Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

 
42 
 
                                          
sikonumuz təxminən 5-7 min sözdən ibarətdir. Bu gün sırf məişət 
həyatı ilə bağlı təxminən 2 minə qədər leksik vahiddən və təxmi-
nən 15-25 qrammatik normadan istifadə edirik. O halda belə təx-
min etmək olar ki,  yalnız məişətlə bağlı istifadə  edilən qəbilə  və 
tayfa  dillərində  sözlərin  ümumi  sayı  heç  bir  halda  2  mindən, 
qrammatik  norma  sayı  isə  10-15-dən  çox  ola  bilməzdi.  Əgər  bu 
faktı da nəzərə alsaq ki,  qəbilə məişətində heç bir texniki vasitə, 
indiki  qədər  ev,  geyim  əşyası  və  s.  olması  mümkün  deyildi,  o 
halda həmin dillərdəki  sözlərin ümumi sayının nə qədər az oldu-
ğunu təxmin etmək o qədər də çətin deyil. Cəmiyyətin inkişafının 
sonrakı mərhələlərində ona paralel olaraq dil də inkişaf etmişdir. 
Təbii  ki,  bu  mövqe  dilin  insanların  özü  tərəfindən  yaradılması 
ideyasına  bağlıdır.  Bundan  fərqli  mövqelər  də  vardır.  Yəni  dilin 
hazır şəkildə insanlara kənardan (Allah tərəfindən və ya kosmos-
dan) hazır şəkildə verildiyini iddia edənlər də vardır. Hər iki halla 
bağlı  belə  bir  ümumi  fərziyyə  irəli  sürülür  ki,  “dil  bir  yerdə 
yaranıb yer üzünə yayılmışdır”. Amma insanların özlərinin fərqli 
məkanlarda yaranıb, öz dillərini fərqli şəkildə yaratdıqlarını iddia 
edənlər  də  vardır.  Biz  şəxsən  dillərin  monogenez  olması,  yəni 
eyni  bir  kök  dildən  əmələ  gəlməsi  ideyasının  tərəfdarıyıq. 
Bununla belə müxtəlif alim və tədqiqatçıların bu məsələ ilə bağlı 
irəli sürdükləri fərqli fikir və mülahizələrə nəzər salaq.  
“İnsanlar  qəbilə  birliyindən  xalq,  sonra  isə  millət  birliyinə 
keçərkən  xarakterik  əlamətlər  –  ümumi  dil,  etnik  mənsubiyyət, 
ərazi,  şüur  itirilmir  və  davamlı  xüsusiyyətlər  kimi  nəsillərdən-
nəsillərə ötürülür... Hər bir xalq üçün öz ölkəsinin tarixi keçmişi, 
keçdiyi  inkişaf  yolu,  mədəniyyəti  maraqlıdır.  Çünki  keçmiş 
nəsillərin  nailiyyətlərini  bilmədən  yenilərini  yaratmaq  çətindir. 
Əsrlər  boyu  nəsillərin  öz  təcrübələrini  bir-birilərinə  ötürmələri 
nəticəsində  müxtəlif  sahələrdə  müvəffəqiyyətlər  qazanılmışdır. 
Bu  vəziyyət  insan  cəmiyyətinin  bütün  dövrlərində  qanunauyğun 
şəkildə davam etmişdir” (252, s. 104-111).  
Bir  qədər  əvvəl  qeyd  etdiyimiz  kimi,  əksər  tədqiqatçılar 
dünya dillərinin eyni bir Ulu dildən yarandığını qəbul edirlər. Hə-
min  tədqiqatçıların  bəziləri,  insanların  Allah  tərəfindən  yaradıl-


 
43 
 
                                          
dığını,  bəziləri  Yer  adlı  bu  planetdə  insanların  kənardan,  yəni 
kosmosdan gətirildiyini, bəziləri isə insan adlı bioloji varlığın Yer 
adlı bu planetin konkret bir nöqtəsində tarixi təkamül nəticəsində 
yarandığını qəbul edirlər. Qeyd edilən hər üç halda bütün müasir 
dillərin  məhz  bir  qədim  və  Ulu  dilin  yaranması  ideyası  aparıcı 
rola malik olur. Yəni bu mövqelərdən hər hansı birini qəbul edən 
alimlər,  avtomatik  olaraq  bunu  da  qəbul  edirlər  ki,  bütün  millət-
lərin və dillərin kökü birdir.  
Elə  tədqiqatçılar  da  vardır  ki,  onlar  insanların  eyni  vaxtda, 
tarixi  təkamül  nəticəsində,  amma  Yer  üzərindəki  bir  nöqtədə  de-
yil,  müxtəlif  məkanlarda  yarandığını  qəbul  edirlər.  Bu  səbəbdən 
də  onlar  millətlərin  müxtəlif  köklərdən,  dillərin  də  müxtəlif  Ulu 
dillərdən yarandığını iddia edirlər. Şəki-Zaqatala bölgəsində yaşa-
yan,  kökləri  alban  tarixinə  söykənən  xalqların  və  etnik  qrupların 
istər  özləri,  istərsə  də  dilləri  ilə  bağlı  günü  bu  gün  də  bəzi  mü-
bahisəli fikirlər söylənilir. Onlardan bəzilərinə nəzər salaq:  
“Albaniya  və  albanların  tarixi  ilə  bağlı  ziddiyyətli  fikirlər 
çoxdur.  Albaniya  və  albanların  tarixi  ilə  bilavasitə  məşğul  olan 
tədqiqatçıların  əksəriyyəti  (Q.Melikişvili,  A.Şanidze,  K.Trever, 
F.Məmmədova  və  başqaları)  ilk  dəfə  eramızdan  əvvəl  IV  əsrdə 
baş verən hadisələrlə əlaqədar adları çəkilən albanların Şərqi Qaf-
qaz dilləri ailəsinin Nax-Dağıstan qrupundan olduqlarını irəli sü-
rürlər. Elmdə hakim olan bu rəy konkret alban tayfasının və ya al-
banların,  ya  da  alban  tayfalarından  çoxunun  türk  mənşəli  olduq-
ları  mülahizəsini  müdafiə  edən  Y.Yusifovun,  Q.Qeybullayevin, 
M.İsmayılovun  və  başqalarının  fikirlərinə  ziddir.  Y.Yusifov  “al-
ban” etnoniminin “Albaniyanın aborigen (yerli) əhalisinin” danış-
dığı  türk  dilləri  əsasında  yarandığını  qeyd  edirsə  də,  albanların 
türk  mənşəli  olduqlarını  bildirən  digər  tədqiqatçılar  (Q.Qeybul-
layev,  M.İsmayılov  və  başqaları)  onların  eramızdan  əvvəl  VII 
əsrdə saklarla gəldiklərini ehtimal kimi irəli sürür və gümanlarını 
aşağıdakı  faktlarla  əsaslandırmağa  çalışırlar:  mənşəyi  əsasən 
saklarla bağlı Orta Asiya və Qazaxıstan xalqlarında alban adlı tay-
fanın olması, albanların  əsasən sakların məskunlaşdığı ərazilərdə 
yaşadığını  göstərən  Alban,  Altan  toponimlərinin  mövcudluğu, 


 
44 
 
                                          
Moisey  Kalankatuklunun  albanları  şimal  xalqı  kimi  qələmə  ver-
məsi,  Dion  Kassinin  “mənşəyini  massagetlərdən  götürən  alban-
lar” ifadəsi və s. (38, s.430). 
“Tarix elmləri doktoru, professor Y.Yusifovun fikrincə, e.ə. 
III minillikdə Ümumdağıstan kök dili mövcud olmuş və həmin 
dil tədricən nax və ləzgi  dil qruplarına parçalanmışdır. Ləzgi 
dil qrupunun parçalanması isə I minillikdə baş vermişdir. Orta əsr 
qaynaqlarında  Dərbənd  bölgəsində  və  Koysu-Samur  hövzəsində 
ləzgi  etnosları  (ud/  udi/  udin,  qel,  leq,  lpin,  cilb,  cikb  və  s.)  yad 
edilir. “Bir ehtimala görə, ümumləzgi kök dilindən əvvəlcə xına-
lıq dili, sonra arçin və udin dilləri, daha sonra isə buduq, qrız, ru-
tul və saxur dilləri təcrid olunmuşdur” (101, s.349-350). 
Göründüyü kimi, insanların və  onların dilinin hazır şəkildə 
kənardan gəlməsi  (yəni  Allah tərəfindən  yaradılması, kosmosdan 
enməsi)  və  ya  təkamül  nəticəsində  Yer  üzərində  konkret  bir 
nöqtədə,  yaxud  da  paralel  şəkildə  müxtəlif  nöqtələrdə  yaranması 
ideyası müxtəlif fikirlərin irəli sürülməsinə əsas verir. Bu fikir və 
mülahizələrdən hansının düzgün, hansının yanlış olduğunu söylə-
mək olduqca çətindir. Çünki bütün bu mülahizə və fikirlərin tərəf-
darları öz mövqelərinin düzgün olduğunu sübut etmək üçün çox-
saylı dəlillər təqdim edirlər. İlkin mərhələdə insanların və onların 
dillərinin  hansı  yolla,  necə  yaranması  məsələsi  ilə  bağlı  fikirlər 
fərqli, ziddiyyətli olsa da, istər xalqların, istərsə də dillərin sonra-
kı  inkişafı  və  təkamülü  ilə  bağlı  fikirlər,  bu  təkamülün  tədqiqi 
üsulları ilə bağlı mülahizələr, demək olar ki, bənzər və ortaqdır. 
Məlum  olduğu  kimi,  dünya  dilləri  dilçilikdə  iki  cür  təsnif 
olunur: birincisi, tipoloji və ya morfoloji təsnif, ikincisi, genealoji 
təsnif.  Morfoloji  təsnifə  qohum  və  qohum  olmayan  dillər  daxil-
dirsə, genealoji təsnifə ancaq qohum dillər daxildir” (134, s.273). 
“Genealoji təsnifə görə dünya dilləri öz mənşəyinə, qohum-
luğuna görə qruplaşdırılır. Dillərin bir-biri ilə qohumluğu bioloji 
hadisə  olmayıb,  tarixi-ictimai  hadisədir.  Dillərin  qohumluğu  on-
ların  bir  kökdən  olmasını  göstərir. Belə dillər tarixən bir kök-
dən  ayrılmış  və  müəyyən  ictimai,  iqtisadi  səbəblər  nəticəsində 
bir-birinə qohum olan müstəqil dillərə qədər inkişaf etmişdir. Ta-


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə