Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

 
24 
 
                                          
deyil.  Olsa-olsa  onlara  aparan  yollardan  biri  və  ya  həmin  yolun 
başlanğıcıdır. 
Azərbaycan  mühitində  var  olan  sonsuz  demokratiyanın  və 
tolerantlığın  əsl  qaynağı  isə,  əsrlər  boyu  vətənimizin  yaşadığı  və 
yaşatdığı  tarixi  gerçəklərdir.  Dünyanın  elə  bir  ölkəsi  yoxdur  ki, 
tək bir xalqın vətəni olsun və orada demokratiya inkişaf etsin, ya 
da  ki,  tolerantlıq  mühiti  yaransın.  Məsələn,  üzdəniraq  qonşuları-
mız  olan  Ermənistanda  nə  demokratiyanın  inkişaf  etməsi,  nə  də 
ki, tolerantlıq mühitinin yaranması nəzəri cəhətdən belə, mümkün 
deyil.  Çünki  faşist  Almaniyasında  olduğu  kimi,  tək  bir  xalqın 
hegemonluğunu bərqərar etmək istəyən heç bir dövlətdə nə demo-
kratiya,  nə  də  tolerantlıq  mühiti  yarana  bilməz.  Belə  bir  mühitin 
yarana bilməsi üçün iki zəruri şərtin ödənilməsi vacibdir.  
Birinci  şərt ondan ibarətdir ki,  tolerantlığın və plüralizmin 
əsasını təşkil edən milli demokratiya, yəni ölkə ərazisində müxtə-
lif xalqların və etnik qrupların fiziki varlığı qəbul və təqdir edil-
məli və bu fakt  ölkədə aparılan dövlət  siyasəti ilə dəstəklənməli-
dir.  
İkinci şərt isə ondan ibarətdir ki, ölkə ərazisində yanaşı şə-
kildə mövcud olan xalqlar və etnik qruplar sayından, dilindən və 
dinindən  asılı  olmayaraq  bir-birinə  qarşı  xoş  məram  nümayiş  et-
dirməli və belə bir davranış tərzi ölkə qanunları ilə nizamlanmalı, 
tənzimlənməlidir.  
Məlum  olduğu  kimi  Azərbaycan  ən  qədim  dövrlərdən  baş-
layaraq bir çox xalqların və etnik qrupların ortaq vətənidir. Dilin-
dən,  dinindən,  irqindən  asılı  olmayaraq  bu  ölkəyə  gələn  hər  kəs 
burada  isti  ana  qucağı,  Vətən  tapmışdır.  İstər  bu  torpaqlara  nə 
vaxt  gəldiyi və  ya buralarda nə  vaxtdan  yaşamağa başladığı tari-
xin qaranlıqları altında qalan yəhudilər və dağ yəhudiləri, tatlar və 
lahıclar,  saxurlar  və  udilər,  talışlar  və  ləzgilər,  laklar  və  avarlar, 
ingiloylar və kürdlər, rutullar, eləcə də xınalıq, hapıt, qrız dilinin 
daşıyıcısı olan xalqlar və etnik qruplar kimi qədimi həmvətənlilə-
rimiz,  istərsə  də  nə  vaxt  və  hansı  səbəblərdən  buralara  köçürül-
düyü dəqiq bilinən ruslar və malakanlar, mesxeti türkləri, hətta ən 
son gələnlərdən biri olmasına baxmayaraq, bizə qarşı artıq ikinci 


 
25 
 
                                          
dəfə torpaq iddiasına düşən ermənilərə belə, bu diyarda hər zaman 
tam hüquqlu  vətəndaş  münasibəti göstərilmişdir. Biz qəti şəkildə 
əminik  ki,  Qarabağ  azad  olunduqdan  sonra  orada  yaşayacaq  er-
mənilərə,  yenə  də  eyni  münasibət,  Azərbaycan  Respublikasının 
tamhüquqlu vətəndaşı münasibəti göstəriləcəkdir. Çünki Azərbay-
can Respublikası yarandığı tarixdən bu günə qədər ölkə ərazisində 
müxtəlif xalqların və etnik qrupların fiziki varlığı daima qəbul və 
təqdir  edilmiş,  bu  fakt  ölkədə  aparılan  dövlət  siyasəti  ilə  həmişə 
dəstəklənmişdir. 
Hal-hazırda  Azərbaycan  Respublikası  ərazisində  yaşayan 
bütün xalqlar və etnik qruplar sayından, dilindən və dinindən asılı 
olmayaraq  bir-birinə  qarşı  xoş  məram  nümayiş  etdirir  və  həmin 
xalqların  bu  davranış  tərzi  ölkə  qanunları  ilə  tənzimlənir.  Azər-
baycan  Respublikası  ərazisində  yaşayan  bütün  xalqlara  və  etnik 
qruplara  dil  sərbəstliyi  və  tam  dini  azadlıq  verilmişdir.  Azərbay-
canda  istənilən  dildə  ibtidai,  orta  və  ali  məktəb  açmağa,  qəzet, 
jurnal  nəşr  etdirməyə,  radio,  televiziya  verilişləri  yayımlamağa 
qanunla  icazə  verilir.  Bu  gün  Azərbaycanda  Azərbaycan  dili  ilə 
yanaşı rus, ingilis, alman, fransız və s. dillərdə orta və ali məktəb-
lər fəaliyyət göstərir, bu və digər dillərdə qəzet,  və jurnallar nəşr 
olunur, radio, televiziya verilişləri yayımlanır.  
Ölkə  ərazisində  rəsmi  dövlət  dili  Azərbaycan  dilidir.  Bu-
nunla  belə  insanlar  arasında  ünsiyyəti  təmin  etmək  məqsədi  ilə 
istənilən dildən istifadə etməyə icazə verilir, ünsiyyət dili kimi hər 
hansı  bir  dildən  istifadəyə  məhdudiyyət  qoyulmur.  Azərbaycan 
ərazisində yaşayan bütün xalqlar və etnik qruplar öz ana dillərini 
unutmasınlar,  bu  dildən  aktiv  şəkildə  istifadə  edə  bilsinlər  deyə, 
həmin  xalqların  kompakt  şəkildə  yaşadığı  ərazilərdə  yerləşən  və 
bu  xalqların  övladlarının  təhsil  aldıqları  məktəblərdə,  dilin  pers-
pektivi nəzərə  alınması şərti ilə,  ya təhsil həmin xalqların öz dil-
lərində  aparılır,  ya  da  həftədə  ən  azı  iki  dəfə  öz  ana  dillərinin 
tədrisi və gənc nəslə öyrədilməsi təmin olunur.  
Məlum olduğu kimi, dilin perspektivi deyərkən ondan gələ-
cəkdə  istifadə  imkanı  və  potensialı  nəzərdə  tutulur.  Belə  ki,  yer 
üzündə  cəmisi  bir  kənd  qədər  əhalisi  olan  bir  dildə  ali  məktəb 


 
26 
 
                                          
açmaq, radio, televiziya verilişləri yayımlamaq, qəzet, jurnal nəşr 
etdirmək  heç  bir  perspektivə  malik  olmadığı  kimi,  həmin  dildə 
tam orta məktəb açmaq da heç bir perspektivə malik deyil. Çünki 
orta  təhsili  bu  dildə  başa  vuran  gənclərin  eyni  dildə  təhsilini  da-
vam  etdirmək  imkanı  olmadığı  kimi,  öz  kəndindən  kənarda  bu 
dildən  istifadə  imkanı  da  yoxdur.  Bu  səbəbdən  bir  kənd,  bir  qə-
səbə qədər əhalisi olan etnik qrupların öz dillərini unutmamaları, 
öyrənmələri  məqsədi  ilə  onların  kompakt  şəkildə  yaşadığı  əra-
zilərdə öz dillərini öyrənmələri üçün müvafiq şərait yaradılır, mə-
sələn, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərin övlad-
larının  təhsil  aldığı  məktəblərdə  öz  ana  dilləri  ən  azı  həftədə  iki 
dəfə tədris olunur. Eyni vəziyyət Zaqatala rayonunun, ingiloyların 
yaşadığı Əliabad kəndində, saxurların yaşadığı Suvagil kəndində, 
avarların  yaşadığı  Danaçı  (Dinçi)  kəndində  və  başqa  yerlərdə 
yerləşən  məktəblərdə  də  müşahidə  olunur.  Ümumiyyətlə,  Azər-
baycan  ərazisində  yaşayan  bütün  xalqların  və  etnik  qrupların  öz 
dillərini öyrənmələri üçün kifayət qədər şərait yaradılmışdır. 
Azərbaycan  Respublikasının  İsmayıllı  rayonunun  İvanovka 
kəndində, Gədəbəy rayonunun Saratovka kəndində, eləcə də Res-
publikanın müxtəlif rayonlarının rayon mərkəzlərində, Sumqayıt, 
Mingəçevir,  Gəncə,  Bakı  kimi  şəhərlərdə  rus  dilində  tam  orta 
məktəblər  fəaliyyət  göstərir.  Çünki  rus  dili  tam  perspektivi  olan 
ümumdünya dillərindən biridir. 
Azərbaycan Respublikası əhalisinin əksəriyyəti İslam dininə 
etiqad  edir.  Bununla  belə  ölkə  ərazisində  islam  dininə  məxsus 
icmalarla  yanaşı,  Bakı,  Sumqayıt  və  Gəncə  şəhərlərində,  Qax, 
Zaqatala, Balakən, Oğuz, Qəbələ, Quba və s. rayonlarda müxtəlif 
qeyri-islami  dinlərə  məxsus  20-dən  artıq  müxtəlif  dini  qurum, 
birlik və icma fəaliyyət göstərir. 
Bu kimi faktlar bir daha sübut edir ki, Azərbaycan Respub-
likası müxtəlif millətlərin və dinlərin qarşılıqlı dözüm və hörmət 
şəraitində  yaşadığı  tolerant  bir  dövlətdir  və  bu  dövlət  “multikul-
turalizmin beşiyi” adını daşımağa layiqdir. Məhz bu səbəbdəndir 
ki,  artıq  bütün  mötəbər  məclislərdə  fəxrlə  deyilir:  “Azərbaycan 
Respublikası  milli  və  dini  dəyərlərə  hörmətlə  yanaşan  sivil, 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə