Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
84
A.Qurbanovun  dərsliyində  B.N.Qolovinski  kimi  alim -
lərin tənqidi xüsusi yer tutur. Bu mənada A.Baba ye vin həmin 
məsə lə lərə münasibət bildirməsi təbii qarşılanır: “B.N.Qo lo-
vins ki... orta əsrlər və renessans dövründə bir neçə lüğətin 
adını çək diyi halda, Afad müəllim o dövrün dilçiliyi haqqın-
da geniş və ətraflı məlumat verir”. Yaxud A.Qurbanovun “... 
Dilin əmələ gəl məsi nə qədər çətin və mürəkkəb olsa da, bunu 
dilçiliyin  prob lemləri  sırasından  xa ricdə  düşünmək  olmaz. 
Çünki dil dilçilk elminin ob yek tidir... Dilin əmələ gəlməsinin 
tam  həqiqi  və  elmi  şərhi  məhz  müvafiq  elmlərin  qarşılıqlı 
tədqiqatları əsa sında müm kün olacaqdır” fikrinə əsaslanan 
A.Babayev  düz gün  olaraq  göstərir  ki,  A.Qurbanov  fransız 
dilçisi Vandriyesin və Amerika dilçisi Eduard Senirin də dilin 
mənşəyi barə sin dəki fikirlərini verərək onlara qarşı çıxır.
Məqalədən  aydın  olur  ki,  A.Babayev  “Ümumi  dil-
çilik” məsələlərinə kompleks şəkildə yanaşıb. Elə buna gö-
rə  də  o, Afad  Qurbanovun  “Dilçiliyin  metodları“  (1978), 
“Dilçilik”  (1980),  “Ümumi  dilçilik”  (I  cild,  1989,  II  cild, 
1993)  və  s.  ki mi  əsərlərindəki  bir  sıra  səciyyəvi  cə hətləri 
dəqiqliklə  verə  bil mişdir.  Bunlardan  bir  neçəsinə  diq qət 
yetirək: “Ümumi dilçilik” kitabı, əslində, Afad mü əllimin 
öz dəst-xətti, konsepsiyası ol du ğunun təsdiqi idi. Müəlli-
fin orta əsr dilçiləri sırasında Mahmud Kaşğariyə geniş yer 
verməsi və onu türk dilçisi hesab etməsi təq di rə layiqdir; 
Afad müəllim mətn dilçiliyi sahəsində də ça lışan ilk alim-
lərdəndir; Afad müəllim dünya dillərinin genealoji bölgü-
sündə özünəməxsus bir mövqe tutmuşdur. Adil Ba ba  ye-
vin bu fikirlərinin hər biri Afad Qurbanovun əsər lə rindən 
doğan məntiqi nəticələrdir.
Afad Qurbanovu “dilçiliyin, demək olar ki, bütün sa-
hə lə ri ni əhatə edən elmi yaradıcılığa malik alim” kimi də-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
85
yər  lən dirən professor Həsən Quliyev “A.M.Qurbanov və 
türkoloji  dilçilik  məsələləri”  adlı  məqaləsində  alimin  iki 
ki tabından bəhs edib: “Türkoloji dilçilik” (1993) və “Ortaq 
türk  ədəbi  dili”  (1999).  Müəllif  hər  iki  kitabdakı  ən  əsas 
mə  sələlərə  aydınlıq  gə tir məyə  çalışıb  ki,  bu  da,  əsasən, 
aşa ğıdakıları əhatə edir: 
–  “türkoloji dilçilik” termininin mahiyyəti açılır, onun 
ümu  mi türkoloji dilçilik anlayışı ifadə etməsi əsaslan-
dı rı lır;
–  Altay dilləri ailəsinə daxil olan dil qrupları də qiq ləş -
dirilir;
–  “türk”  sözünün  bütün  türksoylu  xalqlar  və  onların 
dillə ri nin ortaq adını bildirməsinə aydınlıq gətirilir;
–  “indi  23  müstəqil  türk  dili  mövcuddur”  hökmü nün 
düzgünlüyü müxtəlif bucaqlardan şərh edilir;
–  alimin  yaratdığı  34  hərfdən  ibarət  ortaq  türk  əlifb a -
sına münasibət bildirilir.
A.Qurbanov “Türkoloji dilçilik” kitabında “türk hun” 
(qüv vətli hun), “türk kun” (qüvvətli kun), eyni zamanda 
türk xalq larının yayılma arealları, türk xarakteri, türk psi-
xologiyası  ki mi  məsələləri  sistemli  şəkildə  tədqiq  edib. 
Bu mənada H.Quliyev öz məqaləsində həmin məsələlərə 
daha çox yer ayı rır, hətta problemin görünməyən tərəflə ri-
nə də işıq salmağa çalışır: “Türkün xarakteri, türkün inamı 
kimi məsələlərə də Afad müəllim aydınlıq gətirir və qeyd 
edir ki, türk adamı hə mişə ədalət tərəfdarı olmuş, hər şe-
yi öz sa dəlövhlüyü mövqeyindən həll etməyə çalışmışdır. 
Hə qiqi türk doğruluğu, düzgünlüyü sevmiş, onu özü üçün 
ideal  götürmüşdür.  Vətənpərvərlik  türkün  xarak te rin də 
xü susi  yerə  malikdir.  Cəsarət  və  qorxmazlıq  türk  xa rak-
te rinin  tərkib  hissələrini  təşkil  edən  amillərdəndir”.  Nə-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
86
hayət, onu da vurğulayaq ki, H.Quliyevin 18 il əvvəl ali-
min “Tür ko loji dilçilik” kitabı ilə bağlı irəli sürdüyü təklif 
bu gün də aktualdır: “... müəllifin “Türkoloji dilçilik” adlı 
ki tabı ali mək təb üçün ən yaxşı dərslikdir. Azca dəyişiklik 
apar maq la orta məktəb lə ri mizdə də dərslik kimi istifadə 
et mək mümkündür”.
Professor  İsmayıl  Məmmədovun  “Prof.  A.Qur ba-
nov və müasir Azərbaycan ədəbi dili məsələləri” məqalə-
si, hər şeydən əvvəl, Afad müəllimə olan dərin hörmət və 
mə   həbbətin  nəticəsi  olaraq  yazılıb.  Bu  cəhət  məqalənin 
ümu mi ruhunda, xüsusən də son cümlələrində açıq-aydın 
şə kil də  müşahidə  olunur.  “...Zəh mət keş  alim,  yorulmaz 
təd qi qat çı, xeyirxah insan – Afad müəl lim, böyük ustadı-
mız bi zi öz yeni orijinal və dəyərli əsərləri ilə indən belə də 
tez-tez  sevindirəcək”.  Türkologiyada  Afad  Qur banovun 
1967-ci ildə çap olunmuş “Müasir Azərbaycan ədə bi dili” 
mo  noq rafiyası, eləcə də 1968-ci ildə həmin möv zuda mü-
dafiə etdiyi doktorluq dissertasiyası barədə kifayət qədər 
söz deyilib, Ə.Dəmirçizadə, P.Əzimov, A.N.Kononov kimi 
alim lər  tərəfindən  yüksək  dəyərləndirilib.  Bu  mənada 
İ.Məm  mədov  müasir  Azərbaycan  ədəbi  dili  məsələlərini 
sis  temli  şəkildə  tədqiq  etmiş A.Qurbanovun  yaradıcılığı-
na da ha çox məhz həmin alimlərdən gətirdiyi sitatlar kon-
teks tində  münasibət  bildirir,  A.N.Kononovdan  gətirdiyi 
sitat isə lap ye ri nə düşür: “A.M.Qurbanovun bu kitabı yal-
nız Azər baycan dili materiallarını deyil, həm də başqa türk 
dil lərinin materiallarını da əhatə edən mövzuları işıq lan dı-
rır”. Məqalədə düzgün olaraq qeyd edilir ki, A.Qurbanov 
“Müasir  Azərbaycan  ədəbi  dili”  mo noqrafiyasına  qədər 
mövzu ilə bağlı 10 kitab çap etdirib: “Müasir Azərbaycan 
ədəbi və danışıq dili” (1965), “Müasir Azərbaycan dilinin 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə