Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
54
bağlı göstərişlər verər (biz həmin mərkəzdə ictimai əsas-
lar la  fəaliyyət  göstə rir dik),  onomastika  konfranslarının 
təş kili  məsələlərini  də  məhz  bu  “Mərkəz”də  müzakirə 
edər di. Haşiyə: Afad müəllimin sevə-sevə yaratdığı “Ono-
mas tik  Mərkəz” Azərbaycanda, ümumən türk  dünyasın-
da ilk “Mərkəz” idi; O, bu “Mərkəz”i sovet im periyasının 
kəsə  kəs dövründə yaratmışdı; bu “Mərkəz”də çox lu sayda 
Azər  baycan  onomastik  vahidləri  (xüsusi  adları)  pas port-
laş  dırılmışdı ki, bu da Azərbaycan onomalogiyasını ki fa-
yət  qədər  zənginləşdirdi;  bu  “Mərkəz”  Afad  müəllimin 
şah əsə   ri idi, o, bu “Mərkəz”lə nəfəs alırdı, sanki bu “Mər-
kəz”ə gö rə yaşayırdı... (sonrakı səhifələrə bax)
Bir  cəhəti  də  xüsusi  olaraq  qeyd  edim  ki,  müəllim, 
baş müəl lim, dosent, professor vəzifələrini tutmağımda da 
Afad mü əllimin rolu danılmazdır. Konkret desəm, bu və-
zi fələri tut mağımla bağlı yazılmış təqdimatların hər birini 
Afad müəllim im zalayıb, məhz onun xeyir-duası ilə həmin 
vəzifələrdə çalış mı şam. Hal-hazırda isə ADPU-nun Azər-
bay  can dili və onun təd risi metodikası kafedrasının müdi-
ri vəzifəsində işləyirəm. Açığını deyim ki, bu vəzifəni icra 
edər kən  Afad  müəllimdən  öy rəndiklərim  hər  an  kömə-
yimə çatır.
Afad  Qurbanov  təkcə  görkəmli  alim  yox,  həm  də 
əsl pe daqoq, nüfuzlu müəllim idi. Burada professor Hə-
sən Ba lı yevin bir fikrindən yan keçmək olmur: “Afad Qur -
banov… dili, onun bütün sahələrini məharətlə öyrədə bi-
lən  gözəl  müəllimdir.  Bəzi  alimlərimiz  şöhrətləndikdən, 
vəzifə  sahibi  olduqdan  sonra  öz  mühazirələrini  başqala-
rına həvalə etdiyi halda, Afad Qur ba nov kafedra müdiri, 
dekan və rektor olduqda da mühazirəsini baş qasına etibar 
et məyib. Çünki o təkcə tədqiqat həvəskarı de yil, həm də 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
55
öy rətmək ustasıdır. Gözəl usta isə heç vaxt öz işini baş qa-
sına etibar edə bilməz”. Mən belə bir şəxsiyyətdən, daha 
doğ rusu,  müəllimlər  müəllimindən  həm  də  müəllimlik 
peşə si nin sirlərini öyrəndim. XX əsrin 90-cı illərində Afad 
müəl lim bir kafedra müdiri kimi mənə məsləhət gördü ki, 
“Azər baycan dili tarixi” fənni üzrə seminarlar aparım. Bir 
neçə ildən sonra isə bu fənnin mühazirələrini də mənə tap-
şırdı.  Məsuliyyətim  birə-beş  artdı.  Mən  bu  etimadı  doğ-
rult maq üçün Orxon – Yenisey abi də lərini, M.Kaşğarinin 
“Di vanü lüğat-it-türk” əsərini, “Kitabi-Də də Qorqud” epo-
sunu və digər qədim türk mənbələrini yenidən nəzərdən 
ke çirdim. Azərbaycan dilinin tarixi fonetika, leksi ko logiya 
və  qrammatikasını  daha  çox  bu  cür  mötəbər  mənbələrə 
isti nad etməklə tədris etməyə başladım. “Azərbaycan dili-
nin tarixi qrammatikası” (2010) adlı dərsliyim də məhz hə-
min mü hazirə və seminarların, bir də ustadım Afad Qur-
banovun  ide ya larının  nəticəsi  olaraq  yarandı.  Haşiyə:  25 
il dən çoxdur ki, “Azər baycan dilinin tarixi” fənnindən mü-
hazirələr söyləyir, dili mizin qədimliyi və zənginliyini təs-
diq edən ən kiçik detalı belə tə ləbələrimə öyrətməyə ça lı-
şıram. Məqsədim budur ki, tələ bə lərimiz dilimizin tari xini 
daha dərindən mənimsəsin, hər bir dil vahidini tarixi-linq-
vistik  baxımdan  təhlil  süzgəcindən  keçir mə yi  bacarsın. 
Bütün bunlar isə məni yaşadır. Artıq sevə-sevə təd ris et di-
yim, zövq aldığım bu fənn sanki həyatımın, ruhumun bir 
parçasına çevrilib...
Namizədlik dissertasiyamı müdafiə edəndən sonra 
da Azərbaycan şəxs adlarını müxtəlif bucaqlardan və daha 
çox da ta rixi-linqvistik baxımdan araşdırırdım. Bu cür ya -
zılarımda ərəb, fars, Avropa mənşəli deyil, məhz türk mən-
şəli şəxs adla rı nın təhlilinə xüsusi yer ayırırdım. Bir gün 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
56
(1988-ci il martın əv vəlləri olardı) kafedra iclasından son-
ra Afad müəllimə dedim ki, türk mənşəli Azərbaycan şəxs 
adları ilə bağlı doktorluq dis sertasiyası üzərində işlə mək 
istəyirəm. O, bir az fikrə getdi, san ki mimikası ilə deyir di 
ki, Əzizxan, gecikmişsən, sən bu sözləri filolo gi ya elmləri 
namizədi (filologiya üzrə fəlsəfə dok toru) alim lik dərəcə-
sini təsdiq edən diplomu aldığın gün (1987-ci ilin sentyab-
rında) deməli idin... Nə isə, ustad fikrimin qəti olduğunu 
bildikdə  sevincək  halda  dedi:  “Azər  bay can  dilçiliyində 
araşdırmalardan kənarda qalan mövzular çox dur. Dediyin 
mövzu isə, ümumiyyətlə, öyrə nil məyib. Bu ba xım  dan bir 
az çətin olacaq. Amma səni yax şı tanıyıram, elmi sə viyyənə 
bələdəm, nəzərdə tutdu ğun mövzunu işləyə bilə cək sən... 
Və istərdim ki, yazmaq istədiyin dissertasiyanın adı belə 
təsdiq olunsun: “Türk mən şəli Azərbaycan şəxs adlarının 
tarixi-linqvistik təd qiqi”. Çünki mövzunu bu istiqamətdə 
araşdırdıqda təkcə dilimiz yox, həm də tariximiz, etnoq-
rafiyamız, psi xo lo giya mız və s. barədə də dolğun fikirlər 
söyləyə biləcək sən...” Us tadımın bu sözləri mənə qol-qa-
nad verdi, elmin çə tin yol larında irəlilədikcə onun tövsiyə 
və məsləhətləri hər an kömə  yi mə çatdı. Bu, özünü 1998-ci 
il yanvarın 15-də Bakı Dövlət Universitetin də doktorluq 
dis serta si yamı  müdafiə  edərkən  da ha  qabarıq  şəkildə 
gös tərdi. Afad müəllim yenə də yanım da idi, yenə də isti 
nəfəsini hiss edirdim, yenə də mənə ruh ve rirdi, yenə də 
iti məntiqi ilə bütün şura üzvlərini heyran edirdi... Bir şura 
üzvü kimi dissertasiyamın səciyyəvi cəhətlərindən sistemli 
və geniş şəkildə bəhs edən də məhz o idi – akademik Afad 
Qur banov idi. O, türkologiyada şəxs adlarının tədqiqi ta-
rixi,  apelyativi  arxaikləşən  şəxs  adları,  apelyativi  müasir 
ədəbi dildə işlənən antroponimlər və s. kimi məsələlərin 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə