Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   2   3   4   5   6   7   8   9   10   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
28
oğlu  Qurbanovun  simasında  böyük  bir  ali mi,  Afad  mü-
əllimi tanı yan lar isə böyük bir insanı, həqiqi vətən oğlunu, 
ləyaqətli  bir  və tən daşı  itirdi.  Mən  də Afad  müəllimin  si-
masında ən böyük elmi rəhbərimi, həmişə məsləhətlərinə 
eh tiyac duyduğum ideal bir şəx si itirdim. Afad müəllim, 
sözün həqiqi mənasında, əsl alim, əsl vətəndaş, əsl insan, 
əsl dost, yoldaş idi. 
Məmmədxan Soltanov
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan  dilçiliyində  fonetika  Ə.Dəmir çiza də nin, 
lek si ko logiya  S.Cəfərovun,  dialektologiya  M.Şirə liyevin, 
mor fo lo giya M.Hüseynzadənin, sintaksis Ə.Ab dullayevin, 
dil  tarixi  H.Mir zəzadə,  Ə.Dəmirçizadə  və  T.Hacıyevin, 
mor fonologiya F.Cə lilovun, ümumi dil çi lik və onomalogi-
ya isə A.Qurbanovun adı ilə bağlıdır.
Əzizxan Tanrıverdi
professor


29
USTADIMI
XATIRLAYARKƏN


30
Elmdə ustadım, heç şübhəsiz ki, Afad Qurbanov dur. 
O böyük şəxsiyyət müəllimim, dekanım, kafedra müdi-
rim, rektorum, ən əsası isə elmi rəhbərim olub…
Afad müəllim! Siz bu gün də qəlbimdə, ruhumda, 
yad daşımdasınız! Əlimə qələm alıb adi bir yazını yaz maq 
istə yəndə,  sevincli  anlarımda,  şad  günlərimdə  və  daha 
çox da prob  lemlərlə üzləşəndə – mürəkkəb si tu asiyalara, 
çətinliyə dü  şəndə Sizi düşünür, sanki ru hu nuzla danışır, 
fikir mü ba diləsi aparır, tövsiyələrinizi eşi dir və hər dəfə 
də uğur qaza nıram. Başqa cür ola da bilməz! Çünki Siz-
dən  real  olaraq  öy rəndiklərimlə  ru hunuzun  mənə  dik-
tə etdikləri üst-üstə dü şür, biri di gə rini qüvvətləndirir. 
Mən də məhz bu ruha köklənərək hərəkət edirəm.
Ən maraqlısı isə budur ki, bu dediklərimlə oğlunuz 
Ra mi nin fikirləri məna baxımından bütün parametrlərinə 
görə  eyni  xətdə  birləşir:  “Atamın  mərdliyi,  məğrurluğu, 
əyil  məz li yi...  qayğıkeşliyi  hamını  valeh  etmiş  və  onu  ta-
nıyan hər kəs Afad müəl limdən bu xüsusiyyətləri əxz et-
məyə çalışmışdır. Mən bir oğul kimi ona bu cəhətdən bən-
zəmək arzusundayam və buna nail olsam, özümü xoşbəxt 
in san  hesab  edərəm”  (Afad  Qurbanov.  Bakı,  2010).  Bu 
mə qamda onu da vurğulamaq yerinə dü şür ki, Afad Qur-
banovun bu keyfiyyətlərindən onu tanıyanların əksəriyyə-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
31
ti kifayət qədər bəhs edib. Burada yalnız bir fak tı təqdim 
edi rik: “Afad Qurbanovun mənalı həyatının böyük bir his-
səsi  gözlərimiz  önündə  keçib,  ondan  öyrəndiklərimiz  və 
görüb-götürdüklərimiz ən çətin anlarda köməyimizə çatıb 
və bu gün ağsaqqal professorla bir yerdə keçirdiyimiz an-
ları, günləri yada salıb xəyalən təzədən yaşayanda yalnız 
bir istəyimiz olur: əxlaqi saflığı, ziyalılığı, mədəniyyəti ilə 
mü asirlərini  heyran  qoyan  alimin  təşkilatçılıq  qabiliy yə-
tindən,  təhsil  sisteminin  özəl liklərinə  yüksək  səviyyədə 
bələd liyindən, təcrübəsindən hələ çox şey öyrənməliyik”. 
(Ramazan Qafarlı). Haşiyə: Ra min Qurbanov xoşbəxtdir. 
Çünki o, mənəviyyatca atasına bənzəyir, atasının ideya la-
rını həyata keçirir... İndi Raminin ocağında iki Afad var: 
biri ruhunda, qəlbində yaşatdığı atası Afad, o biri isə “Gö-
rər gözüm aydını oğul! Tutar belim qüvvəti oğul”, – deyə-
rək əzizlədiyi oğlu Afad. Atası Afadın ruhu şad olsun! Oğ-
lu Afad Azərbaycanımıza – bütün türk dünyasına layiq bir 
öv lad olsun!
Ustad! Sizi həmkarlarınız, tələbələriniz, hətta doğma-
la rınız da belə çağırırdı: Afad müəllim! Siz bu adla tanın-
dınız, bu adla yaşadınız, elə bu adla da haqqın dərgahına 
qo vuşdunuz. Bu ad Sizin bütöv antroponimik mode li niz-
dən, yəni “Qur ba nov Afad Məhəmməd oğlu” ad modeli-
niz dən, professor elmi adı nızdan, akademik titulunuzdan 
çox yüksəklərdə dururdu. Tə sadüfi deyil ki, pro fessor Yu-
sif Seyidov da Sizi əsl müəllim kimi, həm də Afad müəl-
lim kimi dəyərləndirmişdi: “Mən sənə müəllim deyə mü-
raciət etdim. Sənin elmlər doktoru, professor elmi dərəcə 
və elmi adın var, Elmlər Akademiyasının üzvüsən, Dövlət 
mükafatına layiq görülübsən. Bunlar sənin el mi və ictimai 
fəaliyyətin haqqında çox şey deyir. Lakin bun la rın hamı-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
32
sından şərəflisi müəllim adıdır. Sən, sözün əsl məna sın da, 
müəllimsən.  Oturuşunla-duruşunla,  insanlarla  mü nasi-
bə tin lə – bütün hərəkətinlə böyük müəllimsən... Tədri sin, 
elmin təşki lində böyük işlərin məlumdur. Bunların da ha-
mısı  müəllimlik  fo nunda  cərəyan  edib  və  yüksəlibdir...” 
(Afat Qurbanov 70. Bakı, 1999). İndi isə adınız təkcə sağ-
lı ğınızdakı məna yükünü qo rumayıb, həm də öz sanbalı-
nı, siqlətini gücləndirib. Bu da səbəbsiz deyil. Belə ki, Siz 
biz dən uzaqlaşdıqca daha da uca lır, daha da böyüyür, sö-
zün həqiqi mənasında, müdriklər müd ri kinə çevrilirsiniz... 
Afad müəllim, addan söhbət düşmüşkən, Siz 1991-ci ildə 
redaktoru  olduğunuz  “Üslubi-linqvistik  fənlərin  tədri-
si problemləri” adlı məcmuədə antroponimik modelinizi 
be lə göstəribsiniz: ”Afat Qurbanlı”. Bu modeldə isə Sizin 
so yad  sonluğu  kimi  məhz  türk  mənşəli  -lı  şəkilçi  mor fe-
mindən  isti fadə  etdiyiniz,  daha  doğrusu,  -ov  morfeminə 
yox  dediyiniz  açıq-aydın  şəkildə  görünür.  Amma,  nə-
dənsə, son ralar yenə də -ov şəkilçi morfemli “Qurbanov” 
forma sını əsas götürübsünüz. Yəqin ki, çoxsaylı sənədləri-
niz dəki  “Qurbanov”  yazılış  şəklinin  “Qurbanlı”  forması 
ilə əvəzlənməsinin xeyli mürəkkəb və çətin bir iş olduğu-
nu nə zərə alıbsınız. Yəni istəməsəniz də, -ov şəkilçi mor-
femli “Qurbanov” soyadı ilə razılaşıbsınız... Burada qə ribə 
bir tə zad yaranır: Afad müəllimin -ov morfemli “Qur ba-
nov” so yadı o qədər məşhurlaşıb ki, alınma -ov sonluğu 
heç yada da düşmür...
Afad müəllim, türkologiyamızın ağsaqqalı statusu ye-
nə də Sizdədir, yenə də tələbələr dərsliklərinizi sevə-sevə 
oxuyur, yenə də əsərlərinizə ən sanballı mənbə kimi isti-
nad olunur, yenə də adınız ən mötəbər kürsülərdə hörmət 
və  məhəbbətlə  çə kilir.  Bir  cəhəti  də  qeyd  edim  ki,  haq-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə