Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

 
33 
 
                                          
abidələri  mövcud  olmuşdur.  Əslində  Atəşpərəstlik  ilə  Günəşə 
sitayiş  arasında  müəyyən  bənzərlik  vardır.  Hətta  belə  də  demək 
olar ki, Atəşpərəstlik Günəşə sitayişin təzahür formalarından biri, 
yəni  onun  rəsmi  din  statusu  qazanmış,  özünəməxsus  qayda  və 
ritualları olan təzahür şəkillərindən biridir. Çünki günəş ən böyük 
atəş olduğu kimi, atəş də Günəşin yer üzərindəki ən bariz əlaməti, 
simvoludur.  Günəşə  sitayişin  atəş  simvolundan  başqa  bir  sıra  to-
temləri  də  mövcuddur.  Bu  totemlərin  ən  başlıcası  və  yayğın  nü-
munəsinin keçi olduğu müxtəlif müəlliflər tərəfindən qeyd edilir, 
məsələn, professor  İlham  Rəhimli “Azərbaycan teatr tarixi” kita-
bında  qeyd  edir  ki,  “Keçi,  qədim  zamanlarda  Günəş  Tanrısının 
yerdəki  totemi  sayılıb,  zaman  keçdikcə  real  obraz  kimi  əsatir  və 
mərasim oyunlarının iştirakçısına çevrilmişdir... ” (166; səh.4). 
Bəzi  müəlliflərsə,  sitayiş  obyektinə  çevrilmiş  obyektləri, 
canlı  varlıqları  və  cansız  nəsnələri  bir-biri  ilə  əlaqələndirmədən, 
müstəqil  totemlər  kimi  təqdim  edirlər,  məsələn:  “Şumerlərdə  də 
keçi
1
 başlıca  inamlardan  olmuşdur...  Bir  çox  əski  xalqlar,  o  sı-
radan türk xalqları aya, günəşə, keçiyə, balığa tapınmışlar... Keçi 
məhsuldarlığın bölgəsi, emblemi sayılırmış... Keçinin ölümü (qur-
ban  kəsmək)  təbiətin  ölümü  və  dirilməsi  demək  idi”  (177,  s.35-
37). 
Biz belə bir fikir irəli sürmüşük ki, real həyatın bəzi faktları 
və varlıqları dini düşüncə çərçivəsində ilahlaşaraq totemə çevrilir, 
bədii  düşüncə  çərçivəsində  isə  rəmzləşir  və  simvollar  yaradır. 
Akademiyanın  müxbir  üzvü  Muxtar  İmanov  öz  mülahizələri  ilə 
sanki bizim bu fikrimizə birbaşa dəstək verir “...sayaçı sözlərində 
təkənin  (sürünün  qabağında  gedən  erkək  keçinin)  ön  plana 
keçməsi  onun  məhsuldarlıq  simvolu  olmasından  xəbər  verir” 
(129,  s.25).  Bu  fikir  bizim  fikrimizin  bir  növ  məntiqi  davamıdır. 
Belə  ki,  “keçinin  ...  məhsuldarlıq  simvolu  olması”  real  həyat 
varlığının  simvollaşmadan  öncə  totemləşmiş  olduğunu  da  təsdiq 
                                                           
1
 “...Babilistan-Assuriya  xalqlarında  ən  çox  keçi  (keçi  həm  də  türklərdə  bu 
missiyanı daşıyır) günəşin və məhsuldarlığın simvoludur” (bax: 247). 


 
34 
 
                                          
edir. Bu da bir həqiqətdir ki, totemləşməyən varlıq, heç bir zaman 
simvola çevrilə bilməzdi.  
Keçi  (kosa)  Novruz  bayramının  atributlarından  biridir  və 
məhsuldarlığın,  bərəkətin  simvoludur.  Novruz  bayramı,  Novruz 
adət-ənənələri bütün Azərbaycan xalqına məxsus olan mənəvi sər-
vətimizdir.  F.e.d.  Seyfəddin  Rzasoy  muğanlılarda  Novruz  şənli-
yindən  bəhs  edərkən  Novruz  bayramının  hansı  din  və  dini-mifo-
loji  dünyagörüşlərini  özündə  birləşdirdiyini  belə  qeyd  etmişdir: 
“1)  qədim  türklərin  şamanizm  dünyagörüşü;  2)  qədim  və  erkən 
orta  əsr  türklərinin  Tanrıçılıq  dini;  3)  qədim  Azərbaycan  və  İran 
xalqlarının zərdüştilik dini; 4) islam dini və onun müxtəlif təriqət 
və  məzhəbləri;  5)  xristian  türk  xalqlarının  simasında  xristianlıq 
dini;  6)  iudaist  türk  xalqlarının  simasında  musəvilik  –  iudaizm 
dini;  7)  iki  milyona  yaxın  buddist  türklərin  simasında  buddizm 
dini  və  s.  Novruz  bayramı  müxtəlif  etnos  və  xalqları  vahid  mə-
dəniyyət  fenomeni  ətrafında  birləşdirməklə  xalqlararası  harmo-
niya modeli kimi çıxış edir” (167; səh 25).  
F.e.d.  S.Rzasoyun  məqsədi  bu  mərhələləri  göstərməklə  ya-
naşı,  nəinki Novruzun, hətta Azərbaycan xalqının  hansı  əski  dini 
mərhələlərdən keçdiyini  də nəzərə  çatdırmaqdır.  Məsələ  burasın-
dadır ki, bu dini mərhələlərdən nəinki azərbaycanlılar, demək olar 
ki, bütün dünya xalqları, o cümlədən də tədqiqatımızın obyektini 
təşkil  edən  Şəki-Zaqatala  regionu  sakinləri  də  keçmişlər.  Tarixi 
araşdırma və faktlar da bunu sübut edir: Tanrıçılıqdan Bütpərəst-
liyə,  Bütpərəstlikdən  Zərdüştiliyə,  Zərdüştilikdən  Xristianlığa, 
Xristianlıqdan İslama keçid.  
İndi  isə  bu inancların canlı şahidi olan tarixi abidələrimizə 
əsaslanaraq fikrimizi aydınlaşdırmağa çalışaq.  
Oğuz  rayonunda  şəhərin  mərkəzində  Oğuz  alban  məbədi 
vardır. Hazırda bu məbədin binasında tarix-diyarşünaslıq muzeyi 
fəaliyyət göstərir. Məbədin başında vaxtilə bərabər tərəfli kənarla-
rından günəş şüasını əks etdirən xəttlərlə əhatə olunan alban xaçı 


 
35 
 
                                          
mövcud  olmuşdur
1
.  Bərabər  tərəfli  xaçlar  haqqında  müxtəlif 
fikirlər  söylənilir.  “Xaç  simvolu  xristianlıqdan  daha  qədimdir. 
...bərabər tərəfli xaç dörd elementi və ya dörd istiqaməti və küləyi 
simvollaşdırır. Hind fəlsəfəsində ... 4 qolu, 4 kosmik gücü (atəş, 
su,  hava,  torpaq)  simvollaşdırır”  (bax:  239).  Başqa  bir  mənbədə 
göstərilir  ki,  “dörd  yönü  göstərən  xaç  işarəsi  bütünlüyü  ifadə 
edirdi və Ayı təmsil edirdi” (bax: 244).  
Oğuz rayonunun Qalasisik düzündə yerləşən təxminən V – 
VI əsrlərə aid edilən Müqəddəs Yelisey bazilika
2
 vardır (digər bir 
bazilika
3
 isə  Qax  rayonunun  Qum  kəndində  mövcuddur,  V-VI 
əsrlərə aid olunduğu güman edilir, alban məbədidir). 
“...Məbəd...  Qayabaşı
4
 kəndinin  cənub-qərbində  Əlicança-
yın
  5
 şərq  sahilindəki  yüksəklikdə  yerləşir.  Yerli  əhali  bu  yük-
səkliyə  Qalatap
6
 deyir...  Tikinti  sahəsinin  dairəvi  formada  ol-
ması burada yerləşən abidənin də dairəvi olduğunu söyləməyə 
imkan verir” (117, s.69-70).  
Şəki-Zaqatala  bölgəsi  müxtəlif  dillərin  və  dinlərin  birgə, 
yanaşı  yaşadığı regiondur. Burada müxtəlif inancların  göstəricisi 
olan abidələrimiz vardır və bu abidələr tarixi izlərimiz kimi region 
                                                           
1
 Bu  məlumatı  bizə  verən  tarix-diyarşünaslıq  muzeyinin  direktoru  tarixçi-
araşdırmaçı Arizə Xudiyevaya təşəkkürlərimizi bildiririk. 
2
 Latın dilində “bazilevs” - hökmdarın evi mənasını verir. Adətən dini əhəmiyyəti 
olmayan,  sadəcə  toplanma  funksiyası  daşıyan  dini  tikililər  üçün  istifadə  olunan 
memarlıq planı. Bazilikalar əsasən xristianlıq və orta əsrlər memarlığında istifa-
də olunmuşdur. İçərisində altar (qurbangah – kursiv bizimdir) vardır (bax: 236). 
3
 Bu abidə Moisey Kalankatuklunun “Albaniya tarixi” əsərində adını qeyd etdiyi 
Qomensk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Onun fələstinli 
xristian  missioneri  Yeliseyin  atəşpərəstlər  tərəfindən  öldürüldüyü  yerdə  Alban 
çarı III Mömin Vaçaqanın göstərişi ilə tikildiyi ehtimal olunur (bax: 251). 
4
 Bu  kənd  F.V.Qədirovun  “Azərbaycan  şimal  müdafiə  istehkamları  (sabiq 
Qəbələ  mahalının  V  –  XIV  əsr  abidələri  əsasında)”  kitabında  (s.69)  səhvən 
Vartaşen  (indiki  Oğuz  rayonu)  rayonunun  kəndi  kimi  getmişdir.  Əslində  bu 
kənd Şəki rayonuna aiddir.  
5
 Oğuz rayonunda çay  
6
 Tap – “Azərbaycan dilinin bəzi dialekt və şivələrində “düzənlikdə yüksəklik, 
təpə; su çıxmayan düz yer; dağ döşündə düzənlik, dağ düzənliyi; ətrafı dərə və 
yarğanla əhatə olunmuş düz sahə” mənalarında işlədilir (64, s.77-78).  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə