Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
169
Müəllifə görə, 1986-cı ilə qədərki onomastik təd qi-
qat lar da toponimlərlə müqayisədə antroponimlər çox az
öyrənilib. Tək cə bu fakt onu deməyə əsas verir ki, Afad
Qur banov Azər bay can onomastik vahidlərinin tədqiqi və-
ziy yəti ilə bağlı ən kiçik detalı belə nəzərdən qaçırmayıb.
Məqalədə qədim yazılı mənbələrdə müşahidə olunan
Azər baycan onomastik vahidləri barədə müəyyən məlu-
mat lar ve rilir ki, bu da maraqla qarşılanır. Məsələn, yu-
nan tarixçisi Stra bonun əsərlərində işlənmiş Kaspi, Araz,
Kür, Alazan, Sa kasen və s. kimi toponimlərə, yaxud “Al-
ban ta rixi” (VII əsr) ki ta bındakı Qazan, Avçı, Tarxan kimi
an tro ponimlərə qədim Azər baycan onomastik vahidləri
priz ma sından münasibət bildirilir. Heç şübhəsiz ki, bütün
bunlar Azərbaycan onomastikasının tarixi barədə, az da
olsa, təəssürat yarada bilir.
Afad Qurbanov Azərbaycan onomastikası ilə bağlı
prob lemlərdən bəhs edərkən dilçiliyimizdə bu sahədə gö -
rüləcək işlərin ilkin konturlarını cızır, konkret desək, belə
tədqiqatların dörd istiqamətdə aparılmasının zəruriliyini
əsaslandırır: birinci istiqamət – toponimlərin mənşəyi qə-
dim mənbələrə, lüğətlərə, dialekt və şivə materiallarına
isti nad olunmaqla tarixi-linqvistik müstəvidə araşdırıl-
ma lıdır; ikinci istiqamət – toponimik vahid lərin morfoloji
və sintaktik xüsusiyyətləri mövcud normalara uy ğun şə-
kildə təd qiq olunmalıdır; üçüncü istiqamət – Azər bay can
to ponim ləri ilə bağlı çap edilmiş lüğətlər müasir dilçiliyin
tələb lərinə cavab vermədiyi üçün yeni və daha sanballı lü-
ğətlər çap olunmalıdır; dördüncü istiqamət – Azərbaycan
toponimləri geniş və sistemli şəkildə tədqiq olunarkən Er-
mənistan, Gür cüs tan və Dağıstan ərazilərindəki türk mən-
şəli toponimlər mütləq nəzərə alınmalıdır.
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
170
Məqalənin sonunda göstərilir ki, 1986-cı ildə APİ-nin
Azərbaycan dilçiliyi kafedrası nəzdində ya ra dıl mış “Ono-
mastika Mərkəzi” vasitəsilə 40 mindən artıq ono mastik va-
hi din toplanaraq pasportlaşdırılması Azər bay can ono ma-
lo gi ya sının inkişafına təkan verəcəkdir.
Təqdirəlayiq haldır ki, Afad Qurbanovun Azərbaycan
ono malogiyasının inkişafı ilə bağlı uzaqgörənliklə müəy-
yən ləş dir diyi bu istiqamətlərin hər biri sonrakı dövrlərdə
öz elmi həllini tapdı.
* * *
1986-cı ildə keçirilmiş “Azərbaycan onomastikası
prob lemlərinə dair” I konfransın materialları 1987-ci ildə
çap olunduqdan sonra onun haqqında müxtəlif yazılar ya-
zıl dı. Mən də “Xüsusi adların hərtərəfli tədqiqi” adlı kiçik
bir məqalə çap etdirdim. Həmin yazı bu kitabın, eyni za-
manda bu bölmənin ümumi ruhuna tamamilə uyğun gəl-
di yi üçün onu eynilə təqdim etməyi gərəkli hesab edirəm.
Xalqın tarixi, məişəti, mədəniyyəti, dünyagörüşü,
psi xo logiyası və dilini yaşadan onomastik vahidlərin təd-
qiqi mühüm əhəmiyyət kəsb edir. Respublikamızda bu
nəcib və xeyirxah işə 60-cı illərdən başlanmış, bu sahəyə
aid müx təlif məqalə, mo noq rafiya və namizədlik disserta-
si ya ları yazılmışdır. Lakin ono mastik vahidlərin mühüm
prob lemlərini həll etmək üçün konfrans keçirməyə ehtiyac
du yulurdu. 1986-cı ilin noyabrında V.İ.Lenin adına APİ-də
Azər baycan onomastikasının problemlərinə həsr olunmuş
ali məktəblərarası respublika konfransının keçirilməsi də
belə bir zərurətə bağlı idi.
Həmin konfransın materialları institutumuzun nəş riy-
yatı tərəfindən çap olunmuşdur (redaksiya heyəti: pro fes-
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
171
sor A.M.Qur banov – elmi redaktor, professor B.Buda qov,
profes sor Y.Yusifov, dosent T.Əhmədov, dosent Ə.Şü kürov,
filolo gi ya elmləri namizədi A.Hacıyev – məsul ka tib).
Məcmuə Azərbaycan SSR EA-nın müxbir üzvü, pro-
fessor A.M.Qurbanovun “Azərbaycan onomastikası təd-
qiqinin vəziy yəti və dilçiliyin qarşısında duran vəzifələr”
adlı məqaləsi ilə başlanır. Burada Azərbaycan onomasti-
ka sının tarixi, inkişaf prob lemləri, onomastik vahidlərin
tədqiqində qədim tarixi mən bələrə istinad və s. məsələlər
geniş şəkildə şərh olunmuş, eləcə də toponimlərin tədqiqi
məsələsinə xüsusi diqqət yetirilmiş, on ların konkret həlli
yolları müəyyənləşdirilmişdir. Toponimlərin an tropoto-
po nim, etnotoponim, hidrotoponim, zootoponim, fitoto-
po nim, ictimai-siyasi xarakterli toponim, kosmotoponim,
təs viri toponim kimi qruplaşdırılmasının məqsədəuyğun-
luğu da öz əksini tapmışdır.
142 məqalədən ibarət olan konfrans materialları an-
tro po ni mika, etnonimika, toponimika, hidronimika, zooni-
mi ka, po etik onomastika, digər onomastik problemlər adlı
bölmələrdə verilib.
“Antroponimika” adlanan birinci bölmə 30 məqalədən
iba rətdir. Burada əsl şəxs adları, eləcə də ləqəb və təxəllüs
kimi kö məkçi ad kateqoriyalarının ən səciyyəvi cəhətləri
işıq landırılıb.
“Etnonimika” bölməsindəki məqalələrdə xalqımızın
et no ge ne zində xüsusi rol oynamış qamər “kimmer”maq,
qıp çaq, təklə, tulus, qacar, kəngərli, şatırlar və s. etno nim-
lər (tayfa adları) ba rədə daha ətraflı məlumat verilmiş və
onların linqvistik xüsu siyyətləri aşkar edilmişdir. Etno-
nim lərin struktur-linqvistik təh lilinə həsr olunmuş mə qa-
lədə (E.Ə.Əhmədova) etnonimlərin lek sik (abdal, alpoud,
Dostları ilə paylaş: |