Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə29/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
100
Alimin çoxsaylı əsərləri sırasında “Kurator və tələbə” 
əsəri də diqqəti cəlb edir. Qeyd edək ki, bu gün ali mək-
təb sis temində kurator vəzifəsi olmadığı üçün həmin əsər 
yal nız  Azər baycan  pedaqogikası  tarixi  baxımından  əhə-
miy  yət lidir.  M.İl yasova  görə,  pedaqoji  nəzəriyyə  və  qa-
baqcıl təc  rübəyə istinad edilərək yazılmış bu əsər akade-
mik  qruplarda  aparılan  tərbiyə  iş lərinin  əsas  məzmunu, 
istiqamətləri, for ma və metodları ha q qın da ətraflı təsəvvür 
yaradır... A.Qur banovun ali məktəb pe da qo gikası ilə bağlı 
olan əsərləri sistemli şəkildə tədqiqini gözləyir...
“Afat Qurbanov 70” kitabının II hissəsi belə bir baş lıq 
al tında təqdim edilib: “Professor Afat Qurbanov haq  qında 
ürək sözləri və təbriklər”. Burada Afad Qur ba nov barədə 
ürək  söz ləri  söyləmiş  müəlliflərin  hər  birinin  ya zısından 
cəmi bir cümləni eynilə xatırlatmaqla kifa yətlənəcəyik:
–  dosent  Buta  Sadıqov:  “Professor  Dəmirçizadəyə  xas 
olan təşkilatçılıq səriştəsini Sən özünəməxsus tərzdə 
lə yaqətlə da vam etdirirsən”;
–  dosent  Loğman  Nəsibli:  “Onun  əsərləri  ana  dilinə 
sön  məz məhəbbət və qayğı, Vətənə sevgi, xalqına və 
mil lətinə də rin hörmət motivləri ilə doludur”;
–  Əziz Axundlu: “Milli, mənəvi dəyərlərimizin, soy kö -
kü müzün, dilimizin qorunması və daha da tərəqqisi 
türkoloq alim kimi onun gündəlik qayğılarındandır”; 
–  dosent Akif Əliyev: “Ali məktəbə rəhbərlik etmək özü 
də bir ustalıqdır”;
–  dosent Dürdanə Əliyeva: “Bəlkə də, cild-cild ki tab lar 
onun vətəni və xalqı üçün etdiklərini yazmaq və təhlil 
etmək üçün azlıq edər”;
–  professor  Tərlan  Novruzov:  “Prof. A.Qurbanov  mü-
asir dilçiliyin yeni istiqamətlərini nəinki nəzəri və təc-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
101
rübi  cəhətdən  işləmiş  alimdir,  həm  də  bu  sahələrin 
tədri si nin  prinsiplərini  müəyyənləşdirmiş,  proqram-
larını və me todik vəsaitlərini hazırlamışdır”.
Çoxsaylı  təbriklərin  əksəriyyəti  məna  baxımından 
eyni xətdə birləşir. Buna görə də Afad müəllim haqqında 
nisbətən fərqli söz demiş üç dilçinin bəzi fikirlərini təqdim 
etsək, afadsevərlərin ürəyincə ola bilər:
–  akademik Soltanşa Ataniyazov: “Dünənki Sovetlər İtt i-
faqında deyil, bütün türk dünyasında, o cümlədən Tür-
kiyədə Sizi ulu dilçi, türkologiyanın problemlərini həll 
etməyə qadir olan bir məşhur alim kimi tanıyırlar”;
–  akademik Ağamusa Axundov: “Azərbaycan ono ma lo-
gi ya sı  müstəqil  bir  dilçilik  sahəsi  kimi,  ilk  növbədə, 
Si zin adı nızla bağlıdır”;
–  dosent  Azər  Hüseynov:  “Professor  Afad  Qurbanov 
ye ni tür kologiyanın ilk əsgərlərindən biri kimi fəaliy-
yət dədir”...
“Afat Qurbanov 70” kitabının II hissəsindəki ürək söz-
ləri və təbriklərin hər sətri Afad müəllimə olan dərin hörmət 
və məhəbbətdən yaranıb, bu yazıların hər birində o böyük 
tür ko loqun alimliyi və müəllimliyi qabarıq şəkildə görünür...


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
102
“DİLÇİ AFAD QURBANOV” KİTABI
(BAKI, 2005) TƏDQİQAT MÜSTƏVİSİNDƏ
Afad Qurbanovun həyat və fəaliyyətindən bəhs edən 
“Dilçi  Afad  Qurbanov”  kitabı  (redaktorlar:  aka de mik 
Tey mur Bünyadov, akademik İsa Həbibbəyli) “Afat Qur-
banov  70”  kitabı  (Bakı,  1999)  əsasında  hazır la nıb.  Daha 
doğrusu, həmin kitabdakı məqalələrin ək səriyyəti ”Dilçi 
Afad Qur banov” kitabında eynilə ve rilib. Alimin haqqın-
da tərtib edil miş bu kitabı belə sə ciy yələndirmək olar:
–  Afad  Qurbanovun  həyat  və  fəaliyyətini  əks  etdirən 
mə  qalələr  3  dildə  verilib: Azərbaycan,  rus  və  ingilis 
dil lərində;
–  nəfis şəkildə tərtib edilmiş bu kitabda xeyli sayda fo-
to lar verilib ki, bu da Afad Qurbanov haqqında olan 
in for  ma siyaları bir az da zənginləşdirir. Afad Qurba-
novun Ümum milli lider Heydər Əliyev, Həsən Seyi-
dov, Həsən Hə sənov, Həmid Aras lı, Məmmədağa Şi-
rə liyev kimi bö yük şəxsiyyətlərlə fotola rı nın hər biri 
ta riximizin bir par çasıdır;
–  məqalələr  ayrılıqda,  daha  dəqiqi,  bölmələr  şəklində 
ve rilib; 
–  alimin haqqında yazılmış məqalələrdən 8-i ilk dəfə ola-
raq məhz bu kitabda verilib (aşağıda həmin mə qa lələrin 
hər birinin səciyyəvi cəhətlərinə münasibət bil di rilir).
Professor  Qara  Məşədiyevin  “Prof. Afad  Qur ba no vun 
yaratdığı “Azərbaycan onomalogiyası” elmi mək tə bi nin Azər-
bay can dilçiliyində mövqeyi” adlı məqaləsi cəmi 3 səhifədən 
iba rətdir.  Təqdirəlayiq  haldır  ki,  müəllif  mövzu nun  bütün 
tərəfl ərinə məhz bu üç səhifədə işıq sala bilib. Daha doğrusu, 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
103
onun təqdim etdiyi faktların hər biri Afad Qur banovu “Azər-
baycan onomalogiyası” elmi mək tə binin ba nisi kimi dəyərlən-
dirməyə im kan verir. Məsələn: Afad Qur banov “Azərbaycan 
onomas ti kası”,  “Azərbaycan  dilinin  onomalogiyası”,  “Poetik 
onomas ti ka” və s. kitablar nəşr etdirib; alimin yaratdığı “Ono-
mastika Məktəbi” ABŞ, Ka nada, Finlandiya, Fransa, Türkiyə 
və başqa ölkələrdə də tanınıb; onun rəhbərliyi ilə təkcə Azər-
baycanda de yil, həm də Türkiyə, İran, Rusiya, Moldova, Gür-
cüstan, Qa za xıs tan, Özbəkistan və Türkmənistan kimi ölkələr-
də  də  ono mastik  tədqiqatlar  aparılır;  Məmmədağa  Şirəliyev 
və Bəkir Nəbiyev kimi akademiklər Afad Qurbanovu məhz 
Azər bay can Onomastikası Məktəbinin əsasını qoymuş bir dilçi 
kimi təqdim edib, əməyinə çox yüksək qiymət  veriblər...
Qara  Məşədiyev  alimin  onomastik  tədqiqatlarından 
belə bir sitat verir: “Hər bir söz geniş araşdırılmalıdır. Dil də 
mənasız söz yoxdur və ola da bilməz, hər bir söz və ifadə 
müəyyən məna daşıyır. Bununla belə, bəzi sözlər bir deyil, 
bir  neçə  məna  ifadə  edə  bilər.  Dilimizdəki  şəxs  adla rı nın, 
demək olar ki, hamısı apelyativ mənalı leksik vahid lər dir. 
Məsələn, “əlvan” sö zünün apelyativ mənası cürbəcür rəng-
də olan, rəngarəng, ala-bə zək deməkdir. Apelyativ söz ono-
mastik  vahid  olandan  sonra  o,  xüsusi  ada  çevrilir.  (məs.: 
lalə – çiçək, Lalə – insan, şəxs)”. Mə qalədən aydın olur ki, 
müəllif  burada  irəli  sürülmüş  fikir lə rin  təkcə  dil çiliyimiz 
yox,  həm  də  dilimiz,  mənəviyyatımız  baxı mın dan  əhə-
miyyətli  olduğunu  çox  düzgün  müəyyən ləş dirib,  kon kret 
desək,  onomalogiya  məsələlərini  sosial-ictimai  prob  lem lər 
kontekstində şərh edib: “Müasir dövrümüzün sosial-icti mai 
problemləri ilə bir sırada duran onomalogiya məsələlərinin 
kütlələrə çatdırılması, xüsusi adların səciy yə vi cəhətlərinin 
dilçilik səviyyəsində şərhi, burada gedən rəngarəng proses-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə