Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

 
51 
 
                                          
dilləri qrupuna daxil olan substrat əlamətidir” (21, s.110). 
Substrat  dil  hadisəsi  Şəki-Zaqatala  bölgəsində  yaşayan 
xalqların  və  etnik  qrupların  folklor  örnəklərində  geniş  şəkildə 
özünü  göstərməkdədir.  Bölgə  ərazisində  yaşayan  xalqların  və 
etnik  qrupların  diqqəti  çəkən  dil  özəllikləri  vardır.  Bu  dillərdə 
spesifik boğaz səsləri müşahidə olunmaqdadır.  
Genealoji təsnifə görə ləzgi, avar, saxur, udi, ingiloy dilləri 
İber-qafqaz  dil  ailəsinin  Şərqi  Qafqaz  Nax-Dağıstan  dilləri 
qrupuna  aid  edilir.  Bu  region  üçün  spesifik  əvəzliklərin  -  habu, 
hu, hunda, mağa, maha; spesifik boğaz samitlərinin: nI, kI, kc, c, 
qc,  üı,  h,  nq,  gh,  ç`,  g`  və  s.;  spesifik  sözlərin  mövcudluğu  bizə 
məlumdur. 
Dil faktlarının – sözlərin intonasiyası, spesifik lüğət vahid-
lərinin – xinqal (ləzgi), xinqal (saxur), xikkal (udi); nubgar (ingi-
loy), nübgər (udi), nubar (ləzgi) və s.); xıdıl  (nəvə), qada  (oğul), 
məzər – meyzar (döşlük) və s. örnəklərə təsiri danılmazdır. Bun-
dan başqa doqqaz (Azərbaycan dili), doxcaz (saxur), dokcaz (ləz-
gi), qaravul, selest (ərəşdi dili), ocax (pir mənasında – udi dili) və 
s. nümunələrə də təsadüf olunur. Regional dil faktları toponomik 
adlarda  da  özünü  göstərir  (Qasbinə  –  Balakən  rayonunda  kənd) 
«qats», «qas» avar dilində çökək yer deməkdir və s.  
Məlumdur  ki,  dil  kоnteksti  regiоnal  spesifikanı  əks  etdirən 
ilkin  şərtlərdəndir.  Azərbaycan  dili  bu  dillərə  güclü  təsir  göstər-
miş, bu təsir nəticəsində bir çox sözlərimiz Azərbaycanda yaşayan 
digər xalqların və etnik qrupların dilinə daxil olmuşdur. Azərbay-
can  dili  Şəki-Zaqatala  regiоnunda  yaşayan  avar,  saxur,  udi,  in-
qilоy, ərəşdi, xınalıq və s. xalqların, etnik qrupların dillərinə güc-
lü təsir etmişdir. Bu millətlər də Azərbaycan dilinin təsiri nəticə-
sində  öz  dillərinin  bir  çоx  sözlərini  Azərbaycan  dilinə  gətirmiş-
dirlər. Belə  sözlərə ən çоx dialekt  və  şivələrdə  rast  gəlinir. Hətta 
bu  sözlər  Azərbaycan  dilinin  ədəbi  dil  nоrmalarına  uyğunlaşdı-
rılmış  və  оnlara  ədəbi  dildə  də  təsadüf  оlunur.  Belə  sözlər  bir 
qayda olaraq məişət leksikasına aid olur (məsələn, spesifik yemək 
adları kimi). 
Şəki-Zaqatala  regiоnunun  çоxmillətli  оlması  istər  bölgə 


 
52 
 
                                          
əhalisinin dilinə, fоlklоr örnəklərinə, istərsə də kənd, оba adlarına 
öz  təsirini  göstərir.  Bu  regiоnda  yaşayan  millətlərin  dillərində 
işlənən sözlərin çоxu regiоn əhalisinin dialektinə daxil olmuşdur. 
Məsələn,  avar  dilindən  “qadar”  sözü  (baş  yaylığı,  çalma);  saxоr 
dilindən  “qadax”  (mismar)  (“qadax”,  “qadağ”  sözü  Gədəbəy, 
Mingəçevir,  Sabirabad,  Salyan  və  s.  bölgələrdə  də  mismar  mə-
nasında işlənir); ləzgi dilindən “abay” (qadın); (avar dilində (xala, 
bibi),  (Cəbrayıl,  Şəmkir,  Tovuz  bölgəsində  “ayba”  sözü  “ana” 
mənasında  başa  düşülür)  qədim  türk  dilindən  “abu”  (qadın)  söz-
ləri  regiоn  əhalisinin  lüğət  tərkibinə  keçərək  ümumişlək  sözlərə 
çevrilib. Belə sözlər saysız-hesabsızdır. 
El-оba  adlarında  da  milli  təsir  özünü  göstərmişdir:  Qandax 
(Zaqatalada  kənd)  -  “qandaqk”,  “qandak”  -  xəndək;  Qasbinə
1
 - 
avar sözü оlub, “kats” - çökək (çəpərdə basılıb keçməkdən əmələ 
gələn  çökək  və  bu  çökəyi  keçib  binə  salmaq);  Kad  оba  -  avarca 
“kqadi”  -  çal-çağırı  оlan;  Suvagil  -  saxur  sözü  оlub,  “suvan”  – 
dağ;  “qel”  –  ağız,  dağağzı;  Qalatsitsiq  (Оğuzda  yer  adı)  –  udicə 
“tsitsiq”  –  çiçək,  çiçəkli  qala;  Mazım  çay  –  “mazi”  –  ağ  məna-
sındadır (152, s.7, 31). 
Müxtəlif dillərə məxsus  sözlərin başqa dil daşıyıcıları tərə-
findən düzgün tələffüz edilməməsi gülüş doğuran situasiyalar ya-
radır  və  belə  hallarla  bağlı  lətifələr  əmələ  gəlir.  Onlardan  birinə 
nəzər salaq:  
Bir  ləzgi  lətifəsində  deyilir:  Muğal
2
a  deyirlər  ki,  get  qül 
(buğda)  al,  gətir.  Muğal  da  gedib  deyir  ki,  mənə  ğül  (yəni  ləzgi 
dilində “ər” deməkdir) verin
3
!  
Şəki-Zaqatala  regionunda  yaşayan  xalqların  və  etnik  qrup-
ların  dillərinə  aid  olan  sözlərin  qarşılıqlı  şəkildə  bir-birinə  keç-
məsi halı ilə bağlı faktlar bir çox mənbələrdə öz əksini tapmışdır: 
“XIX  əsrdə  akademik  A.A.  Şifner  yazırdı:  “Udilər  tatarlardan 
                                                           
1
 Bu məlumatı bizə təqdim edən Əlyazmalar İnstitutunun kitabxanaçısı, hazırda 
təqaüddə olan Umxanım xanıma təşəkkürümüzü bildiririk. 
2
 Başqa xalqlar azərbaycanlılara “muğal” deyə müraciət edir. 
3
 Lətifəni  bizə  söylədiyinə  görə  milliyyətcə  ləzgi  olan  Nərminə  xanıma  öz 
təşəkkürlərimizi bildiririk. 


 
53 
 
                                          
(azərbaycanlılardan  –  Q.C.,  R.H.)  təkcə  geyimlərini  iqtibas 
etməmişlər;  nağılları,  bayatıları,  qoşmaları  və  zərb-məsəlləri  də 
bu  dil  vasitəsilə  bilirlər  və  çox  zaman  bu  dildə  söyləyirlər...  Udi 
dilinin böyük bir hissəsini təşkil edən tatar sözləri əsl udi sözlərini 
sıxışdırıb  onları  əvəz  edir,  bu  da  udi  dilinin  tədricən  tatar  dili 
içərisində  əriməsinə  səbəb  olur”.  Professorlar  Q.Cavadov  və 
R.Hüseynov bu fikri təsdiq edərək doğru nəticəyə gəlmişdirlər ki, 
bu  da  Şəki-Zaqatala  bölgəsində  yaşayan  bütün  xalqlara  və  etnik 
qruplara şamil oluna bilər: “... əsrlərlə eyni ərazidə, eyni coğrafi 
mühitdə  yaşayan  hər  hansı  bir  xalq  başqasından  təcrid 
olunmuş  şəkildə  yaşaya  bilməz.  Ona  görə  də  istər  udilər  və 
istərsə  də  azərbaycanlılar  tarix  boyu  ağır  günlərində  bir-
birinə arxa durmuş,  vahid təsərrüfat ənənələri  yaratmış,  bir-
birindən  öyrənmiş,  lazım  gəldikdə  isə  bir-birinə  öyrətmişlər. 
Bu  gün  udilərin  leksikonunda  yüzlərlə  Azərbaycan  sözünə  rast 
gəlindiyi  kimi,  onlarla  qonşu  azərbaycanlıların  dilində  müəyyən 
qədər udi istilahlarına rast gəlirik” (53, s.89). 
Azərbaycan  dilinə  məxsus  sözlərin  bu  regionda  yaşayan 
digər xalqların və etnik qrupların dilinə keçməsini əks etdirən bəzi 
nümunələr söylənilən fikrin düzgünlüyünü sübut edir.  
Udi dilində bir alqış nümunəsinə baxaq: 
Ocağen va kömək qam bay 
Ocaq (pir mənasında) sənə kömək olsun 
 
Avar dilində bir tapmaca nümunəsi: 
Mahla goroy guxey abay
1
 (Tundur) 
Мах1ла кьорой кьюхъай абай (Tундур)  
Həyətin ortasında alçaq xala (arvad) (Təndir) 
 
Saxur dilində bir inanc nümunəsi: 
Quraxlıx exeme – kacalaşın siyahini oykan. 
                                                           
1
 “Aba” türk dilində 1) bacı, böyük bacı; 2) ana (bax: 218, s.2); 3) aba -ayba – 
Tovuz-Qazax bölgəsində də ana mənasındadır. Bu sözün Azərbaycan dilindən 
avar dilinə keçdiyi şəksizdir. Bu qədər qaynayıb-qarışmış xalqın dillərinin təbii 
ki, bir-birinə güclü təsiri mümkündür. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə