Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
210
POETİK ONOMASTİKA
Azərbaycan dilçiliyində bədii əsərlərin onomastikası 
sis temli şəkildə tədqiq edilməmişdir. Bu mənada Azərbay-
can SSR EA-nın müxbir üzvü, professor A.M.Qurbanovun 
“Poetik  ono mastika”  (1988)  kitabının  rolu  və  əhəmiyyəti 
danılmazdır.
Professor A.M.Qurbanov “Müasir Azərbaycan ədəbi 
dili” (1985), “Azərbaycan onomastikası” (1986), “Azər bay-
can ono ma logiyası məsələləri” (1986) kitablarında po etik 
ono mas ti ka nın  ayrı-ayrı  sahələrini  tədqiq  etməyin  dil çi-
liyimiz üçün təxi rəsalınmaz vəzifə olduğunu göstər miş dir. 
Müəllif “Poetik ono mastika” kitabında bu boşluğu ara dan 
qaldırmağa çalış mışdır.
Kitabın giriş hissəsində bədii ədəbiyyatda xüsusi adla-
rın komik təbiəti, etnik adlar, onomastik vahidlərin ob raz-
lılığı,  bədii  əsərlərdə  xüsusi  ad  yaradıcılığı  kimi  məsə lə-
lərdən  bəhs  edilir.  “Onomastik  vahidlərin  üslubi  im kan -
ları” fəslində şifahi ədəbiyyatın bəzi onomastik üslubi xü-
susiyyətləri  işıqlandırılır.  Müəllif  folklor  nümunələrində 
hid ronimlərin rəmzi mənada işlədilməsi, antroponimlərin 
sü jetin  məzmunu  ilə  əlaqələn diril mə si,  qadın  adlarının 
ək sə riyyətinə hörmət ifadə edən “xanım” sözünün qoşul-
ması,  şəxs  adlarının  həmqafiyə  əsasında  forma laş ma sı, 
toponim lər dən bayatılarda istifadə və s. haqqında qiy mə t li 
fikirlər  söyləmişdir.  Həmin  fəsildə  yazılı  ədəbiyyatda  iş-
lənən ono mastik vahidlərin üslubi xüsusiyyətləri də izah 
olunur.  Müəl  lif  yazılı  ədəbiyyatda  onomastik  vahidlər-
dən iki isti qa mət də istifadə edildiyini göstərir: xalq tərə-
findən yara nan və rəsmi dövlət sənədlərində əks olunan 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
211
real onomas tik vahidlər; ancaq yazıçının öz yaradıcılığının 
məhsulu olan onomastik vahidlər.
Kitabın “Onomastik vahidlərdən istifadə olunmasının 
mə qam və formaları” fəsli də maraqlıdır. Burada yazıçının 
ono mas tik vahidlərdən əsərin süjetinə, quruluşuna, ideya 
və  məz mununa  uyğun  şəkildə  istifadə  etməsindən  bəhs 
olunur.  Müəllif  göstərir  ki,  bəzən  yazıçılar  real  adlardan 
sa tirik və yumoristik ifadə vasitəsi kimi obrazlılıq, yüksək 
bədii keyfiyyət yaratmaq üçün istifadə edirlər.
Kitabda yazıçı onomastikasının təhlili də elmi həllini 
tapmışdır. A.Qurbanov  ilk  dəfə  olaraq  bu  sahəyə  toxun-
muş və fi kirlərini Ə.Haqverdiyevin əsərlərindəki onomas-
tik vahidlərlə əsaslandırmışdır.
1988


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
212
ÜMUMİ DİLÇİLİK
Ali  məktəblərin  filologiya  fakültələrində  tədris  olu-
nan  “Ümumi  dilçilik”  fənni  filoloq  kadrların  hazırlıq  sə-
viy yəsinin  yüksəldilməsində,  onların  dilçiliyin  ayrı-ay-
rı  sa  hələri  ilə  daha  yaxından  tanış  olmalarında  mühüm 
rol oy  nayır. Bu mənada Azərbaycan dilçiliyinin müxtəlif 
prob  lemlərinə  həsr  edilmiş  fundamental  monoqrafiya  və 
dərs liklərin  müəllifi,  “Azərbaycan  onomastika  mək tə-
bi”nin  yaradıcısı,  Azərbaycan  SSR  EA-nın  müxbir  üzvü, 
fi lologiya  elmləri  doktoru,  professor  Afad  Qurbanovun 
“Ma arif” nəşriyyatı tərəfindən bu yaxınlarda çap olunmuş 
“Ümumi dilçilik” kitabı təqdirəlayiqdir.
Öncə  qeyd  edək  ki,  geniş  elmi-nəzəri  ümumiləş-
dir mələr  aparma,  dilçiliyin  dinamik  inkişafı  prosesinə 
dialek tik  və  ob yektiv  münasibət  bəsləmə,  şərh  olunan 
hər bir dil hadisəsini kon kret faktlarla əsaslandırma, ori-
jinal fikirləri qətiyyətlə mü dafiə etmə, tarixiliklə müasir-
liyi vəhdətdə götürmə və s. keyfiyyətlər bütün əsər boyu 
gözlənilmişdir.
Dilçilik  elminin  obyekti,  elmi  və  əməli  əhəmiyyəti, 
ya  ranması  və  inkişafı,  ictimai  (ədəbiyyatşünaslıq,  mətn-
şü nas lıq,  fəlsəfə,  məntiq,  psixologiya,  pedaqogika,  ta-
rix,  so siologiya,  es te tika)  və  qeyri-ictimai  (antropologiya, 
fizi olo giya,  fizika,  coğ rafiya,  astronomiya,  riyaziyyat,  ki-
bernetika, texnika) elmlərlə əlaqəsi əsərin “Dilçiliyin ümu-
mi problemləri” adlanan böl mə sin də izah olunmuşdur.
Əsərin əsas keyfiyyətlərindən biri də görkəmli dilçi-
lər, dil çilik cərəyanları və dilçilik məktəbləri barədə qısa və 
yığcam məlumatların verilməsidir.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
213
Dilçilik tarixini bütün ardıcıllığı ilə izləyən müəllif 
müasir dilçiliyin qarşısında duran mühüm vəzifələrdən, 
konkret  de sək,  semasioloji  nəzəriyyənin,  onomastika-
nın, dünya dillərin dəki universallıq, ümumbəşəri dil və 
vahid yazı sisteminin inki şaf etdirilməsinin zəruriliyin-
dən bəhs edir. A.Qurbanov linqvis tik tərcüməşünaslığın 
əsaslarını  in kişaf  etdirmək,  əlifba  və  or foq rafiyanı  tək-
milləşdirmək,  terminologiyanı  zənginləşdirmək,  ədəbi 
tələffüz norma la rını dəqiqləşdirmək və s. kimi problem-
lər barədə maraqlı mülahizələr söyləyir ki, bu da xüsu-
si və ümumi dilçiliyin müasir inkişafını bu və ya digər 
şəkildə  istiqa mət ləndirir.
Dilçiliyin  sahələri  (nəzəri  və  tətbiqi,  ümumi  və  xü-
susi)  və  şöbələri  (fonetika,  leksikologiya,  onomalogiya, 
eti mologiya, de ri vatologiya, morfologiya, sintaksis, qra fi-
ka, orfoqrafiya, or fo epiya, tərcüməşünaslıq) ümumdilçilik 
aspek tin də şərh edilərkən fikri təsdiq üçün daha çox Azər-
baycan dili vahidlərinə müraciət olunmuşdur.
Dilin  mahiyyəti,  mənşəyi,  işarəviliyi,  sistemi  və  in-
ki şafı məsələləri əsərin “Dil və onun xüsusiyyətləri” böl-
məsində; dünya dilləri, dillərin morfoloji və genealoji böl-
güsü  “Dillər  və  onların  təsnifi”  bölməsində;  dil  və  yazı, 
ya zının tipləri (şəkli, fikri, heca, səs), durğu işarələri, isti-
qa mətinə görə yazıların təsnifi (üfüqi, şaquli), əlifba prob-
lemi, stenoqrafik yazı, müasir dövrdə stenoqrafıyaya olan 
tə ləb  məsələləri  isə  “Yazı  nəzəriy yə si  məsələləri”  böl mə-
sində verilmişdir.
Bütün bunlarla yanaşı, əsərdə bəzi qüsurlar da müşa-
hi də edi lir. Məsələn, dilin fonetik, leksik, semantik, mor-
fo loji  və  sin tak tik  sistemi  məsələləri  “Dilçiliyin  şöbələri” 
fəslində verilsəydi, daha yaxşı olardı. Çünki burada dil çi-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə