Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
36
idi, həm də bir sözü bir dəfə deyərdi; intellekti yüksək,
eru disiyası geniş idi... Bir sözlə, mənəviyyatca olduqca
zəngin bir insan idi. Bir mə qamı da qeyd edək ki, Afad mü-
əllim özü haqqında deyilmiş bu cür sözləri çox eşit mişdi.
Burada onlardan yalnız birini təq dim edirik: “A.Qur banov
quru, cansıxıcı, stereotip xarakterdən, mü hakimələrdən,
primitiv iddialardan və diletant canfəşanlıq dan uzaqdır.
O, necə varsa, elə də görünür, özünü yaşayır, həyatda öz
rolunu oynayır, yo rucu pedantizm, bəhrəsiz, cansız fikir-
lər ona yaddır. O, elm və dünyasının hərəki, canlı, drama-
tik aləmində dərhal seçilən və təsdiq edilən nü fuz sahibi-
dir... Bu zəngin mə nə viyyatlı insan sanki in sanlara sevgi
üçün, xeyir xah lıq üçün, fəal hərəkət üçün do ğulub. İnsan-
lara bağlılıq, xeyir xah lıq və dinamizm onun yalnız insan-
lıq və vətəndaşlıq po ten si alı deyil, onun həya tının tərkib
hissəsi, varlığının əsas atribu tu dur” (Məhər rəm Hüsey-
nov. Professor Afad Qur banovun fə aliy yətində dil tarixi
məsələləri. Dilçi Afad Qur banov. Bakı, 2005, səh.66). Yaxşı
yadımdadır, polad iradəli Afad müəllim M.Hü seynovun
bu yazısını oxuyanda uşaq kimi köv rəlmişdi...
1979-cu ilin fevral ayı idi, ikinci kursda oxu yur dum.
Afad müəllimin katibəsi Sənubər xanım (indi o, rəh bərlik
et diyim Azərbaycan dili və onun tədrisi metodikası kafed-
ra sında baş laborant vəzifəsində çalışır. Görünür, bu da
bir tale dir: elmi rəhbərimin katibəsi müdiri olduğum ka-
fedranın labo ran tıdır. Kafedrada Afad müəllim tez-tez
xatırlanır. Sənubər xa nım da onun haqqında ürəkdolusu
da nışır və bir cümləni xüsusi olaraq vurğulayır: “Afad
müəllim mədəni, xeyirxah və namuslu bir kişi idi”) mənə
dedi: “Əzizxan, Afad müəllim “Cəfər Cab bar lı” adına tə-
qaüdlə bağlı II kurs üzrə əlaçı tələbələrin şəxsi işlərini
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
37
nəzərdən keçirdikdən sonra səninlə maraqlandı və dedi
ki, onu təcili olaraq yanıma göndər”. Mən bir gün sonra
Afad müəllimin qəbulunda oldum. O, məni sorğu-sua-
la tutdu: “Səni ali məktəbə kim qəbul etdirib?” – Dedim:
“Afad müəllim, özüm qəbul olunmuşam, beş dəfə qəbul
im tahanı vermi şəm, sonuncu imtahanımda (tarix fənni
üzrə verdiyim im ta han nəzərdə tu tu lur) komissiya tələb
etmiş və bu imtahanı rektor Həşim Ağa yevin iştirakı ilə
ver mişəm.” Afad mü əllim başı ilə razılığını bildirdikdən
sonra əlin də tutduğu qiymət kitabçamı vərəq lə yərək ikinci
sualını verdi: “Yaxşı, bəs bu “əla”ları necə alıb san?” – Sö-
zün düzü, mənə aid olmayan bu sualı eşidəndə bir az dil-
xor olsam da, çəkinmədən dedim ki, Afad müəllim, qiy mət
kitabçamda yazılmış o “əla”ların hər biri yuxusuz gecələri-
min nə ticəsidir, bu “əla”lara görə auditoriyada fəal olmuş,
kitab xa na da, avtobusda, metroda, hətta mət bəx də xörək
bişirəndə də, çay dəmləyəndə də oxumu şam... Afad müəl-
lim gülümsünərək: “Hər şey aydındır, iki gündən sonra
fakültə “Elmi Şurası”na gələrsən”, – dedi. Professorun bu
sözləri ürəyimi dağa döndərdi, sevincimin hədd-hüdudu
yox idi. Bilmirdim ki, ona necə təşək kür edim. Mənə yük-
sək dəyər vermiş o böyük insana yalnız “Çox sağ olun”
deyə bildim və iki gündən sonra Elmi Şu ranın iclasına
getdim. Mənim məsələm müzakirə olunanda Elmi Şura
üzvlərinin əksəriyyəti əleyhimə çı xış etdi. Daha dəqiqi,
dedilər ki, II kursda oxuyan tələbəyə adlı təqaüd vermək
ol maz. Məsələnin ciddiləşdiyini görən Afad Qurbanov ic-
la sın sədri kimi öz ustadı Əbdüləzəl Də mirçizadədən mü-
zakirə olu nan məsələyə münasibət bildir mə sini xahiş etdi
(bu rada dosent Azər Hüseynovun Afad müəllim barədə
de diyi bir fikirdən yan keçmək olmur: “Bircə kəlmə ilə ən
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
38
çətin nöqtələrə istiqamət götürüb onu tapan qabiliyyət sa-
hibidir”). Ə.Dəmirçizadə mənə tərəf baxaraq amiranə bir
səslə dedi: “Bayrağı əlində möhkəm saxla!” Türkologiya-
da nüfuz sahibi olan dahi dilçinin bu sözlərindən sonra
“Şura” üzvləri “Cəfər Cabbarlı” adına tə qa üdün mənə ve-
rilməsinə etiraz etmədilər. Haşiyə: Əb dü ləzəl Də mir çizadə
Afad Qurbanovun elmi rəhbəri, us ta dı olub. Əb dü ləzəl
Dəmirçizadənin elmi rəhbəri isə Bəkir Çobanzadə olub.
Dö nə-dönə vurğuladığım kimi, Afad Qur banov da mə nim
elmi rəhbərim, ustadım olub. Bu da Bə kir Çobanzadə, Əb-
düləzəl Dəmirçizadə, Afad Qurbanov və Əzizxan Tanrıver-
dini eyni xət də birləşdirir. Qəribə ola nı budur ki, filologiya
üzrə fəlsəfə doktoru Şakir Albalıyev belə bir oxşarlıqdan 3
il əvvəl bəhs edib: “XX əsrin əvvəl lərində Bə kir Çobanza-
də fenomeni XX əsrin sonu, XXI əsrin əvvəlləri professor
Əzizxan Tanrıverdinin simasında yenidən təcəlla olunur”
(“Atam adın sorar olsan”. “Də dəm Qor qudun kitabı” tə-
dqiqat işığında. Bakı, 2015, səh. 245). Bütün bunların təsa-
düfi oxşarlıq, yoxsa real zərurət oldu ğunu deməkdə isə çə-
tinlik çəkirəm. Görünür, bu da bir ta ledir! (assosiativliyin,
müqayisə və qarşılaşdırmaların nə ticəsi kimi yaranmış
bu fikirləri şərti olaraq qeyd edi rəm. Bəlkə, Azərbay can
dilçiliyi tarixi üçün gərəkli oldu). Am ma reallığı da inkar
etmək olmaz. Konkret desək, Bə kir Çobanzadənin də yol
gös tə rənləri, ustadları olub. Bura da onun mənəvi ustadı
statusunda çıxış edənlərdən birinin – Mahmud Kaşğarinin
adını çəkmək yerinə düşür. Belə ki, Bəkir Çobanzadə Fər-
had Ağazadə ilə bir gə yazdığı “Türk qrameri” (1928) kita-
bında M.Kaşğarinin “Di vanü lüğat-it-türk” (1072) əsərinə
ən mötəbər mənbələrdən biri kimi bir neçə dəfə istinad et-
mişdir. Mübaliğəsiz deyirik ki, bu cür istinadlar Bəkir Ço-
Dostları ilə paylaş: |