Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə25/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
87
qrafika və orfoqrafiyası” (1963), “Müasir Azərbaycan dili-
nin lüğət tərkibi” (1964), “Müasir Azərbaycan dilinin lek-
si kologiyası” (1966), “Azərbaycan dilinin sema siolo gi yası“ 
(1964)...  Məqalədə  alimin  monoqrafik  dərsliyindəki  mü -
asir Azərbaycan  ədəbi  dilinin  fonetikası,  qrafikası,  lek si -
ko lo giyası, semasiologiyası, frazeologiyası, onomalogi ya sı 
kimi məsələlərin sistemli şəkildə araşdırıldığı diqqətə çat-
dırılır, eyni zamanda xüsusi olaraq qeyd edilir ki, həmin 
dərslik müəllim, aspirant və tələbələrin stolüstü kitabıdır.
Afad Qurbanov dil tarixçisi deyildi. Amma bu da var 
ki, o, çap olunmuş əsərlərinin, demək olar ki, hər birində 
Azər baycan dili tarixi məsələlərinə də yer ayırıb, irəli sür-
düyü fikirləri konkret dil faktları ilə əsaslandırıb. “Afad 
Qurbanov  hislərə  qapılmır,  subyektiv  fikirlərini  obyek-
tiv lik süzgəcindən keçir dik dən sonra təqdim edir” deyən 
filologiya  üzrə  fəlsəfə  doktoru  Faiq  Şahbazlı  alimin 
əsər lə ri nə  məhz  bu  prizmadan  yanaşaraq  “A.M.Qurba-
nov və dil ta rixi məsələləri” adlı məqalə ilə çıxış edib. Bu-
rada Afad Qur banovun Azərbaycan ədəbi dilinin inki şafı 
ilə bağ lı təqdim etdiyi dövrlərin hər biri (XIX əsrə qədərki 
dövr – ədəbi dilin formalaşması və tədricən inkişaf döv-
rü, XIX əsr dən 1920-ci ilədək olan dövr – ədəbi dilin sabit-
ləş məsi  dövrü,  1920-ci  ildən  sonrakı  dövr  –  ədəbi  dilin 
geniş in ki şaf yolu keçməsi dövrü) sistemli şəkildə təhlil 
edilir, eyni zamanda hər bir dövrün ən səciyyəvi cəhət-
lərinə münasibət bildirilir. Faiq Şahbazlının məqaləsində 
açıq-ay dın şəkil də ifa də edilir ki, İ.Həsənoğlu, İ.Nəsimi, 
Ş.İ.Xə   tai,  M.Füzuli,  M.P.Va qif,  M.Ə.Sa bir,  C.Məm məd-
quluzadə,  Ə.Haqverdiyev  ki mi  görkəmli  sənətkarların 
əsər lə rindəki dil və üslub mə sələ lə rini məhz ədəbi dili-
mizin  inkişaf  dövr ləri  kontekstində  təhlil  süz gəcindən 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
88
keçirmiş Afad Qurbanovun fikirləri elmi və inan dırıcıdır. 
F.Şahbazlının  bir  fikrini  isə  eynilə  təqdim  etmək  lazım 
gəlir: “Profes so run (Afad Qurbanovun – Ə.T.) M.Füzuli 
dilinin  incəlik lə rinə  münasibəti,  şairin  ədəbi  dil  imkan-
larından  istifadə  ba carığının  daha  bariz  nümunələrinə 
istinadı, M.Füzuli di linin müasir dilimizdən fərqli cəhət-
lərini onun yaşadığı mə kanla, yerli dialektlərlə bağlılığını 
görməsi, bunun üçün hazırda İraqda, Bağdadda yaşayan 
azərbaycanlıların  və  on la ra  məxsus  xoyrat  bayatılarının 
dilini  müşahidə  etməyin  kifayət  etdiyi  barədəki  müla-
hizələrini bildirdiyi “Füzuli ir si və Azərbaycan ədəbi dili” 
məqaləsi, ümumiyyətlə, fü zuli şünaslıqda, eyni za manda 
Azərbaycan  dilçiliyi  tarixin də  mühüm  əhəmiyyətə  ma-
likdir”.  Məqalənin  sonunda  A.M.Qur banovun  1985-ci 
ildə çap olunmuş “Azərbaycan di li nin onomalogiyası” ki-
tabının həm də Azərbaycan dili nin tarixinin öyrənilməsi 
baxımından əhə miy yət li olduğu xüsusi vurğulanır.
Azərbaycan  dilçiliyində  yazı  və  əlifbadan  bəhs  edən 
alim lər sırasında Afad Qurbanovun öz çəkisi, öz yeri var. 
Bu ba xım dan professor Nəbi Əsgərovun “Professor Afad 
Qur ba nov yazı və əlifba haqqında” məqaləsini heç də təsa-
düfi hesab et mək olmaz. Müəllif alimin “İnsanlar yaz mağı 
necə öyrən miş dir?” (Bakı, 1967), “Ümumi dilçilik” (I cild, 
Bakı, 1989, II cild, Ba kı, 1993) kitablarına, eləcə də Cü cəkənd 
abidələri ilə bağlı ya zılarına istinad etməklə yazı və əlifbaya 
dair bir sıra məsə lə lə rə aydınlıq gətirməyə ça lışır. Bunlar-
dan bəzilərinə diqqət ye tirək:
–  Afad Qurbanov yazının əmələ gəlməsini ümumdil çi-
lik aspektində şərh etmişdir;
–  A.Qurbanova görə, məlumatın əşya və digər şey lərlə 
ifadə edilməsini heç cür yazı hesab etmək olmaz;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
89
–  Cücəkənd yazılı abidələri qədim türk yazılı abi də lə-
rini xatırladır:
–  əlifbanın meydana gəlməsi və geniş yayılmış əlifb a lar 
barəsində Afad Qurbanovun orijinal fikirləri vardır; 
–  ortaq  əlifbanın  başlıca  məqsədi  bundan  ibarətdir  ki, 
milli əlifbalar yaradılarkən türk dillərinin hər birinin 
fo nem lərini əks etdirməyə imkanı olsun...
Məqalə müəllifi Afad Qurbanovun bir dilçi kimi bö yük -
lüyünü bir neçə bucaqdan şərh edərkən onun hazırda isti fadə 
etdiyimiz əlifba ilə bağlı orijinal fikirlərinə müna si   bət bildir-
məyi də unutmur: “Respublikamız müstəqillik qa zandıqdan 
son ra latın qrafikalı Azərbaycan əlifbasına keç məyin zərurili-
yi ni elmi faktlarla əsaslandıran Afad Qur banov bu əlifbanı 
yeni  yox,  tarixən  işlənmiş,  repres si ya ya  uğramış  əlifbanın 
yenidən bəraət qazanması kimi əsas landırdı”. 
A.Qurbanovun “Ümumi dilçilik” (1989, 1993) kitabı-
nın II cil dinin “Dil və üslubiyyat” adlanan IV fəslində üs-
lu biyyat mə sə lələri ümumdilçilik müstəvisində işıqlan dı-
rılıb. Filologiya üz rə fəlsəfə doktoru Rasim Həsənov da 
“Professor A.M.Qur ba nov  və  üslubiyyat  məsələləri”  adlı 
məqaləsini  məhz  hə min  mənbəyə  istinad  etməklə  yazıb. 
R.Həsənov alimin üslu biyyata dair tədqiqatlarının müasir 
dilçilik  elminin  aktual  problemlərinə  həsr  olunduğunu, 
bu tədqiqatlarda üslub və üslubiyyat məsələ lə rinin dünya 
elmi, o cümlədən türkoloji dilçilik baxımından izah edil-
diyini,  filoloji  üslubiyyatın  dilçilik  və  ədəbiy yat şü naslıq 
üslubiyyatı olmaqla iki yerə bölündüyünü, eyni zamanda 
Azərbaycan ədəbi dilində funksional üslubların ədəbi da-
nışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi üslub, publi sis-
tik üslub və epistolyar üslub növlərindən bəhs edildiyini 
konkret  fakt lar la  göstərib.  Müəllifin  məqaləsindən  bəlli 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə