Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
57
mü da fiəyə təqdim etdiyim dissertasiyada ilk dəfə olaraq 
sistemli şəkildə araşdırıldığını tutarlı faktlarla arqument-
ləşdirdi. Amma onu da deyim ki, müdafiə zamanı məndən 
çox o hə yəcanlanırdı. Sanki mənə verilmiş sualların hər bi-
rini özünə ünvanlanmış hesab edirdi, sanki mən yox, o, özü 
müdafiə edirdi (belə bir xoş bəxtlik hər doktoranta qismət 
ol mur. Ustadım haqqında kitab yazmağım da məhz bu cür 
hadisələrlə  bağlıdır).  Dissertasiya  Şurasının  iclasına  aka-
de mik Tofiq Hacıyev (o vaxt Tofiq mü əllim professor idi. 
Ruhu şad olsun!) sədrlik edirdi. O, iclası yekunlaşdırarkən 
üzü nü Afad müəllimə tutaraq bunları söylədi: “Afad müəl-
lim, Siz rektor olanda yaratdığınız “Onomastika Mərkəzi” 
bütün türk dünyasına səs salmışdı. Bu gün isə həmin mər-
kəzin  yetirmələrindən  biri  doktorluq  dissertasiyası  mü-
dafiə edir. Bu, dilçiliyimizin, həm də Sizin uğurunuzdur. 
Mən Si zi də, Əzizxanı da təbrik edirəm...” Tofiq müəllim 
bu sözləri deyəndə ustadım yenə də xəyala dalmışdı. Sanki 
arxada qalmış illərin necə də tez gəlib-keçdiyini, dünənki 
tələbəsi və ya aspirantının bu gün bir elmlər doktoru kimi 
tam formalaşdığını düşünürdü... Yenə də hamı əvvəlcə ata-
mı və Afad müəllimi, sonra isə məni təbrik edirdi. Hə min 
gün Afad müəllimin ürəyi da ğa dönmüşdü. Həmin gün o, 
uşaq kimi sevinir, həm də bu sevincini hamı ilə bö lüş mək 
istəyirdi  (1987-ci  ildə  namizədlik  dissertasiyamı  mü dafiə 
edəndə  də  belə  olmuşdu).  Qəribədir,  bu  söylədik lə rimin 
bir qismi Afad müəllimin böyük qızı, tibb üzrə elmlər dok-
toru Fərəh Qurbanovanın fikirləri ilə üst-üstə düşür: “Ən 
çox yadımda qalan bir hadisə var. Mən məktə bi bitirdiyim 
gün qızıl medal aldığıma görə “Məzun gü nü”ndə çıxış et-
məli idim, evdə demişdim. Böyük bir uni ver sitetin rektoru 
idi, amma vaxt tapıb gəlmişdi, mənə isə deməmişdi. Mən 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
58
ata mı  görəndə  sevindim,  çıxışıma  daha  da  məsuliyyətlə 
ya naşdım.  Bilirdim  ki,  mənə  baxan  həm  görkəmli  alim, 
həm  də  övladını  çox  sevən,  hər  işində  uğu runu  görmək 
istəyən atadır” (Afad Qurbanov. Bakı, 2010, səh.240). Bü-
tün bunlar isə onu deməyə əsas verir ki, Afad müəllim mə-
nim təkcə elmi rəhbərim, müəllimim yox, həm də mənəvi 
atam olub. O, bu statusunda, daha doğrusu, 70-dən çox as-
pirantın mənəvi atası olmaq statusunda daha kamil, daha 
zəngin  görünürdü... 
“...Mən professor Bəkir Çobanzadə, Əbdürrəhim bəy Haq­
verdiyev, Yusif Vəzir, Abdulla Şaiq kimi görkəmli şəxs lərin tə lə­
bə si olmuşam, ədəbiyyat, incəsənət və elm sa hə sində bir sı ra məş­
hur şəxsiyyətlərlə – Səməd Vurğun, Süleyman Rüstəm, Əbül­
hə sən,  Sabit  Rəhman,  akademik  Hə mid Araslı,  professor  Cəfər 
Xəndan, Xalq rəssamı S.Sa lamzadə və başqaları ilə sinif yoldaşı 
olaraq təhsil almı şam... Dilçilik sahəsində əsl tədqiqat aparmaq 
zərgər lik dir”, – deyən Əbdüləzəl Dəmirçizadə Afad müəlli-
min el mi rəhbəri olub, əsərlərinə yüksək qiymət verib, hət-
ta Afad müəllim sənədlərini aspiranturaya təqdim edəndə 
onun haqqında rektorun adına sanballı bir təqdimat da ya-
zıb: “A.Qurbanov oxuduğu müddətdə istər yazmış olduğu 
kurs işlə rin də, istərsə tələbə elmi dərnəklərində söylədiyi 
çıxış və mə ruzələrində özünün dilçilik elminə həvəskar ol-
du ğunu  göstər miş dir.  O,  bu  sahədə  işləyərsə,  gələcəkdə 
yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir”. Bu 
fikirlərin davamı olaraq onu da qeyd edək ki, dosent Bu ta 
Sadıqov Ə.Dəmirçizadənin Afad müəllimə xüsusi mə həb-
bət bəslədiyinin canlı şahidi olub: “ Afadın əli hə mişə göy-
də olar, dərs danışmağa can atardı. Dərs əlaçısı idi (Mən də 
əla çı idim). Professor Əbdüləzəl Dəmirçizadə Afada xüsu-
si  məhəbbətlə  yanaşardı.  Onun  böyük  gələ cə yini  o  vaxt-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
59
dan  demişdi.  Həyat  özü  bunu  tam  sübuta  ye tirdi”  (Afat 
Qur  banov 70. Bakı, 1999, səh.79). Ə.Dəmir çiza dənin bu cür 
xe yir xahlığı  və  qayğıkeşliyinə  görə  Afad  müəllim  onun 
haq qın da  həmişə  ürəkdolusu  danışardı.  Yeri  gəlmişkən, 
Afad mü əllim Ə.Dəmirçizadənin vəfatından son ra (1979-
cu il) hər il kafedra üzvləri ilə birlikdə onun qəbrini zi yarət 
edər, onunla ke çirdiyi xoş günlərdən danı şar, onun Azər-
baycan dilçiliyindəki misilsiz xidmətlərini bir daha vurğu-
layardı.“Fəxri xiyaban”dan isə birbaşa ka fed raya gələrdik. 
Həmin gün “Əbdüləzəl Də mir çi za dəni anım günü” olar-
dı... Hər ikisi nurlu insan idi. Hər iki sinin ruhu şad olsun! 
1990-cı  ildə  Afad  müəllim  Azərbaycan  Respublikası 
Par la mentinin  (Milli  Məclisinin)  deputatlığına  namizəd 
olan da onun təbliğatçılarından biri də mən idim. Ustadın 
na mizədliyi Nərimanov rayonundan verilmişdi. Bir neçə 
orta məktəbdə Afad müəllimlə seçicilərin görüşünü təşkil 
et dik. O, bu gö rüş lərdə bir az gərgin olsa da, heç bir prob-
lemlə üzləşmir, hər bir seçicini səbirlə dinləyir, onları razı 
salmağa çalışırdı. Bir cəhəti də vurğulayaq ki, həmin gö-
rüş lərdə Afad müəllimə təkcə si yasət və iqtisadiyyatla de-
yil, həm də dilçilik, tarix, etnoqrafiya və s. elmlərlə bağlı 
su allar verilirdi. Afad müəllim də bu tip sualların heç biri ni 
ca vabsız qoymur, onların hər birinə dolğun, əsaslan dı rıl-
mış cavablar verirdi. Bir sözlə, həmin görüşlərdə Afad mü-
əllim görkəmli alim, nüfuzlu pedaqoq, ən əsası isə bir si-
yasətçi kimi çıxış edirdi. Bu mənada Afad müəllimin millət 
vəkili (deputat) seçilməsi heç də təsadüfi deyildi. Burada o 
dövrdə Azərbaycan  Respublikası  Parlamenti  səd ri nin  bi-
rinci müavini olmuş Ziyad Səmədzadənin fikir lə rini xatır-
latmaq zə rurəti yaranır: “Afad müəllim, həmçinin respub-
likanın  görkəmli  ictimai  xadimlərindən  biridir.  Mən  Ali 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə