Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
188
dair” (1914) əsərində türk adlarına dair deyilmiş bəzi fikir-
lərin saf-çürük edildiyini, eyni zamanda ümum türk adver-
mə qaydalarına nəzər salındığını vurğulayır.
A.Qurbanov “XX əsrin II yarısında ümumtürk antro-
po nim lərinin tədqiqi“ məsələlərini təhlil müstəvisinə gəti-
rər kən əvvəlcə 1950-ci ildən 1960-cı ilə qədərki zaman kə-
siyində apa rıl mış antroponimik tədqiqatlara münasibət
bildirir, L.Roşani, Z.Muxamedova, Ə.Cəfəroğlu, Ə.Dəmir-
çi zadə kimi alimlərin şəxs adlarına dair əsərlərindəki ən
mü hüm detalları işıqlandırır. Sonra isə müəllif ümumtürk
antroponimlərinin toplanması və yeni metodlarla tədqiq
olun masının 1960-cı illərdən xü susi vüsət aldığını əsas gö-
türərək bu dövrlərdəki antroponimik tədqiqatlara dörd is-
tiqamətdə münasibət bildirməyi daha məq bul hesab edir.
Məsələn belə:
– 60-cı illərdə (XX əsrin 60-cı illəri nəzərdə tutulur).
İlk olaraq bu illərdə antroponimiya üzrə tədqiqat-
lar apar mış alim lərin adları və milli mənsubiyyətləri
gös tə rilməklə sa dalanır ki, bu da, bir növ, ümumtürk
an troponimiyasının coğrafiyasını, ümu mi mənzərə-
sini əks etdirir: A.Qur ba nov, M.Adilov, M.Ço ba nov,
Q.Mustafayeva, Z.Sadıqov, A.Pa şayev, Ə.Tanrıverdi-
yev... (azər baycanlı), Şemsettin Kut lu, Abdulhaluk
Çay, Aydil Erol... (türk), Z.Muxa me do va, Q.Saparov,
S.Ata niyazov... (türkmən), M.Quboqlo, S.Ku roq lo,
G.Qaranfil... (qaqauz), T.Januzakov, S.Kenes ba yev...
(qa zax), B.Oruzbayeva, K.Kalilov, Ş.Japarov... (qır ğız),
Q.Sattarov, Q.Yusupov, İ.Bolşakov... (tatar), E.Beq -
ma tov, F.Abdullayev, T.Nafasov... (özbək)... Heç şüb -
həsiz ki, bir məqalə çərçivəsində bu dilçilərin əsərləri
barədə ge niş təhlillər vermək mümkünsüzdür. Buna
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
189
görə də müəl li fin bəzi görkəmli dilçilərin əsərləri
ba rədə yığcam məlu matlar verməsi təbii qarşılanır.
Məsələn, alim qeyd edir ki, T.Januzakov əsl qazax ad-
la rının yaranma yolları, leksik-semantik xüsusiyyətlə-
ri, eləcə də türk xalqlarında advermə ənənələri kimi
məsələləri sistemli şəkildə araşdırıb. Yaxud müəllif
göstərir ki, Ş.Sədiyevin “Adlar necə yaranmışdır?”
(1969) kitabçasında bəzi adların meydana çıxması və
on ların əlamətləri nəql edilir;
– 70-ci illərdə. Afad Qurbanov bu illərdə Türkiyə türk -
lə rinin, tatar, qırğız, yakut, başqırd, altay, türkmən və
qaqauzların antroponimikası ilə bağlı təkcə elmi-nəzə-
ri deyil, həm də prak tik işlərin yerinə yetirildiyini
ümumiləş diril miş şəkildə təqdim edir. Bəzi dilçilərin
antroponimik tədqiqatlarından isə ayrıca bəhs edir.
Məsələn, tatar dilçisi Q.Sattarovun “Tatar onomas-
tikasının inkişaf mərhələləri və növbəti vəzifələri”
(1970), “Tatarıstan MSSR-in antro po nimləri” (1973)
adlı əsərlərində tatar antroponimlərinin mənşəyi, ya-
ranma və inkişaf yolları, qədim tatar adları, iki hecalı
qədim adların asan tələffüzü və s. kimi məsə lə lərin
geniş və sistemli şəkildə araşdırıldığını gös tərir; türk-
mən dilçisi S.Ataniyazovun “Adın nədir?” (1978) ki-
ta bın da türkmən şəxs adlarının mənası, yaranma yol-
ları, ad qoy ma qaydaları kimi məsələlərin hər birinin
geniş şəkildə işıq landırıldığını diqqətə çatdırır;
– 80-ci illərdə. Müəllif bu illərdə ümumtürk antropo-
nim lərinə dair monoqrafik tədqiqatların, eləcə də
lek sikoq ra fik işlərin üstünlük təşkil etdiyini konk-
ret faktlarla əsas lan dırır. Eyni zamanda T.Kusimo-
va, A.Şayxulov, O.Mir zə yev, H.Əli yev, M.Çobanov,
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
190
A.Pa şayev və başqa alim lə rin antropo nim lər lə bağlı
əsərlərini xüsusi olaraq dəyər ləndirir;
– 90-cı illərdə. Afad Qurbanov ümumtürk antropo-
nim ləri ilə bağlı araşdırmalar aparmış E.Beqmetov,
S.Tun çay, Q.Mustafayeva, M.Çobanov, G.Qaranfil,
Ə.Tan rıver di yev kimi tədqiqatçıların əsərlərinə yük-
sək qiymət ver mək lə yanaşı, bu problemə dair Bakı,
Aşqabad, Almatı, Daşkənd, Səmərqənd kimi türk şə-
hərlərində elmi-nəzəri konfransların keçirilməsinə də
münasibət bildirir. Ən ma raqlısı isə budur ki, Afad
mü əllim özünün rəhbərliyi ilə ke çirilmiş onomastika
konfranslarından ayrıca bəhs edir: “Bakıda Pedaqoji
Universitetin Azərbaycan dilçiliyi kafed ra sının nəz-
dində 1986-cı ildən “Onomastika Elmi Mərkəzi” yara-
dılmışdır. Bu elmi mərkəz hər iki ildən bir elmi-nəzəri
konfrans keçirməyi planlaşdırmış və 1986–1996-cı il-
lər də keçirilmiş 6 konfransda türk mənşəli xalqla-
rın antro po nimləri problemlərinə dair 200-dən ar-
tıq məruzə dinlə nil miş və müvafiq tövsiyələr qəbul
edilmişdir”.
Burada yekun olaraq təkcə onu qeyd edirik ki, Afad
Qur ba novun bu məqaləsinə istinad olunmaqla türk xalqla-
rı an tro po nimlərinin tədqiqi tarixinə dair sanballı monoq-
ra fiyalar ya zıla bilər.
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
191
TƏTBİQİ ONOMALOGİYA
PROBLEMLƏRİNİN HƏLLİ ZƏRURİLİYİ
Afad Qurbanovun “Tətbiqi onomalogiya prob lem -
lərinin həlli zəruriliyi” adlı məqaləsi “Azərbaycan ono -
mas ti kası problemlərinə həsr olunmuş VII elmi- nəzəri
konfran sın materialları”nda çap olunub (Bakı, 1998,
səh.3-5). Mü əllif XX əsrin 80-ci illərindən sonra onoma-
logiyanın dil çi liyin müstəqil şöbəsi kimi tam for ma laş-
dı ğını, onun nə zə ri və tətbiqi onomalogiya ol maq la iki
nö vünün dilçilikdə özü nə yer tapa bildiyini əsas landırır.
Məqalə tətbiqi onomalogiya problemlərinə həsr edil sə
də, müəllif nəzəri onomalogiya məsələlərinə də müna si bət
bildirir. Onomalogiya ilə bağlı tədqiqatlarda qohum dil-
lərin, hətta, yeri gəldikcə, yad dillərin materiallarını mü-
qayisə etməyə xü su si yer və əhəmiyyət verməyin də gə-
rəkli olduğunu vurğulayır.
“Dünyanın bir çox xalqlarında bir neçə əsr bundan
əv vəl xü
susi adlara dair lüğətlər hazırlanmışdır”, – deyən
Afad Qur banov türk dillərində, o cümlədən Azərbaycan
dilində onomas tik lüğətlər olsa da, onların dilçilik elminin
prinsiplərinə, eyni za manda cəmiyyətin mədəni tərəqqisinə
tam cavab vermədiyini müxtəlif bucaqlar altında izah edir.
Toponimlər, hidronimlər, etnonimlər və antroponimlərə
dair sanballı lüğətlərin hazırlan ma sının dilçiliyimiz üçün
çox ciddi və məsuliyyətli bir vəzifə olduğunu göstərir.
Təqdirəlayiq haldır ki, Afad Qurbanov tətbiqi dil-
çi lik də uğur qazanmağın yollarını da dəqiqliklə müəy-
yən ləş dirir. Mə sə lən, Azərbaycan toponimlərinə dair çap
olun muş lüğətlərin da ha çox coğrafiya elminin tələblərinə
Dostları ilə paylaş: |