Mətanət yaqubqizi azərbaycan folklorunda tolerantliq və multikulturaliZM



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix04.11.2017
ölçüsü0,54 Mb.
#8263
1   2   3   4   5   6   7   8   9   ...   54

 

 
                                          
lətlərin və dillərin bir kökdən yarandığı bildirilir. Dördüncü müla-
hizədə  isə,  ilkin  mərhələdən  etibarən  millətlərin  və  dillərin  müs-
təqil,  müstəqim şəkildə yaranmış  olduğu  qeyd edilir. Həmin mü-
lahizələri ayrı-ayrılıqda nəzərdən keçirək. 
Birinci mülahizəyə görə ilk insanlar və onların dili Allah tə-
rəfindən yaradılıb
1
. Onlardan törəyən bəşər övladları tədricən bü-
tün  dünyaya  yayılıb.  Ayrı-ayrı  yerlərdə  bir-birindən  təcrid  olun-
muş şəkildə yaşayan insanların həm fizioloji quruluşunda (dərisi-
nin rəngi, gözünün quruluşu, saçının forması və s.), həm də dillə-
rində müəyyən fərqlər yaranıb. Bu fərqlər artdıqca bir kökdən gə-
lən insanlar müxtəlif xalqlar kimi, onların dili isə fərqli dillər kimi 
qəbul olunmağa başlayıb. 
İkinci mülahizə də mahiyyətcə birincidən az fərqlənir. Belə 
ki,  bu  mülahizəyə  görə  ilk  insanlar  da,  onların  dili  də  kosmosda 
yaranıb və bundan sonra həmin insanlar Yer adlı bu planetə kos-
mosdan  gətiriliblər
2
.  Onlardan  törəyən  insanlar  tədricən  bütün 
dünyaya  yayılıb.  İnsanların  fizioloji  quruluşunda  və  dillərində 
müəyyən fərqlər yarandıqca onlar müxtəlif dillərdə danışan fərqli 
xalqlar kimi  qəbul  olunmağa başlayıb.  Son dövrlərdə  bu mülahi-
zənin  tərəfdarları  sürətlə  artmaqdadır.  Materiyanın  informasiya 
forması,  Kainatla bağlı bütün  informasiyanın  mühafizə olunduğu 
                                                           
1
 Bu haqda Quran təfsirlərində, eləcə də İslam dininə aid mənbələrdə; Tövrat 
şərhlərində və Yəhudi dininə aid mənbələrdə; İ.A.Qluxovun “Bibliya tarixi” və 
Arximandrit  Venediktin  (Knyazyevin)  “Pravoslav  Katexizisi”  kitablarında, 
eləcə də Xristian dininə aid digər mənbələrdə kifayət qədər məlumat var. Hər 
üç  müqəddəs  kitabda  ilk  bəşər  övladları  olan  Adəm  və  Həvvanın  (Adam  və 
Yevanın)  Allah  tərəfindən  yaradıldığı  və  bütün  canlılara  ad  vermək 
səlahiyyətinin və qüdrətinin məhz Adəm peyğəmbərə verildiyi qeyd olunur.  
2
 Hindistanda  və  Yunanıstanda  qədim  məbədlərin  divarlarında,  eləcə  də 
müxtəlif  mənbələrdə  skafandr  və  müasir  kosmonavtların  geyiminə  bənzər 
geyimdə  olan  insan  rəsmləri,  uçan  aparat  görüntüləri,  həmçinin  ən  müasir 
kranların  belə  qaldırmaq  imkanında  olmadığı  böyük  daş  bloklardan  tikilmiş 
Misir ehramlarının, Çin və Hindi-Çin ərazisindəki məbədlərin, qeyri-adi gücə 
və  hətta atom  enerjisinə  malik  olduğu  iddia  edilən  Qədim Atlantların,  bu  gün 
də  sirri  açılmayan  Bermud  üçbucağının,  İngiltərədəki  Stounhenç  abidəsinin 
varlığı bu mülahizənin sübutu kimi təqdim olunur. 


 

 
                                          
“akaşa  xronikası”  və  “matritsa”  kimi  anlayışlar,  insan  şüurunun 
onlarla  təmas  potensialı  məsələsi
1
 son  zamanlar  tez-tez  gündəmə 
gəlməkdədir. Hətta bu gün “uçan boşqab”larda gəldiyi  iddia edi-
lən və çox zaman “yad planetlilər” adlandırılan kosmos sakinləri-
nin  qədim dövrlərdə  İlah və  ya Allah kimi  qəbul olunduğunu id-
dia edənlər belə vardır. Bu mövqedən yanaşdıqda birinci və ikinci 
mülahizələrin mahiyyətcə birləşdiyini də söyləmək mümkündür.  
Üçüncü  mülahizəyə  görə  ilk  insanlar  Yer  adlı  bu  planetdə 
heç  bir  kənar  müdaxilə  olmadan  növlərin  dəyişməsi,  tarixi  təka-
mül  və  təbii  seçmə  yolu  ilə  yaranıblar
2
. Əslində dördüncü müla-
hizənin  də  əsasında,  müəyyən  mənada  bu  ideya  dayanır.  Amma 
üçüncü mülahizənin özünəməxsus cəhəti məhz ondan ibarətdir ki, 
bu mülahizəyə görə insanlar “bir konkret məkanda”  yaranmışdır. 
Daha  sonra  onlardan  törəyən  insanlar  tədricən  bütün  dünyaya 
yayılmışdır. Təcrid olunmuş şəkildə yaşayan insanların həm fizio-
loji quruluşunda, həm də dillərində müəyyən fərqlər yaranmışdır. 
Bu fərqlərin artması onların müxtəlif dillərə məxsus fərqli xalqlar 
kimi  qəbul  edilməsinə səbəb olmuşdur. Bütün  sovet  antropologi-
yasının və dilçilik elminin, eləcə də müasir Azərbaycan Respubli-
kasının əksər tədqiqatçıları öz araşdırmalarında başlanğıc nöqtəsi 
kimi məhz bu ideyaya, bu mülahizəyə əsaslanırlar.  
Dördüncü mülahizəyə görə ilk insanlar Yer adlı bu planetdə 
kosmik  və  ya  İlahi  müdaxilə  potensialı  və  ehtimalı  da  nəzərə 
alınmaqla növlərin dəyişməsi, tarixi təkamül və təbii seçmə yolu 
ilə müxtəlif məkanlarda paralel şəkildə yaranmışdır. Yəni onların 
irq, növ, dil kimi faktorlarında var olan fərqlər ilkin yaranış və ya 
yaradılış  anından  etibarən  artıq  mövcud  olmuşdur.  Daha  sonra 
onlardan törəyən insanlarda bəzi fərqlər daha da artmışdır. Amma 
bununla  birlikdə  müxtəlif  təmaslar  nəticəsində  onlarda  ortaq 
elementlər, ümumi cəhətlər də əmələ gəlmişdir.  
                                                           
1
 Daha  ətraflı  bax:  Mayıl  B.Əsgərov.  Linqvopsixologiya  və  ya  dilin  psixolo-
giyası. Bakı, “Elm və təhsil”, 2011, s. 256-260.  
2
 Ç.Darvin,  İ.Seçenov,  İ.Pavlov  kimi  alimlər  bu  mülahizənin  ideya  ataları  he-
sab olunurlar. Darvinin fikrinə görə insanlar bioloji bir varlıq kimi xüsusi növ 
meymunlardan əmələ gəlmişdir.  


 

 
                                          
Bu mülahizənin həm antropologiya, həm də dilçilik sahələri 
üzrə  kifayət  qədər  tərəfdarları  vardır.  Bəzən  milli  ekstremizmə 
qədər  aparıb  çıxaran  seçilmiş  xalq  (yəhudi  dininə  aid  bəzi 
təriqətlərdə), seçilmiş irq (alman faşizmi) ideyalarının kökündə də 
məhz bu mülahizə dayanır.  
Mətanət  Yaqubqızı  Azərbaycan  mühitində  tarixən  var  olan 
multikulturalizmin  köklərini  araşdırarkən  ilk  növbədə  həmin  re-
gionda yaşayan xalqların və etnik qrupların keçdiyi tarixi şəraitə 
və yola nəzər salır. Haqlı olaraq belə bir qənaətə gəlir ki, bu mü-
hitdə  yaşayan  heç  bir  xalq,  heç  bir  etnik  qrup  vahid  tolerant  və 
multikultural  Azərbaycan  xalqından  fərqli,  ayrı  və  əlahiddə  bir 
xalq, bir topluluq ola bilməz. Dilindən, dinindən və irqindən asılı 
olmayaraq hər bir respublika vətəndaşı bölünməz Azərbaycan xal-
qının nümayəndəsidir, bu vahid xalqın ayrılmaz tərkib hissəsidir.  
Mətanət  Yaqubqızının  bu  fikri  qloballaşma  şəraitində  dil, 
din və irqlərin gələcək inkişaf perspektivləri ilə, daha dəqiq desək, 
bəşəri  demokratiya,  qarşılıqlı  dözüm  və  tolerantlığın  yaratdığı 
ideal mühitdə reallaşan qloballaşma ilə bağlı mövcud olan nəzəri 
mülahizələrlə üst-üstə düşür. Əvvəlcədən qeyd edək ki, reallaşma 
müddəti  və  mexanizmi,  mövcud  olan  siyasi-iqtisadi  və  sosial-
psixoloji  şərait  baxımından  dil,  din  və  irqlərin  qloballaşması  ilə 
bağlı çoxlaylı nəzəri fikir və mülahizələr mövcuddur. Biz onların 
hamısını  deyil,  sadəcə  Mətanət  Yaqubqızının  bu  monoqrafiyası-
nın əsas ideyasına uyğun gələn tək bir mülahizəni, yəni bəşəri de-
mokratiya, qarşılıqlı dözüm və tolerantlığın yaratdığı ideal şərait-
də dil, din və irqlərin qloballaşması mülahizəsini nəzərdən keçir-
məyi məqsədəuyğun hesab edirik.  
Həmin mülahizənin əsas mahiyyəti bundan ibarətdir: sayın-
dan, iqtisadi vəziyyətindən və siyasi mövqeyindən asılı olmayaraq 
bütün xalqların nümayəndələrinə eyni dərəcədə ədalətli davranan 
bəşəri  demokratiya,  qarşılıqlı  dözüm  və  tolerantlıq  şəraitində 
müxtəlif  irqlər,  dillər  və  dinlər  daimi  qarşılıqlı  təmasda,  iç-içə 
olur.  Belə  bir  ideal  mühitdə  müxtəlif  irqlərin  nigahı  metis  və  ya 
mulatların  törəməsi  ilə  nəticələndiyi  kimi,  fərqli  dillərin  və  din-
lərin təması da qlobal dillərin və dinlərin yaranması ilə nəticələnə 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə