Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

 
36 
 
                                          
xalqlarının  həyatının  hər  bir  sahəsində  özünü  göstərməkdədir. 
Qeyd  etdiyimiz  kimi,  bu  bölgədə  istər  məbədlər,  istər  kilsələr, 
istərsə də məscidlər bu dinlərə sitayişin bariz göstəricisidir. Mad-
di mədəniyyət abidələrimiz həm də insanların lap qədimdən dost-
luq münasibətlərini özündə əks etdirir.  
“Tarixən Günəşə, Aya sitayiş
1
 edən udilər Albaniyanın baş-
qa  sakinləri  kimi  IV  əsrin  əvvəllərində  Suriyadan  keçmiş  mono-
fizit məzhəbli xristianlığı qəbul etmişlər. VII əsrdə Azərbaycanın 
ərəblər  tərəfindən  işğalı  ilə  əlaqədar  olaraq  ölkədə  yeni  din  – 
islam dini meydana gəldi. Lakin yerli əhalinin bir hissəsi, o cüm-
lədən  udilərin  dağlıq  ərazilərdə  məskunlaşan  hissəsi  islam  dinini 
qəbul  etməyib,  xristianlıqlarını  qoruyub  saxlamışlar”  (52,  s.211). 
“Udilər yeganə aborigen Azərbaycan xalqlarındandır ki, İslam di-
nini  qəbul  etməmişdir”  (53;  səh:  14).  “1836-cı  ildən  qriqoryan 
təriqətini  qəbul  etdikləri  üçün  bu  cəhəti  nəzərə  alan  bəzi  müəl-
liflər udiləri səhvən erməni saymışlar” (52, s.50).  
Müəllif  bu  fikri  qeyd  etdikdən  sonra  hansı  müəlliflərin 
məhz bu yanlışlıqlara yol verdiyini ətraflı şəkildə göstərərək udi-
lərin  ermənilərə  qətiyyən  aidiyyatı  olmadığını  sübuta  yetirməyə 
çalışmışdır  (52;  səh:  50-51):  “...Xristian  dinini  saxlamış  oldular. 
Bundan  istifadə  edən  erməni  kilsəsi  tədricən  udilərin  qriqoryan-
laşdırılması prosesinə başladı... udilərin hansı qədim dinə mənsub 
olması sualına cavab verməklə biz Azərbaycanın və ümumilikdə 
isə  Qafqazın  köklü  əhalisi  ilə  ermənilərin  heç  bir  əlaqəsi  olma-
ması faktını da açıqlamış oluruq” (52, s. 419). 
Müəllif udilərdən bəhs edərək qeyd edirdi ki, udilər məcburi 
şəkildə xristianlaşdırılmasına baxmayaraq, öz əski inanclarına eti-
qad  etməkdə  davam  edirdilər.  “Hətta  xristianlığı  qəbul  edəndən 
sonra  belə  udilər  özlərinin  bütpərəst  etiqadlarının  baş  səcdəgahı 
olan Aya sitayişi davam etdirirdilər. Xristian udilər indi də qədim 
dualarını  oxuyarkən  çox  vaxt  üzlərini  Aya  tərəf  çevirirlər”  (53, 
s.223).  
                                                           
1
 Əslində bu inanc bütün bölgə əhalisinə aiddir . 


 
37 
 
                                          
Alban-Udi  Xristian  Dini  İcmasının  sədri  Robert  Mobili 
“Udilər:  dil,  din  və  etnoqrafiya  kitabında  udilərin  Ayla  bağlı 
inanclarını  aşağıdakı  kimi  əsaslandırır:  “İndinin  özündə  də  xris-
tian udilər çox vaxt öz dualarını Aya ünvanlayırlar. Təsadüfi deyil 
ki,  bu  müqəddəsliyin  Alban-Udi  dilindəki  adını  “Xaş”  xaçın  adı 
və simvolu ilə əlaqələndirirlər. Udi dilində “xaşdesun”, “pul xaş” 
terminləri “xaç çəkmək” mənasında bu gün də işlədilir... kənddən 
kənarda  müqəddəs  yerlərə  gedirdilər.  Müqəddəs  Yelisey  kilsəsi, 
Müqəddəs Georgi ocağı, Komrat ocağı, Çotari ocağı
1
, Yalovlu tə-
pə ocağı, Bulun ocağı”; onların odla (ocaqla) əlaqəsi həmin adla-
rın etimologiyasından başqa formalarında da öz əksini tapır – yəni 
daş  yığını  və  üzərində  şam.  Fakt  olaraq  Ocağın  sakral  rolu  kil-
sələrdən daha üstün olub” (213, s.23). 
Çox  hörmətli  Robert  Mobili  “xaç”  sözünü  udi  dilindəki 
“xaş” sözü ilə bağlayır. Bizcə, bunu belə başa düşmək lazımdır ki, 
udi  dilində  işlənən  “xaş”  sözü  və  bu  sözün  iştirakı  ilə  işlənən 
“xaşdesun”,  “pul  xaş”  və  buna  bənzər  digər  ifadələrdəki  bu  söz 
udi dilinə məhz Azərbaycan dilindən keçmişdir. Çünki bunun ək-
sini təsəvvür etmək belə mümkün deyil. Belə ki, hal-hazırda təkcə 
Azərbaycanda  deyil,  bütün  Türk  dünyasında,  yəni  Türkiyə,  Öz-
bək,  Qazax,  Qırğız  türkcələrində  də  xaç  mənasında  məhz  “xaç”, 
“haç”  sözləri  və  ya  onun  müxtəlif  fonetik  variantları  işlədilir. 
Əgər  bir  anlığa  düşünsək  ki,  bu  söz  yaxın  təmas  nəticəsində 
Azərbaycan dilinə udi dilindən keçmişdir, o halda ortaya belə bir 
cavabsız  sual  çıxar:  Bəs  bu  söz  Türkiyə,  Özbək,  Qazax,  Qırğız 
türkcələrinə  necə  daxil  olmuşdur?  Bizcə,  “xaç”  sözünün  ilkin 
variantı  “haç”  şəklində  olub  “haça”  sözündən  əmələ  gəlmişdir. 
Yəni  “haça”  sözündəki  “a”  saitinin  düşməsi  nəticəsində  əmələ 
gəlmişdir. Sifət bildirən sözlərdə son saitin düşməsi ilə isim əmələ 
gəlməsi  və  ya isimlərə  müvafiq sait artırmaqla  sifətin  əmələ gəl-
məsi  türk  dilləri  üçün  xarakterik  bir  haldır.  Bizcə,  artıq  qeyd 
etdiyimiz  kimi  “xaç”  sözü  bu  gün  də  dilimizdə  işlənməkdə  olan 
“haça”  sözü  əsasında  formalaşmışdır.  Məlum  olduğu  kimi,  haça 
                                                           
1
 Bu məbəd hazırda fəaliyyət göstərən yeganə alban xristian məbədidir. 


 
38 
 
                                          
ağacın budaqlarının gövdəsinə birləşdiyi hissəyə deyilir. İstər iki, 
istər üç, istərsə də daha çox saylı budağın gövdəyə birləşməsi isə 
mahiyyətdə  heç  nəyi  dəyişmir  və  buna  da  haça  deyilir.  Bu  sə-
bəbdən  də  “xaç”  sözünün  “haça”  sözündən  əmələ  gəldiyini  dü-
şünmək daha doğru və məntiqidir.  
Müasir  türk  dilində  “xaç”  mənasında  məhz  “haç”  sözü  iş-
lənir.  Yəni  Türkiyə  türkləri  bu  gün  də  “xaç”  məqamında  “haç” 
sözünü işlədirlər. Bu da söylədiyimiz fikrin,  yəni  “xaç” sözünün 
“haça” sözündən əmələ gəldiyini bir daha sübut edir.  
Tədqiqatçı  –  araşdırmaçı  Araz  Qurbanov  da  xaçın  Tenqri, 
Humay  rəmzi,  haça,  aça,  aşa,  sarakay,  haç,  xaç,  aşamay,  elşən  - 
kosmoqonik  (kainatın,  dünyanın  yaranışı)  və  dini  inanclarla  əla-
qəli olduğunu qeyd etmişdir (123, s.94).   
Oğuz  rayonunda  Aya  baxanda  salavat  çəkmək  adəti  günü 
bu  gün  də  gündəmdədir.  Müəyyən  mənada  bu  inam  sadəcə  milli 
sərhədləri deyil, regional sərhədləri də aşmışdır. Yəni Oğuz rayo-
nunda  milli  mənsubiyyətindən  asılı  olmayaraq  bütün  bölgə  əha-
lisinin  Aya,  Günəşə  inamı  bu  gün  hələ  də  güclü  olduğu  kimi, 
həmin  inamın  izlərinə  Azərbaycanın  Qərb  rayonlarında,  xüsusilə 
də  Tovuz  rayonunun  Bozalqanlı,  Girzan,  Qaraxanlı  kəndlərində 
günü  bu  gün  də  rast  gəlmək  mümkündür.  Həmin  kəndlərdə  təzə 
doğmuş ayı görən ağsaqqallar və ağbirçəklər “Ay, bizi də təzələ” 
deyə dua edirlər.  
“Teleut  türklərində  bir  əfsanədə  “Ay  quzeyin  (şimalın), 
günəş isə güneyin (cənubun) simvolu idi.” Bu inanc göyün üst qa-
tında  duran  “Göy  qartalı”nın  duruşuna  görə  yaranmışdı.  Söylən-
diyinə görə bu qartalın sol qanadı ayı, sağ qanadı günəşi örtürdü. 
Bu duruma görə qartalın başı şərqə baxmalı idi. Bu duruş Türk 
mifologiyasına uyğun istiqamət idi. Bu əfsanəyə görə Ay qaranlıq 
və gecələr diyarı olan quzeyin, günəş isə aydınlığın hökm sürdüyü 
və gündüzlər diyarı olan güneyin simvolu idi... Göytürklər yönlə-
rini təyin edərkən üzlərini şərqə, yəni günəşin doğduğu istiqamətə 
döndərərlərdi. Altay bölgəsində  yaşayan Türk şamanlarının qapı-
ları  da  daima  şərqə  doğru  açılırdı.  Halbuki  normal  olaraq  Türk 
xalqları günəşi görə bilmək üçün qapılarını cənuba açardılar. Gö-


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə