Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

 
48 
 
                                          
dərinliyində  gizlədilmiş  eyni  məxəz,  ilkin  birgəlikdən  doğmuş-
dur... İlkin mərhələ dillərin müqayisəsi, sonra isə bu müqayisənin 
tarixi  müstəviyə  köçürülməsi  və  nəhayət,  qədim  dilin  (ulu  dilin) 
bərpasıdır” (15, s. 76-88).  
Hörmətli akademik öz fikirlərini şərh edərkən əsas etibarilə 
insanların  və  dillərin  tarixi  təkamül  nəticəsində  Yer  üzərindəki 
konkret  bir  məkanda  yaranması  və  tədricən  bütün  yer  üzünə 
yayılması ideyasından çıxış edir.  
“Ulu dil (əcdad) əslində, qohum xalqların bir-birindən hələ 
ayrılmadığı  bir  dövrün,  vahid  qədim  xalqın  dilidir.  Azacıq  əsas 
yaşayış məkanından uzaqlaşan kimi qısa müddətdən sonra bu eyni 
dillər  arasında  fərqlər  yaranmağa  başlayırdı.  Beləliklə,  ulu  dilin 
dialektləri  yaranır,  bir  qədər  sonra  isə  bu  dialektlər  tam  müstəqil 
dillərə çevrilirdi. Əvvəlki ulu dillə əlaqə tamamilə itmir. Bu əcdad 
dilin  içindən  çıxan  yeni  dillər  inkişaf  edə-edə  (yəni  əslində 
dəyişə-dəyişə) bu günə qədər gəlib çıxır (15, s. 91-92).  
Doğrudur,  akademik  Kamal  Abdullayev  “bir  dilin  içərisin-
dən yeni dillərin yaranması” ideyasının, yəni bir məkanda  yaran-
mış dilin təkamülü, inkişafı, dəyişkənliklərə uğraması nəticəsində 
yeni  dillərin  əmələ  gəlməsi  fikrinin  tərəfdarıdır.  Amma  bununla 
yanaşı  dillərin  insanlara  Allah  tərəfindən  verilmiş  olması  fikrinə 
də  toxunur  və  sanki  bununla,  belə  bir  mülahizənin  də  olduğunu 
yada salır. Bu məqsədlə hörmətli akademik “Babil qülləsi” rəva-
yətini  xatırladır. Rəvayətə  görə, Babil hökmdarı  Nəmrud allahlıq 
iddiasına düşür və göylərə (Allahın yanına qədər) ucalan bir qala 
tikdirmək  qərarına  gəlir.  (Babalu  –  “allahın  qapısı”  mənasında-
dır). Bu məqsədlə dünyanın hər yerindən camaatı Babilistana top-
layıb işə başlayırlar. Qüllənin əsası qoyulur və getdikcə ucaldılır. 
Bundan  qəzəblənən  Allah
1
 insanları  cəzalandırmaq  məqsədilə 
onların  hərəsinə  bir  dil  verir,  o  vaxta  qədər  yer  üzünün  bütün 
                                                           
1
 Şəki-Zaqatala bölgəsində belə bir deyim vardır: “Gödək adam gündə 3 dəfə 
allahlıq iddiasına düşər.” Bu deyim haradan qaynaqlanıb? Deyirlər ki, insan-
ların boyu 10 metrəymiş. Özü də min il yaşayırlarmış. Bir gün onların fikrinə 
allahlıq  iddiası  düşür.  Allah  da  qəzəblənib  onları  kiçildib  bizim  günümüzə 
salır, ömürlərini də gödəldir.” 


 
49 
 
                                          
əhalisi  ancaq  bir  dildə  danışırmış.  Səhər  işə  gələn  adamlar  bir-
birini başa düşmür və ona görə də tikintini davam etdirə bilmirlər, 
hərəsi  dağılıb  bir  tərəfə  gedir.  Guya  dünyada  dillərin  müxtəlif-
liyinə səbəb bu hadisə imiş. (15, s.158-159). 
Dillərin  insanlara  Allah  tərəfindən  verilmiş  olması  fikrini 
dəstəkləyən başqa bir rəvayət  də vardır və  həmin rəvayət  özünə-
məxsusluğu  ilə  maraq  doğurur:  “Allahın  elçisi  qatırın  belində 
dünyanı  dolaşır,  nəhəng  xurcunun  ağzını  açıb  xalqlara  dil  payla-
yırmış. Çində olur. Onlara çin dili verir. Ərəbləri gedib tapır, ərəb 
dili  verir.  Yunanlara  yunan,  ruslara  rus,  fransızlara  fransız  dili 
verir.  ...gürcülərə  gürcü  dili,  osetinlərə  osetin  dili  verir.  ...qar 
çovğunu başlayır, kəndi-kəsəyi bürüyür. Allahın elçisi dibində iki 
ovuc paylanmamış dil olan xurcunu qaldırır və o dillərin hamısını 
dağlara səpələyir. 
– Alın, kim hansını istəyir, seçsin –deyir. 
Qar-çovğun atılmış dilləri yarğanlara, qayalara çırparaq ha-
ra gəldi səpələyir. Hərə  öz ana dilini tapır. Elə  o zamandan dün-
yada  avarlar,  ləzgilər,  darginlər,  qumuqlar,  tatlar,  laklar  peyda 
olur” (89, s.154-156). 
Düzdür, bu bir rəvayətdir. Ancaq çox maraqlıdır, doğrudan 
da bu bir faktdır ki, dil müxtəlifliyinin ən çox kök atdığı yerlər 
dağlıq  ərazilərdir.  Dil  müxtəlifliyini  ən  çox  özündə  təcəssüm 
etdirən ərazilərdən biri Qafqaz sıra dağları silsiləsinin cənub-qərb 
hissəsində yerləşən Şəki-Zaqatala bölgəsidir.  
Azərbaycanda  yaşayan  xalqlar  və  etnik  qruplar  arasında 
ortaq  bir  dilin  –  Azərbaycan  dilinin  olmasına  baxmayaraq,  digər 
xalqların  və  etnik  qrupların  da  dilini  öyrənmək  çox  vacibdir. 
Çünki  dil  xalqın  malıdır.  Hər  bir  xalqın  dilində  də  onun  tarixi, 
adət-ənənələri bu və ya digər şəkildə öz əksini tapır. Ona görə də 
“... bir nəsil dünyadan köçüb gedəndə gələcək nəsillərə ana dilini 
miras qoyub gedir” (89, s.157).  
Çox  maraqlı  bir  faktdır  ki,  Qafqaz  dağlarında  yerləşən 
bölgələr  X  əsr  ərəb  tarixçisi  tərəfindən  də  çoxmillətli  bir  ərazi, 
region  kimi  təqdim  olunur:  “Qafqazdan  danışarkən,  X  əsrin 
məşhur ərəb tarixçisi əl – Məs`udi yazırdı: “Qabh – böyük sahəli, 


 
50 
 
                                          
əzəmətli dağdır: bir çox məmləkəti və xalqı əhatə edir. Bu dağda 
72  millət  yaşayır.  Hər  millətin  öz  padşahı  və  bir-birindən  fərq-
lənən  dili  vardır...  Qafqazda  hər  birinin  öz  hökmdarı  və  baş-
qalarının anlamadığı dili olan 72 xalq yaşayır” (17, s.195). 
Ədəbi və ya milli dil, məlum olduğu kimi, həmin dilin apa-
rıcı  dialektləri  əsasında  formalaşır.  Məsələn,  Müasir  Azərbaycan 
ədəbi  dilinin,  əsas  etibarilə  Bakı  və  Şamaxı  dialektləri  əsasında 
əmələ  gəlmiş  olduğu  qeyd  edilir.  Təbii  ki,  Azərbaycan  dilinin 
müxtəlif  dialektlərinə  aid  bir  çox  sözlər  də  ədəbi  dilə  daxil  edil-
mişdir.  Bu  məsələ  ilə  bağlı  A.Axundov  və  N.Məmmədov  yazır: 
“Milli  dillərin  formalaşmasında  yerli  dialektlərdən  biri  (əgər  bu 
dialektlər  arasında  əsaslı  fərqlər  varsa)  milli  dil  üçün  əsas  olur, 
qalanları isə öz orijinallığını itirir və əriyib bu dil içərisində  yox 
olur.  Bu  prosesin  yavaş  və  ya  sürətlə  getməsi  həmin  xalqın  icti-
mai,  iqtisadi  və  mədəni  inkişaf  dərəcəsindən,  eləcə  də  dialekt 
fərqlərinin az və ya çoxluğundan da asılıdır. Elə xalqlar da vardır 
ki,  onlar  vahid  dilin  ayrı-ayrı  dialektlərində  danışır  və  bir-birini 
çətin başa düşürlər. Bu dialektlərdən biri yazı dilinin əsasını təşkil 
edirsə, onda  yazı dili ilə (ədəbi dillə) danışıq dili arasında böyük 
fərq olur, yaxud da bir neçə ədəbi dil yaradılır. Bəzən də bir xalqa 
mənsub  olan  dialektlər  öz  xüsusiyyətləri  ilə  bir-birindən  az 
fərqlənirlər...  Deməli,  dialekt  və  şivə  fərqlərinin  çox  və  azlığı-
nın  milli  dillərin  formalaşmasında  rolu  böyükdür”  (134,  s. 
263). 
Bu  faktı  da  qeyd  etmək  lazımdır  ki,  istənilən  dilin  forma-
laşmasında  və  hətta  ədəbi  dilin  yaranmasında  sadəcə  bu  dilin 
dialektləri  deyil,  həmin  regionda  mövcud  olan  digər  dillərin  də 
müəyyən təsiri özünü göstərir. Bu haqda A.Axundov yazır: “Dilin 
tarixi və xalqın tarixi problemi bir çox maraqlı məsələləri özündə 
birləşdirir. Həmin məsələlərdən biri substrat, superstrat və adstrat 
məsələsidir.  Çarpazlaşma  zamanı  məğlub  olan  yerli  dilin  qələbə 
çalan  gəlmə  dildəki  izlərinə  substrat  deyilir.  Azərbaycan  dilinin 
bəzi  dialekt  və  şivələrində  substrat  əlamətləri  müşahidə  olunur. 
Məsələn:  Zaqatala-Qax  şivələrində  təsadüf  edilən  q-k  hadisəsi 
(qomaq “kömək”, inaq “inək”, qişi-“kişi”) görünür və bu Qafqaz 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə