Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
142
ÇİÇƏKLƏNSİN ONOMASTİKA
Oqtay Rzanın Afad müəllimə həsr etdiyi şeir belə
ad lanır: “Səsi yurd harayı, Vətən səsidir”. Cəmi 4 bənd-
dən ibarət bu şeirin ümumi ruhundan, semantik tutu-
mundan açıq-aydın müşahidə edilir ki, şair vəsf et diyi
qəhrəmanını daha yaxından tanıyır. Bu da tə sa düfi de-
yil. Belə ki, Afad Qurbanovun sağlığında şair Oq tay Rza,
demək olar ki, hər gün onunla görüşər, müx təlif mövzu-
larda söhbətlər apa rar dı... Heç şüb hə siz ki, həmin şeirin
təbii və canlı alınmasında bu mo tivin rolu danılmazdır.
“Səsi yurd harayı, Vətən səsidir” şeirinin birinci bən-
dində Afad müəllimin alimliyi deyil, məhz müəllimliyi qa-
bardılır. O, min-min tələbənin müəllimi, keçmiş APİ-nin
ür fan (bilik, ka mal, maarif...) çırağı kimi vəsf edilir:
Dərs deyib sevdiyi məzunlar min-min
Artıb hərarəti, odu qəlbinin:
Ürfan çırağıdır keçmiş APİ-nin
AFAD MÜƏLLİM!
Azərbaycan dilçiliyində, ümumən türkologiyada
“Ono mas tika”, xüsusən də “Azərbaycan Onomastikası
Mək tə binin ba nisi” dedikdə yada məhz Afad Qurbanov
düşür. Tə sadüfi de yil ki, haqqında bəhs etdiyimiz şeirin
ikinci bən dində də da ha çox Afad müəllimin bu keyfiyyəti
– möh təşəm zəka sahi bi nin mil lə tinə ömürlük bağlanması,
Ono mastikanın çiçəklənmə si yo lun da bütün gücü ilə çalış-
ması kimi cəhətləri qabardılır:
Ömürlük bağlanıb millətə, xalqa,
Bu böyük istedad, möhtəşəm zəka.
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
143
Deyir: – Çiçəklənsin onomastika...
AFAD MÜƏLLİM!
Bəllidir ki, Afad Qurbanov çoxşaxəli elmi yara dı cılığa
malik bir dilçi kimi dilimizin inkişafı və saflığı uğ runda
daim ça lışıb. Bu mənada Oqtay Rzanın onu “Ana di li mizin
keşik çi sidir” deyə təqdim etməsi təəccüb do ğurmur, ək-
sinə, olduqca təbii qarşılanır:
Səsi yurd harayı, Vətən səsidir,
Şöhrət abidəsi, Qorqud irsidir.
Ana dilimizin keşikçisidir
AFAD MÜƏLLİM!
Şeirin sonuncu bəndində bütün varlığı ilə xalqına
bağ lı olmuş Afad Qurbanovun akademikliyinə işarə edilir,
da ha doğ rusu, o yorulmaq bilməyən bir elm adamı, aka-
demik kimi tə rənnüm edilir:
Məramı mahala, elə köməkdir,
Güc, ilham mənbəyi halal əməkdir.
Yorulmaq bilməyən akademikdir
AFAD MÜƏLLİM!
Oqtay Rza Afad müəllimin obrazını yaradarkən dili mizin
bü tün imkanlarından, xüsusən də “ömürlük bağlan maq”, “qəl-
binin hərarəti artmaq” kimi frazeoloji vahid lə rindən məha rətlə
is tifadə etmiş, eyni zamnda yaratdığı al literasiyalar (m-m-m.
Dərs deyib sevdiyi məzunlar min-min...), assonanslar (incə sait-
lərin assonansı. Vətən səsi, di li mizin keşikçisi...), epitetlər (möh-
təşəm zəka...), meto nimiyalar (çiçəklənsin onomastika...) və di-
gər vasitələrlə poetik mənanı qüvvətləndirməyə çalış mış dır.
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
144
ŞİRİNDİ ALİM QİSMƏTİ
Zəki İslamın yaradıcılığında Afad Qurbanova həsr
olunmuş iki şeirə rast gəlinir: “Var”, “100 dilər”. Şair bun-
lardan birincisini 1995-ci ildə, ikincisini isə 1999-cu ildə ya-
zıb. Hətta ikinci şeirin yazılma tarixi və səbəbini də də qiq-
liklə göstərib: “100 dilər”. Akademik Afad Qur ba novun 70
il liyinə həsr edirəm. Zəki İslam. Bakı, 10 yan var 1999-cu il”.
Üç bənddən ibarət “Var” şeirində müəmmadan (hərf
və rə qəmlərdə ifadə olunan klassik şeir formalarından biri;
mən zum tapmaca) istifadə olunduğu üçün hər üç bəndi
ar dıcıl ola raq təqdim etməyi zəruri hesab edirik:
Ara-axtar, tarixləri yada sal,
Fərasətdə böyük xalqım, elim var.
Atam, babam mənliyini atmayıb.
Tanı məni, eralarda əlim var.
Qayaların sinəsini oxu bax,
Unudulmaz qılınc, qalxan, oxu bax.
Rəbbim qismət özü verib oxu bax,
Bəxtiyaram, dildə bəmim, zilim var.
Ana dilim anam kimi dünyada,
Nizamdı Afata, qurbanam ada.
Oğul olan mənlik verməz bir yada,
Vermərəm, Zəkiyəm, sərbəst dilim var.
Şeirdə xalqımızın qədimliyi, müdrikliyi, böyüklüyü,
mən liyini yadlara satmayan olduğu obrazlı şəkildə canlan-
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
145
dı rılıb. Ana dilimizin zənginliyi isə “Ana dilim anam kimi
dün yada” tip li misralarla tərənnüm edilib. Şairin alim qəh-
rəmanı Afad Qur banov da məhz xalqının əsrlərdən sü zülüb
gələn dilini sevə-sevə araşdırır, eyni zamanda onun in kişafı
və zənginləşməsi uğrunda yorulmaq bilmədən çalışır.
Qeyd etdiyimiz kimi, “Var” şeiri müəmma for ma sın-
dadır. Həmin müəmmanın izahı isə belədir: misraların əv-
vəlindəki ilk hərflər ardıcıl sıralanaraq oxunduqda birbaşa
“Afat Qurbanov” antroponimik modeli alınır, yəni gizlə-
dilmiş şəkildə ifadə edilmiş ad açıq-aydın şəkildə görünür.
Əlavə edək ki, Zəki İslam “Var” şeirinin sonunda belə bir
qeyd verib: “Mis raların birinci hərfləri ilə Afat Qurbanov
oxunur”. Deməli, şair yaratdığı müəmmanın açılışını da ve-
rib. Bu da maraqlıdır ki, şair müəmmadan istifadə et mək lə
yanaşı, üçüncü bəndin ikinci misrasında (Nizamdı Afa ta,
qurbanam ada) “Afat” əsl şəxs adını işlədir, sonra isə “qurba-
nam ada” ifadəsini verir. Heç şübhəsiz ki, “Afad Qur banov”
modelindəki “Afad” adı ikinci mis rada əsl şəxs adı (Afat),
“Qurbanov” soyadı isə apelyativ (qur ban – qur banam ada)
kimi verilib. Fikrimizcə, şairin bu cür for ma lar dan istifa-
də etməsi onun Afad müəllimə olan sonsuz mə həb bəti ilə
bağlıdır. Şair poetik mənanı qüvvətlən dir mək üçün digər
vasitələrdən də istifadə edib. Məsələn, as so nanslar (qa lın
saitlərin assonansı. Unudulmaz qılınc, qal xan, oxu bax...),
zəngin qafiyələr (əlim-zilim-dilim), “var” sözünün rədif ki-
mi işlədilməsi, təşbehlər (Ana dilim anam kimi dünyada...),
frazeoloji vahidlər (yada salmaq, mənliyini atmaq...)...
Zəki İslamın “100 dilər” şeiri də müəm ma forma sın-
da dır. Üç bənddən ibarət bu şeirdə də mis ra ların əvvəlin-
də ki ilk hərfləri ardıcıl sıralayaraq oxuduqda məhz “Afat
Qurbanov” antroponimik modeli alınır.
Dostları ilə paylaş: |