Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   2   3   4   5   6   7   8   9   10   ...   54

 
20 
 
                                          
ulu dilin protodillərə bölünməsi və müxtəlif dillərin yaranması ilə 
bağlı məsələlər təhlil edilmiş, oxşar örnəklərin səbəbi aşkara çıxa-
rılmış, müxtəlif dilə, dinə mənsub olan insanların bir-birinə müna-
sibəti ön plana çəkilmiş, bölgədə yaşayan xalqların və etnik qrup-
ların adət-ənənələrində olan ortaq cəhətlər göstərilmiş, tolerant və 
multikultural  məkan  kimi  Şəki-Zaqatala  bölgəsinin  özünü  doğ-
rultması faktlarla qeyd edilmişdir.  
Şəki-Zaqatala  ərazisində  yaşayan  xalqların  və  etnik  qrup-
ların  nümayəndələrindən  tоplanmış  fоlklоr  örnəkləri  ilk  dəfə 
оlaraq məhz bu monoqrafiyada tam və sistemli şəkildə tədqiqata 
cəlb  оlunmuşdur.  Regiоnal  möhür  şəklində  meydana  çıxan  özü-
nəməxsusluq və оnu törədən səbəblər kоnkret nümunələr  əsasın-
da  nəzərdən  keçirildikdən sоnra həmin səbəblərin ən başlıcaları 
aşağıdakı kimi qruplaşdırılmışdır: 
1)
 
Regiоnun cоğrafi arealı, fauna və flоrası; 
2)
 
Bölgədə baş vermiş tarixi prоseslər;  
3)
 
Etnik amillər; 
4)
 
Din fərqi; 
5)
 
Dil  fərqi  (koloritli  dil  faktorları:  sözlərin  intonasiyası, 
spesifik lüğət vahidləri) və s. 
Verilən folklor örnəkləri üçün:  
1.  Azərbaycan  folkloru  antologiyası.  XIII  kitab  (Şəki, 
Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru); 
2. Azsaylı xalqların folkloru. I kitab; 
3.  Əli  Süleymanov.  Babaların  hikmət  xəzinəsi:  Milli 
azlıqların folkloru (Şəki-Balakən bölgəsi üzrə);  
4.  Akif  Məmmədli.  Balakən-Zaqatala  bölgəsi:  Tarixi 
еtnoqrafiyası;  
5.  Şirinbəy  Hacıəli  oğlu  Əliyеv.  İngiloylar  (tarixi-еtno-
qrafik tədqiqat) adlı namizədlik dissertasiyası;  
6.  Cuma  Gözbaraxlı.  Saxurlar  -  kitablarından  istifadə 
olunmuşdur. 
Kitabda  xüsusi  kodlaşdırma  sistеmindən  istifadə  olunmuş-
dur. İstinad edilən hər bir fikrin və ya nümunənin sonunda mötəri-


 
21 
 
                                          
zə  içərisində  onun  mənbəyini  göstərən  kod  işarələri  vеrilir,  mə-
sələn: 
Müraciət olunan hər bir  istinaddan və  ya nümunədən sonra 
onun mənbəyi (8, s.134-147) kimi kod şəklində göstərilir: burada-
kı rəqəmi – həmin mənbənin ədəbiyyat siyahısındakı sıra nöm-
rəsini göstərir (ədəbiyyat sıyahısında 8-ci mənbə Bəhlul Abdulla-
yevin “Haqqın səsi”. Bakı, “Azərnəşr”, 1989 kitabıdır), vergüldən 
sonrakı  s.134-147  onu  göstərir  ki,  bu  fikir  və  ya  nümunə  həmin 
kitabın 134-147-ci səhifələrindən alınmışdır. 
Kitabın sonunda rеgionu  əks еtdirən fotoşəkillər və folklor 
nümunələrinin toplandığı ərazilərin xəritəsi verilmişdir. 
 
 
 


 
22 
 
                                          
BİRİNCİ FƏSİL 
 
AZƏRBAYCAN MULTİKULTURALİZM VƏ 
TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN ƏYANİ 
GÖSTƏRİCİLƏRİ  
 
Azərbaycan  Respublikası  Amerika,  İngiltərə,  Almaniya, 
Fransa,  Rusiya,  Türkiyə,  Çin  kimi  nəhəng  dünya  dövlətləri  ilə 
müqayisədə  istər  ərazi,  istər  əhali  sayı,  istər  iqtisadi,  istərsə  də 
siyasi  və  hərbi  imkanları  baxımından  o  qədər  də  böyük  olmayan 
bir  dövlətdir.  Bununla  belə,  Azərbaycan  bir  çox  ilklərə  imza  at-
mış,  bu  günə  qədər  dünyada  analoqu  olmayan  ideyalar  irəli  sür-
müş və onların reallaşmasını təmin etmişdir. “Əsrin Müqaviləsi”, 
“Asan Xidmət”, “Azərbaycan Multikulturalizmi” məhz bu qəbil-
dən olan və sadəcə son illərdə həyata vəsiqə alan əsl Azərbaycan 
brendləridir.  
Belə uğurların səbəbini izah etmək istəyənlər bəzən məcazi 
mənada  belə  demişlər  ki,  “Azərbaycanın  torpağı  qızıldandır”, 
“Azərbaycan  möcüzələr  diyarıdır”,  hətta  “azərbaycanlılar  sehirli 
gücə  malikdir”  deyənlər  belə  vardır.  Amma  qeyd  etdiyimiz  kimi 
bunlar məcazi mənada deyilən sözlərdir.  
Bizcə,  Azərbaycana  bu  gücü,  bu  imkanı  verən  potensial  – 
tarixən onun təbiətində var olan sonsuz demokratiya və tolerantlıq 
və  ondan  doğan  multikulturalizmdir.  Söylədiyimiz  bu  fikir,  artıq 
məcazi mənada işlənmiş bir söz deyil, tam mənası ilə həyat real-
lığıdır. Bu reallığın mahiyyətini açmağa çalışaq.  
İnsan yarandığı gündən etibarən daima qida axtarışında olan 
bir varlıqdır. Müasir insanın qidası isə maddi və mənəvi olmaqla 
ikiyə  bölünür.  Çağdaş  insanlar  olaraq  bizlər,  artıq  maddi  qidada 
belə mənəvilik, gözəllik axtarırıq. Amma bu gözəlliyin məhz nə-
dən ibarət  olduğunu  müəyyənləşdirməkdə  çox vaxt  çətinlik çəki-
rik. Heç ağlımıza da gəlmir ki, axtardığımız bu gözəlliyin sirri elə 
onun adında gizlənib. 
Gözəllik anlayışının çox qəribə mahiyyəti var. İnsan hər nə 
ilə daimi təmasda olursa, bir qayda olaraq, məhz onu gözəl hesab 


 
23 
 
                                          
edir  və  ya  gözəlliyi  daima  təmasda  olduğu  əşyalar,  varlıqlar  ara-
sında  axtarır.  Bəlkə  də  elə  “gözəl”  sözünün  “göz”  və  “əl”  kimi 
hissələrdən ibarət olmasının da səbəbi budur. Yəni insan gözəl de-
yərkən  məhz  gözünün  önündə,  əlinin  altında  olan  əşya  və  var-
lıqlara  aid  cəhətləri,  xüsusiyyətləri  nəzərdə  tutur.  Elmi  cəhətdən 
sübut  olunmuşdur  ki,  “insan  sadəcə  təmasda  olduğu  əşya  və 
varlıqları  dərk  edir...”  və  təbii  ki,  burada  “təmas  deyərkən  hiss 
orqanlarından  hər  hansı  birinin  yardımı  ilə  gerçəklik  vahidi  ilə 
bağlı məlumatın alınması nəzərdə tutulur...” (bax: 70, s.104-105). 
Dilin psixologiyası ilə məşğul olan tədqiqatçıların qənaətinə görə 
“eyni gerçəklik vahidi ilə dəfələrlə təmasda olan şəxs həmin ger-
çəklik  vahidini  “parlaq  element”  kimi  kodlaşdıraraq  əsas  yadda-
şına qeyd edir...” (bax: 71, s.87).  
Bizcə, “gözəl” anlayışı, elə burada qeyd edilən “parlaq ele-
ment” anlayışı ilə eyni  mahiyyət daşıyır. Buna görə də gözəlliyə 
yaxın  olmağa  çalışan insan baxdığı, təmasda olduğu  hər bir var-
lıqda özünə tanış, doğma olan cəhətlər, xüsusiyyətlər axtarır. Biz-
cə, insanın gözəllik anlayışının təbiəti məhz bundan ibarətdir.  
Bu  deyilənlərin  doğruluğunu  isbat  etmək  üçün  böyük  elmi 
axtarışlara,  bəlkə  heç  ehtiyac  da  yoxdur.  Sadəcə  bunu  yada  sal-
maq  kifayətdir  ki,  ən  çox  sevdiyimiz  yeməklər,  elə  ən  çox  yedi-
yimiz və yeməyə adət etdiyimiz yeməklərdir. Ən xoşumuza gələn 
insan  tipləri,  daima  ətrafımızda  görməyə  alışdığımız,  bizə  yaxın, 
doğma  olan  insanlarda  gördüyümüz  fizioloji  və mənəvi  cizgilər-
dir. Ətrafımıza diqqətlə baxsaq görərik ki, evli cütlərin əksəriyyəti 
zahiri cəhətdən bir-birinə bənzəyir, bir çox məsələyə münasibətdə 
həmfikir olurlar. Onları bir-birinə tərəf çəkən, cəzb edən və yaxın-
laşdıran  cəhətlər  də  elə  bu  ortaq  xüsusiyyətlər,  ortaq  zövqlər  və 
ortaq gözəllik anlayışıdır. Bu kimi həyat reallıqları simvollaşaraq 
mənəvi  irsimizdə,  ədəbiyyatımızda, folklorumuzda öz  əksini tap-
mışdır, məsələn: “ərlə arvadın torpağı bir yerdən götürülür”, “tay-
lı  tayın  tapmasa,  günü  ah-vayla  keçər”  kimi  atalar  sözü  və  mə-
səllərimiz  bu  deyilənlərin  parlaq  nümunəsidir.  Amma  bu  deyilən 
fikirlər  və  verilən  nümunələr  hələ  ki,  nə  sonsuz  demokratiyanın 
və tolerantlığın, nə də ki, onlardan doğan multikulturalizmin şərhi 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə