Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
155
mas tikası Mək tə bi”nin banisi” kimi şöhrətlənib. Şair Afad
Qur ba novun böyüklüyünü, Azərbaycan dilçiliyinin in-
kişafı yo lunda bütün var lığı ilə çalışdığını ifadə edərkən
məhz bu cür faktlara söykənib:
Böyüklük dediyin budur əslində,
Yarada-yarada bilmirdi, ancaq
Dilçilik elminin üfüqlərində
Afad adında bir məktəb qalacaq!
Bəllidir ki, Afad Qurbanov hələ gənc yaşlarında dili-
mizin sirli-sehirli dünyasına daxil olaraq tədqiqatlar apar-
mağa başla yıb. Akif Azalpın yaratdığı Afad obrazı da
gənc lik illərindən Bor çalı, Göyçə kimi qədim türk elləri ilə
bağlı həqiqətləri məhz tarixi adlara, faktlara söykənərək
araşdırıb:
Gənclik illərindən aradı hələ
Gerçəyi tarixi adlar izindən
Borçalıdan belə, Göyçədən belə
Xalqın taleyini xalqın sözündən!
Afad Qurbanovun Azərbaycan onomastik vahidləri
ilə bağ lı çap olunmuş əsərlərində dağ adlarının (oronim lə-
rin) təd qiqi xüsusi yer tutur. Burada xüsusi olaraq vurğu-
la yaq ki, hə min araşdırmalarda təkcə Azərbaycan Respub-
li ka sındakı dağ adları yox, həm də Borçalıdakı Şindi,
Yas tıq ar, Sənəyuçan (Sə hən guçan), Şamdüyə kimi, Qərbi
Azər baycandakı Aladağ, Ma ral dağı, Dəli dağ kimi dağ ad-
ları da tarixi-linqvistik priz ma dan təhlil edilir. Heç şüb hə-
siz ki, Akif Azalp Afad Qurbanovun bu tip tədqiqatları ilə
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
156
yaxından tanışdır. Əgər belə olmasa idi, o, öz qəhrə ma nını
“…yurdun adlar elmində Afad adında bir dağ uca la caq!”,
– deyərək vəsf edə bilməzdi. Maraqlıdır ki, həmin bənddə
şairin yaratdığı bənzətmə və müqayisələr də ol duqca tə bii
görünür: dağ adlarını tədqiq etdiyinə görə adlar elmində
Afad adında dağ ucalacaq:
Dağ adlarını yozub tər qələmində,
Sirlər kəşf edəndə bilmirdi ancaq
Vaxt gələcək, yurdun adlar elmində
Afad adında bir dağ ucalacaq!
Şairin qəhrəmanı mərddir, mətanətlidir, səbirlidir, qə-
dim tarixi mənbələrdəki adları müxtəlif bucaqlar altında,
həm də zərgər dəqiqliyi ilə araşdırıb. Burada şairin “Çay
ad ları üstdə tər axıdanda” misrası ilə bağlı bəzi detalları
açıq lamaq, daha doğrusu, onun yaranma səbəblərini müəy-
yən ləşdirmək lazım gəlir. Məlumat üçün qeyd edək ki, Afad
Qurbanov Azərbaycan dilçiliyində təkcə çay adlarını deyil,
həm də göl, dəniz adlarını, ümumən hidronimləri ilk dəfə
olaraq sistemli şəkildə araş dır mış alimlərdəndir. O, Tərtər-
çay, Qarqarçay, Bolqarçay, Qıp çaq çay kimi türk mən şəli
hidronimlərin etimologiyası ilə bağlı dolğun fikir lər söylə-
mişdir. Deməli, “Çay adları üstdə tər axı danda” mis rası ilə
başlanan bənd heç də təsadüfi olaraq ya ran mayıb:
Çay adları üstdə tər axıdanda,
Qurban verə-verə bilmirdi, amma
Dalğa-dalğa coşub xalqın yadında
Dərya kükrəyəcək Afad adında!
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
157
Tədqiqatçılar Afad Qurbanovun türk xalqlarının ortaq
mədəni və mənəvi dəyərləri ilə bağlı gördüyü işləri, xüsu-
sən də ortaq türk dili məsələlərinə dair fikirlərini müxtəlif
prizma lar dan izah ediblər. Şair də öz qəhrəmanını “Dilin-
dən qoymurdu or taq türkcəni” deyərək vəsf edib:
Amalının uca səngəri kimi
Dilindən qoymurdu ortaq türkcəni,
Bir göyqurşağının rəngləri kimi
Birliyə can atan türfə ləhcəni!
Akif Azalpa görə, keçmişinə təşnə (susuz, susuz luq-
dan yanan...) olan elin qəlbində Afad adında qala yüksə-
lə cək. Çünki Afad Qurbanov şəhərlərimizə, kəndlərimizə
qalatək baxıb, qüdrət arayıb. “İzlər” şeirinin səkkizinci
bəndinə istinadən söy lə diyimiz bu fikirlər də birbaşa Afad
Qurbanovun Azərbaycan toponimləri ilə bağlı çap etdir-
diyi kitablarla səsləşir. Şair bu cür kitab lara söykəndiyi,
da ha doğrusu, onları dərindən mə nim sə yərək poetik təfək-
küründən keçirdiyi üçün misraları da təbii qar şılanır, ob-
razlı desək, sanki bu misraların hər biri Afad Qur banovun
monoqrafiyalarından süzülüb gəlib:
Qalatək baxıb hər şəhərə, kəndə,
Qüdrət arayanda bilmirdi, amma
Keçmişinə təşnə elin qəlbində
Qala yüksələcək Afad adında!
Türk mənşəli Azərbaycan kişi adlarının daha çox igid-
lik, mübarizlik, qeyrət, cəsarət və s., qadın adlarının isə
gözəllik anlamlı apelyativlər əsasında yaranması bir sıra
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
158
araşdırmalarda, o cümlədən Afad Qurbanovun yara dı-
cılığında dönə-dönə vur ğu lanıb. Şair də öz qəhrəmanının
kişi (hər igid adından qey rət...) və qadın (hər gözəl adın-
dan iffət...) adlarının yorulmaz təd qiqatçısı olduğuna işarə
edir:
Yolunu sardıqca yurda məhəbbət,
Hər yerdən ləyaqət gəzirdi fəqət.
Hər gözəl adından iffət, nəzakət,
Hər igid adından qeyrət, cəsarət!
Afad Qurbanovun onomastikaya dair araşdır ma la-
rında təkcə müasir yox, həm də bir sıra qədim mənbə lər də-
ki adların tarixi-linqvistik müstəvidə təhlilinə rast gəlinir
ki, bu da tarixi onomastika baxımından xüsusi əhəmiyyət
kəsb edir. Maraqlıdır ki, Akif Azalpın “İzlər” şeirində də
ali min bu istiqamədə gör düyü işlər obrazlı şəkildə can lan-
dırılır:
Qəlbində tükənməz mətanət, səbir,
Üz tutmadan dinsiz gərdişə doğru,
Müqəddəs adların ardınca bir-bir
Yol gedirdi şanlı keçmişə doğru!
Azərbaycan dilçiliyi tarixində Afad Qurbanov həm də
yet mişdən artıq fəlsəfə doktoru yetişdirmiş bir alim ki mi
də yərləndirilir. Şair də bu tip faktları yaddaşlarda uzun
müddət qala biləcək bir bəndə çevirə bilib ki, bu da onun
sənətkarlığını şərtləndirən detallardan biri kimi çıxış edir:
Dostları ilə paylaş: |