu. 



 

Gənclərin təhsili 

 

Smit  ibtidai  təhsilin  inkiĢafını  infrastruktura  yaxın  sayır  –  kommersiyanın  çiçəklənməsinə 



imkan yaratmaq  yolu ilə nəsə tələb olunur.    

Amma  yenə  burada,  onun  analiz  və  “reseptləri”  onun  ümumi  analizləri  ilə  ziddiyyətli 

görünür.  

Onun baĢlanğıc nöqtəsi odur ki, təhsilin bütün faydaları üçün əmək bölgüsünün arzuolunmaz 

nəticələri ola bilər. Diqqətin gündəlik olaraq təkrar tapĢırıqlar üzərinə yönəldilməsi, labüd olaraq 

insanların fikir və maraqlarını çərçivəyə salır: 

“Bütün  həyatı  bir  neçə  sadə-bəlkə  də,  hər  zaman  eyni  və  ya  çox  bənzər  əməliyyatı  icra 

etməklə keçmiĢ insanın, öz düĢüncəsini toplamağa  və ya heç zaman çətinliklər baĢ vermədiyinə 

görə,  onları  aradan  qaldırmaq  üçün  yollar  axtarmasına  və  ya  öz  düĢündüyünü-ixtirasını  tətbiq 

etməsinə  səbəb də yoxdur.”  

Marks sonra bunu “təcridetmə” adlandırır və Smit təkid edir ki, təhsil dəyiĢiklik tələb edir. 

Təhsil daha çox əziyyət çəkən yoxsul əməkçiyə (daha stimullaĢdırıcı sahədə çalıĢan istehsalçılar 

və  ticarətçilərə)  yönəldilməlidir.  Və  Smit  deyir  ki,  biznesi  asanlaĢdırmaq  üçün    insanların 

“oxumağa, yazmağa və hesablamağa” ehtiyacı var. Bununla yanaĢı həndəsə və texniki elmlər də 

faydalıdır.  

 “Dövlət”  məktəblər  yaratmaqla  bu  təhsilə  yardım  edir.  Yerli  hökumət  tərəfindən 

maliyyələĢdirilən  belə  məktəblərin  birinə  də  Smit  Krikaldidə  getmiĢdi.    Ancaq  dövlət  məktəb 

binalarını maliyyələĢdirməli olduğuna görə, bütün müəllimlərin maaĢlarını ödəməməlidir.  Əgər 

müəllimlər tələbələrin təhsil haqqına arxalanırlarsa, onların fəaliyyəti daha da yüksələcək. Smit 

Oksfordda  oxuduğu  dövrü  əsəbiliklə  xatırlayır:  “Məktəblərin  və  kolleclərin  yardım  fondu 

müəllimlərin ehtiyaclarını az və ya çox səviyyədə ödəmək üçün əhəmiyyətli dərəcədə azalmıĢdı. 

Onların təminatı tamamilə müstəqil uğurlarında və onların xüsusi ixtisaslarının nüfuzundadır.” 




www.azadliqciragi.org 

29 


O,  dövlətin  bu  ibtidai  təhsilə  dəqiq  olaraq  nə  qədər  vəsait  ödəməsi  məsələsində  tərəddüd 

göstərir. Bütün təhsil xərcini tələbələrin özləri ödədikləri rəqs və qılıncoynatma bacarıqları üzrə 

ixtisaslaĢmıĢ  özəl  məktəblərə  yüksək  rəğbətini  ifadə  edir.  Amma  Smitin  diqqətliliyi  dövlət 

müəssisələri  haqqında  xəbərdarlıqdır,  müasir  oxucu  soruĢa  bilər,  yoxsul  tələbələrin 

məktəblərindənsə, onların özlərinə yardım etmək daha yaxĢı deyilmi? 

 

Bütün yaşlarda olanlar üçün  təhsil 

 

Smit  yeniyetmələrə  və  dini  təhsilə  yardım  göstərilməsində  də  dövlətin  rolu  olduğunu 

düĢünür.  Kilsə  torpaqları  kilsə  xidmətçilərinə  maaĢ  ödəyəndə,  onlar  ləng  inkiĢaf  edir,  ancaq 

Ģəhərlərin böyüməsinin cazibədarlığı o deməkdir ki, dini və əxlaqi təhsil heç zaman çox önəmli 

olmayıb.  

Beləliklə, o  yenə  də  spesifik olmayaraq,  sənətlərin,  fəlsəfənin, elmi  biliklərin dəstəklənməsində 

dövlətin heç olmasa müəyyən rolunun olmasını müdafiə edir.

 

Və o, mübahisə edir ki, hökumət cəsa-



rətsizliyin  “mənəvi  Ģikəstliyi”  ilə  mübarizə  aparmağa  “ciddi  diqqət”  verməli,  “cüzam  və  ya  baĢqa 

bezdirici və mənfur xəstəliklərin” yayılmasının qarĢısını almalıdır. 

 

Soveren 

 

Sonuncu  məsələ  vergidən  kənar  ödənməli  “soverenin  Ģöhrətinin”  qorunub  saxlanmasıdır  ki, 



o,  monarxiya  və  cinayət  hüququnun  xərclərini  əhatə  edir.  Amma  əsasən  mülki  məhkəmələr, 

mübahisələrə  cəlb  olunan  səbəbkarlar  –  prosesdən  əsaslı  qazanc  götürən  Ģəxslər  tərəfindən 

maliyyələĢdirilməlidir – deyə o fikrini davam etdirir. 

 

Verginin tətbiq olunma prinsipləri 

 

Qəbul olunub ki, az da olsa, müəyyən vergi tətbiq olunması vacibdir. Smit onu ən yaxĢı yolla 



necə  toplamaq  məsələsinə  baxır.  Burada  onun  daha  məlumatlı  və  möhkəm  əsasa  malik  olduğu 

görünür.  O,  tam  əmindir:  “BaĢqa  belə  bir  sənət  yoxdur  ki,  hökumət  onu  adamların  ciblərinin 

pulunu boĢaltmaq qədər tez öyrənsin.”  

O  zaman  açıq-aydın,  müəyyən  məhdudiyyət  tələb  olunur  və  Smit  vergiqoymanın  dörd 

məhĢur  prinsipini  irəli  sürür.  Birincisi,  adamlar  dövlətin  müdafiə  təhlükəsizliyi  çərçivəsində 

faydalandıqları  gəlirlərə  müəyyən  hissə  yardım  etməlidirlər.  Ġkincisi,  vergilərin  miqdarı  vergi 

məmurlarının  sərbəst  qərarlarından  asılı  olmaqdansa,  dəqiq  və  dəyiĢməz  olması  məqsədə-

uyğundur. Üçüncüsü, vergi ödəniĢ üçün uyğun olmalıdır. Dördüncüsü, vergilərin təsirli tərəfləri 

az  olmalıdır:  onlar  toplanmaq  üçün  az  olmalıdır;  müəssisə  və  sənayeyə  mane  olmamalıdır;  elə 

ağır  olmamalıdır  ki,  hiyləgərliyə  (məsələn,  qaçaqmalçılıq  kimi),  imkan  yaratsın;  və  o,  “vergi 

toplayanların vaxtaĢırı səfərlərini və eybəcər yoxlamalarını” tələb etməməlidir. 

“Vergi tətbiq olunması elə bir Ģeydir ki, hökumətlər onunla hüquq əldə edir” – Smit deyir. ġirkət-

lər üzərində vergi qoymaq ağılsızlıqdır, məsələn, onun böyük açıqgözlüklə müĢahidə etdiyi kimi bi-

zim gəlirin asılı olduğu kapital yüksək dərəcədə çevikdir:    

 “Kapital  sahibi  əslində  dünyanın  vətəndaĢıdır və  önəmli deyil ki, o, ayrıca  bir ölkəyə  bağlı 

olsun. Müəyyən olunmuĢ ağır vergi cəriməsinin məĢəqqətli sıxıntısına məruz qaldığı halda, onun 

ölkəni tərk etməsi uyğun olardı. O, kapitalını hansısa baĢqa  bir ölkəyə aparardı ki, orada ya öz 

biznesiylə məĢğul olar, ya da  öz azad həyatını yaĢayardı.” 

Amma  Smitin  buradakı  planlarında  da  sistemsizliklər  var.  O,  istehlak  üzərində  verginin 

əleyhinə çıxır, ancaq  əyləncə sahələri üzrə vergiləri dəstəkləyir (bura elə Ģeylər daxildir ki, biz 

onu gündəlik tələbatımızdan artıq düĢünürük, ev quĢları kimi). 

O deyir ki, adamlar öz gəlirlərinə uyğun nisbətdə vergi ödəməlidirlər, ancaq istəyir ki, zəngin 

“o nisbətdən nəsə artıq” ödəsin. 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə