Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
172
boyat, qıpçaq, xəzər, türk, ilxıçı), morfoloji (qırıqlı, ab dallı,
qullar, türklər, cəfərli, xəlilli, təbrizli, xoylu) və sin taktik
(abdullauşağı, hürüuşağı, ərəbuşağı) üsulla yaran ma-
sından bəhs olunmuş və hər bir üsul uyğun nümunələrlə
əsas lan dırılmışdır.
“Toponimika” adlanan üçüncü hissə 47 məqalədən
iba rətdir. Bu hissədə Qız qalası, Şamxor, Dərələyəz, Bər-
də, Quş çu, Qazançı, Xındırıstan, Ordubad və s. toponimlər
haq qında geniş məlumat verilmişdir. B.Budaqov, Y.Yu si-
fov, S.Mol la zadə, O.Molçanova, Ə.Cavadov, X.Xanma qo-
medov, F.Şah ba zov və başqalarının toponimik vahid lə rin
tarixi-linqvistik təhlilinə həsr olunmuş məqalələri el miliyi
və orijinallığı ilə diqqəti cəlb edir.
“Hidronimika” bölməsindəki məqalələrdə mikro
və mak rohidronimlərdən bəhs olunur, hidronimlərin
leksik-semantik xü susiyyətləri, yaranma yolları və mənşə-
yi sis tem li şəkildə araşdırılır.
“Poetik onomastika” bölməsində klassik və müasir
ədə biy ya tımızda işlənən ayrı-ayrı adların üslubi xüsu-
siyyətləri izah edi lir. Bu mənada “Folklorda işlənən şəxs
ad larının poetik xüsu siyyətləri” (Q.Mustafayeva), “Bədii
ədəbiy yat da xüsusi adların komik təbiəti” (Q.Kazı mov),
“Nizaminin əsər lərində etnik adlar” (Ə.Şükürov), “C.Məm-
məd qulu zadənin nəsr və dram əsərlərindəki topo nimlər
və danışıq dili” (Q.Bağırov) və s. kimi məqalələr maraqla
qarşılanır.
Sonuncu bölmə “Digər onomastik problemlər” ad la-
nır. Burada onomastik vahidlər və apelyativlər arasın da-
kı leksik-semantik əlaqədən, terminlərin formalaşmasında
ono mastik lek si kanın rolundan, Azərbaycan leksikoq ra-
fiyasında onomas tik vahidlərin əks olunmasından, adların
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
173
qısaldılmasının qram matik və üslubi xüsusiyyətlərindən
bəhs olunur.
“Azərbaycan onomastikası problemlərinə dair” kon-
fransın materialları xalqımızın tarixini, mədəniyyətini,
di li ni və etnoq ra fiyasını öyrənmək baxımından qiymətli
mən bədir. Əmi nik ki, bu materiallar Azərbaycan onomas-
ti kasının inkişafına müs bət təsir göstərəcək.
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
174
AZƏRBAYCAN ONOMASTİKASININ
MÜASİR VƏZİFƏLƏRİ
Afad Qurbanov 1988-ci il aprelin 15-də “Azər bay can
onomastikası problemlərinə həsr olunmuş II elmi-nəzəri
konfrans”da ilk məruzəçi kimi “Azərbaycan ono mas tika-
sı nın müasir vəzifələri” mövzusunda cıxış edib. Konf-
ransla bağlı nəşr edilmiş məcmuədə də (B a kı, 1988) ilk
olaraq onun məqaləsi verilib.
Məqalənin girişində Azərbaycan onomastikası prob-
lem lə rinə həsr olunmuş I konfransdan (1986) II konfransa
(1988) qədərki dövr ərzində respublikamızda onomastika
ilə bağlı gö rülmüş işlər barədə, bir növ, hesabat xarakter-
li məlumat verilir. Məsələn, Afad Qurbanov I Onomastika
konfransının əhəmiy yə tini belə səciyyələndirir: “...Bu müd-
dət ərzində konfransın tə siri və hərtərəfli rolu aydın su rətdə
özünü göstərir. Konfrans, hər şeydən əvvəl, ono mas tikanın
öyrənilməsinə marağı daha da artırmış, respub li ka mətbu-
atında onomastikanın müxtəlif prob lem lərinə aid bir sıra
elmi məqalələr, kitabçalar və monoq ra fiyalar çap olunmuş-
dur. Həmçinin bir neçə namizədlik və dok tor luq dissertasi-
yası müdafiə edilmişdir...” Sonra isə ümumi şə kildə ifadə
etdiyi bu fikirlərini konkretləşdirir, ayrı-ayrı müəs si sə lərdə
onomastika ilə bağlı görülmüş işlərin qısa xülasəsini verir:
– diqqətə çatdırır ki, EA-nın Nəsimi adına Dilçilik İns ti-
tu tunda “Azərbaycan dilinin onomastikası” (1987) ad-
lı kitab çap olunub, Qara Məşədiyev “Qafqazın Azər-
bay can topo nim ləri”, Fikrət Xalıqov isə “Azərbaycan
mik ro to ponimiyası” möv zusunda doktorluq disserta-
siyaları üzə rində işləyirlər;
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
175
– göstərir ki, EA-nın Coğrafiya İnstitutunda 1974-cü il-
də yaradılmış Toponimika şöbəsi 1987-ci ildə Xəritə-
çilik şöbəsi ilə birləşdirilərək “Xəritəçilik və toponi-
mi ka” böl məsi adlan dı rılıb. Həmin bölmədə isə 8
nəfər namizədlik (fəlsəfə doktoru), 1 nəfər doktorluq
dis sertasiyası üzərində işlə yir, eyni zamanda bölmə
əməkdaşları 1986–87-ci il lərdə 1 kitab və 30-dan artıq
məqalə çap etdiriblər;
– müəyyənləşdirir ki, ADU-da (BDU-da) Tofiq Əh mə-
dov “Azərbaycan toponimlər sistemi” adlı doktorluq
dis sertasiyası müdafiə edib (1987), Musa Adilov və
Ay dın Pa şayev “Azər bay can onomastikası” adlı kitab
çap etdi rib lər (1987), Əlövsət Abdullayevin rəhbərlik
etdiyi Azər baycan dilçiliyi kafedrasında 100-ə qədər
tələbə Azərbay can toponimlərindən diplom işi yaz-
mışdır, Nadir Məm məd ov “Azərbaycan oronimiyası”
adlı doktorluq disserta siya sını başa çatdırmışdır;
– vurğulayır ki, APİ-də onomastik fond ya ra dılıb,
“Azərbaycan dilinin onomalogiyası” adlı dərslik ha-
zır la nıb, Kamil Bəşirov “Azərbaycanın mürəkkəb
qu ru luşlu topo nim ləri” (1986), Nəbi Əsgərov “Azər-
baycan hid ro nimləri” (1986), Əzizxan Tanrıverdi yev
“XVII–XIX əsrlər Azərbaycan an tro ponimləri” (1987)
mövzularında dis sertasiya müdafiə et miş lər...
Bütün bunlar sübut edir ki, Afad Qurbanov Azər bay-
can onomalogiyasının 1986–87-ci illərdəki inkişafını də qiq-
liklə izlə yib. Bu da tarixi onomalogiya, ümumən dil çi lik ta-
riximiz baxımından əhəmiyyətlidir.
“Əldə olunan nailiyyətlər bir daha aydın göstərir ki,
dil çi li yimizin bu mühüm sahəsinin tədqiqini daha da güc-
lən dirməli, onomastik axtarışları dərininə və eninə geniş-
Dostları ilə paylaş: |