Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə19/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
66
bərəng  quş ları...  təbiətin  möcüzəsidir,  dünyanın  bir  sı ra 
ölkələrini  gəz mi şəm,  amma  bu  gözəlliyi,  bu  ecaz kar lığı 
heç yerdə görmə mi şəm. Bəlkə, elə buna görədir ki, o yerlər 
mə ni daim özünə çə kir, hətta yuxularımda da daha çox o 
yer ləri görür, o yerlərdə gə zirəm”; 
“Borçalıda,  daha  düzünü  desəm,  Başkeçidin  dağla-
rın da olan kəkotu (kəklikotu), yemlik, quzuqulağı, çoban-
yas tığı,  də və  dabanı  kimi  bitkilərin  hər  biri  şəfalıdır,  can 
dər manıdr. Hələ dağlarda kərənti ilə (dəryazla) ot biçilər-
kən kərəntinin altından çıxan, biçilmiş sahədə qalan kəsil-
miş çiyələyin iyini, dadını de mirəm. Bu, başqa bir  aləm dir”; 
Tərəkəmə həyatı, arandan dağa, dağdan arana olan 
köç lər gözlərim önündən indi də getmir, çobanların ayıq-
sa yıq lığı,  çoban  itləri,  sürünün  önündə  gedən  təkə,  qun-
dağı  (körpə  uşaq  mənasında)  belində  at  sürən  qadınlar, 
arabalardakı  növ bə növ  ərzaqlar,  yaylaqdakı  dəyələr,  ça-
dır lar, motal pendiri, qarın ya  ğı, qurut, qaymaq, qatıq, ço-
ban əp pəyi, çoban basdırması - bir sözlə, hər şey təbii idi, 
lap elə qədim türklərdə olduğu kimi idi. Sizdən nə gizlə-
dim, o günlər üçün burnumun ucu göy nə yir”;
“O dağlarda, o düzlərdə, o daşlı-kəsəkli yollarda at 
be lində gəzdiyimi, toylarda at çapdığımı necə yadım dan 
çı xar dım?! Axı o günlər həyatımın ən gözəl, ən şirin gün-
ləri  idi.  Ha şiyə:  Burada  Afad  müəllimin  yaxın  qohumu, 
pro fessor  Bay ram  Hacıyevin  bir  fikri  yada  düşür:  “Mən 
Gür cüstanın Bolnisi rayo nunun Arıxlı kəndində orta mək-
təb də  oxuyurdum.  Hər  tətildə  mən  bibimgilə,  yəni Afad 
müəl limgilə gedirdim. Ora dağ yeri olduğuna görə havası 
çox yaxşı idi. Mənim Afad müəllimlə gənclik illərim hə min 
dövrdən başladı. O, at min məyi gözəl ba carırdı. Mən isə 
bacarmırdım, çünki bizim yer lərdə at çox az olardı. Rəh-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
67
mətlik  mənə  deyərdi:  “Dayıoğlu,  qorx ma,  gəl  ata  min”. 
Belə-belə, mənə at minməyi öyrətdi”; 
Anam Aişəbalının qurutlu xəngəlini, sacda bişir di-
yi əppəyi (sacəppəyi – sac çörəyi), odun peçinin üstündə 
dəm lədiyi  itburnu  çayını,  kömbəsini  (şirin  çörək  növü), 
fəsəlisini unutmaq olarmı? – Əlbəttə ki, yox!”; 
“O  illərdə  aşıqların  dilindən  eşitdiyim  dastanlar, 
na  ğıl lar, bayatılar, nənələrimdən öyrəndiyim çoxsaylı ox-
şama və laylalar indi də yadımdan çıxmayıb, onların hər 
bi ri mənim üçün bir simfoniyadır, indi də onlarla nəfəs alı-
ram... Dastan de   mişkən, Borçalıda el şənliklərində və da ha 
çox da toy məc lis lə  rində “Koroğlu” dastanındakı bəzi par-
çaları Aşıq Hüseyn Sa raçlının ifasında dinləyəndə ru hum 
dincəlirdi. Qəribədir, in di də ustad aşığın o gur, həm də şi-
rin səsini unuda bil mi rəm... Bi lirsiniz ki, Borçalıda bir neçə 
“Koroğlu”  qalası  var,  hamısı  da  məş  hurdur.  Bu  qalaları 
da görmüşəm”... Haşiyə: Bəlkə də, elə bu cür hadi sə lərin 
nəticəsidir ki, Afad Qurbanov elmi əsərlərində “Ko roğlu” 
dastanına  xüsusi  olaraq  diqqət  yetirib.  Bunlar dan  birinə 
2015-ci ildə çap etdirdiyim monoqrafiyada, az da olsa, mü-
nasibət bildirmişəm: “Afad Qurbanov “Koroğ lu” epo sun-
da kı bəzi onomastik vahidlərin üslubi xüsusiy yət lərindən 
bəhs edib (Azərbaycan onomalogiyasının əsas ları. II cild. 
Bakı, 2004, səh. 428-439). Müəllif şifahi ədə biy yatda sənət, 
peşə an lamlı şəxs adlarını izah edərkən nü munə kimi Də-
mirçioğlu,  Tox  maqvuran  antroponimlərini  təqdim  edir. 
Misri qılınc, Qırat, Dü rat kimi onomastik vahidləri əfsanə-
vi  adlar  başlığı  altında  izah  edir;  qəhrə man ların  iki  adla 
tanınmasını  konkret  faktlarla  əsaslan dı rır:  Rövşən  –  Ko-
roğlu;  Həsən  –  Kürdoğlu;  Keçəl  Həm  zə  –  Kaloğlan;  Ni-
gar xanım, Bulqar xanım, Telli xanım ki mi an troponimik 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
68
modellərdəki “xanım” sözünün semantikası və statusuna 
aydınlıq gətirir... Bir sözlə, müəllifin araşdır ma la rında das-
tanın nəsr və nəzm parçalarında işlənmiş bir sıra ono mas-
tik  vahidlərin  üslubi-linqvistik  xüsusiyyət lə rinə  ümumi 
şə kildə münasibət bildirilib” (Əzizxan Tan rı verdi. “Ko roğ-
lu”nun şeir dili. Bakı, 2015, səh. 23-24); 
“Başkeçidə həsr edilmiş şeirlərin əksəriyyətini oxu  -
mu şam. Amma etiraf edim ki, bu şeirlərdən biri – Vi la yət 
Rüs təm zadənin Osman Sarıvəlliyə müraciətlə yaz dı ğı şeir 
ruhuma daha yaxındır: Osman əmi, Başkeçidə get miş dim, 
//Dağ da sə ni, daş da səni soruşdu, //Sarp dərədə az qala 
lap itmişdim, //Dik də sə ni, qaş da səni soruş du... Bu şeir 
sanki həm də mənə xi tabən ya zılıb. Bu şeiri oxuyanda Baş-
keçidi xəyalən gəzir, Baş keçidli günlərimi xatırlayıram, ru-
hum dincəlir”; 
“Borçalı türklərin ən qədim yaşayış məskənlərin dən 
bi ri dir,  yaşı  bilinməyən  qəbir  daşları  da,   Orxon- Ye nisey 
abi də  ləri  və  “Kitabi-Dədə  Qorqud”la  səsləşən  Kəpə nək-
çi, Qa ça ğan, Qoçulu, Dunus kimi çoxsaylı toponimlər də, 
qə dim  türk  şəxs  adlarının  intensivliyi  də  Borçalı  türk lə-
rinin aborigenliyini sü but edir. Borçalı babalarımızın, də -
dələrimizin  yurdudur,  ora da  doğulmuşam,  orada  boya- 
başa  çatmışam,  ilk  təhsilimi  də  ora da  almışam,  o  ellərin 
bü tün kəndlərini evbəev gəzmişəm, kənd lərindən ikisi isə 
mənə daha doğmadır: Qızıl Şəfəq və Ha mamlı. Bunlardan 
birincisində anadan olmuşam, boya-başa çat mı şam. İkin ci-
sində isə məktəb direktoru vəzifəsində (1951–1955) işlə mi-
şəm. Məktəb direktoru kimi fəaliyyətə baş la yanda cəmi 22 
yaşım vardı, onda Dmanisi rayonunda Azər bay can di lin  də 
orta məktəblər yox idi. Gürcülər, həmçinin er mə nilər giz-
li şəkildə mənə qarşı çıxır, təzyiqlər edirdilər ki, Ha mamlı 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə