Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

 
58 
 
                                          
ölkəsi  ilə  bağlıdır.  İpəkqurdları  haqqında  ilk  dəfə  bizim  eradan 
əvvəl 2600-cü ildə qədim Çin əlyazmalarında xatırlanırdı. Bu ölkə-
nin cənub-qərbində yerləşən Şansi əyalətində aparılan arxeoloji qa-
zıntılar zamanı bizim eradan əvvəl 2000-ci ilə aid olan ipəkqurdu-
nun  toxuduğu  barama  tapılmışdır”
1
.  A.Hacıyev  baramaqurdunun 
sirlərini  saxlaya  bilən  çinlilərdən  kənara  necə  sızdığını  belə  qeyd 
etmişdir: “İlk dəfə bizim eranın IV əsrində kiçik Buxaranın əmirinə 
ərə  getmiş  fədakar  çinli  şahzadə  xanım  saçlarının  arasında 
gizlətdiyi  ipəkqurdunun  yumurtalarını  ona  hədiyyə  gətirmişdir. 
Təqribən 200 il sonra, 552-ci ildə iki rahib Vizantiyanın imperatoru 
Yustinianın  yanına gələrək ...  Çindən ipəkqurdunun  yumurtalarını 
gətirməyi  təklif  edirlər.  İmperator  razılaşdıqdan  sonra  rahiblər  ... 
əsanın  içərisində  gizlədilmiş  ipəkqurdunu  Vizantiyaya  gətirirlər... 
(Beləliklə - kursiv bizimdir) ipəkçilik dünyanın hər yerinə yayılır
2
”. 
Əvvəlcə Orta Asiyaya, oradan İrana, sonra isə Azərbaycana.  
Şəki  ipəyi  dünyanın  hər  bir  yerində  məşhur  olmuşdur. 
“Qeyri-maddi irs” siyahısına salınan ipək parçadan hazırlanan və 
Şəkidə istehsal olunan kəlağayılar, gülbəngilər və s. baş örtükləri 
bölgə əhalisinin məişətinə daxil olmuş və onların mərasimlərində 
tarixən də, hazırda da xüsusi rol oynamışdır. Baramaçılıqla bağlı 
bölgə əhalisinin çoxlu sayda inancları mövcuddur. 
Məsələn,  udi  folklorunda  mövcud  olan  bir  neçə  inanc 
nümunəsini söyləmək yerinə düşər:  
*Baramaqurdunun  tez  yarpağa  düşməsi  üçün  yarpaq  tökü-
lərkən  ev  sakinlərindən  biri  kümxananın
3
 yaxınlığında  bitən  bir 
ağaca  çıxıb  qışqırardı.  Bununla  da  guya  ipəkqurdları  oyanar  və 
tez yarpağa çıxardılar. 
Əslində  bu  kimi  inanclarla  bağlı  davranışlar  bəzi  hallarda 
müəyyən  ənənəvi  ayinlərin  formalaşmasına,  eyni  və  ya  bənzər 
məqamlarda icra edilməsinə səbəb olur.  
*İpəkqurdunun  canlanması  dövründə  adamlar  bir-birinə 
                                                           
1
 Bax:  səh:  35-36.  “Gələrsən-görərsən”  ictimai-siyasi,  elmi-kütləvi  publisist 
jurnal.  
2
 Yenə orada: səh:35 
3
 Kümxana – baramaqurdunun bəsləndiyi yerin, binanın adıdır. 


 
59 
 
                                          
bostan  bitkilərinin  toxumunu,  od  və  başqa  şeylər  verə  bilməzdi. 
Yoxsa barama məhsul verməzdi. 
*Baramaqurdu  ağarmağa  başlardısa,  bu,  qurdun  gözə  gəl-
məsi  kimi  başa  düşülərdi.  Ona  görə  də  bir  parça  qızdırılmış  kö-
mürü  içərisində  su  olan  piyaləyə  salıb  baramanın  üstünə  gəlmiş 
adamların  adını  çəkərdilər.  Kömür  kimin  adı  çəkiləndə  suyun 
dibinə  batardısa,  bununla  da  baramanın  onun  tərəfindən  gözə 
gəlməsini müəyyən edərdilər. Bundan sonra kömür parçasını əzib 
küçəyə atar və yaxud kömürdən kümxananın qapılarına xaç çəkib, 
suyu küçəyə atardılar. 
Çox maraqlı faktdır ki, baramaqurdu ilə bağlı Balakən folk-
lorunda da özünəməxsus nümunələr mövcuddur.  
*Balakən-Zaqatala bölgəsində bir qadın  yazda barama qur-
dunun toxumundan çıxması  üçün qurdun toxumdan çıxma  ərəfə-
sində  toxumu  götürüb  buğda  və  çörək  qırıntıları  ilə  qarışdıraraq 
balaca bir torbaya tökür, ağzını sapla bağlayırdı. Toxum çıxacağı 
vaxt qadın sapı açır, torbanı öz dizinə bağlayırdı. Torba təsadüfən 
sap qırılıb aşağı düşənə qədər qadının dizinə bağlı qalardı. 
Bizcə,  barama  ilə  məşğul  olan  qadın  ona  görə  “toxumu 
götürüb  buğda  və  çörək  qırıntıları  ilə  qarışdıraraq  balaca  bir 
torbaya tökür, ağzını sapla bağlayırdı” ki, Azərbaycan mühitində 
xeyir,  bərəkət  rəmzi  olan  buğda  və  çörəyin  sehrli  gücü,  yardımı 
ilə barama toxumu da bərəkətlənsin. “Toxum çıxacağı vaxt qadın 
sapı açır, torbanı öz dizinə bağlayırdı”. Bununla da sanki barama 
qurdlarına  artıq  oyanmağın,  hərəkətə  gəlməyin,  işə  başlamağın 
vaxtının  çatdığını  xəbər  verirdi.  Belə  ki,  istər  ilkin  inanclardan 
olan şamanizm, istər ən son inanclar olan səmavi dinlər, istərsə də 
qədim  olduğu  qədər  də  müasir  olan,  yəni  bu  günlərdə  də  öz 
aktuallığını itirməyən izoterika elmi bənzər varlıqlara təlqin yolu 
ilə  onları  bənzər  ruhi  və  əməli  fəaliyyətə  sövq  etməyin  mümkün 
olduğunu qeyd edir. Bizcə, ona görə “torba təsadüfən sap qırılıb 
aşağı  düşənə  qədər  qadının  dizinə  bağlı  qalardı”  ki,  barama  to-
xumları son ana qədər onlara böyük inamın olduğunu anlasınlar. 
Günü  bu  gün  də  vəfat  edən  bir  şəxsin  xatirəsinə  bəzi  insanlar 
qollarına və  ya boyunlarına qara lent bağlayırlar. Bu lent də özü 


 
60 
 
                                          
qopub  düşənə  qədər  həmin  insanların  qolunda  və  ya  boynunda 
qalır. Bu davranış da vəfat etmiş şəxsə göstərilən hörmət və diq-
qətin simvolu hesab olunur. Müasir dövrümüzdə də məhərrəmlik-
də,  aşura  günü  bəzi  insanlar  məsciddə  qollarına  qara  lent  bağla-
yırlar. Bu da eyni düşüncə tərzinin təzahür formalarından biridir. 
*Barama  şaxı  qoyulan  gün  evi  süpürmürdülər  ki,  bar-bə-
rəkət də süpürülüb gedər. Çöldən еvə hеç nə gətirmirdilər ki, еvə, 
ipəkqurduna bəla, xəstəlik gələr. 
Əslində, bu inancın real bioloji və fizioloji səbəbləri vardır. 
Yəni  barama  şaxa  çıxmaqla  alışmış  olduğu  mühiti  dəyişir  və  bu 
onun üçün birinci real təhlükə idi. Şax qoyulan gün evi süpürmək 
də  şaxın  üstünə toz qonmasına səbəb olur və barama üçün ikinci 
bir  təhlükə  yaradır.  Eyni  tərzdə  bayırdan  evə  gətirilən  istənilən 
şeyin  üstündə,  həqiqətən  də,  müxtəlif  mikroblar  ola  bilər.  Bu 
vəziyyət yeni şəraitə hələ tam alışmamış, uyğunlaşmamış olan ba-
rama üçün əsl bəlaya çevrilə və onların ölümünə səbəb ola bilər.  
Şər  vaxtı,  yəni  axşam  ala-toranında  da  evin  süpürülməsi 
məsləhət  görülmür.  Bu  halda  da  evin  ruzi-bərəkətinin  çölə  atıl-
dığına inananlar bu gün belə vardır. Kökü çox qədimlərə dayanan 
bu inancın da əsasında həyat reallıqları durur. Belə ki, axşam ala-
toranlığında  ev  süpürən  zaman  evin  qiymətli  əşyalarının  zibilə 
qarışaraq çölə atılma ehtimalı yüksəkdir. Bu səbəbdən də hər cür 
ehtimalı  nəzərə  alan  ulularımız  belə  itkiləri  önləmək  üçün  bu 
inancı yaratmış ola bilərlər.  
Ümumiyyətlə,  biz  bu  fikirdəyik  ki,  istənilən  inanc  öz  baş-
lanğıcını  həyat  reallıqlarından  alır.  Hətta  belə  də  deyə  bilərik  ki, 
həyat reallıqları rəmzləşərək folklor materialları çərçivəsində sim-
vollara  çevrilir,  yəni  gerçəkliklər  simvollaşır.  Doğrudur,  bunun 
əksini iddia edənlər də var. Yəni folklor simvollarının real həyat-
da  öz  əksini  tapdığını  qeyd  edənlər  də  var.  Zahirən  bizim  fikri-
mizin  əksi  kimi  səslənən  bu  mülahizə,  əslində  bizim  fikrimizin 
ikiqat  sübutudur.  Yəni  reallıqdan  yaranmış  simvolun  yenidən 
reallıqda öz əksini tapması təbii bir haldır.   
*Barama üçün şax qoyulandan sonra qurd şaxa  çıxmırdısa, 
qayğanaq  bişirirdilər.  Çünki  yumurta  xеyir-bərəkət  gətirirdi.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə