Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
45
can  Onomastikası  Məktəbi”  formalaşmaq  üzrədir”. Afad 
mü əllim əvvəlcə Musa müəllimin söylədiklərini təəccüblə 
qar  şıladı. Sanki düşüncələrində var-gəl edirdi: “Görəsən, 
Musa müəllim Əzizxanı – elmə təzəcə qədəm qoymuş bu 
gənci nədən bu qədər tərif edir? Bəlkə, o, rektor olduğuma 
görə aspirantımı məqsədli şəkildə tərifləyir? – Yox, Musa 
müəl lim  çox  ciddi  alim dir,  heç  kimi  boş  yerə  tərifləyən 
deyil...  Yəqin,  Əzizxan  ar tıq  bir  tədqiqatçı  kimi  forma la-
şıb, əks təqdirdə Musa müəllim kimi alim belə deməzdi”. 
Bir neçə dəqiqədən sonra Afad mü əllim “Antroponimika” 
bölməsinin  rəhbəri  professor  Musa  Adi lova  öz  təşək kü-
rünü  bildirdi.  Həmin  gün Afad  müəllim  işi  çox  olsa  da, 
mə ni yanına çağıraraq dedi ki, Əzizxan, Azərbaycan ono-
mas tikasının  problemləri  çoxdur.  Ona  görə  də  sən  araş-
dır malarını  daha  da  dərinləşdirməli,  ən  kiçik  detalı  belə 
diq  qə tin dən qaçırmamalısan... Burada onu da xüsusi ola-
raq vurğu la yaq ki, bu konfransdan bir müddət sonra Afad 
müəllim  “Azər bay can  Onomastikası  Məktəbi”nin  banisi 
kimi şöhrətləndi.
Yüksək intellektli, geniş erudisiyalı Afad Qur ba nov 
el mə gəlmək istəyən, elm yolunda bütün çətinliklərə hazır 
olan gənclərə qayğı ilə yanaşır, onların hər biri nə düzgün 
yol  gös tərirdi. Afad  Qurbanov  bu  tip  məsə lə lərdən  bəhs 
edərkən  ma raqlı  bir  açıqlama  da  verir:  “Elmi  fəaliyyət 
sahəsinə qədəm qo yan hər bir tədqiqatçı üçün əsas və il-
kin şərtlərdən biri onun seçdiyi elmin vəziyyətini, dünya 
elmləri sistemində yerini, digər elmlərdən fərqli olan başlı-
ca əlamətlərini bilməsidir. Elm nümayəndəsi təd qiq etdiyi 
elm sahəsinin keçmişi, indisi və gələcəyi ilə ma raq lanmalı, 
dərin axtarışlar, geniş müşahidələr əsasında elmi məsələlə-
rin tədqiqi istiqamətlərini özü üçün müəy yən ləş dirməkdə 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
46
əməyini əsirgəməməlidir”. Onun dərin məz munlu, proq-
ram səciyyəli bu fikirlərinə yetişdirdiyi 60-dan çox elmlər 
namizədi (fəlsəfə doktoru) və elmlər dok torunun, demək 
olar ki, hamısı əməl etmişdir. Bu da, öz növbəsində, dil-
çiliyimizin, ümumən türkologiyamızın inkişafı və təkmil-
ləş mə si  üçün  əhəmiyyətli  olmuşdur.  Bir  cəhəti  də  qeyd 
edək  ki,  pro fessor  Şamil  Vəliyev Afad  mü əl limi  həm  də 
cəmiyyətimizin yolgöstərəni kimi dəyər lən dirir: “Darıxan-
da,  kimsəsizlik  hiss  edən də,  problemlə  üzlə şəndə,  çətin-
liyə düşəndə mənəvi cəhət dən dayaq bildi yi miz və ərklə 
üz  tutduğumuz Afad  müəllimin Azər baycan  dilçiliyində 
ye rini  heç  kəsin  tuta  bilməyəcəyini  onu  tanı yan lar  yaxşı 
bilir. Yaxşı bilir ki, o yalnız tələbələrinin de yil, həm də cə-
miyyətimizin yolgöstərəni idi”. Tələbə yol daşım Şamil bə-
yin ürəkdən dediyi bu sözlər sə mi midir, ən əsası isə Afad 
müəllimin  hər  bir  tələbəsinin  ürə yincədir.  Kaş  ki,  bütün 
tələbələr öz müəllimlərinə bu cür yüksək qiymət verələr, 
bu cür dəyərləndirələr!
Həssas qəlbli Afad müəllim həm də tələbkar bir dil-
çi idi.  O,  öz  aspirantlarından  ən  kiçik  detala  belə  zərgər 
dəqiqliyi  ilə  münasibət  bildirməyi,  hər  hansı  bir  mövzu 
ilə bağlı araş dırma aparanda uyğun mənbələrin hər biri-
ni saf-çürük etməyi, xüsusən də verilmiş tapşırığı vaxtın-
da yeri nə yetirməyi tələb edirdi. Amma bu da var ki, nə-
dənsə, o, heç bir aspirantının yox, məhz mənim tez, daha 
doğrusu, vaxtından əvvəl müdafiə etmə yi mi istəyirdi (Bu, 
onun  öz  seçimi  idi.  Ruhu  şad  olsun!).  Mən Afad  müəlli-
min bu istə yinə, bu tələbkarlığına görə elmlə daha cid di 
şəkildə  məş ğul  oldum,  bütün  gücümlə  araşdırma  apar-
dım, necə deyər lər, gecəni gündüzə qatdım və “XVII–XIX 
əsrlər Azər bay can antroponimləri (ədəbi-bədii materiallar 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
47
əsasında)”  adlı  dis ser tasiyamı  vaxtından  1  il  6  ay  əvvəl 
tamamladım.  Disser ta si yamı  müdafiə  etdiyim  gün,  daha 
dəqiqi, 6 mart 1987-ci ildə ha mıdan çox atam Vəli İmaməli 
oğlu,  bir  də  elmi  rəhbərim Afad  müəllim  sevinirdi  (Dis-
sertasiya Şurasının sədri Afad müəl  lim idi. Amma o, elmi 
rəhbərim olduğu üçün iclasa onun müavini, filologiya üzrə 
elmlər doktoru, professor Paşa Əfən di yev sədrlik edirdi). 
Ən ma raqlısı isə bu idi ki, həmin gün mən dən çox atamı 
və Afad müəllimi təbrik edirdilər. Ustadımı təb rik edən-
lərdən biri də Dis sertasiya Şurasının üzvü professor Zərifə 
Bu daqova idi. O, Afad müəllimə yaxınlaşaraq ərklə dedi: 
“Afad müəl lim, Sizin ilk aspirantınızdır ki, dissertasiyasını 
vax tın  dan  bir  il  altı  ay  əvvəl  müdafiə  etdi.  Bu,  rəhbərlik 
etdi yi niz ka fed ranın və daha çox da Sizin uğurunuzdur.
Təbrik  edirəm!”  Bu  sözlər  ustadımın  sevincini  bir  az  da 
ar tırdı.  Haşiyə:  Mən  na mizədlik  dissertasiyamı  müdafiə 
edəndə el mi rəh bərim Afad Qur banov 58 yaşında idi. İndi 
isə mə nim 58 yaşım tamam olur. Yəqin ki, elə buna görə 
də dis ser tasi yamı müdafiə etdiyim gün hamıdan çox Afad 
müəl limin sevinməsinin səbəbsiz olmadığını indi daha ay-
dın görür, eyni zamanda indi daha yüksək dəyər ve ri rəm... 
Bəlkə də, bu doğmalıq mənəvi, ruhi bağlılığın nəti cə sidir! 
Sovet  dövründə  imperiyanın  diktəsi  ilə  Azərbay-
can da elə bir vəziyyət yaranmışdı ki, dissertasiya müdafiə 
edənlərin bir qismi (sayını dəqiqliklə ifadə etmək mümkün 
deyil) Mos k va ya gedərək kimisə “görməli”, kiminsə “bı ğı-
nın altından keç mə li” idi... Qeyd edim ki, dissertasiya mü-
da fiə etməyimdən iki ay keçmişdi. Afad müəllim məndən 
diplomla bağlı Moskvaya ge dib-getmədiyimi soruşdu. De-
di ki, dissertasiyanın ümumi sə viyyəsi yaxşıdır. Amma bir-
dən sənə mane olarlar. Ona görə də Moskvaya gedib bə zi 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə