Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə18/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
63
yal taqlığın deyil, yüksək polemika mədə niy yətinin şahidi 
ol muşam... Əzizxanın bu gün haqqında geniş şəkildə da-
nışdığımız  monoqrafiyası  isə  təkcə  qorqudşünaslıq  yox, 
həm də dil tarixi, dialektologiya və üslubiyyat baxımından 
əhəmiyyətlidir. Əzizxan “Dədə Qorqud”dakı antroponim-
lə rin  eti mo logiyasını  izah  edərkən,  yeri  gəldikcə,  Azər-
bay can dilinin qərb şivələrinə də müraciət edib, abidənin 
dilindəki ar xaizm lə rin də daha çox qərb şivələrində iş lən-
diyini əsaslan dı rıb... Əziz xan, qələmin iti olsun! Mən sənə 
uğurlar arzu la yı ram!” (bu sözlər videolentdən götürülüb).
Afad Qurbanovla 24 il bir yerdə çalışmağım, sö zün 
hə qiqi  mənasında,  qarşılıqlı  elmi  əməkdaşlığa  çev  ril-
mişdi. Demək olar ki, bütün görüşlərimizdə Azərbaycan 
dilinin müx təlif problemləri ilə bağlı fikir mübadiləsi apa-
rır,  ən  mürəkkəb  məsələlərin  həllinə  çalışırdıq.  Bir  neçə 
məqaləni  şərikli  yazdıq  (Abdulla  Şaiq  xalq  təhsili  və  dil 
haqqında.  “Azərbaycan  mü əl limi”  qəzeti.  Bakı,  1991...). 
Afad müəllim haqqında çap olunmuş dörd kitabdan biri-
nin re daktoru (Afad Qurbanov. Bakı, 2010. Bu kitab Afad 
mü əllim  dünyasını  dəyişəndən  sonra  çap  olun du),  biri-
nin  isə  həm  tərtibçisi,  həm  də  redaktoru  olmuşam  (Afat 
Qurbanov 70. Bakı, 1999). Ustadın çoxsaylı dərslik və mo-
noq ra fiya larından ikisi mənim redaktorluğum ilə işıq üzü 
gör dü: Azər  baycan onomalogiyasının əsasları. II cild, Bakı 
2004: Qər bi Azərbaycanın Cucikənd şivəsi. Bakı, 2007. Yeri 
gəl  mişkən, Afad  müəllim  də  mənim  kitablarımın  redak-
toru olur  du. Daha dəqiq desəm, 1996-cı ildən 2009-cu ilə 
kimi çap et dirdiyim 14 kitabın hər biri məhz Afad Qurba-
novun redak tor luğu ilə çap olundu. Bu qarşılaşdırmalarda 
iki ma raqlı cəhət özünü göstərir: kitablarımın redaktorlu-
ğunu el mi rəhbərimə eti bar etmişəm, elmi rəhbərim də, öz 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
64
növbə sin də,  bir  neçə  kitabını  məhz  mənim  (tələbəsinin) 
redak tor luğum  ilə  çap  etdirib.  Bun la rın  hər  ikisi  mənəvi 
dün ya mın zənginləşməsində xüsusi rol oynayıb. 
2007-ci  ilin  oktyabr  ayı  olardı.  Kafedra  iclasından 
sonra Afad müəllimə internetin əhəmiyyətindən, onun in-
formasiya mübadiləsindəki əvəzsiz rolundan bəhs etdim. 
De dim ki, Afad müəllim, internetdə hətta Sizin haqqınızda 
da kifayət qədər material var. Həm də dünyanın istə ni lən 
nöqtəsində bu materialları məhz internet vasitəsilə ey nilə 
oxumaq müm kündür. Sonra isə kompüteri işə salaraq hə-
min mate rial lar dan bir neçəsini ona göstərdim. Afad mü-
əllim təəccübünü giz lət mədi və “Bu ki möcüzədir”, – de yə 
fikrə getdi. O, bu məqamda “...Tüfəng çıxdı, mərdlik get di, 
hay, haray!//Mənmi qocal mı şam, ya zəmanəmi?”, – de yən 
Koroğlunu xatırladırdı. Haşiyə: in di akademik Afad Qur-
banov haqqında rəsmi veb sayt yaradılıb. 
Oğlum  Rəşadın  toyuna  hazırlaşırdım.  İş  yerində 
dostla rı ma, həmkarlarıma, mənə yaxın olan adamların hər 
birinə dəvət na mə verərək toya dəvət etdim. Afad müəllim 
üçün  yazdığım  də vətnaməni  isə  vermək  istəmirdim.  Bir 
az  götür-qoy  elədikdən  sonra  kabinetinə  gedərək  dəvət-
na məni ona təqdim etdim. De dim ki, Afad müəllim, Sizi 
oğ lum Rəşadın toyuna dəvət edi rəm. O, bir az duruxdu. 
Son ra isə heç nə olmayıbmış kimi: “İl lər nə tez gəlib-ke-
çir, dü nən sən aspirant idin, bu gün oğluna toy edirsən... 
təbrik edirəm, mütləq gələcəyəm”, – dedi... Afad mü  əllimi 
toyda gö rəndə çox sevindim, heç bilmədim ki, ona nə de-
yim, ne cə təşəkkür edim?!
Belə qərara gəldim ki, təbrik üçün ona da söz ver di-
rim. Elə də etdim, toyun şirin yerində ustadıma söz verdir-
dim. Afad  mü əllimi  heç  bir  toy  məclisində  bu  qədər  se-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
65
vin cək gör mə miş dim. O, bu əhvali-ruhiyyə ilə də çıxışına 
baş ladı: “Hörmətli qo  naqlar, məclis iştirakçıları! Sizin ha-
mı nız Əzizxanın se vincini bölüşməyə, qüvvətləndirməyə 
gəlib siniz. Amma  bu  se vinci  qüv vətləndirməkdə  mənim 
ro lum  daha  böyükdür.  Çünki  Əziz xan  mənim  tələbəm 
olub, filologiya fakültəsini bitirib, son ra as pirantım olub. 
İn di ilk aspirantımdır ki, rəhbərlik etdiyim ka fed rada pro-
fes sor vəzifəsində çalışır. Mən buna çox sevi ni rəm... Ba yaq 
fikrimdən nələri keçirmişəm: mənim izimi, mə nim yo lu mu 
yalnız  Əzizxan  davam  etdirir.  Mənə  çatmağına  isə  cə  mi 
bircə pillə qalıb. Yəqin ki, o pilləyə də tezliklə çata caq dır... 
Əziz  xan, indi sən respublikanın sayılıb-seçilən dil çilərin-
dən sən. O cavan oğlan da (oğlum Rəşadı göstərir) sə nin 
tər bi yənlə bö yüyüb. Övladların da o səviyyəyə çata caq dır. 
Necə  de yər lər,  “ot  kökü  üstə  bitər”.  Sənə  cansağ lı ğı,  öv-
ladına isə xoş bəxt lik ar zulayıram” (Afad müəllimin çıxışı 
videolentdən gö tü rülüb).
Afad müəllimin 1956-cı ilə qədərki həyatı (APİ-nin 
dil və ədəbiyyat fakültəsində oxuduğu dövr – 1948–51-ci 
illər istis na olunmaqla) Borçalı ilə bağlı olduğundan mə-
nim lə söh bət lərində təkcə dilçilik elmi və təhsil sahə sin də-
ki prob lem lərdən deyil, həm də Borçalıdan danışar, ora da 
keçirdiyi gün ləri yada salardı. Afad müəllimin şirin bir dil-
lə, asta-asta söylə dik lərinin hamısını ifadə etsək, bir ki taba 
sığmaz. Bu isə, təəssüf ki, burada imkan xari cin dədir. Ona 
görə də bu mə qamda onun dediklərinin yalnız bir qismini 
abzaslar şəklində təqdim etməyi daha məqsədə uy ğun he-
sab edirik. Afad müəllim deyərdi:
“Borçalının  başı  qarlı  dağları,  buz  bulaqları,  gur 
axan, qıjıltılı dağ çayları, qalın meşələri, sıldırım qa yaları, 
çö lün  düzündəki  saysız-hesabsız  gülləri,  çiçəkləri,  rəng-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə