Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
104
lərin  açıqlanması,  əslində,  bu  növ  sözlə rin  kommunikativ 
funksi ya sına  qayğıkeş  münasibətin  şü ur lu  dərkinə  aparıb 
çıxarır. Bu cür dərketmə isə dilin müx təlif xarakterli defor-
masiyalardan kənar, düzgün inkişafı üçün çox vacibdir”. 
Məqalənin son cümləsinin semantik tutumu isə daha 
san bal lıdır: “Azərbaycan və türkoloji dilçiliyin sürətlə in-
ki şafında  prof.  Afad  Qurbanovun  yaratdığı  Onomastika 
Mək təbinin də xüsusi rolu vardır”. Afad Qurbanovun bö-
yük türkoloq statu su nu şərtləndirən bu cür tezislərin hər 
biri təbii qarşılanır.
Afad Qurbanovun dialekt və şivələrə aid yazdığı əsər-
lər, xüsusən də “Cücəkənd şivəsi” kitabı türkoloji təd qi qat-
lar sıra sında xüsusi yer tutur. Alimin bu tip əsərləri bir daha 
sübut edir ki, o, təkcə müasir Azərbaycan dilinin fo netika, 
leksikologiya, frazeologiya, derivatologiya və onomalogiya-
sına deyil, həm də dialektologiyasına ciddi şə kildə yanaşıb. 
Onun dialektologiyaya dair araşdır ma la rında açıq-aydın şə-
kildə göstərilir ki, dialek to loji axtarışlar zamanı tədqiqat ob-
yektinin bir sıra məsələlərinin, o cüm lədən dil hadisələrinin 
araşdırılması ərazinin – kənd, şəhər və rayon sakinlərinin 
milli və etnik kimliyinin müəy yən ləşdirilməsinə, onların ke-
çib gəldiyi tarixə nəzər salın ma sının tədqiqat üçün xüsusi 
əhəmiyyəti vardır. Bu mənada professor İbrahim Bayramo-
vun “Prof. A.Qurbanovun elmi yaradı cılı ğında dialektoloji 
tədqiqata yeni baxış” adlı məqaləsi öz ori jinallığı ilə seçilir. 
İ.Bayramov düzgün olaraq A.Qurbanovun dialektologiyaya 
dair yeni fikirlərini xü susilə qabardır. Məsə lən, dialektoloji 
tədqiqatlarda dia lekt və şivələrin əvvəlcə fone ti kası, sonra 
qrammatikası və lüğət tərkibi öyrənilirdi. A.Qur banov isə 
dialektoloji tədqi qat larda öncə dialekt və şivələrin fo netikası 
və leksika sı nın, daha sonra qrammatikasının öyrənil mə sini 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
105
daha  məq bul  hesab  edir.  Yaxud  bir  sıra  dialektoloji  təd-
qiqatlarda “ləh cə” termini “şivə” əvəzinə işlənir. Elmdə qa-
rışıqlığa yol ver məmək üçün ənənəvi qəbul olunmuş anla-
yışları həcmə görə A.Qurbanov aşağıdakı ardıcıllıqla adlan-
dırmağı daha düz gün hesab edir: dil – ləhcə – dialekt – şivə 
(makroşivə, mik ro şivə). Əlavə olaraq qeyd edək ki, alimin 
bu fikirləri də tür ko lo giyada qəbul edilir. 
“Alim-müəllim ömrünü bəzəyən iztirablar, onun yor-
ğun  yolları,  nisgilləri,  onun  müqəddəs  kədəri  hansısa  bir 
ötəri, xırda prinsipə qurban verilir, mahiyyət unudulur, bə-
şər tarixinin ən şairanə, ən təmiz, ideal bir səhifəsi örtülü qa-
lır. Yaxşı ki, alim öm rünün, müəllim həyatının öz yan ğısı, bu 
gur yanğının şə fəq ləri həmin səhifələrə işıq saçır və biz bu 
səhifələri xüsusi vur ğun luqla, heyranlıqla və bö yük minnət-
darlıq hisləri ilə oxu yuruq”. Bu sözlər pro fes sor Məhərrəm 
Hüseynovun “Prof. A.Qur banovun fəaliy yə tində dil tarixi 
məsələləri” adlı məqa lə sindən götürülüb. Bəri başdan qeyd 
edək ki, məqalə bütöv şəkildə bu bi çim də, bu ruhda yazılıb. 
Yəni M.Hüseynov sanki Afad Qur banov haqqında elmi yox, 
bədii əsər yazıb. Sanki ge niş eru disiyalı, analitik təfəkkürlü 
Afad Qurbanova sözdən hey kəl ucaldıb.
M.Hüseynovun fikrincə, Azərbaycan dili tarixinə həsr 
olun muş kifayət qədər elmi-nəzəri tədqiqat əsərləri, müx-
təlif nəzəri fikir və qənaətlər olsa da, A.Qurbanov bu sahə 
ilə  bila va sitə  bağlı  olan  öz  orijinal  mövqeyini  ayrı-ayrı 
əsərlərində ümu miləşdirməyə müvəffəq olmuşdur. 
Azərbaycan dilçiliyində, eləcə də türkologiyada elmi 
idrakı real həyatla əlaqələndirərək tədqiqat aparmış alim-
lər sıra sında A.Qurbanovun adı xüsusi olaraq qeyd edilir. 
O, öz əsər lə rində nəzəriyyə ilə praktikanı ustalıqla qovuş-
du ran alim lə ri mizdən olub. Təqdirəlayiq haldır ki, M.Hü-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
106
sey n ov  da  alimin  bu  keyfiyyətlərini  düzgün  müşahidə 
edib:  “A.Qurbanov...  elmdən  praktikaya  ustalıqla  keçə 
bil diyi kimi, praktikanın özündən də nəzəri problemlərə, 
dra matik tədqiqat sferasına təzədən qayıt ma ğa müvəffəq 
ol muş, filologiya elminin meydana atdığı bir çox suallara 
ca vab axtarmağa can atmışdır. Bu fəallıq onun hə yatında 
çox müsbət və aparıcı rol oynamışdır”.
A.Qurbanov  bir  sıra  mötəbər  mənbələrə  istinad  et-
məklə  ədəbi  dilimizin  inkişaf  dövrlərini  aşağıdakı  kimi 
müəy yən ləş dirib:
“I dövr – Azərbaycan ədəbi dilinin formalaşması və 
təd ricən inkişafı dövrü (V–XVIII əsrlər):
1-ci mərhələ: V–XII əsrlər
2-ci mərhələ: XIII–XVIII əsrlər
1) XIII–XIV əsrlərdə ədəbi dil
2) XV–XVII əsrlərdə ədəbi dil
3) XVIII əsrdə ədəbi dil
II  dövr  – Azərbaycan  ədəbi  dilinin  tam  sabitləşməsi 
dövrü (XIX əsr):
1-ci mərhələ: XIX əsrin I yarısı
2-ci mərhələ: XIX əsrin II yarısı
III dövr – Azərbaycan ədəbi dilinin geniş inkişaf yolu 
keç məsi dövrü (XX–XXI əsrlər):
1-ci mərhələ: 1901–1920-ci illər
2-ci mərhələ: 1921–1950-ci illər 
3-cü mərhələ: 1951–1980-ci illər
4-cü mərhələ: 1981–1990-cı illər
5-ci mərhələ: 1991-ci ildən indiyə qədər.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
107
M.Hüseynov  alimin  bu  fikirlərinin  düzgünlüyünü 
təs diq edərkən müxtəlif arqumentlər gətirir: “A.Qurbanov 
XVIII əsrə qədər olan dövrü “Qədim Azərbaycan dili” ad-
lan dırır və ümu miy yətlə, türk dillərinin inkişaf dövrlərinə 
fəal münasibət bil di rən Baskakovla eyni mövqedə dayanır. 
Dünya dilçilik təcrü bəsinə istinadən “qədim dil” və “müa-
sir dil” anlayışlarının əsas meyarı kimi “dilin anlaşma də-
rəcəsi” prinsipini rəhbər tutur və göstərir ki, “xal qı mızın 
mənəvi tarixi mədəniyyətinin dəyərli bir kom po nen ti kimi 
“qədim Azərbaycan dilini yeni – XXI əsrin tə ləb lərinə mü-
vafiq hərtərəfli, fundamental tədqiqi Azər baycan elminin 
qarşısında duran ən gərəkli, ən vacib problem lər dəndir”. 
A.Qurbanovun əsərlərinə, eyni zamanda ümumi dil çiliyə 
istinadən söylənmiş bu fikirlərdə ən kiçik detal belə nə zərə 
alınıb. Bu isə onu deməyə əsas verir ki, məqalə müəllifi bir 
sıra sanballı mənbələrə istinad etməklə prob le min görün-
məyən tərəflərinə də işıq salmağa çalışıb.
Heç  şübhəsiz  ki,  məqalə  müəllifi  A.Qurbanov  və 
Azər  bay can  dili  məsələlərinin  əhatə  dairəsinin  çox  geniş 
ol duğunu  nə zərə  almış  və  ən  əsas  məsələlərə  münasibət 
bil dirməyə çalış mış dır. Bu məsələlərin bir qismindən yu-
xa rıda  bəhs  etdik.  Bir  qismi  isə,  əsasən,  aşağıdakılardan 
iba rətdir:
–  A.Qurbanov dilimizin inkişaf tarixi ilə bağlı dövr ləş dir-
məyə dilin yaradıcısı olan xalqın sosial-tarixi həyatı, icti-
mai-mədəni faktorlar kimi prizmalardan yanaşmışdır;
–  müəllif  xalqın  dilinin  yaranması,  təşəkkülü  və  in-
kişafını  mürəkkəb  və  uzunmüddətli  bir  proses  kimi 
gö tü rərək onu bir-birini tamamlayan amillərin – coğ-
rafi-tarixi şə raitin, dildaxili və dilxarici amillərin rolu-
nu diqqət mər kəzinə çəkir


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə