Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə38/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
133
 Qur  ba n o  vun bir insan kimi xeyirxahlığından, bir mü-
əl lim və de kan kimi yüksək nüfuz sahibi olmasından, 
ən əsası isə onun kiçik bir təbəs sü mü nün sevimli tələ-
bələri  üçün  ən  bö yük  mükafata  çevrilməsindən  söz 
açır;
–  filologiya üzrə fəlsəfə doktoru Vəli Paşayev Afad Qur-
banovun nitqində fikrin bütün arsenalı, potensialı və 
ifadə  imkanlarının  cəmləşməsini,  eyni  zamanda  bu 
nitqdə  məntiq,  müdrik  hazırcavablıq,  yumor,  düşü-
nülmüş mübali ğə lər, zara fat, sözün bütün məntiqi və 
romantik çalar la rının sintez halında ol masını şirin bir 
dillə ifadə edir;
–  filologiya üzrə elmlər doktoru Əzizə Mikayılova Afad 
Qurbanovu Azərbaycanın nadir ziyalılarından biri ki-
mi səciy yə ləndirərkən onun alicənablığı və qayğıkeş-
liyini də diqqətdə saxlayır;
–  filologiya  üzrə  elmlər  doktoru  Aydın  Paşayev  Afad 
Qur  banovun Azərbaycan  onomastikası  ilə  bağlı  fə a-
liy yə ti nin bütün tərəflərinə aydınlq gətirməyə çalışır, 
konkret desək, onun şəxs adlarına həsr etdiyi “Ad nə-
dir və uşağa ne cə ad qoymalı” adlı ilk məqaləsindən 
başlamış onomas ti kanın müxtəlif problem lə rinə dair 
çap olunmuş əsər lə rinə, Azərbaycanda ilk dəfə ono-
mas tikaya dair elmi-prak tik konfransın keçirilməsin-
də  misilsiz  roluna,  APİ-nin  Azər baycan  dilçiliyi  ka-
fedrası nəzdində “Ono mas tika Mər kəzi” yaratmasına, 
eləcə də “Azərbaycan Onomas ti kası Cə miy yəti”ni tə-
sis etməsinə müxtəlif prizmalardan yana şır. Bir sözlə, 
Afad Qurbanovu Azərbaycan onomastikasının banisi 
kimi dəyərləndirərkən ən kiçik detala belə mü nasibət 
bildirir; 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
134
–  filologiya üzrə fəlsəfə doktoru Dürdanə Əliyeva Afad 
Qurbanovu görkəmli Azərbaycan dilçisi kimi təqdim 
et dikdən sonra diqqəti daha çox onun müəllimliyinə, 
sanki au ditoriya üçün doğulduğuna yönəldir: “A.Qur-
banov həqi qi müəllim idi, auditoriyaya çox yaraşırdı, 
tədris  etdiyi  fən ni  sevir  və  sev di rirdi.  Onun  maraq-
sız, cansıxıcı möv zusu, dərsi olmurdu. Afad müəllim 
özünəməxsus xüsusi bir cazibədarlıqla dərs prosesin-
də tələbəni dünya dilçi li yinə, Azərbaycan dilinin gizli 
dünyasına səyahətə çıxa rırdı...”;
–  filologiya üzrə fəlsəfə doktoru Məmmədxan Sol tanov 
Afad Qurbanovu böyük bir insan, həqiqi vətən oğlu, 
ideal bir şəxs kimi dəyərləndirir. Onunla birlikdə ke çir-
diyi günləri, daha doğrusu, yol yoldaşı olduğu anları 
isə  xüsu si lə  qabardır:  “...Hava  buludlu  olsa  da, Afad 
müəllimin  ürəyi  açılmışdı.  Uşaqlıq  həyatından  başla-
mış bugününə qədər bütün həyatını, hətta ən mübhəm 
epizodları  belə  açıb  mənə  danışdı.  Səsimi  belə  çıxar-
madan  onu  dinləyir,  bu  söhbətləri  mənə  etibar  etdi-
yindən  məmnunluq  duyur dum.  Söhbətini  dinlədikcə 
Afad  müəllimin  necə  gözəl  qəl bə,  necə  yüksək  insa-
ni  duyğulara  malik  olduğunu  daha  də rin dən  duyur, 
onun göylərə yüksələn mənəviyyatını dərk edir dim”.
Yuxarıda  qısa  şəkildə  təqdim  etdiklərimiz  bir  daha 
gös tərdi ki, “A.Qurbanov 70” (Bakı, 1999) və “Dilçi Afad 
Qur banov”  (Bakı,  2005)  kitablarında  olduğu  kimi,  “Afad 
Qur  ba nov” (Bakı, 2010) kitabında da akademik Afad Qur-
banov tür ko logiyada öz yeri olan alim, analitik təfəkkürlü 
dilçi, əsl mü əllim, bacarıqlı elm təşkilatçısı, ideal insan ki-
mi də yər lən di rilir, eyni zamanda ölməzliyi, əbədiyaşarlığı 
bir daha vur ğu lanır.


135
AFAD QURBANOVA
HƏSR EDİLMİŞ ŞEİRLƏR
ƏDƏBİ TƏNQİD MÜSTƏVİSİNDƏ


136
Qeyd  etdiyimiz  kimi,  son  50  ildə  Afad  Qur ban o vun 
dərs lik və monoqrafiyaları ən mötəbər istinad mən  bələ rin-
dən birinə çevrilib, elmi-pedaqoji fəaliyyəti haq qında 200-
dən artıq məqalə, bir neçə kitab çap olu nub. Əlbəttə, bütün 
bunlar Afad Qurbanovu cəmiy yəti  mizdə kifayət qədər ta nı-
dıb, məşhurlaşdırıb. Am ma bu da qeyd olunmalıdır ki, Afad 
müəllimə  həsr  edil  miş  rəngarəng  şeirlər  də  onun  cə miy-
yətimizə tanı dıl masında, sevdirilməsində az iş gör məyib.
Dünya ədəbiyyatında, eləcə də Azərbaycan ədəbiyya-
tın da o alimlər barədə bədii əsərlərin yazılmasına rast gəli-
nir ki, onlar elm yolunda bütün varlıqları ilə çalışıblar, mə-
nalı ömürlərini, sözün həqiqi mənasında, elmə sərf edib-
lər, mənsub olduqları xalqın adını həmişə ucaldıblar. Afad 
Qur banov  da  məhz  nüfuzlu  alimlərimizdən  olduğuna 
görə haqqında bir sıra şeirlər yazılıb. Afad müəllimə həsr 
edil miş şeirlərdə onun alim obrazı ilə ya naşı, əsl müəllim, 
ide al insan obrazları da qabarıq şəkildə görü nür. Bu şeir-
lərin hər biri təbii və canlıdır, hər birində Afad Qur banov 
obrazı ustalıqla yaradılıb. Sanki A.Kononov, M.Şirə li yev, 
Y.Se yi dov kimi alimlərin Afad Qurbanovun əsərləri və özü 
ba rədə elmi üslubda ifadə etdiklərini Firudin Şimşək, Za-
hid Xə lil, Oqtay Rza, Zəki İslam kimi şairlər bədii üslubda, 
kon kret desək, şeirdə yaratmağa çalışıblar.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
137
Afad Qurbanov haqqında yazılmış şeirləri oxuduqca 
istər-istəməz  xəyala  dalmalı  olursan.  Və  bu  məqamda  o 
böyük şəx siy yətin hərəkət trayektoriyası assosiativ olaraq 
gözlərin önün də canlanır: onu gah Elmlər Akademiyasının 
mötəbər kürsü sün də, gah APİ-nin geniş auditoriya ların da, 
gah da ki sevə-sevə yaratdığı “Onomastika Mərkəzi”ndə 
çıxış edən, nəyisə izah edən, dəqiqləşdirən, kiməsə tapşırıq 
verən kimi görürsən. APİ-nin əsas korpu su nun qabağında 
çinar ağaclarını əkən və əkdirən bir rektor ki mi gördükdə 
isə sadəliyinə həsəd aparmaya bilmirsən. Hə lə bu çinarların 
böyüməsini, yayın qız mar günlərində köl gəsində yüzlərlə 
adamın dincəlməsini, bir də ADPU-nun əsas korpusunun 
bəzəyinə  çevrilməsini  demirəm.  Xə yallar  aləmində  sanki 
onun səsini də eşidirsən. Bu səs bəzən lap yaxında eşidilir, 
bəzən isə Qərbi Azərbay can dan, Borça lı dan və daha çox da 
uzaq türk ellərindən gəlir... Elə buna görə də bu şeirlərin 
hər birini ayrılıqda təhlil et mək, onların forma və məzmu-
nundan doğan poetik siqləti müəyyənləşdirmək lazım gə lir. 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə