Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
178
– praktik onomastik tədqiqatları daha da gücləndir mək
üçün Azərbaycan onomastikasına dair izahlı lüğətlər
tər tib edilməlidir. Baxmayaraq ki, Azərbaycan şəxs
ad la rı na dair bir neçə lüğət nəşr olunub, yaxud 7 min
to ponimik va hidin izahı verilmiş “Azərbaycan topo-
nimlər lüğəti”nin
nəşri başa çatmaq üzrədir;
– onomastik sistemin diaxronik və sinxronik isti qa mət-
də fundamental şəkildə tədqiqini reallaşdırmaq üçün
ilk növbədə Azərbaycan onomastikasının tədqiqi me-
tod la rının elmi əsasları işlənib hazırlanmalıdır;
– onomastik tədqiqatların səviyyəsini yüksəltmək üçün
onomoloq kadrlar yetişdirilməli, onlara düzgün is ti-
qa mətlər verilməlidir.
Qeyd edək ki, 1990-cı ildən sonra Azərbaycan dilçili-
yin də yuxarıda göstərilənlərin bir qismi öz elmi həllini
tap mışdır. Digər bir qismi isə hələ də problem olaraq qal-
maqdadır. Məsələn, Azərbaycan onomastikasına dair bir
sıra lüğətlər çap olunsa da, indiyə qədər bu sahə ilə bağlı
sanballı izahlı lüğətlər çap olunmayıb, etimoloji lüğətlər
isə yox dərə cə sindədir. Burada müəllifin bir fikrini eynilə
təqdim etmək la zım gəlir: “Bütün bu vəzifələrin yerinə ye-
tirilməsi Azərbaycan onomalogiyasının inkişafına ancaq
və ancaq kömək edə bilər”. Müəllif haqlıdır. Bu mənada
onun Azərbaycan onomastikası ilə bağlı qarşıya qoyduğu
vəzifələrin, dəqiqləşdirdiyi istiqamət lə rin hər biri yerinə
yetirilməlidir.