Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
180
man kəsiyində Azərbaycan onomastikası ilə bağ lı görül-
müş işlərin, bir növ, hesabatı təəssüratını yaradır.
Onomastik tədqiqatlara zərgər dəqiqliyi ilə yanaşan
Afad Qurbanovun böyüklüyü ondadır ki, o, təkcə ono mas-
tikanın əhəmiyyətindən bəhs etməklə, yaxud onomastika
ilə bağlı gö rül müş işləri sadalamaqla kifayətlənmir, eyni
za man da ono ma logiya sahəsindəki aktual problemlə-
ri, qar şıda duran vəzifələri də müəyyənləşdirir. Müəllifə
görə, belə problemlərin sayı yed didir:
– müasir azərbaycanşünaslığın ən başlıca vəzifələ rin-
dən biri kimi dünyanın bütün regionlarında yaşayan
Azər baycan türk lərinə məxsus onomastik vahidlər
top lanaraq
tədqiq edil məlidir;
– onomastik vahidlərin tədqiqində tarixi-müqayisəli və
qar şılaşdırma metodlarına geniş yer verilməli, Azər-
bay can dili onomastik vahidlərinin paralelləri daha
çox türk, türkmən, özbək, tatar, qaraçay-balkar və s.
xalqla rın onomastikasında axtarılmalıdır. Burada mü-
əl lif belə bir hökm də verib: “Azər baycan dilinə uzaq
qo hum olan çu vaş, yakut, şor, qaqauz və başqa türk-
dilli xalqların onomastik leksikasına müraciət etmək
bizə o qədər də faydalı elmi nəticə verə bilməz”. Fikri-
mizcə, buradakı “qa qauz” sözü yerinə düşmür və onu
texniki qüsur he sab edi rik: birincisi, ona görə ki, qa-
qauz dili də Azərbaycan di li kimi türk dillərinin Oğuz
dilləri yarımqrupuna daxildir və bu, türkologiya da öz
təs diqini çoxdan tapıb: ikincisi, mü asir qaqauz antro-
po nimikasındakı Arif, Dəniz, Demirçi, Kara, İnci,
Züm rüd, Lalə kimi adlar Azərbaycan antro po ni mikası
ba xımından da səciyyəvidir: üçüncüsü, qaqauz dilin-
dəki “oğlu” morfemli soyadlar (Qaşoğlu, Tanasoğlu,
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
182
AZƏRBAYCAN ONOMALOGİYASI
VƏ MÜASİR TƏLƏBLƏR
1994-cü il oktyabrın 20–21-də keçiril miş “Azər bay can
onomastikası problemlərinə həsr olunmuş V el mi-nə zəri
konfrans”da Afad Qurbanov “Azərbaycan ono ma logiyası
və müasir tələblər” adlı məruzə ilə çıxış edib. Bu məruzə
əsasında hazırlanmış məqalə isə “Azər bay can ono mastikası
problemləri” (Bakı, 1995) adlı topluda çap olu nub.
Burada xüsusi adların mənşəyi və etimologiyası, trans -
krip siyası, düzgün tələffüzü və yazılışı, leksik, se man tik və
qram matik xüsusiyyətləri, xüsusi adlar və icti mai mühit,
xüsusi adların estetikası və s. problemlərin mü asir onoma-
logiyanın ən vacib məsələləri kimi diqqət mər kə zində dur-
duğu göstərilir. Am ma bu da var ki, Afad Qur banov əvvəlki
konfranslarından fərq li olaraq, burada ono mastika ilə bağlı
çap olunmuş əsərlərə daha çox tənqidi ya naşır. Bəzən isə
sovet imperiyası dövründə demədik lə rini təəs süfl ə ifadə
edir: “...Türk mənşəli hər bir xüsusi adın tədqiqində dün-
yanın hər yerində yaşayan türkdilli xalq la rın tarixi qarşılıqlı
şəkildə araşdırılmalı, dil materialları qar şılaşdırılıb müqa-
yisəli şəkildə öyrənilməlidir. Çox təəssüf ki, velikorus şo-
vinizmi milli dillərin bu istiqamətdə öyrənilməsinə həmişə
əngəl törətmiş, “pantürkist, panis la mist” damğası ilə milli
tədqiqatçıları həmişə hədələ miş lər”. Müəllifin digər tənqidi
fikirlərini isə belə ümu miləş dirmək olar:
– toponimlərlə bağlı araşdırmalarda təsvirçilik meyli
da ha güclüdür. Bu, Azərbaycan onomastikasına dair
ke çi ril miş 4 elmi konfransın materiallarında aydın şə-
kildə
gö rünür;
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
183
– V.A.Juçkeviç əsassız olaraq, eyni zamanda heç bir
san ballı mənbəyə istinad etmədən “Qafan” toponimi-
ni iran dil li, “Palak” etnotoponimini isə erməni mənşə-
li hesab edir. Halbuki bunların hər ikisi türk mənşəli
xüsusi adlardır;
– V.A.Juçkeviç bir sıra Azərbaycan toponimlərini bi lə -
rək dən və ya bilməyərəkdən erməni mənşəli hesab
edir. Məsələn,
Daşkəsən, Salyan...;
– Moskvada çap olunmuş “Dünya xalqlarının xörək lə ri”
adlı kitabda türk mənşəli “bozbaş” erməni, “dolma”
isə mol da v xalqına məxsus xörək adı kimi verilir. Təd-
qiqatçılar bu tip faktlara
kəskin cavablar verməlidirlər;
– Bakıda onomastik mənzərə çox bərbad vəziyyət də dir.
Köhnə totalitar rejimin müxtəlif əlamətlərini əks etdi-
rən meydan, küçə, döngə adları hələ də qalmaqdadır...
Afad Qurbanov kimi nüfuzlu bir türkoloqun tənqi di-
nə tuş gəlmiş bu tip problemlərin bir qismi sonrakı dövr-
lərdə öz həllini tapdı.