Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə31/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
108
–  A.Qurbanovun  fikrincə,  Azərbaycan  dilinin  tarixi-
ni,  onun  inkişafını,  təkamül  və  zənginləşmə  yolları-
nı araş dır  maqda yazılı abidələr müstəsna əhəmiyyət 
kəsb edir;
–  alim  milli  mətbuatın  ədəbi-bədii  dilimizin  inki şa fın-
da kı rolundan danışarkən daha çox onların müasir lə-
rinin – H.Zər da bi və C.Məmmədquluzadənin bu sa-
hə dəki  fəaliyyətini  dilimizin  təkamülündə  müəyyən 
mərhələ kimi nəzərdən keçirir...
Buraya  qədər  təqdim  etdiklərimiz  A.Qurbanovun 
həm də dil tarixçisi olduğunu sübut edir. 
Afad  Qurbanovun  tədqiqatlarında  nitq  mədəniyyəti 
mə sə lələri də xüsusi yer tutur. Belə ki, o, nitq mədəniyyə-
ti ilə bağlı bir neçə məqalə çap etdirib: “Şagirdlərin yazılı 
və şifahi nitq lə rin dəki yerli şivə qalıqlarına qarşı mübarizə 
(1956); “Nitq mə də niyyəti problemləri və Azərbaycan dil-
çiliyinin vəzifələri” (1988)..., 1987-ci ildə “Azərbaycan nitq 
mədəniyyəti  məsə lə ləri”nə  dair  konfrans  keçirib,  eyni 
zamanda  “Azərbaycan  nitq  mədəniyyəti”  fənni  ilə  bağlı 
proq ram çap etdirib... Filologiya üzrə elmlər doktoru Hə -
cər Hüseynovanın “Professor A.Qur banov və nitq mə də-
niyyəti problemləri” adlı məqaləsi də məhz bu mən bə lə rə 
istinadən yazılıb.
A.Qurbanov  nitq  mədəniyyəti  məsələlərinə  həsr  et-
diyi əsərlərində nitq və dilin münasibəti, dilin ictimai, nit-
qin fərdi xüsusiyyətləri, mədəni nitq üçün düzgünlük və 
kamilliyin əsas olması kimi məsələlərdən geniş və sistemli 
şə kildə bəhs edib. Həcər Hüseynova da alimin yaradı cılı-
ğın dakı bu istiqamətlərin hər birinin ən səciyyəvi cəhət lə-
rin dən söz açır: “Görkəmli alim düzgün nitqdən danı şar-
kən onun on normasına: fonetik, orfo epik, leksik, ono mas-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
109
tik,  semantik,  frazeoloji,  derivatoloji,  mor foloji,  sintaktik 
və üslubi normalara əməl etməyin zəruri ol du ğunu qeyd 
et mişdir. O, kamil nitq üçün nitq vasitələrindən yer li-ye-
rin də istifadə olunmasını əsas şərt hesab edir, dəqiq, zən-
gin, aydın, təmiz, məntiqi, yığcam, ifadəli, təsirli nitqi ka-
mil nitq adlandırır”. 
Məqalənin sonunda belə bir fikir ifadə olunub: “Nitq 
mə də niyyətinin  tədrisi,  nitq  mədəniyyətinin  səviyyəsi-
nin  yüksəl dil məsi  ilə  bağlı  bir  sıra  problemlər  mövcud-
dur”. Qeyd edək ki, hal-hazırda bu problemlərin bir qis-
mi öz həllini tapıb. Son illərdə “Nitq mədəniyyəti” fənni 
ilə  bağlı  çap  olunmuş  çoxlu  say da  proqram,  dərslik  və 
dərs vəsait ləri, xüsusən də bu fənnin ali məktəblərimizin 
bütün  fakül tələrində  tədris  olunması  da  de diklərimizi 
 arqumentləş dirir.
Professor Sayalı Sadıqova “Prof. Afad Qurbanovun 
əsərlərində nəzəri dilçilik problemlərinin tədqiqi” adlı mə-
qa   lə sinin giriş hissəsində əvvəlcə alimin çap olunmuş san-
ballı  əsər lərindən  bir  neçəsinin  adını  çəkir:  “Azərbaycan 
ədə bi  və  da nı şıq  dili”  (1965),  “Müasir Azərbaycan  ədəbi 
dili” (1967), “Ümu mi dilçilik”, I və II hissələr (1988, 1993), 
“Po etik  onomas tika”  (1988),  “Azərbaycan  dilinin  ono-
malo giyası”  (1988),  “Azərbay can  onomastika  məsələləri” 
(1986), “Dünyanın dil ailələri” (1994), “Müasir Azərbay can 
ədəbi dili”, I hissə, (2003), “Azər bay can dilçiliyi prob lem-
ləri”, I cild (2004)... Sonra isə bu əsərlərdə dilçilikdə ak tual 
məsələlər,  problemlər,  elmi  anlayışlar,  də qiq ləş di rilmiş 
dil  və  dilçilik  tarixi  ilə  əlaqədar  yeni  təsniflər  ve ril diyini 
diqqətə çatdırır. Bir növ, öz məqaləsində bəhs edə cəyi mə-
sələlərin ilkin konturlarını göstərməyə çalışıb ki, bu da tə-
bii qarşılanır.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
110
Məqalədə A.Qurbanovun dilçilik problemləri ilə bağ lı 
söylədiyi ən əsas fikirlərə münasibət bildirilir, fikir mü ba-
diləsi aparılır, həm də ən kiçik detal belə ümumi dilçilik 
kontekstində  izah  olunur.  A.Qurbanovdan  gətirilmiş  bir 
sitata diqqət yetirək: “Dünya elmlərinin təsnifinə XIX və 
XX əsərlərdə maraq daha güclü olmuşdur. Dünya elmi ta-
rixindən məlum olur ki, XIX əsrdə onlarca təsnif irəli sü-
rül müşdü. XX əsrdə isə, demək olar ki, dünyanın elmi tə-
rəq qiyə malik olan bütün ölkələrində bu problemlə məşğul 
olmuşlar. Lakin çox təəssüflər olsun ki, hələ indiyə qədər 
problemlə bağlı tam ümumməqbul təsnif müəy yən ləşdiril-
məmişdir”.  S.Sadıqova  alimin  bu  fikrinə  münasibət  bil-
dirərkən göstərir ki, A.Qurbanov Azərbaycan dilçiliyinin 
in kişaf vəziyyəti və onun perspektivlərini müəyyənləş di-
rər kən elm və onun xüsusiyyətləri, elmin yaranması mə-
sələləri, dil çiliyin iki – linqvistik və fəlsəfi nəzəri əsas üzə-
rində təşəkkül tap ması, elmlərin təsnifi problemi, dilçilik 
ta rixinin  müəy yən ləşdirilməsi  tarixinə  aydınlıq  gətir miş-
dir.  Bu  qarşılaşdırma  S.Sadıqovanın  şərhlərinin  elmi  və 
inandırıcı olduğunu açıq-aydın şəkildə göstərir.
S.Sadıqovanın təhlillərində Afad Qurbanov və nəzə-
ri dil çi lik problemlərinin tədqiqi məsələləri geniş şəkildə 
işıqlan dı rılıb. Onlardan bəzilərinə nəzər salaq:
–  A.Qurbanov ümumi dilçiliyin, eyni zamanda tür ko lo-
ji dilçiliyin inkişaf dövrlərini müəyyənləşdirib;
– 
o, Altay  dilləri  ailəsində  olan  dillərin  64  faizini  türk  dil-
lərinin təşkil etdiyini xüsusilə vurğulayıb. Həmçinin Al tay 
dilləri ailəsində 23 türk dili olduğunu qeyd etmiş, onları ta-
rixi inkişaf və linqvistik əlamətlər əsasın da beş yarım qrup-
da – oğuz dilləri, qıpçaq dilləri, bulqar dil ləri, qarluq dil ləri, 
tukyuy dilləri yarımqruplarına bö lərək təsnif et mişdir;


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə