Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
36
idi,  həm  də  bir  sözü  bir  dəfə  deyərdi;  intellekti  yüksək, 
eru disiyası  geniş  idi...  Bir  sözlə,  mənəviyyatca  olduqca 
zəngin bir insan idi. Bir mə qamı da qeyd edək ki, Afad mü-
əllim özü haqqında deyilmiş bu cür sözləri çox eşit mişdi. 
Burada onlardan yalnız birini təq dim edirik: “A.Qur banov 
quru,  cansıxıcı,  stereotip  xarakterdən,  mü hakimələrdən, 
primitiv  iddialardan  və  diletant  canfəşanlıq dan  uzaqdır. 
O, necə varsa, elə də görünür, özünü yaşayır, həyatda öz 
rolunu oynayır, yo rucu pedantizm, bəhrəsiz, cansız fikir-
lər ona yaddır. O, elm və dünyasının hərəki, canlı, drama-
tik aləmində dərhal seçilən və təsdiq edilən nü fuz sahibi-
dir... Bu zəngin mə nə viyyatlı insan sanki in sanlara sevgi 
üçün, xeyir xah lıq üçün, fəal hərəkət üçün do ğulub. İnsan-
lara bağlılıq, xeyir xah lıq və dinamizm onun yalnız insan-
lıq və vətəndaşlıq po ten si alı deyil, onun həya tının tərkib 
hissəsi,  varlığının  əsas  atribu tu dur”  (Məhər rəm  Hüsey-
nov.  Professor Afad  Qur banovun  fə aliy yətində  dil  tarixi 
məsələləri. Dilçi Afad Qur banov. Bakı, 2005, səh.66). Yaxşı 
yadımdadır,  polad  iradəli Afad  müəllim  M.Hü  seynovun 
bu yazısını oxuyanda uşaq kimi köv rəlmişdi...
1979-cu ilin fevral ayı idi, ikinci kursda oxu yur dum. 
Afad müəllimin katibəsi Sənubər xanım (indi o, rəh bərlik 
et diyim Azərbaycan dili və onun tədrisi metodikası kafed-
ra sında  baş  laborant  vəzifəsində  çalışır.  Görünür,  bu  da 
bir tale dir: elmi rəhbərimin katibəsi müdiri olduğum ka-
fedranın  labo ran tıdır.  Kafedrada  Afad  müəllim  tez-tez 
xatırlanır. Sənubər xa nım da onun haqqında ürəkdolusu 
da nışır  və  bir  cümləni  xüsusi  olaraq  vurğulayır:  “Afad 
müəllim mədəni, xeyirxah və namuslu bir kişi idi”) mənə 
dedi: “Əzizxan, Afad müəllim “Cəfər Cab bar lı” adına tə-
qaüdlə  bağlı  II  kurs  üzrə  əlaçı  tələbələrin  şəxsi  işlərini 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
37
nəzərdən  keçirdikdən  sonra  səninlə  maraqlandı  və  dedi 
ki, onu təcili olaraq yanıma göndər”. Mən bir gün sonra 
Afad  müəllimin  qəbulunda  oldum.  O,  məni  sorğu-sua-
la tutdu: “Səni ali məktəbə kim qəbul etdirib?” – Dedim: 
“Afad  müəllim,  özüm  qəbul  olunmuşam,  beş  dəfə  qəbul 
im tahanı  vermi şəm,  sonuncu  imtahanımda  (tarix  fənni 
üzrə  verdiyim  im ta han  nəzərdə  tu tu lur)  komissiya  tələb 
etmiş  və  bu  imtahanı  rektor  Həşim Ağa yevin  iştirakı  ilə 
ver mişəm.” Afad  mü əllim  başı  ilə  razılığını  bildirdikdən 
sonra əlin də tutduğu qiymət kitabçamı vərəq lə yərək ikinci 
sualını verdi: “Yaxşı, bəs bu “əla”ları necə alıb san?” – Sö-
zün düzü, mənə aid olmayan bu sualı eşidəndə bir az dil-
xor olsam da, çəkinmədən dedim ki, Afad müəllim, qiy mət 
kitabçamda yazılmış o “əla”ların hər biri yuxusuz gecələri-
min nə ticəsidir, bu “əla”lara görə auditoriyada fəal olmuş, 
kitab xa na da,  avtobusda,  metroda,  hətta  mət bəx də  xörək 
bişirəndə də, çay dəmləyəndə də oxumu şam... Afad müəl-
lim  gülümsünərək:  “Hər  şey  aydındır,  iki  gündən  sonra 
fakültə “Elmi Şurası”na gələrsən”, – dedi. Professorun bu 
sözləri ürəyimi dağa döndərdi, sevincimin hədd-hüdudu 
yox idi. Bilmirdim ki, ona necə təşək kür edim. Mənə yük-
sək  dəyər  vermiş  o  böyük  insana  yalnız  “Çox  sağ  olun” 
deyə  bildim  və  iki  gündən  sonra  Elmi  Şu  ranın  iclasına 
getdim.  Mənim  məsələm  müzakirə  olunanda  Elmi  Şura 
üzvlərinin  əksəriyyəti  əleyhimə  çı xış  etdi.  Daha  dəqiqi, 
dedilər ki, II kursda oxuyan tələbəyə adlı təqaüd vermək 
ol maz. Məsələnin ciddiləşdiyini görən Afad Qurbanov ic-
la sın sədri kimi öz ustadı Əbdüləzəl Də mirçizadədən mü-
zakirə olu nan məsələyə münasibət bildir mə sini xahiş etdi 
(bu rada  dosent Azər  Hüseynovun Afad  müəllim  barədə 
de diyi bir fikirdən yan keçmək olmur: “Bircə kəlmə ilə ən 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
38
çətin nöqtələrə istiqamət götürüb onu tapan qabiliyyət sa-
hibidir”). Ə.Dəmirçizadə mənə tərəf baxaraq amiranə bir 
səslə dedi: “Bayrağı əlində möhkəm saxla!” Türkologiya-
da  nüfuz  sahibi  olan  dahi  dilçinin  bu  sözlərindən  sonra 
“Şura” üzvləri “Cəfər Cabbarlı” adına tə qa üdün mənə ve-
rilməsinə etiraz etmədilər. Haşiyə: Əb dü ləzəl Də mir çizadə 
Afad  Qurbanovun  elmi  rəhbəri,  us ta dı  olub.  Əb dü ləzəl 
Dəmirçizadənin  elmi  rəhbəri  isə  Bəkir  Çobanzadə  olub. 
Dö nə-dönə vurğuladığım kimi, Afad Qur banov da mə nim 
elmi rəhbərim, ustadım olub. Bu da Bə kir Çobanzadə, Əb-
düləzəl Dəmirçizadə, Afad Qurbanov və Əzizxan Tanrıver-
dini eyni xət də birləşdirir. Qəribə ola nı budur ki, filologiya 
üzrə fəlsəfə doktoru Şakir Albalıyev belə bir oxşarlıqdan 3 
il əvvəl bəhs edib: “XX əsrin əvvəl lərində Bə kir Çobanza-
də fenomeni XX əsrin sonu, XXI əsrin əvvəlləri professor 
Əzizxan Tanrıverdinin simasında yenidən təcəlla olunur” 
(“Atam  adın  sorar  olsan”.  “Də dəm  Qor qudun  kitabı”  tə-
dqiqat işığında. Bakı, 2015, səh. 245). Bütün bunların təsa-
düfi oxşarlıq, yoxsa real zərurət oldu ğunu deməkdə isə çə-
tinlik çəkirəm. Görünür, bu da bir ta ledir! (assosiativliyin, 
müqayisə  və  qarşılaşdırmaların  nə ticəsi  kimi  yaranmış 
bu  fikirləri  şərti  olaraq  qeyd  edi rəm.  Bəlkə,  Azərbay can 
dilçiliyi tarixi üçün gərəkli oldu). Am ma reallığı da inkar 
etmək olmaz. Konkret desək, Bə kir Çobanzadənin də yol 
gös tə rənləri,  ustadları  olub.  Bura da  onun  mənəvi  ustadı 
statusunda çıxış edənlərdən birinin – Mahmud Kaşğarinin 
adını çəkmək yerinə düşür. Belə ki, Bəkir Çobanzadə Fər-
had Ağazadə ilə bir gə yazdığı “Türk qrameri” (1928) kita-
bında M.Kaşğarinin “Di vanü lüğat-it-türk” (1072) əsərinə 
ən mötəbər mənbələrdən biri kimi bir neçə dəfə istinad et-
mişdir. Mübaliğəsiz deyirik ki, bu cür istinadlar Bəkir Ço-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə