Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
  1   2   3   4   5   6   7   8   9   ...   54


 

 
                                          
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
_____________________________________________ 
 
MƏTANƏT YAQUBQIZI 
 
 
 
 
AZƏRBAYCAN 
FOLKLORUNDA 
TOLERANTLIQ VƏ 
MULTİKULTURALİZM 
 
(Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik 
qrupların folklor örnəkləri əsasında) 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2016 


 

 
                                          
 
 
Elmi redaktor:  M.B.Əsgərov 
AMEA Dilçilik İnstitutunun  
Sosiolinqvistika və dil siyasəti şöbəsinin  
müdiri, filologiya üzrə elmlər doktoru 
 
  
Rəyçi: 
 
M.Ə.Mahmudov 
AMEA Dilçilik İnstitutunun Kompüter  
dilçiliyi şöbəsinin baş elmi işçisi,  
filologiya üzrə elmlər doktoru, professor 
 
 
 
Mətanət  Yaqubqızı.  Azərbaycan  folklorunda  tolerantlıq 
və multikulturalizm (Şəki-Zaqatala bölgəsində yaşayan xalqla-
rın və etnik qrupların folklor örnəkləri əsasında). Bakı, “Elm və 
təhsil” nəşriyyatı, 2016, 184 səh.  
 
Monoqrafiyada  Şəki-Zaqatala  bölgəsində  yaşayan  xalqların  və 
etnik qrupların əski inanclarında, bu inanclara dayaq olan dilində, dinin-
də və mədəniyyətində daima var olan tolerantlığın, eləcə də bu tolerant-
lıqdan doğan multikulturalizmin mahiyyətini açmağa cəhd göstərilmiş-
dir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 
folklorinstitutu.com 
 
M
 
4603000000 
Qrifli nəşr
  
   N-098-2016  
 
 
 
 
  
© Folklor İnstitutu, 2016. 


 

 
                                          
BAŞLIQLAR  
 
 
Ön söz (M.Əsgərov, M.Mahmudov) ........................... 4 
 
Giriş ............................................................................... 10  
 
Birinci fəsil  
Azərbaycan multikulturalizm və tolerantlıq  
ənənələrinin mühüm göstəriciləri ................................... 22  
 
İkinci fəsil 
İlkin folklor janrlarında dostluq və qardaşlıq  
münasibətlərinin təcəssümü............................................ 57 
 
Üçüncü fəsil  
Ənənəvi folklor janrlarında ortaq mədəniyyət  
və ortaq dəyərlər ............................................................. 111 
 
Son söz əvəzi .................................................................. 146 
 
Ədəbiyyat ...................................................................... 151  
 
Şəki-Zaqatala bölgəsində yaşayan xalqların  
və etnik qrupların folklor mühitini əks etdirən  
fotoşəkillər ..................................................................... 169 
 
Şəki-Zaqatala bölgəsindən toplanmış örnəklər  
əsasında tərtib edilmiş fоlklоr xəritəsi..................183-184 
 
 


 

 
                                          
ÖN SÖZ 
 
Mətanət Yaqubqızının “Azərbaycan folklorunda tolerantlıq 
və  multikulturalizm”  adlı  monoqrafiyası  müəllifin  özü  tərə-
findən  üç  fəslə  bölünmüşdür.  Bu  şəkildə,  yəni  fəsillər  üzrə  böl-
güyə  heç  bir  iradımız  yoxdur,  belə  ki,  müəllif  hər  bir  fəsildə 
konkret  bir  problemin  həllinə  çalışmış  və  əsasən  buna  nail  ola 
bilmişdir. Amma bir oxucu kimi bizim qənaətimiz belədir ki, bu 
monoqrafiya  iki  şərti  və  ya  məntiqi  hissədən  ibarətdir.  Bu şərti 
hissələrin birincisində müəllif Azərbaycan mühitində tarixən var 
olan multikulturalizmin əsasını təşkil edən tolerantlığın köklərini 
araşdırmış,  ikinci  hissəsində  isə,  məhz  multikulturalizm  mü-
hitində  formalaşan  və  tolerantlığın  ən  bariz  nümunələri  mahiy-
yətini  daşıyan  folklor  örnəklərinin  janrlar  üzrə  elmi  şərhini 
vermişdir.  
Təqdim  olunan  monoqrafiyanın  ən  üstün  cəhətlərindən  biri 
odur ki, burada müəllif tədqiqata cəlb olunan Şəki-Zaqatala regio-
nunda yaşayan xalqların dili, dini, tarixi, etnoqrafiyası, ədəbiyyatı 
və mədəniyyəti ilə bağlı elə tutarlı fikirlər, faktlar irəli sürmüşdür 
ki, bəlkə də belə mülahizələr söyləməyə həmin sahələr üzrə mütə-
xəssislərin cəsarəti çatmazdı. İşin qəribə tərəfi isə budur ki, Məta-
nət  Yaqubqızının  söylədiyi  həmin  fikirlər  o  qədər  dəqiq  və  sər-
rastdır  ki,  onları  təkzib  etməyə  də,  çox  çətin  ki,  bu  sahələr  üzrə 
mütəxəssislərin gücü çatsın. 
Məsələn, Mətanət Yaqubqızı bu monoqrafiyanın birinci fəs-
lində ayrı-ayrı xalqların, millətlərin həm özlərinin, həm də onların 
dilinin  yaranması  ilə  bağlı  elə  mülahizələr  irəli  sürür,  onları  elə 
əsaslandırır ki, bir dilçi  olaraq biz ona heç bir irad tuta bilmirik. 
Yalnız  onun  bu  qətiyyətini  və  mühakimə  qabiliyyətini  alqışla-
maqla  kifayətlənirik.  Belə  hesab  edirik  ki,  bu  məsələ  ilə  bağlı 
tarixçilər və etnoqraflar da bizimlə eyni fikirdə olacaqlar.  
Həqiqətən də, monoqrafiyanın birinci fəslində Mətanət Ya-
qubqızı tərəfindən qeyd edildiyi kimi, müxtəlif xalqların və dillə-
rin yaranması ilə bağlı 4 əsas mülahizə mövcuddur. Bu mülahizə-
lərdən ilk üçündə, müxtəlif yollar və üsullarla da olsa, bütün mil-


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə