Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
39
banzadənin dilçiliyimiz üçün çox də yər li olan və heç vaxt 
elmi  əhəmiyyətini  itirməyən  fikirlər  söy lə mə sinə  imkan 
vermişdir. (bax: səh.3-14). Ən maraq lısı isə budur ki, Bəkir 
Çobanzadəyə  qədər  heç  bir Azər bay can  dilçisi  M.Kaşğa-
rinin  “Divan”ına  müraciət  etməyib.  Digər  tərəfdən,  gör-
kəm li  dilçilərimizdən  Məmmədağa  Şi rə liyev,  Əbdüləzəl 
Də mir çizadə və Muxtar Hüseynzadə də Bəkir Çobanzadə-
nin tələ bə ləri, aspirantları olub. Bu fakt lar isə onu deməyə 
əsas verir ki, M.Kaşğari ilə çoxsaylı Azərbay can dilçiləri 
arasında mənəvi körpünü məhz Bə kir Çobanzadə yara-
dıb. Bu di namikanı isə şərti ola raq belə mo delləşdirmək 
olar: Mah mud Kaşğari – Bə kir Çobanzadə – Məmmədağa 
Şirəliyev, Əb düləzəl Də mir çizadə, Mux tar Hüseynzadə = 
çoxsaylı Azərbaycan dilçiləri. Heç şübhəsiz ki, bu cərgə-
də dilçilimiyizin korifeyi Afad Qurbanovun adı xüsusi 
olaraq vurğulanır.
Filologiya  fakültəsində  oxuduğum  illərdə  bizə  dil -
çi li yə  aid  fənlərdən  dərs  deyən  müəllimlərin  əksəriy yə ti 
müəllim, baş müəllim və dosentlər oldu. Bu da təbii idi. 
Belə  ki,  filo lo giya  fakültəsində  cəmi  iki  nəfər  dilçi  pro-
fessor  var  idi:  Ə.Də mir çizadə  və  Afad  Qurbanov.  Ə.Də-
mirçizadə 1979-cu ildə və fat etdiyi üçün biz onun tə lə bəsi 
olmaq  şərəfinə  nail  ola  bil mədik  (o  vaxt  Ə.Dəmir çi zadə, 
əsasən, yuxarı kurs tələbələrinə dərs deyirdi, biz isə II kur-
sda oxuyurduq). Afad müəllim dekan olduğu üçün onun 
dərsləri çox az olurdu. IV kursun VIII se mes trinə aid dərs 
cədvəlində  “Toponimika”  fənni  üzrə  müəllim  kimi  pro-
fessor  Afad  Qurbanovun  adını  görəndə  təkcə  mən  yox, 
birləşməmizdəki bütün tələbələr (birləşmədəki tələbələrin 
sayı 100 nəfər idi) sevindi. Hamımız onun deyəcəyi ilk dər-
si,  mü hazirəni  səbirsizliklə  gözləyirdik.  Bir  neçə  gün dən 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
40
sonra  bi zim  birləşmədə  Afad  müəllimin  “Topo ni mika” 
fənnindən ilk mühazirəsi oldu. O, mövzu ilə bağlı ən kiçik 
detalları belə sadə və aydın bir dillə izah edirdi, verdiyimiz 
suallara da dolğun cavablar verirdi. Həm də o qədər şirin 
və canlı danışırdı ki, heç kəs, hətta zəif oxuyan tələbələr də 
onun mühazirəsinin tez qur tar masını istəmir di. Bir sözlə, 
Afad müəllimin dərsləri olduqca maraqlı ke çirdi... Onun 
şirin və dərin məzmunlu mühazirələri in di də yaddaşım-
dan  silinməyib...  Düşüncələrə  dalıram,  suallar  ya  ra nır... 
Qəlbimi,  ruhumu  tərpədən  o  mühazirələr  niyə  şi  rin  idi, 
niyə məni bu qədər ovsunlayıb? Nədən usta dı mın sirli-se-
hirli, möcüzəli səsindən indi də ayrıla bil mi rəm? Bəlkə, bu 
səs ulu Dədə Qorqudun möcüzələrlə dolu səsi, ruhu idi? 
– Bəli, Afad müəllimin ruhuna hopmuş bu səs çox uzaqlar-
dan gəlirdi, əc dadlarımızın səsi idi, həm də bə şər həlimli-
yinə bürünmüş bir səs idi. Onun bu cür insani keyfiyyətlə-
rini professor Məhərrəm Hü seynov obrazlı şəkildə canlan-
dırıb: “Afad müəllimin ömrü min-min insan ömrünü əhatə 
edən,  min-min  insan  yollarına  işıq  saçan  şan-şöhrətli  bir 
ömür, onun idealları isə doğulub boya-ba şa çatdığı torpa-
ğın bulaqları kimi təmiz, saf, sadə və id diasız bir ömürdür. 
Onun səsində insan ruhunun şeiriyyəti, müd riklik cazibəsi, 
üzündə yalnız özünəməxsus olan də yiş məz kolorit, baxış-
larında həmişə axtardığımız, möhtac olduğumuz, gec-gec 
tapa bildiyimiz bir bəşər doğmalığı, bəşər həlimliyi vardır 
– bü tün bunlar Afad müəllimin in san portretini tamamla-
yan bəşəri ciz gilərdir”. Müəllif haq lıdır. Çünki Afad müəl-
lim milli olduğu qə dər də bəşəridir, da ha dəqiqi, onun in-
san portretində mil lilik lə bəşərilik sintez şəklindədir.
Afad müəllim filologiya fakültəsinin dekanı vəzifə-
sin də  işləyəndə  (burada  onun  1977–1981-ci  illərdəki  fə-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
41
aliyyəti nə zərdə tutulur) bütün gücü, varlığı ilə çalışırdı, 
yorulmaq  bil mir di.  Təşkilatçılığına  isə  söz  ola  bilməzdi. 
O, bir dekan kimi fa kül tənin bütün iclaslarında çox ciddi 
və  səbirli  olardı,  ən  kəskin  vəziyyətlərdə  belə  təmkinini 
poz mazdı.  Yaxşı  yadımdadır,  bir  dəfə  fakültənin  ümumi 
yığıncağında vəziyyət çox gərgin ləş miş di, hətta bəzi müəl-
lim lər  bir-birini  təhqir  etməkdən  belə  çə kin mirdi.  Vəziy-
yə tin daha da pisləşəcəyini görən Afad müəllim sö zü İs-
mayıl Şıxlıya verməklə həmin gərginliyi aradan qaldırdı. 
Bu, Afad müəllimi bacarıqlı bir təşkilatçı kimi dəyərlən dir-
məyə imkan verən detallardandır (Afad müəllim İsmayıl 
Şıxlı, Əb dü ləzəl Dəmirçizadə kimi şəxsiyyətləri özünə ar-
xa, dayaq hesab edirdi).
Afad  müəllim  bir  dekan  kimi  filologiya  fakültəsinin 
ən mühüm işlərini öz müavini dosent Nadir Abdullayevə 
tap şırar, ona etibar edərdi (indi Nadir müəllim Azərbay-
can dili və onun tədrisi metodikası kafedrasının profes so-
ru dur). Buna görə də biz Afad müəllimin göstərişlərini da-
ha çox Nadir müəllimin dilindən eşidərdik. Duzlu-məzəli 
danışığı,  xoş  rəftarı  və  xeyir xah lığı  ilə  bütün  kollektivin 
hör mətini  qazanmış  Nadir  müəl lim  həm  də  Afad  müəl-
limin  ən  fəal  təbliğatçısı  idi.  Burada  onun  bir  fikrini  xa-
tır latmaq yerinə düşür: “Ay uşaqlar, professor Afad Qur-
banovun  əsərlərini  yaxşı  oxuyun,  dilçiliyə  dair  hər  bir 
fikrini dərindən öyrənməyə çalışın, həm də onunla tez-tez 
əlaqə saxlayın, bilmədiklərinizi professordan çəkinmədən 
soruşun. O, elmlə maraqlanan, elmə həvəs göstərən hər bir 
tələbəni din lə məyə, yol göstərməyə həmişə hazırdır... Bu 
de diklərimə əməl etsəniz, gələcəkdə Afad müəllimin as pi-
rantı ola bilər, elmdə öz sözünüzü deyə bilərsiniz”. Bəli, 
son rakı dövrlərdə bu təbliğat öz bəhrəsini verdi. Belə ki, 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə