Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

 
39 
 
                                          
rünür  ki,  dini  və  mənəvi  vəzifəsi  olan  şaman  bu  qaydanı  pozur, 
əski din normalarına əməl edirdi. “Oğuz dastanı”nda sabaha, da-
nın ağarmasına, gün çıxmasına böyük bir önəm verilmişdi. Bütün 
həyat, o gün və günəşlə başlayırdı. Günəş batdıqdan sonra isə hər 
şey dayanırdı. Yakut Türklərinin, Altay Türklərinin yaradılış das-
tanlarında  “Cənnət  ilə  Həyat  Ağacı  da  şərq  bölgəsində  tapılırdı” 
(bax: 245).  
Əski  inanclara  sahib  insanlar  günü  bu  gün  də  evlərini  ti-
kərkən üzü şərqə doğru tikirlər. Günəş həm də insanlara sağlamlıq 
bəxş  etmişdir.  Günəş  şüaları  D  vitaminidir.  Atalar  əbəs  yerə  de-
məyib ki, “Günəş girməyən evə həkim girər”. 
Tarixçi-araşdırmaçı Arizə Xudiyeva
1
nın qeyd etdiyinə görə, 
rayon daxilində mövcud olan bəzi abidələrin tarixi bir qədər son-
rakı dövrlərə təsadüf etdiyinə görə alban abidələri üçün xarakterik 
olan  bəzi  xüsusiyyətlər  bu  abidələrdə  özünü  göstərmir.  A.Xudi-
yeva qeyd edir ki, Oğuz rayonunun Qarabulaq kəndində möv-
cud  olan  alban  məbədinin  həm  giriş,  həm  də  çıxış  üçün  isti-
fadə  olunan  tək  bir  qapısı  vardır  ki,  bu  qapı  da  məhz  şərqə 
doğru  açılır.  Bu  kimi  faktlar  əski  insanların  əski  inanclarına 
əsaslanır. 
Bu  qədər  əski  inancları  özündə  əks  etdirən  abidələrimiz 
həm zəngin memarlıq üslubuna görə, həm də tarixi dəyərinə görə 
həmişə  diqqət  mərkəzində  olmuş,  bu  səbəbdən  də  başqalarının 
diqqətini özünə cəlb etmişdir. Məsələ burasındadır ki, nəinki abi-
dələrimizi, hətta ölkəmizin vətəndaşı olan bəzi xalqların və  etnik 
qrupların  nümayəndələrini  belə  qonşularımız  tərəfindən  özünün-
küləşdirmək cəhdləri olmuşdur. 
Məsələn, “1979-cu ildə Tbilisidə gürcü alimi İlya Adamiya 
özünün  “Gürcüstanın  xalq  memarlığı  (“Saingilo”)”  kitabını  nəşr 
etdirmişdir. Müəllif tərəfindən Azərbaycanın bir neçə qədim abi-
dəsi, eləcə də V əsrin yadigarı olan Qum məbədi, Güllük – Köz-
barax  kəndləri  yaxınlığındakı  Pəri  qalası  (bu  abidəni  gürcü  çarı 
Tamaranın adı ilə də bağlamağa çalışır), Ləkit və Kürmük məbəd-
                                                           
1
 Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru  


 
40 
 
                                          
lərini və s. gürcü memarlığının nümunəsi kimi təqdim edilmişdir 
(98, s.182). 
Abidələrimizi  gürcü  abidəsi  kimi  təqdim  edən  gürcülər  in-
giloyları da gürcü hesab edirlər. İngiloyları gürcü hesab edənlərə 
tarixçilərimizin cavabı kifayət qədər elmi və kəskindir: 
“...əsası ingiloy adlanan əhali qrupu heç də gürcüdən dönmə 
və  ya  törəmə  konfessional  əhali  qrupu  deyil,  qədim  Alban  soy 
kökünə bağlı olan müstəqil etnosdur” (85, s. 58).  
Yaxud da: “Din və dil mənsubiyyətlərindən asılı olmayaraq 
bölgədə yaşayan bütün ingiloyların mənşəcə bir kökdən olmasını, 
onların azərbaycanlılarla sıx bağlı olduqlarını etnoqrafik, topono-
mik faktlar da sübut edir. Bölgədəki yaşayış evləri, milli geyimlər 
və yeməklər, əkinçilik və maldarlıq təsərrüfatı, ailə-məişət müna-
sibətləri, mənəvi mədəniyyətin elə bir məsələsi yoxdur ki, ümumi 
cəhətlər, eyniyyət müşahidə olunmasın” (104, s.35).  
Elə  bu  səbəbdəndir  ki,  mərhum  professor  Q.Cavadov  da 
QƏXTMT  (SMOMPK)  adlı  məcmuədə  əvvəlcə  A.F.Plotto  tərə-
findən  ingiloylar  haqqındakı  məqaləni  nəzərə  çatdırmış  və  ona 
münasibət  bildirərək  ingiloyların  gürcü  hesab  olunmasını  təəs-
süflə qeyd etmiş və bildirmişdir ki, ingiloyların gürcülərə heç bir 
dəxli yoxdur
1

Şəki Zona Elmi Mərkəzi “Folklor laboratoriyası”nın aparıcı 
elmi işçisi, fəlsəfə doktoru və folklor bilicisi olan Əli Süleymano-
vun  topladığı  bir  lətifə
2
 nümunəsi,  müəyyən  mənada,  bu  kimi 
fikirlərə  də  aid  edilə  bilər.  Lətifənin  məzmunu  belədir:  Kişmişin 
bol  və  ucuz  vaxtında  bir  kişi  bazara  gedib  bir  torba  kişmiş  alır. 
Kişi kişmişi gündə üç dəfə az-az, dənə-dənə yeyirmiş. Aradan çox 
keçməmiş  kişi  bir  də  torbanın  qoyulduğu  yerə  gələndə  görür  ki, 
torba yoxa çıxıb. Kişi çox pərt olur. Başlayır deyinməyə. Kişinin 
sonsuz  deyinməyini  görən  arvad  deyir:  “Ay  kişi,  nə  özünü 
öldürürsən? Kişmişdir də. Alarsan, yeyərsən”. Kişi deyir: “Arvad, 
                                                           
1
 Bax: 52; s.52  
2
 Bu  nümunə  Ə.Süleymanovun  “Babaların  hikmət  xəzinəsi  (Milli  azlıqların 
folkloru) Şəki-Balakən bölgəsi” kitabında və bir sıra digər məcmuələrdə özünə 
yer almışdır. 


 
41 
 
                                          
mən  kişmiş  torbasının  itməsinə  yanmıram,  ey!  Yanıram  ki,  mə-
nim dənə-dənə yediyim kişmişi oğru xaşma ilə yeyəcək”.  
Doğrudan da, əgər bu gün mənəvi və maddi sərvətimizə, bu 
sərvətimizin tərkib hissəsi olan milli varlığımıza, milli mənsubiy-
yətimizə sahib çıxmasaq, onlara yad əllər uzanacaq və artıq onlar 
bizimki  olmayacaqdır.  İstər  tarixi  abidələr,  istərsə  də  bölgə  əha-
lisinin yaratdığı söz örnəkləri birmənalı şəkildə sübut edir ki, on-
lar bu torpağın, bu yurdun daimi sakini, aborigen xalqıdır. 
İstər millət, xalq və etnik qrupların, istərsə də onların dilinin 
yaranması,  formalaşması  ilə  bağlı  müxtəlif  fikirlər,  az  inandırıcı 
olanlarından  başlamış,  ən  dəqiq  sübutlara  söykənənlərinə  qədər 
müxtəlif  əfsanələr,  rəvayətlər,  təxminlər,  elmi  fərziyyələr,  nəzə-
riyyələr  və  faktiki  dil  materiallarına  əsaslanan  elmi  mülahizələr 
şəklində  müxtəlif  mənbə  və  elmi  araşdırmalarda  qeyd  olunmaq-
dadır.  
Monoqrafiya  başlıca  olaraq  folklor  materiallarına  əsaslan-
dığına  görə  müxtəlif  folklor  janrlarına  aid  nümunələrdə  bu  mə-
sələlərlə bağlı irəli sürülən fikirlərə daha sonra nəzər yetirəcəyik. 
Burada  isə  dilin,  xüsusilə  də  Şəki-Zaqatala  regionunda  yaşayan 
xalqların və etnik qrupların dillərinin mənşəyi və keçdiyi inkişaf 
yolu  ilə  bağlı  həmin  sahənin  ən  aparıcı  mütəxəssislərinin  fikirlə-
rinə nəzər salmağı məqsədəuyğun hesab edirik. 
Hər şeydən əvvəl bunu qeyd edək ki, millət etnik baxımdan 
insan cəmiyyətinin ən inkişaf etmiş ali formasıdır. Milli dillər də 
millətlə  bir  yerdə  doğulmuş  və  inkişaf  prosesi  keçmişdir.  Hətta 
belə  bir  fikir  də  söyləmək  mümkündür  ki,  hər  bir  dil  aid  olduğu 
millətlə  bərabər  ictimai-tarixi  formasiyalardan  və  mərhələlərdən 
keçir.  Ən  ilkin  cəmiyyət  formaları  olan  tayfa  və  qəbilələrin  dili 
əksər halda az inkişaf etmiş,  yalnız şifahi ünsiyyətə xidmət edən 
tayfa  və  ya  qəbilə  dilləri  olur.  Belə  dillər  məişət  ehtiyaclarını 
ödəyəcək  qədər  leksik  vahidlərə  və  ən  bəsit  şəkildə  ünsiyyəti 
təmin edəcək qədər qrammatik imkanlara malik olur.  
Bu gün, yəni 21-ci əsrdə, dilimizdəki leksik vahidlərin ümu-
mi  sayının  yüz  minlərə,  qrammatik  qayda  və  normalarınsa  yüz-
lərlə olduğu bir zamanda bizim gündəlik həyatımızdakı aktiv lek-


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə