Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə27/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
93
ifadə  vasitəsi  olan  sözə  sənətkar  münasibəti,  dil  fak tına 
həs sas lıq və yaradıcılıqla yanaşma, bədii düşüncəni bə dii 
dil ha disəsinə çevirmə ustalığı kimi bir çox mühüm yara-
dıcılıq  mə sə lələri  alimin  elmi  yaradıcılığında  xüsusi  yer 
tutur. Onun bədii dil haqqındakı fikir və mülahizələri tək-
cə dilçiliyin elmi-nəzəri prinsiplərinə yox, həm də yazıçı 
“mət bəxi” nə yaxşı bələd olan ədəbiyyatşünasın də qiq mü-
şa hidələrinə söykənir”. Sonuncu cümlədə ədə biy yatşünas 
Mətləb  Nağıyevin  Afad  Qurbanovu  bir  ədəbiy yat şünas 
kimi dəyərləndirməsi olduqca təbii qarşılanır.
M.Nağıyev  alimin  yaradıcılığındakı  bədii  dil  mə sələ-
lərini şərh edərkən mövzunun bütün tərəflərinə işıq sal ma-
ğa çalışır. Belə ki, o, təkcə Afad Qurbanovun S.Vurğunun 
“Vaqif” pyesi ilə bağlı yazdıqlarına münasibət bildirməklə 
kifayətlənmir. Alimin bədii əsərlərdəki onomastik vahid lə-
rin  üslubi-linqvistik  xüsusiyyətlərinin  təhlilinə  həsr  etdiyi 
əsərlərindən və daha çox da “Bədii mətnin linqvistik təh lili” 
adlı  kitabının  məziyyət lərin dən  bəhs  edir.  Burada  M.Na -
ğıyevin bir fikrinə diqqət yetirək: “Bədii mətnin lin qvistik 
təhlili” adlı mükəmməl kitabını xüsusi qeyd etmək lazımdır. 
Müəllif “bədii mətn nədir?”, “onu seçər kən hansı prinsip-
lərə əsaslanmalı?” suallarına cavab verərkən yenə də bədii-
lik meyarını əsas və vacib tələb kimi irəli sürür, baş  qa sözlə, 
dil faktlarının öyrənilməsi üçün seçilmiş ədə bi əsərin bədi-
ilik keyfiyyətini linqvistik təhlil və mə nim sə mənin başlıca 
şərti hesab edir”. Bütün parametr lə rinə görə orijinal olan bu 
sitatda dilçi, ədəbiyyatşünas və müəllim Afad Qurba no vun 
obrazı açıq-aydın şəkildə gö rünür ki, bu da məqalə müəl-
lifinin mövzuya dərindən bələd ol du ğu nu göstərir.
Filologiya  üzrə  fəlsəfə  doktoru  Vaqif  İsrafilovun 
“ Afad  Qurbanov  və  nitq  mədəniyyəti  prob lem ləri”  adlı 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
94
mə  qa lə sində  əvvəlcə  alimin  1956-cı  ildə  çap  olun muş 
“Şa    gird  lə rin yazılı və şifahi nitqlərindəki yerli şi və qa lıq-
la rına qarşı mübarizə” adlı məqaləsinin məhz nitq mə də-
niy yətinə həsr olun m asına münasibət bildirilir. Sonra isə 
A.Qur banovun nitq mədəniyyəti ilə bağlı bir sıra fikir lə-
rinə müx təlif bucaqlar altın da aydınlıq gətirilir. Mə sələn, 
aşağıdakı kimi: 
–  nitqdə yalnız düzgün üslubi fiqurlar işlətməyə çalış-
maq la yüksək nitq mədəniyyətinə sahib olmaq müm-
kün de yildir
–  nitq mədəniyyəti müasir dilçiliyin ən aktual prob lem-
lə rin dəndir;
–  nitq mədəniyyəti təkcə Azərbaycan dilinin incəlik lə -
rinin öyrənilməsində yox, həmçinin Azərbaycan ədə-
biy yatı  fənninin  mənimsədilməsində  də  mühüm  rol 
oynayır;
–  nitq  mədəniyyətini  şərtləndirən  ikinci  başlıca  xü su-
siy yət kamillikdir...
Vaqif İsrafilov Afad Qurbanova istinadən söylədiyi bu 
fikirlərin hər birinə ayrılıqda münasibət bildirir, prob le min 
bütün tərəflərinə aydınlıq gətirməyə çalışır. Məqa lə nin so-
nunda  isə  Afad  Qurbanovun  nitq  mədəniyyəti  ilə  bağ lı 
fəaliyyətinə  yüksək  qiymət  verir.  “Ümumiyyətlə,  profes-
sor Afad Qurba no vun... 1956-cı ildən bu günə qədər nitq 
problemləri ilə bağlı apardığı tədqiqat işləri, rəhbərliyi ilə 
keçirilən konfranslar müstəsna əhəmiyyətə  malikdir”.
Filologiya  üzrə  fəlsəfə  doktoru  Misir  Səfərov  “Pro-
fes sor A.Qurbanov və Azərbaycan onomalogiyasının nə zə-
ri əsas ları” adlı məqaləsində ilk olaraq Afad Qur ban ovun 
1988-ci  ilə  qədərki  yaradıcılığında  onomalogiya  mə sə-
lələrinin xüsusi yer tutduğunu diqqətə çatdırır. Daha doğ-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
95
rusu, alimin “Azərbaycan onomastikası” (1986), “Azər    bay-
can  onomalogiyası  məsələləri”  (1986),  “Ono malo giya ya 
da ir elmi-metodik göstərişlər” (1987), “Poetik ono mas tika” 
(1988) kimi əsərlərinin elmi məziyyət lə rin dən, Azər baycan 
dilçiliyindəki rolundan bəhs edir. “Azər bay can dili nin ono-
malogiyası” (1988) kitabının da məhz həmin əsər lərin mən-
tiqi davamı kimi çıxış etdiyini konkret fakt larla əsaslandırır.
Məqalədə giriş, iki hissə, on altı fəsil, onomalogiyaya 
aid ter minlər lüğəti və biblioqrafiyadan ibarət olan “Azər-
bay can dilinin onomalogiyası” monoqrafiyası geniş və sis-
temli şəkildə təhlil süzgəcindən keçirilir. Heç şübhəsiz ki, 
bu,  bir  tərəfdən,  M.Səfərovun  onomalogiya  məsələ lə ri nə 
bələdliyi,  digər  tə rəf dən  isə  onun  Afad  Qurbanova  olan 
dərin hörmət və məhəbbəti ilə bağlıdır. 
Məqalədən  aydın  olur  ki,  müəllif  monoqrafiyanın 
“Ono ma logiyanın ümumi-nəzəri məsələləri” və “Azərbay-
can ono malogiyası məsələləri” adlı hissələrinə daxil olan 
fəsil və böl mələrin, demək olar ki, hər birinə bu və ya di-
gər dərəcədə mü nasibət bildirib. Məsələn, kitabın “Azər-
baycan onomasti ka sının öyrənilməsi tarixindən” adlı fəs-
linin səciyyəvi cəhətləri barədə bunları qeyd edir: “Müəllif 
bu bölmədə belə qənaətə gəlir ki, hər hansı bir elmin təd-
qiqi tarixinin öyrənilməsi onun gələcək in kişafına müsbət 
təsir  göstərir.  Bu  mənada  Azərbaycan  ono mastikasının 
təd qiqi tarixinin öyrənilməsi vacib bir məsələ kimi özünü 
göstərir”.  Yaxud  kitabdakı  “Azərbaycan  dilində  ono mas-
tik vahidlərin yaranması və dəyişməsi” bölməsindən bəhs 
edər  kən A.Qurbanovun haqlı olduğunu qeyd edir: “Alim 
onomastik vahidlərin əmələ gəlməsi yollarını araşdırarkən 
haqlı olaraq bu nəticəyə gəlir ki, onomastik vahidlər dörd 
üsulla yaradılır: lek sik, semantik, morfoloji və sintaktik...” 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə