Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
33
qınızda söz deyənlərin, yazı yazanların hamısı Sizi yüksək
səviyyədə dəyərləndirir. Belə yazıların sayı isə kifayət qə-
dərdir və onların hər birindən fikri təsdiq üçün nümunə
gətirmək imkanımız yoxdur. Amma bir nümunəni eynilə
təqdim etməmək olmur. Çünki orada Sizin nüfuzlu alim
və əsl müəllim obrazınız poetik bir dillə canlan dı rı lıb:
“Onun ömür zirvələri təbiətdəki dağ zirvələrindən daha
çox, daha uca, daha ibrətamizdir. Bu zirvələrdən biri qarlı-
sa zaqlı olanda o birisi güllü-çiçəkli, bahar nəfəsli olur, bi-
rinin bir yanı ömürlük uçurum olanda o birinin dövrəsi
əbədi me şəlik olur, çiçəkləri sayrışır, çeşmələri zümzümə
edir. Alim-müəllim ömrünün zirvələri, eniş-yoxuşları isə
əvəz edil məz bir aləm, fəlsəfi həyat yolu, yalnız uzaqdan
baxan da bütün sehri, mö cü zə si görünən, qəlbimizi, ruhu-
muzu tər pədən xatirələr və xə zi nələr səltənətidir... A.Qur-
banovun ömründəki bilik cisimləri bö yük bilik nəhrinin
suları ilə qovuşmuş və onun bu bilikləri işığa çevirmək
üçün bütün qabiliyyətini nəcib ideallara sərf etmişdir”...
(Məhərrəm Hüseynov. Professor Afad Qurbanovun fəaliy-
yətində dil tarixi məsələləri. Dilçi Afad Qurbanov. Bakı,
2005, səh.66-68).
Afad müəllimlə ilk tanışlığım 1977-ci ilin 1 sen tyab -
rı na təsadüf edir. Həmin vaxt o, APİ-nin (ADPU-nun)
Filolo gi ya fakültəsinin dekanı, mən isə I kurs tələbəsi
idim. Afad müəl lim bizim auditoriyaya qrup nümayəndə-
si seçməyə gəlmişdi. Tələ bə lə rin ümumi vəziyyəti ilə ta-
nış ol duqdan sonra qrupa müraciətlə dedi: “Kommunist
parti ya sının üzvləri ayağa dursun!” Mən və bir neçə tələ-
bə yol daşım ayağa qalxdıq. Auditoriya susur, Afad müəl-
lim isə iti baxışları ilə ayağa durmuş tələbələrin hər birini
nə zər dən keçirirdi. Birdən sükut pozuldu. Afad müəllim
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
34
dispet çe rə işarə edərək hökmlü bir səslə “Bu tələbənin adı-
nı yaz!” dedi. Və beləliklə, mən 127-ci qrupun nümayən-
də si təyin edil dim. Açığını deyim kı, ilk olaraq onun mü-
əl limliyi və alim liyi yox, görkəmi, boy-buxunu barədə dü -
şün məli oldum, enli kü rəkli, ucaboylu, pəhləvan cüs sə li...
bu kişinin – Afad müəl li min obrazını canlandırmağa çalış-
dım. Qəribə də olsa, bu dü şün cənin assosiativliyi da ha çox
İsmayıl Şıxlının yaratdığı şah ob razın – Cahandar ağa nın
nitqini, konkret desək, oğlu Əşrəfdə görmək is tə dik lə rini
yada salırdı: “O, öz övladını qollu-budaqlı iri pa lıd ağa-
cı kimi möhkəm görmək istəyirdi. O istəyirdi ki, oğ lunun
əlləri cod, baldırları möhkəm, kürəyi enli, sinəsi və qolları
tunc kimi olsun. Duranda palıd kimi əzəmətli, yı xılanda
da palıd kimi nəriltili olsun”. Bəli, mübaliğəsiz de yirik
ki, bu cəhətlərin hər biri Afad müəllimdə var idi: qədim
Oğuz kişi lə rini xatırladırdı; yerişi də, duruşu da əzəmət-
li idi; əynindəki qa ra kostyum ona çox yaraşırdı, həm də
sanki “dəmir don”, “zi reh” geyinmiş qədim türk əsgərini
xatırladırdı; cəngavər gör kə mi ilə hamını heyran edirdi...
Yeri gəlmişkən, Afad müəllimin ata sı Məhəmməd Qur ba-
nov hərbçi olub, Əlağa Şıxlinski, Sə məd bəy Meh man da-
rov kimi generallarla birgə fəaliyyət gös tə rib. Hətta gene-
ral Mehmandarov Məhəmməd kişiyə qını qızıl dan olan
qılınc da bağışlayıb:”General Səməd bəy Mehman da rovun
ba ğışladığı qılınc evimizdə divardan asılı idi. O dövrün Er-
mənistan Dövlət Təhlükəsizlik Komitəsinin iş çiləri evimiz-
də axtarış apararkən onu gözümüz önündə par ça-parça et-
dilər, qı zıl dan hazırlanmış qılınc qabını isə özləri ilə apar-
dılar” (Afad Qur banov). Ustad, bilirəm ki, bu üzüntülü ha-
disə hələ də ruhu nu zu dinc buraxmır... Am ma rahat uyuya
bilərsiniz! Çünki igid oğulları mız, ərən lə rimiz “Qara polad
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
35
uz qılıcum qının toğrar” (“Kita bi-Dədə Qorqud”), “Qoyun
bədöylər kişnəsin//Misri qı lınclar iş lə sin” ... (“Koroğlu”)
tip li misraları bir hərbi marş ki mi oxu ya- oxuya işğalçı Er-
mənistana sarsıdıcı zərbələr en dirə cək dir.
O böyük insanın – Afad müəllimin haqqında xeyli
ya zılar yazılıb, kifayət qədər söz deyilib, bir sıra səciy-
yəvi cə hətləri müxtəlif bucaqlardan işıqlandırılıb. Bu ra-
da həmin yazılardan yalnız bir sitata diqqət yetirsək, ki-
fayət edər: “Onun (Afad Qurbanovun – Ə.T.) sərv boyu,
yaraşıqlı camalı, şirin da nışığı, nizamlı, səliqə-sahmanlı
ge yim tərzi, şahanə duruşu, ağa yana yerişi nə unudular,
nə yad dan çıxar. Dostluqda boran olar, qar olar inadını
yaşa yar, özübütöv, sözübütöv, sədaqətli, sə mimi. İstiqanlı,
və tən canlı. Gülərüz, tələbkar, ciddi, inadlı, əqi dəli. Sonsuz
cə fa keş, zəhmətsevər, əməlindən usanmaz, işin dən zövq
alan. Ensiklopedik biliyi, geniş erudisiyası, güclü mən tiq
və dərin müşahidə qabiliyyətinə malik alim, ziyalı” (aka-
demik Teymur Bünyadov). Mən isə onun xarakteri, psi-
xologiyası ba rə də bəzi detalları xatırlatmağı özümə mənə-
vi borc bilirəm: sözübütöv, gözütox insan idi; alicənablığı
və qayğıkeşliyinə söz ola bilməzdi; qaraqabaq və zəhmli
görünsə də, sadə və mü la yim idi; yalanı qəbul etməz, ya-
lançını bağışlamazdı; haqqı nahaqqa qurban verməzdi;
tənbəlliyi qəbul etməz, tənbəli tən beh edər, cəld və çevik
adamlarla dostluq edərdi; dostuna dar gündə dayaq dur-
mayanlar onun üçün heç kim idi, özü isə əsl dost idi; boş,
mə nasız vədlər verməz, verdiyi sözün ağası olar dı; boş bo-
ğaz, lovğa adamlar gözünün düşməni idi; qazan dı ğı çox-
saylı uğurları ilə öyünməz, təvazökarlıq nümayiş etdirər-
di; səbirli və təmkinli idi, nadir hallarda əsəbiləşərdi; daha
çox emosional yox, rasional idi; sözü məntiqli və kəsərli
Dostları ilə paylaş: |