Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

 
45 
 
                                          
rixən  müəyyən  ictimai,  iqtisadi  səbəblər  nəticəsində  bir  kök-
dən  ayrılmış  qohum  dialektlər  yavaş-yavaş  inkişaf  edərək, 
bir-birinə qohum olan müstəqil dillərin əmələ gəlməsinə səbəb 
olmuşdur (134, s. 274). 
Genealoji təsnifə görə dillər aşağıdakı dil ailələrinə görə 
qruplaşdırılır:  I. Hind-Avropa dilləri ailəsi (1. Hind dilləri qru-
pu; 2. İran dilləri qrupu; 3. Slavyan dilləri qrupu; 4. Baltik dilləri 
qrupu; 5. German dilləri qrupu; 6. Roman dilləri qrupu; 7. Alban 
dili; 8. Kelt dili; 9. Yunan dili. 10. erməni dili; 11. Nesit dili. 12. 
Toxar  dilləri  qrupu);  II.  Ural  dilləri  ailəsi  (1.  Fin  qrupu;  2.  Uqor 
qrupu);  III.  Monqol  dilləri;  IV.  Tunqus-mancur  dilləri  ailəsi;  V. 
Koreya dili; VI. Sami-hami dilləri; VII.  Qafqaz  dilləri  (1. Kart-
vel və ya İber dilləri qrupu; 2. Abxaz-Adıgey dilləri qrupu (Abxaz 
yarımqrupu (Abxaz dili, Abazin dili, Adıgey, yaxud Çərkəz qrupu 
(Adıgey dili, Kabardalar, Ubıxlar (Türkiyədə)); 3. Basbi qrupu; 4. 
Dağıstan dilləri qrupu (Avar dili, Ləzgi dili, Dargin dili, Lak 
dili, Tabasaran dili, Saxur dili, Rutul dili, Buduq dili, Qrız dili 
və  Dağıstanın  bir  çox  xırda  xalqlarının  dili))  VIII.  Dravid 
dilləri  ailəsi  (tamillər,  malayalamlar,  kanarlar,  teluqular,  kuilər, 
kuruxlar, qondillər); IX. Malay-polinez (İndonez) dilləri ailəsi; X. 
Çin-Tibet  dilləri  (Tibet-Birma  qrupu);  XI.  Afrikada  yaşayan 
xalqların dilləri (Sudan zəncilərinin dili, Şimal-qərb Bantu dilləri, 
Buşmen-qottentot dilləri); XII. Amerika (hind) xalqlarının dilləri; 
XIII. Yapon dili; XIV. Türk dilləri ailəsi (1. Bulqar qrupu, 2. oğuz 
qrupu, 3. qıpçaq qrupu, 4. qarluq qrupu (135, s.224-241) 
Sadəcə Azərbaycan dilçiləri deyil, bir çox dünya dilçiləri də 
dillərin bir kök dildən əmələ gəldiyini iddia edirlər.  
“Müqayisəli-tarixi metod vasitəsilə hər bir ailəyə daxil olan 
dillərin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri tarixi 
aspektdə  müqayisə  edilməklə  qohumluq  əlaqələri  aydınlaşdırıldı 
və  bu  istiqamətdə  dəyərli  əsərlər  meydana  çıxdı...  Alman 
psixoloqu  A.  Şleyxer:  “...  qohum  dillərin  bir  “ulu  dil”  dən  – 
kök dildən əmələ gəldiyini və sonrakı dillərin həmin ulu dilin 
nəsilləri,  budaqları  olduğunu  göstərmiş,  fikirlərini  “Şleyxer 
ağacı” deyilən bir ağac şəklində təsvir etmişdir” (101, s.21-22). 


 
46 
 
                                          
Biz  də  bu  fikrin  tərəfdarıyıq  ki,  bütün  dillər  eyni  bir  Ulu 
dildən  təbii  hadisələr,  tarixi  proseslər  nəticəsində  tədricən  parça-
lanıb  ayrılmışdır.  İndi  bu  prosesin  hansı  məkan  və  zaman  daxi-
lində  hansı  şəkildə  baş  verdiyini  dəyərli  alimlərimizin  elmi  araş-
dırmalarında izləməyə çalışaq. 
Professor  Qəzənfər  Kazımov  yazır:  “...  arxeoloji  qazıntılar 
əsasında  təxmin  etdiyimiz  bir  dövrdən  başlayaraq  Yer  üzərində 
yaranmış ilk dil tədricən qollara ayrılmış və bu proses Hun impe-
riyasının  təsiri  ilə  “xalqların  böyük  köçü”  nəticəsində  son  məs-
kunlaşmaya  qədər  sürətlə  davam  etmiş,  sonralar  da  kəsilməmiş-
dir. Beləliklə, ...ulu dil protodillərə parçalanmış, həmin protodillər 
sonralar  bir  və  ya  bir  neçə  dil  ailəsinin  başında  durmuşdur.  Kök 
dil – gövdə qol-budaq atdıqca Yer üzərində dillər, dil ailələri artıb 
çoxalmış, minilliklər ərzində bir-birindən təcrid oluna-oluna müs-
təqilləşmişdir.  Ulu  dilin  parçalanması  səbəbləri  bizim  təsəvvür 
etdiyimizdən qat-qat çox olmuşdur. Təbii fəlakətlər və zəlzələlər, 
yanğın və uçqunlar, təbii şəraitin kifayət qədər əlverişli olmaması, 
qohum  tayfa  və  qəbilələr  arasında  ixtilaflar,  əhalinin  getdikcə 
artması, izlərini bütün dini kitablarda saxlamış Nuh daşqını, iqli-
min  dəyişməsi,  havaların  soyuması  və  istiləşməsi,  Şimala  doğru 
hərəkətin  mümkünlüyü,  daha  yaxın  ailə  və  qəbilələrin  özlərinə 
müstəqil  məskən  seçmək  istədiyi,  yeni  otlaqlar  və  əkin  yeri  ax-
tarışları,  miqrasiyalar  və  s.  insan  dəstələrinin  bir-birindən  uzaq 
düşməsinə, minilliklər ərzində qohumların yadlaşmasına, ərazi id-
diaları ilə düşmənçilik münasibətlərinin artmasına, dillərin, dinlə-
rin,  antropoloji  quruluşun  dəyişməsinə  səbəb  olmuşdur.  Bunlar 
məlumdur və  bunu  qazıntı  materialları da təsdiq edir. Bunlar va-
hid  ulu  dilin  parçalanması  üçün  zəruri  bir  şərait  idi...  Ukrayna 
dilçisi  A.S.Melniçuk  dünya  dillərinin  bir  kökdən,  bir  ulu  dildən 
yaranması fikrini daha inandırıcı şəkildə əyaniləşdirmişdir” (bax: 
101, səh: 23-24-34).  
Professor  Qəzənfər  Kazımovun  başqa  bir  fikrinə  nəzər 
salaq: “İnsanın  ilkin  vətəni  Ön Asiya və  Aralıq  dənizi  hüdudları 
olduğu üçün bəşər dilinin – ilk ulu dilin dialekt parçalanması da 
bu  ərazilərdə  baş  vermişdir.  Yer  üzərində  yaranmış  ulu  dilin 


 
47 
 
                                          
dialekt  parçalanması  e.ə.  XII  minillikdə  başa  çatmış,  tədricən 
protodillərdə dialekt parçalanması  başlamış, XII-VI minilliklərdə 
müxtəlif dil ailələri  yaranmışdır. Dil  ailələrinin  yaranması sonra-
lar da davam etmişdir. Çox qədim etnik bölümlərdən olan hindav-
ropalılarla,  samilərlə  birlikdə  protodil  Ön  Asiyada  meydana 
gəlmişdir” (101, s. 575).  
Bir qədər  əvvəldə  insanların və  dillərin  yaranması  ilə  bağlı 
alimlər arasında 4 əsas fikir formasının mövcud olduğunu və onl-
ardan  3-nün  millət  və  dillərlə  bağlı  “eyni  kök”  ideyasından  çıxış 
etdiyini  demişdik.  Hörmətli  professor  Qəzənfər  Kazımovun  söy-
lədiyi  fikir və  mülahizələr  əsasında qəti şəkildə belə deyə bilərik 
ki,  bu  tədqiqatçı  alim  məhz  üçüncü  ideyanın  tərəfdarıdır.  Onun 
qayəsinə  görə  insanlar  və  onların  dili  Yer  adlı  planetə  kənardan 
gəlməmişdir,  tarixi  təkamül  nəticəsində  bir  nöqtədə  yaranmış  və 
bütün dünyaya yayılmışdır. Professor Ulu dilin protodillərə parça-
lanmasını  dilçi  dəqiqliyi  və  özünəməxsus  səliqəsi  ilə  ardıcıllıqla 
qeyd edir, bu prosesi aşağıdakı şəkildə ümumiləşdirir: “... müqa-
yisəli – tarixi metod əsasında aralarına möhkəm sərhəd qoyulmuş 
dil ailələri və ümumən Yer üzərində mövcud olan bütün dillər bir 
mənşədəndir, bir ulu dilin törəmələri, bir gövdənin budaqları, yar-
paqlarıdır – doğma Yer kürəsinin bütün xalqları, bütün dinləri 
kimi, dilləri də bir kökdəndir” (101; səh:49). 
F.e.d.,  prof.  Q.Kazımovun  fikirlərini  dəyərli  alimimiz  aka-
demik Kamal Abdullayev də özünəməxsus şəkildə təsdiq edir. O 
da,  təxminən,  eyni  prinsiplərdən  çıxış  edərək  Ulu  dil  deyilən  bir 
dil faktını şəksiz qəbul edir və bu faktı aşağıdakı şəkildə diqqətə 
çatdırır:  “Əgər  bu  dillərin  dərinliyinə,  ilkinliyinə  ensək,  bu 
dillərin  tarixinin  elə  bir  nöqtəsinə  gəlib  çıxacağıq  ki,  oxşar-
lıqlar daha qalmayacaq, bütün fərqlər silinəcək. Eyni – bütün 
sonrakı  qohum  dillər  üçün  eyni  bir  məxəz,  ümumi  bir  dil 
qalacaq. Bu məxəzin dilçilikdə öz adı var. Onun adı Ulu dildir” 
(15, s.46).  
Akademik Kamal Abdullayevin daha bir fikrinə nəzər salaq: 
“Qohum  dillər  qohum  xalqlar,  qohum  mədəniyyətlər,  qohum 
ədəbiyyatlar,  qohum  psixolojilər  deməkdir.  Qohum  dillər  tarixin 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə