Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

 
27 
 
                                          
dünyəvi  dövlətdir”.  Bu  kimi  ümumbəşəri  dəyərlərə  malik  olan 
bir  xalqın,  yəni  dilindən,  dinindən  və  irqindən  asılı  olmayaraq 
bütün Respublika vətəndaşlarının bu məşhur kəlamı qürur hissi ilə 
təkrar etmək hüququ vardır: “Mən fəxr edirəm ki, Azərbaycan-
lıyam!”  
Azərbaycanın  çoxmillətli,  çoxdinli  və  çoxdilli  Şəki-Zaqa-
tala  regionu  əsl  tolerantlıq  və  multikulturalizm  məkanıdır.  Möv-
cud bölgədə  tolerantlığın və  multikulturalizmin kökünü, qeyd et-
diyimiz  kimi,  insanların  əski  inanclarında  və  adət-ənənələrində 
axtarmaq lazımdır. 
Şəki-Zaqatala regionu etnik – dini rəngarəngliyi  ilə seçilən 
bir ərazi olduğu üçün bu bölgədə yaşayan xalqların və etnik qrup-
ların  fоlklоr  örnəklərinin  nəşri  və  tədqiqi  daima  insanların  ma-
rağına səbəb olmuşdur.  
Məlumdur  ki,  Azərbaycanın  hər  bir  regionunda  fоlklоrun 
bütün janrlarından оlan örnəklər geniş vüsət tapmışdır. Bu örnək-
lər əsrlərin süzgəcindən keçmiş, regiоnal variantlarda sabitləşmiş-
dir. Hər bir regiоnda söylənən fоlklоr örnəklərinə həmin regiоnun 
möhürü vurulmuş, müxtəlif variantlı nümunələr meydana gəlmiş-
dir. Məhz buna görə də örnəklərin regiоnal baxımdan öyrənilməsi 
xüsusi əhəmiyyət kəsb edir. Belə axtarış və araşdırmalar əsasında 
vahid  fоlklоr  örnəklərinin  spesifik  xüsusiyyətləri,  mərhələ  və  tə-
şəkkül  prоsesləri barədə daha  оbyektiv qənaət  əldə etmək müm-
kündür. 
Əvvəlcə Azərbaycanımızın Şəki-Zaqatala bölgəsinin keçdi-
yi  tarixi  yola  nəzər  salaq.  Bu  bölgə,  qeyd  etdiyimiz  kimi,  rənga-
rəng  ərazisi,  təbiəti,  dini,  dili  ilə  həmişə  düşmənlərimizin  gözlə-
rini qamaşdırmışdır. Əraziyə yad əllər çox uzanmışdır. Lakin bu-
na  baxmayaraq,  bölgə  əhalisi  düşmən  qarşısında  daima  məğrur-
luq, dözümlülük, dəyanət nümayiş etdirmişdir. Yerli əhali ərəblə-
rin, rus qoşunlarının və s. düşmən qüvvələrinin hücumuna məruz 
qalmış və bu düşmən qüvvələrə rəşadətlə sinə gərmişlər. 
Şəki-Zaqatala  bölgəsi  tarixi  keşməkeşləri  olan  bir  ərazidir. 
Bu region tarixən tez-tez yadellilərin işğalına məruz qalmışdır ki, 
bu da özünü həm  yer,  yurd adlarında (Qıpçaq kəndi – Qax rayo-


 
28 
 
                                          
nunda, Ərəb-Şamlı kəndi – Qəbələ rayonunda, Qaxmuğal kəndi – 
Qax rayonunda, Bucaq kəndi – Oğuz rayonunda  (bax: 152, s.34-
40), həm də regiondan toplanmış örnəklərdə də özünü göstərmək-
dədir. 
Tarixdən bəllidir ki, “ta qədim zamanlardan müxtəlif istiqa-
mətli  karvan  yollarının  kəsişdiyi  torpaqları  özündə  birləşdirən 
Azərbaycan  ərazisinin  coğrafi  mövqeyi  bu  yerlərin  əsrlər  boyu 
köçəri  tayfa  və  xalqların  hücumuna  məruz  qalmasına  səbəb  ol-
muşdu. Aylar, illər, əsrlər biri digərini əvəz etmiş, müxtəlif dilli, 
ləhcəli  yaxın-uzaq tayfa və xalqlar hərə bir məqsədlə  yurdumuza 
gəlmiş,  əksəriyyəti  istədiyini  əldə  edəndən  sonra  geri  öz  elinə 
qayıtmış, bir qismi isə Azərbaycan torpağını məskən seçərək yerli 
əhali  ilə  qaynayıb-qarışmış,  buralarda  kök  salmışdı.  Çox  qədim 
zamanlardan  davam  edən  bu  proseslər  Azərbaycanın  uzun  əsrlər 
boyu mürəkkəb etnik tərkibini və mədəni simasını müəyyənləşdi-
rmişdir”  (38,  s.25-26).  Bu  tarixi  təlatümlər  Şəki-Zaqatala  bölgə-
sində yaşayan Azərbaycan türkləri ilə yanaşı, digər xalqlardan və 
etnik qruplardan da yan keçməmişdir.  
Məlum  olduğu  kimi,  milli  münasibətlərin  tənzimlənməsi 
prosesində ən zəif halqa milli və dini məsələlər hesab olunur. Ona 
görə  də  kənar qüvvələr tarixən insanların dini inanclarını  əllərin-
dən  almağa,  onu  zorla  dəyişdirməyə  çalışmış,  bəzən  qismən  də 
olsa, buna müvəffəq ola bilmişlər. Bu da onların həyat tərzinə öz 
güclü təsirini göstərmişdir. Məsələn, “Gel tayfalarının qədim dini 
inamları,  erkən  orta  əsrlərdə  digər  alban  tayfaları  kimi  onların 
arasında  xristianlığın  yayılması  və  hakim  dini  ideologiyaya  çev-
rilməsi,  xristian  monofizit  (antixalkidon)  və  diofizit  (xalkidon) 
məzhəbləri  arasında  mübarizə,  habelə  islam  dininin  qəbulu,  XIX 
əsrin  ortalarında  pravoslav  məzhəbli  Rusiyanın  Qafqazda  möh-
kəmlənməsi  ilə  əlaqədar  ingiloyların  yenidən  xristianlaşdırılması 
bu etnosun tarixi taleyində dərin iz buraxmışdır” (85, s.213).  
Fikrimizi daha aydın ifadə edə bilmək üçün dini zorakılıqla 
bağlı tarixi faktlara bir qədər də dərindən nəzər salaq. 
“Rusiya  hökuməti  Zaqatala  dairəsinin  ingiloy  əhalisinin 
pravoslavlığı  qəbul  etməsini sürətləndirmək üçün  tezliklə  ingiloy 


 
29 
 
                                          
kəndlərində pravoslav kilsələri tikməyə başladı. Özü də bu kilsə-
lər bəzən etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq, hətta 
islamı qəbul etmiş əhalinin kütləvi ziyarət yerlərində, habelə yerli 
əhalinin ən qədim inanc yerlərinin – Ay məbədlərinin olduğu 
yerlərdə  inşa  edilirdi...  Tikilən  kilsələr  içində  ən  mühümü  Kür-
mük kilsəsi
1
dir ki, ...qədim monastırın (qədim Alban monastrının) 
xarabalıqları  üzərində  tikilir.  Bu  monastır  bu  günə  kimi,  hətta 
müsəlman ingiloyların da böyük hörmət və ehtiramla yanaşdıqları 
müqəddəs yerdir” (130, s.7-14).  
Lakin dini baxımdan aparılan bu zorakılıqlara, yəni düşmən 
qüvvələrin bölgə əhalisinin qədim abidələrinə özlərinin yeni dam-
ğalarını vurmalarına baxmayaraq, abidələrin istər memarlıq üslu-
bu,  istərsə  də  arxeoloji  faktlar  bu  abidələrin  bölgə  əhalisinin  qə-
dim, əski inanc yerlərinin bariz nümunəsi olduğunu sübuta yetirir: 
“Xristianlığın  yayılmasının  ilk  illərində,  əsasən  daha  qədim  mə-
bədlər yenidən qurulurdu. Azərbaycanın Qəbələ, Qax və Zaqatala 
bölgələrindəki  nadir  dairəvi  məbədlər  bu  tarixi  gerçəkliyin 
parlaq  təsdiqidir.  Qəbələ  bölgəsinin  Böyük  Əmili  kəndi  yaxınlı-
ğındakı Kilsədağda Mitra (Günəş – kursiv bizimdir) Allahı (Mit-
ra
2
,  cəngavər  köçərilərin  və  dinc  əkinçilərin  Allahı  idi)  məbədi
3
 
mərkəzi gümbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir” 
(38; səh:139-140).  
                                                           
1
 Bir zamanlar XVIII-XIX əsrlərə aid edilən Kürmük məbədinin içərisində qazıntı 
işləri aparılarkən iki qəbir tapılıb. Qəbirlərdən biri müsəlman, digəri xristian qəb-
ri olub. Bu səbəbdən də hər iki dinin təmsilçiləri buraya ibadətə gəlir (bax: 251). 
2
 Hind mədəniyyətində 1) gündüz günəşi; 2) sədaqət və dostluq tanrısı (bax: 235). 
3
 “Qəbələ  rayonunun  Böyük  Əmili  kəndində  məşhur  abidə  -  IV-V  əsrlərə  aid 
“Kilsədağ” məbədi mövcuddur. Qədim Mitra məbədinin özülləri üstündə inşa 
edilmiş bu məbəd Kilsə  dağda Mitra Tanrısı məbədi mərkəzi gümbəzli,  ikiya-
ruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-
bərabər  tərəfli  12  guşəli  formada,  daxili  səthi  isə  10,4  m-lik  silindr  şəklində 
həll edilib. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu 
oynayırdı. Həmin sütunlar gümbəzli ikinci yarusun barabanını (gümbəzli dairə 
səmanın  –  Mitranın  rəmzi  idi)  saxlayırdı.  Şərq  fəsadı  səmtində  simmetrik 
surətdə  yerləşmiş,  plan  baxımından  dairəvi  olan  iki  otaq  –  Mitra  Tanrısının 
göstərilmiş iki mənasını nəzərə çatdıran səcdəgahlar var” (bax: 238). 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə